Proqramlaşdırma



Yüklə 1,02 Mb.
səhifə19/34
tarix11.06.2022
ölçüsü1,02 Mb.
#61216
1   ...   15   16   17   18   19   20   21   22   ...   34
c-sharp proqramlasdirma diline girish aze

Mənimsətmə operatoları


Mənimsətmə əməliyyatı proqramlaşdırmada ən fundamental və vacib əməliyyatlardan biridir. Mənimsətmə deyəndə bir dəyişənə (=) operatorunun vasitəsilə bir qiymətin verilməsi başa düşülür. Mənimsətmənin ümumi sintaksisi belədir:
Dəyişən = qiymət;
Aşağıdakı ifadə tamamilə düzgündür: int a, b, c;
a = b = c = 44;
Bu kod sətirləri a, b, c dəyişənlərinin hər birinə 44 qiymətini verir.
Bitişik mənimsətmələr
Aşağıdakı mənimsətmə ifadəsinə baxaq: int a = 5;
a = a + 10;
Burada a dəyişəninə onun qiymətinin 10 ilə toplanmasından alınan qiyməti mənimsətdik. Bu mənimsətməni aşağıdakı kimi daha kompakt şəkildə yaza bilərik:
a += 10;
Bura da += operatoruna fikir verin, bu operator a dəyişəninə onun qiymətinin 10 vahid
artığını mənimsədir. Bu cür mənimsətdə yuxarıdakına nisbətən daha professional
yazılışdır və daha sürətidir. Bununla yanaşı aşağıdakı belə mənimsətmə operatorları da
var:
+=
-=
*=
\= &=
|=
və s. Məsələn
a = a * 5 ifadəsi a *= 5
ifadəsinə bərabərdir. Bu operatorlara bitişik mənimsətmə operatorları deyilir.

Bit Əsaslı Operatorlar


C# - da mövcud digər operatorlar qrupundan biri də bit əsaslı operatorlardır.Bu operatorlar birbaşa operandarın bitləri üzərində işləməyimizə imkan verir və bu operatorların operandları tam olmalıdır. Yəni float, bool, double kimi verilənlər tipinə aid dəyişənlər üzərində bit operatorlarla işləyə bilmərik.
Bu operatorlara ona görə bit əsaslı operatorlar deyilir ki, bu operatorlar bir ədədin bitləri, yəni ikkilik sistemdəki ‗0‘ - ları və ‗1‘ – ləri üzərində işləyir. Bit əsaslı operatorlar aşağıdakılardır:
Operator Mənası
& Bit əsaslı VƏ
| Bit əsaslı VƏYA
^ Bit əsaslı XOR
~ Bit əsaslı inkar
Bu operatorların tətbiqinin nəticələrini nəzərə alaraq aşağıdakı cədvələ baxaq:



a

b

a&b

a|b

a^b

~a

0

0

0

0

0

1

0

1

0

1

1

1

1

0

0

1

1

0

1

1

1

1

0

0

Məsələn 10 & 13 əməliyyatına baxaq. Qeyd olunduğu kimi, operatorlar bitlərlə işlədiyi üçün prosesi aydın görə bilmək açısından bu ədədləri əvvəlcə ikilik sistemə çevirək:
10 = 1 0 1 0
13 = 1 1 0 1
Beləliklə,
1 0 1 0

& 1 1 0 1

1 0 0 0 = 8


Deməli, 13 & 10 = 8 edirmiş.
İndi bir proqram nümunəsinə baxaq. Əlinizə qələm, vərəq alıb bir neçə tək və cüt ədədi ikilik sistemə çevirsəniz görərsiniz ki, bütün tək ədədlərin ikilik sistemdəki sonuncu biti 1, bütün cüt ədədlərin sonuncu biti isə 0- dır. Bu xüsusiyyətdən istifadə edərək, tək ədədi cüt ədədə çevirən bir proqram yaza bilərik. Etməli olduğumuz şey, sadəcə ədədin sonuncu bitini 0 – a çevirməkdən ibarət olacaq. Ədədin sonuncu bitindən əvvəlki bitlərinə toxunmamaq üçün, ...11111110 şəklində bir ədəd seçək və bu ədədlə müvafiq ədədə bit əsaslı VƏ operatorunu tətbiq edək.
using System;

class Soft


{
public static void Main()
{
for (int i = 0; i <= 10; i++)
{
Console.WriteLine("Orijinal eded: " + i);
Console.WriteLine("Sonuncu bit sifirlandiqdan sonra: " + (i & 65534));
}
Console.ReadKey();
}
}

Burada 65534 ədədinin ikilik sistemdə təsviri 11111110


kimidir.
Bu proqramda 0 – dan 10 – a kimi dövr qurulur və hər i ədədi 65534 ədədi ilə bit əsaslə VƏ operatorundan keçirilir. Beləliklə ədəd cütdürsə, bu ədədin sonuncu biti onsuz da 0 – dır. Yəni, bir dəyişiklik olmayacaq, ədəd tək olduqda isə sonuncu bit 1 olduğundan 1 & 0 = 0 edir və ədəd bir vahid azalır – cüt ədədə çevrilir. Beləliklə proqramın nəticəsi aşağıdakı kimidir:

Bu üsuldan istifadə edərək daxil edilən ədədin tək və ya cüt olduğunu müəyyənləşdirə


bilərik. Artıq bilirik ki, cüt ədədlərin ikilik sistemdəki sonuncu biti 0 – dır. Beləliklə, daxil
edilən ədədlə …000001 şəklində bir ədədə bit əsaslı VƏ operatorunu tətbiq edək. Əgər nəticə 0 olarasa deməli ədəd cütdür (yəni sonuncu bit sıfırdır). Əgər nəticə 1 olsa deməli ədəd təkdir:
using System;

class Soft


{
public static void Main()
{
Console.Write("Eded daxil edin: ");
int eded = Convert.ToInt32(Console.ReadLine()); if((eded & 1) == 0)
Console.WriteLine("Daxil edilen eded cut ededdir"); else
Console.WriteLine("Daxil edilen eded tek ededdir"); Console.ReadKey();
}
}

Proqram aşağıdakı nəticəni verəcək:


Bit əsaslı VƏYA operatoru da oxşar qaydada işləyir. Bit əsaslı XOR operatoruna baxaq. Bu operatorun çox maraqlı bir tərəfi vardır. Cədvəldən də göründüyü kimi, bu operatorun operandları bir-birlərindən fərqli olarsa, nəticə 1 olur, əka halda 0 olur. Belə ki, əgər a ədədinə b ədədini XOR edib c ədədini alırıqsa, c ədədinə yenidən b ədədini XOR etsək, a ədədini – yəni orijinal ədədin özünü alacağıq. Ağlınıza nə gəldi? Bu üsuldan istifadə edərək, bir şifrələmə proqramı yaza bilərik mi? Əgər b ədədini bir şifrə


kimi götürsək, a məlumatını b ilə şifrələyə, sonra yenə b ilə deşifrələyə bilərik. Aşağıdakı
proqrama baxaq: using System;
class Soft
{
public static void Main()
{
int parol = 55; char c1 = 'T'; char c2 = 'o'; char c3 = 'm'; char c4 = 'u';
Console.WriteLine("Original ifade: " + c1 + c2 + c3 + c4);

//Shifreleyek


c1 = (char)(c1 ^ parol); c2 = (char)(c2 ^ parol); c3 = (char)(c3 ^ parol); c4 = (char)(c4 ^ parol);
Console.WriteLine("Shifrelenmish hal: " + c1 + c2 + c3 + c4);

//Deshifreleyek


c1 = (char)(c1 ^ parol); c2 = (char)(c2 ^ parol); c3 = (char)(c3 ^ parol); c4 = (char)(c4 ^ parol);
Console.WriteLine("Deshifrelenmish hal: " + c1 + c2 + c3 + c4); Console.ReadKey();
}
}

Deməli hər bir simvolun Unicode massivindəki sıra nömrəsi ilə (sıra nömrəsi tam ədəddir) 55 ədədini (parol dəyişənin qiyməti) XOR əməliyyatından keçirdik və başqa bir ədəd aldıq. Sonra Unicode massivində alınmış ədədə uyğum simvolu ekranda əks etdirdik. Beləliklə T simvolunun nömrəsi ilə 55 – i XOR edəndə char qarşılığı ―c‖ olan simvol əldə olunur. Sonra bu simvolun sıra nömrəsi ilə 55 ədədini yenidın XOR edəndə bu zaman da əvvəlki – orijinal simvolun sıra nömrəsinə uyğun ədəd alırıq və həmin ədədə uyğum simvolu əks etdiririk. Bu əməliyyatı ―Tomu‖ sətrinin bütün simvolları üçün tətbiq edirik. Beləliklə, proqramın nəticəsi aşağıdakı kimi olur:






Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin