Protokol No : Adı Soyadı


Müalicədə istifadə olunan dərmanlara (ağrı, yuxu dərmanları, antibiotiklər, ürəyi və qan dövranını gücləndirən dərmanlar, qan məhsulları və s) bağlı olaraq



Yüklə 41 Kb.
səhifə4/6
tarix02.01.2022
ölçüsü41 Kb.
#1219
1   2   3   4   5   6
Müalicədə istifadə olunan dərmanlara (ağrı, yuxu dərmanları, antibiotiklər, ürəyi və qan dövranını gücləndirən dərmanlar, qan məhsulları və s) bağlı olaraq;

  • Allergik reaksiyalar ortaya çıxara bilər.

  • Qan təzyiqinin düşməsi və ya artması baş verə bilər.

  • Ürəyin atım sürətinin azalması və ya artması baş verə bilər.

  • Ürək və tənəffüsün dayanması və bunlara bağlı olaraq beyində zədələnmələr şüur dəyişiklikləri, iflic və s. meydana gələ bilər.

Sıx olmasa da texnik, avadanlıq, material və s. bağlı meydana gələ biləcək problemlərə qarşı lazımi tədbirlər görülmüş və bütün hazırlıqlar edilmişdir.

  • Uzun müddət yatmaq və hərəkətsiz qalmaqla əlaqədar olaraq üz, sinə, qasıqda əzilmə, genital orqanlar və gözlərdə xəsarət, venalarda tıxanmalar (tromboz) və ya laxta atması (emboliya), dəridə yaralar (yataq yaraları) və sinirlərdə zədə meydana gələ bilər.

  • Xəstənin qidalanması ağızdan təbii olaraq kafi qida ala bilməyən xəstələr, burundan / ağızdan taxılan qidalanma borusu vasitəsi ilə və ya damar yolu ilə zərdablarla həyata keçiriləcəkdir. Qidalanmasının qidalanma borusu ilə çox uzun müddət davam etdirilməsi lazım olacaq xəstələrə gastrostomiya deyilən bir əməliyyatla (perkutan-qarın dərisindən girilərək-və ya cərrahi yolla) davamlı qidalanma borusu taxılacaq. Bu müdaxiləyə ehtiyac olsa, sizə əməliyyatı edəcək qrup tərəfindən bu barədə ayrıca ətraflı məlumat veriləcəkdir. Qidalanma əsnasında istifadə edilən giriş yolu və vasitələrinə bağlı (qanama, burun / ağızda təzyiqlə əlaqədar toxuma zədələnməsi, yemək və nəfəs borusunun zədələnməsi, yara meydana gəlməsi, tıxanması və s), qida maddələrinin nəfəs borusuna düşməsi, metabolik pozğunluqlar, qida məhsulları ilə əlaqəli (qəbizlik, ishal və s.) meydana gələ bilər.

  • Reanimasiyada xüsusilə uzun müddətli yatan xəstələrdə hər nə qədər lazımi bütün tədbirlər görülsə də, infeksiyalar (pnevmoniya, katetr infeksiyaları, yara yeri infeksiyaları, tənəffüs cihazı ilə bağlı pnevmoniyalar, sepsis və s) bədən müqavimətini enməsi səbəbi ilə mövcud xəstəliklərə əlavə olaraq ortaya çıxa bilər.

Yuxarıda sayılan problemlər xəstəliyin şiddətinə və xəstənin reanimasiyada qalma müddətinə bağlı olaraq müxtəlif tezlikdə inkişaf edə bilər. Bu problemlərin rast gəlmə tezliyini əvvəldən təyin etmək çətindir.

Problemlər tez-tez reanimasiyaya yatış səbəbi, əvvəldən mövcud xəstəliklər, reanimasiyadakı qalma müddəti, tətbiq olunan müdaxilə və müalicələrlə əlaqəlidir.

Reanimasiyadakı müalicə əsnasında gözlənilən və ya gözlənilməyən problemlər, müvəqqəti və daimi problemlərin meydana gəlməsinin qarşısının alınması və yaranan problemlərin aradan qaldırılması üçün lazımlı tədbirlər gərüləcək, xəstəyə /xəstənizə davamlı olaraq təcrübəli və yetərli sayda tibb işçiləri tərəfindən nəzarət ediləcəkdir.

Müalicənin davam etdirilməsi zamanı edilən laboratoriya analizləri və yerində çəkilən rentgen filmləri xaricində, ortaya çıxan yeni problemlərə bağlı olaraq sizə / Xəstənizə əməliyyat lazım ola bilər. Ayrıca diaqnoz üçün kompyuter tomoqrafiya, maqnit rezonans tomoqrafiya, EEG (Elektroensefalografiya), EMG (Elektromyografiya), Angiografiya, endoskopik müdaxilələr (bronkoskopiya, gastroskopiya) və s. kimi müayinələr gərək ola bilər. Bu müayinələr lazım olduqda xəstə reanimasiya şöbəsindən müayinə yerlərinə etibarlı bir şəkildə aparılır.

Reanimasiyada edilən bütün əməliyyatlar, xəstə adına açılan xəstə müşahidə formalarına qeyd ediləcəkdir.

Yuxarıda bildirilənlərlə əlaqədar aydın olmayanlar varsa və ya daha ətraflı məlumat əldə etmək istəsəniz bunları soruşa bilərsiniz.

Xəstənizin reanimasiyada yatdığı müddətdə kritik vəziyyətdə olduğunu müsbət və mənfi dəyişikliklərin hər zaman birdən meydana gələ biləcəyini, yaxşılaşma müddəti və sürətinin yavaş olacağını, bəzi xəstələrin mövcud xəstəliklərinə və yaranan yeni problemlərə bağlı olaraq, müalicələrinin və reanimasiyadakı qalma müddətlərinin uzana biləcəyini, bu səbəblərdən səbirli olmanız lazım olduğunu xatırlatmaq istəyirik.

Yatış/ xəstənizin yatışını gerçəkləşdirərkən, meydana gələ biləcək dəyişiklikləri və gərək olanları bildirə bilməmiz üçün; qeydiyyata ünvan və telefon nömrəsi verməniz tələb olunacaq




Yüklə 41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin