Yüklü zərrəciklərin nizamlı hərəkətinin sürəti: q nS0 və ya q n d0 2 . S – naqilin en kəsiyinin
sahəsi, d – kəsiyin diametridir, n – yüklü zərrəciklərin konsentrasiyası.
Əgər cərəyan şiddətinin zamandan asılılığı qrafik vasitəsi ilə verilibsə, onda qrafikin altındakı sahə ədədi qiymətcə naqilin en kəsiyindən I keçən yükə bərabərdir:
Δq=sahə(I,t).
Dövrə hissəsində cərəyan şiddəti hissənin uclarındakı gərginliklə düz mütənasıb, dövrə hissəsinin
müqaviməti ilə tərs mütənasibdir:
𝑟𝑔𝑖𝑛𝑙𝑖𝑘 𝑈
.
Cərəyan şiddətini ampermetrlə, gərginliyi isə voltmetrlə ölçürlər. Ampermetr dövrə hissəsinə ardıcıl, voltmetr isə paralel qoşulur.
R – dövrə hissəsinin və ya naqilin müqavimətidir.
U 1. Müqavimətin düsturu R .
I
U
Müqavimətin BS-də ölçü vahidi:R
Verilmiş naqil üçün müqavimət – sabitdir, cərəyan şiddətindən və naqilin uclarına düşən gərginlikdən asılı deyil: R(I)=const və R(U)=const.
Müqavimət – naqilin materialından və onun həndəsi ölçülərindən asılıdır. Misal üçün, uzunluğu və və en kəsiyinin sahəsi eyni olan mis və alyuminium məftillərinin müqavimətləri müxtəlifdir. Və ya uzunluğu bərabər lakin en kəsiyinin sahəsi müxtəlif olan iki polad naqilin müqavimətləri də müxtəlifdir.
a) Naqilin müqaviməti naqilin xüsusi müqaviməti və uzunluğu ilə düz mütənasibdir, naqilin en kəsiyinin sahəsi ilə tərs mütənasibdir: