Politologiyanın kateqoriyaları,metodları və funksiyaları


)SEÇKI SISTEMI VƏ ONUN HƏYATA KEÇIRILMƏSI MEXANIZMI



Yüklə 38,78 Kb.
səhifə15/20
tarix02.06.2022
ölçüsü38,78 Kb.
#60432
1   ...   12   13   14   15   16   17   18   19   20
Politologiyanın cavabları

)SEÇKI SISTEMI VƏ ONUN HƏYATA KEÇIRILMƏSI MEXANIZMI
Sasvermə prosesini həyata keçirmək üçün tətbiq edilən konkret seçki forması seçki anlayışı ilə ifadə olunur. Seçki sistemi dedikdə vətəndaşlarin seçkili orqanların seçilməsində iştirakı, habelə seçicilərlə seçkili orqanların üzvləri arasında əlaqələri müəyyən edən qaydalar başa düşülür.Hərhansi bir ölkədə bu və ya digər seçki sisteminə üstünlük verilməsi ölkənin siyasi sisteminin xarakterindən, idarəçilik üsulundan və həyata keçirilən dövlət siyasətindən asılıdır.Dünya praktikasında seçki sisteminin daha çox ma joritar, proporsional və bu sistemlərin ayrı-ayrı ünsürlərini özündə birləşdirən qarışıq seçki sistemi tətbiq olunur.
PARLAMENT BAŞLICA DEMOKRATIK TƏSISATDIR
Parlamentlər öz fəaliyyətini müxtəlif formalarda qurur. Palatalar ayrılıqda və birgə iclaslar təşkil edir,daimi və müvəqqəti komissiyalar yaradır və s. Birgə iclaslar konstitusiyada müəyyən olun muş hallarda keçirilir. Parlamentin başlıca iş formasi sessiya hesab olunur.Sessiya parlamentin iclaslarının çağırıldığı və daimi komissiyaların fəaliyyət göstərdiyi dövrdür.Parlamentin iclasları, adətən, açıq və qapalı olur. Açıq iclaslara nisbətən qapalı iclaslarda yalnız parlament üzvləri və xüsusi dəvət olunmuş şəxslər iştirak edə bilər.Dünya təcrübəsinə əsasən parlamentin buraxılması qaydası müxtəlif cür həyata keçirilir. Bu prinsip bir qayda olaraq parlament idarəçiliyinə əsaslanan ölkələrdə həyata keçirilir. Əgər parlament ikipalatalıdırsa, aşağı palata buraxılır, yuxarı palata öz fəaliyyətini müvəqqəti dayandırır, lakin onun səlahiyyət müddəti saxlanılır
PARLAMENT ANLAYIŞI,QURULUŞU VƏ FƏALIYYƏT ISTIQAMƏTLƏRI
Parlament yüksək seçkili qanunverici hakimiyyət orqanıdır.Nümayəndəli hakimiyyat orqanı kimi ilk parlamentin meydana gəlməsi XIII əsrdə İngiltərədə baş verən hadisələrlə bağlıdır.Qanunverici hakimiyyət orqanı kimi parlamentin fəaliyyətinin təşkili, onun quruluşu palataların təşkili xüsusiyyətlərindən asılıdır. Parlamentlər bir qayda olaraq birpalatalı və ikipalatalı olur. Parlamentin birpalatalı və ya ikipalatalı olması bir sıra səbəblərlə (ölkənin siyasi quruluşu, tarixi ənənələr, demokratiyanın inkişaf dərəcəsi, cəmiyyətdəki siyasi qüvvələrin nisbəti və s.) bağlıdır. İkipalatalı parlament ilk dəfə XIV əsrdə İngiltərədə meydana gəlmişdir. Hazırda unitar dövlətlərdə ikipala talı parlament bütövlükdə parlamentin fəaliyyətinin sə mərəliliyini təmin etmək üçün təşkil olunur.

Yüklə 38,78 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin