Gələcəkdə öz fəaliyyətini ibidai sinif müəllimi ixtisasında quran gənc müəllimlər yüksək pedaqoji mədəniyyətə malik olmalıdır .Pedaqoji mədəniyyətə malik olmadan öz pedaqoji fəaliyyətini məqsədyönlü və düzgün həyata keçirə bilməz . Necə ki biz öz sağlamlılığımızı həkimlərə etibar ediriksə , öz uşaqlarımızın gələcəyini də müəllimlərə etibar edirik . Bu baxımdan müəllimin üzərinə böyük məsuliyyətlər düşür . Müəllimlik peşəsinə hazırlaşan yaxud da bu ixtisasda oxuyan tələbə bu peşənin nə dərəcədə məsuliyyətli peşə olduğunu dərk etməlidirlər . İbtidai sinif müəllimliyi ixtisasina hazırlaşan tələbə ilk növbədə öz fəaliyyətini necə təşkil edəcəyini və pedaqoji fəaliyyət zamanı hansı prinsiplərə əsasən aparacağını müəyyənləşdirməlidir . Gələcək ibtidai sinif müəllliminin başlıca fəaliyyət istiqamətləri aşağıdakı ardıllıqla qeyd olunur ;
Problemin həlli
Mühakimə yürütmək və əsaslandırmaq
Ünsiyyət
Tədqiqetmə
Tətbiqetmə
Problemin həlli – tələbə I və IV kursda daxil olmaqla bütün fənnlər üzrə yarana biləcək problemləri həll etməyə çalışır .
Mühakimə yürütmək və əsaslandırma – tələbə fənnlər üzrə məzmun vahidlərinin mahiyyətinini dərk etməyi problemlər qoymaqda və onu aydın şəkildə ifadə etməkdə görür. Tələbə