Politologiyanın kateqoriyaları,metodları və funksiyaları



Yüklə 38,78 Kb.
səhifə19/20
tarix02.06.2022
ölçüsü38,78 Kb.
#60432
1   ...   12   13   14   15   16   17   18   19   20
Politologiyanın cavabları

Xarici siyasət anlayışı
Xarici siyasət-dövlətin milli mənafelərinin,xalqın suveren hüquqlarının dövlətin sərhədləri xaricində qorunması və həyata keçirilməsidir.Xarici siyasət dövlətlərarası münasibətləri əhatə edir və onun mahiyyəti,məzmunu konkret tarixi şərait əsasında yaranır.Xarici siyasətin mahiyyəti adətən sabit,dəyişməzdir.Mahiyyət kateqoriyası vasitəsilə xarici siyasətin daxili əsasları,təbiəti,ən ümumi səciyyəsi təhlil edilir.Xarici siyasətin məzmunu isə onun qarşısında duran məqsəd və prinsipləri həyata keçirməkdən ibarət olan üsul və vasitələrin sistemindən ibarətdir.Xarici siyasətin məzmununda beynəlxalq şəraitə uyğun düzgün siyasət kursunun müəyyənləşdirilməsi vacib amillərdən biridir.Xarici siyasətin əsas məqsədi dövlətin milli təhlükəsizliyinin təmin edilməsi,ərazi bütövlüyünün qorunması,siyasi və iqtisadi müstəqilliyin möhkəmləndirilməsi üçün dövlətlərarası əməkdaşlığın genişləndirilməsindən ibarətdir.Xarici siyasət aşağıdakı prinsiplərə əsaslanır:bir-birinin daxili işlərinə qarışmamaq;ərazi bütövlüyünə hörmət etmək və s.Xarici siyasət fəaliyyətinin mövcudluq üsulu onun formasında üzə çıxır.Xarici siyasət fəaliyyəti beynəlxalq münasibətlər mühiti ilə qarşılıqlı əlaqə nəticəsində müxtəlif formalar kəsb edir.Dövlətin xarici siyasət fəaliyyəti mürəkkəb şərtlənmə mexanizminə malikdir.Xarici siyasətin şərtlənməsində sosial inqilab,dövlət çevrilişləri,beynəlxalq münasibətlər sistemində baş verən proseslər kimi siyasi amillər iştirak edir.Bu amillərin xarici siyasət fəaliyyətinin şərtlənməsinə təsir imkanları müxtəlifdir.
Cəmiyyətin siyasi sistemi.

Hər bir elmdə elə anlayışlar vardır ki, onlar həmin elmin tədqiqat obyektini öyrənmək üçün əhəmiyyətli rol oynayır. Siyasi elmdə mövcud olan belə anlayışlardan biri da siyasi sistemdir.Siyasi sistem cəmiyyətin siyasi hayatının tarixi takamülünün qanunauyğun prosesi kimi meydana gəlmiş və inkişaf etmişdir.Cəmiyyətin sosial-siyasi təbiətini, cəmiyyətdəki siyasi münasibətləri, tosisatları, normaları və hakimiyyətin təşkil olunması prinsiplərini açıqlamağa imkan veron siyasi sistem bütövlükdə sosial sistemin bir ünsürü, onun yarımsistemidir.Sosial sistem siyasi sistemin mövcudluğu üçün əsas yaradır və beləliklə onun formalaşması və fəaliyyət göstərməsi yollarını müəyyənləşdirir.Siyasi sistemə sosial sistemin elə ünsürləri daxil olur ki, onlar bir tərəfdən cəmiyyətdə siyasi idarəetmənin və sosial qrupların yanaşı mövcudluğunu təmin edir, digər bir tərəfdən isə öz tələbat və mənafelərini reallaşdırmaq,sosial həyatda öz iştirakını genişləndirmək üçün sosial qruplara şərait yaradır.Cəmiyyatdə ictimai münasibətlərin və təsisatların müvafiq tiplərinin meydana gəlməsi və möhkəmlənməsi öz növbasinda siyasi sistemdə bir sıra dəyişikliklərə, onun yeni strukturlarının və qaydalarının yaranmasına səbəb olur ki, bunun da nəticəsində siyasi sistemin təsisatları və ünsürləri cəmiyyət həyatının bütün sahələrinə getdikca daha çox təsir edir və nəticəda sosial sistemin normal fəaliyyəti təmin olunur.Ümumiyyətlə siyasi sistemin ən mühüm mənafe və əhəmiyyəti cəmiyyətin sosial-siyasi tabiətini, mövcud siyasi münasibətlərini, təsisatların, hakimiyyətin təşkili norma və prinsiplərinin məzmununu obyektiv təhlil etməkdə vasitə rolunu oynamaqdan ibarətdir.Siyasi sistem öz dinamikliyi ilə seçilir və daim inkişaf edir.



Yüklə 38,78 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin