Постоянный электрический ток


Kənar qüvvələr. Kənar qüvvələrin işi



Yüklə 106,27 Kb.
səhifə6/8
tarix19.12.2023
ölçüsü106,27 Kb.
#186974
1   2   3   4   5   6   7   8
sabit-elektrik-cryan-mart-2020

Kənar qüvvələr. Kənar qüvvələrin işi

Müxtəlif işarəli yüklənmiş iki naqil götürək. Bu naqillər arasında potensiallarr fərqi var. Əgər naqilləri bir məftil ilə birləşdirsək, onda qısamüddətli elektrik cərəyanı yaranar. Bu zaman cisimlər boşalar. Elektrik cərəyanı +çox az müddət davam edib, naqillərin tam boşalması anında dayanar. Bu cərəyanı hansısa bir üsulla sabit saxlaya bilərik, bundan ötrü yükləri ayırıb, naqilləri daim yükləməliyik. Bu proses üçün elektrik təbiətli olmayan kənar qüvvə, tutaq ki kimyəvi və ya elektromaqnit təbiətli qüvvə tələb edir. Kulon qüvvəsi özü özlüyündən bu cisimləri yükləyə bilmir və uzun müddət elektrik cərəyanını saxlamır. Kənar qüvvələr elektrik yüklərini ayırır, qapalı dövrədə sabit elektrik cərəyanını yaradır və eyni zamanda müəyyən Ak işini görür.
Sadə cərəyan mənbəyinin iş prinsipinə nəzər yetirək. İstənilən sabit cərəyan mənbəyinin iki qütbü var: müsbət və mənfi. Cərəyan məbəyinin daxilində kənar qüvvələr yükləri qütblərə gətirir və bu qütblərdə müəyyən potensiallar fərqi yaradır. Əgər dövrə qapalıdırsa, onda yaranmış elektrik cərəyanı mənbənin müsbət qütbündən mənfi qütbünə tərəf yünələcək.
Elektrik yükünün tam elektrik dövrəsi üzrə hərəkəti zamanı kənar qüvvələrin gördüyü işin, həmin yükün miqdarına olan nisbətinə elektrik hərəkət qüvvəsi deyilir:
.
EHQ-nın öıçü vahidi: .
Hər bir cərəyan mənbəyinin öz EHQ-sı və daxili müqaviməti var.
düsturundan, kənar qüvvələrin işini təyin edə bilirik:
𝑨𝒌 = 𝜺 ∙ 𝒒 ⇔ 𝑨𝒌 = 𝜺 ∙ 𝑰 ∙ 𝒕.

Elektrik cərəyanın tam dövrədə axamsı zamanı, nəinki xaraci dövrə hissəsində, həm də ki cərəyan mənbəsi daxilində istilik miqdarı ayrılır. Kənar qüvvələrin işi cərəyan mənbəsinin daxilində və xarici dövrə hissəsində ayrılan istilik miqdarlarının cəminə bərabərdir:
𝐴𝑘 = 𝑄𝑑𝑎𝑥𝑖𝑙𝑖 + 𝑄𝑥𝑎𝑟𝑖𝑐𝑖 ⇒ 𝜺𝑰𝒕 = 𝑰2𝑹𝒕 + 𝑰2𝒓𝒕 ⇒
𝜺 = 𝑰𝑹 + 𝑰𝒓 ⇒
𝜺 = 𝑰(𝑹 + 𝒓) ⇒

Yüklə 106,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin