Постоянный электрический ток



Yüklə 106,27 Kb.
səhifə1/8
tarix19.12.2023
ölçüsü106,27 Kb.
#186974
  1   2   3   4   5   6   7   8
sabit-elektrik-cryan-mart-2020

Mövzu: Sabit Cərəyan qanunları, sabit cərəyanın işi və gücü



Sabit elektrik cərəyanı


Yüklü zərrəciklərin istiqamətlənmiş hərəkətinə elektrik cərəyanı deyilir.
Elektrik cərəyanı sonrakı şərtlər daxilində yaranır:

  1. Naqildə sərbəst yüklü zərrəciklər olmalıdır. Bir çox maddələrdə sərbəst hərəkət edə bilən yüklü zərrəciklərin olmamasına görə bu maddələr elektrik cərəyanını keçirmir. Belə maddələr dielektrik adlanır. Elektrik cərəyanını keçirə bilən maddələr naqil adlanır.

  2. Naqil daxilində sabit elektrik sahəsi və ya sabit potensiallar fərqi olmalıdır.

Naqil daxilində elektrik sahəsi yarandıqda hər bir yüklü zərrəciyə F= q0E qüvvəsi təsir edir, burada q0 – bir
zərrəciyin yüküdür. Naqilin uclarındakı gərginlik məlumdursa naqil daxilindəki elektrik sahəsinin intensivliyini tapmaq olar:
.
Elektrik cərəyanı istiqamətə malikdir. Elektrik cərəyanın istiqaməti kimi naqil daxilində nizamlı hərəkətdə olan müsbət yüklü zərrəciklərin istiqaməti götürülür. Əgər elektrik cərəyanı elektronların istiqamətlənmiş hərəkəti ilə yaranıbsa, onda elektrik cəyanın istiqaməti elektronların nizamlı hərəkətinin istiqamətinə əksdir.

Elektrik cərəyanı həmişə elektrik sahəsinin potensiaının azalması istiqamətində axır. Əgər A nöqtəsinin potensialı B nöqtəsinin potensialından böyükdürsə, onda elektrik cərəyanı A nöqtəsindən B nöqtəsinə tərəf axır.
Naqildə cərəyanın olub olmamasını cərəyanın təsirləri ilə müəyyən etmək olar:

  1. istilik təsiri ilə: cərəyanlı naqil qızır.

  2. maqnit təsiri ilə: cərəyanlı naqil ətrafında maqnit sahəsi mövcuddur. Cərəyanlı naqil ilə qarşılıqlı təsirdə olan maqnit əqrəbi dönür.

  3. kimyəvi təsiri ilə: elektrik cərəyanı bəzi maddələrin kimyəvi təsirini dəyişir.

Cərəyan şiddəti Naqilin en kəsiyindən keçən elektrik yükünün bu yükün keçmə müddətinə olan nisbəti cərəyan şiddəti adlanır:
.
Cərəyan şiddəti

    • skalyar kəmiyyətdir.

    • ölçü vahidi: [I] = 1A (amper) – BS-də əsas vahiddir. q

I  düsturundan t zaman ərzində naqilin en kəsiyindən keçən elektrik yükünü tapın:
t q=I·t.
Yükün ölçü vahidi: [q]=1A·san=1Kl.

Yüklə 106,27 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin