Psixalogiyanin predmeti, psiXİ hadiSƏLƏRİn mahiYYƏTİ



Yüklə 110,98 Kb.
səhifə2/2
tarix04.12.2022
ölçüsü110,98 Kb.
#72289
1   2
Mövzu 1

Psixi xassələr

I İdrak əhvallar temperament


prosesləri: affektlər xarakter

  • duyğular dalğınlıq qabiliyyətlər

  • qavrayış inam və s.

  • diqqət inamsızlıq

  • hafizə şübhə və s.

  • təfəkkür

  • nitq

  • təxəyyül

II İradi proseslər III Emosional proseslər

Şəkil 1. Psixi proseslər, psixi hallar və psixi xassələr.


Psixi həyat çoxcəhətlidir, lakin vəhdətdədir. Şəkil 1 -ə diqqətlə baxın: psixi proses, halət və xüsusiyyətlərin adları ilə tanış olarkən istər istəməz, adamın yadına, tutaq ki, nəqliyyat cədvəlləri düşür, orda stansiyaların adları belə qeyd olunur: Bakı, Keşlə, Biləcəri, Heybət.... Burada bir fərqi dərk edək. Hər stansiyanın öz sərhəddi, öz hüdudu vardır.


Bakı stansıyası qurtarır, Keşlə stansıyası başlayır, Keşlə stansiyası qurtarır Biləcəri stansiyası başlayır və s. Görəsən psixi həyat da bu prinsiplərlə qurulmuşdurmu? Qətiyyən yox. Psixi proses, halət və xassələr bir-birinə üzvi sürətdə bağlıdır. Eyni bir anda biz həm duyuruq və qavrayırıq, həm diqqətli oluruq, həm də başa düşür və yadda saxlayırıq. Biz onları ancaq abstraksiya yolu ilə bir- birindən fərqləndirib təhlil edirik.
Psixologiya heyvanların və insanların psixikasını öyrənir. Müasir psixologiyada insanı fərd (bioloji varlıq) və şəxsiyyət sosial varlıq kimi nəzərdən keçirirlər. İnsanın bir fərd və şəxsiyyət kimi xüsusiyyətləri onun psixi proseslərində, psixi hallarında və xassələrində bütün təfərrüatı ilə əks olunub. Məsələn kinli adamın təsadüfən ayağını tapdalayırsan, və əvəzini çıxmaq üçün az qala bunu ömür boyu yadında saxlayır; xeyirxah adamın ayağını tapdalayır əhəmiyyət vermir elə oradaca yadından çıxarır. Kinli və xeyirxah adam. Bunlar insanın şəxsiyyəti ilə bağlı xüsusiyyətlərdir. Təsadüfi deyil ki, müasir psixologiyada bu problemlərin öyrənilməsinə xüsusi əhəmiyyət verirlər. Hal-hazırda şəxsiyyət psixologiya elminin ən aktual problemlərindən birinə çevrilmişdir.
Nəhayət, bir məsələni aydınlaşdıraq: psixi proseslər, hallar və xassələr necə təzahür edir və formalaşır ? Bu suallar müasir psixologiya üçün prinsipial əhəmiyyətə malikdir.
Psixologiyanın tədqiqatları əsaslı surətdə göstərir ki, psixika fəaliyyət (yəni oyun, təlim və əmək) və ünsiyyət prosesində formalaşır.
Deməli, psixologiya elmi həm də fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənir.
Beləliklə, aydın olur ki, psixologiya elminin predmeti mürəkkəb və çoxcəhətlidir. Onu sxematik olaraq 2-ci şəkildəki kimi ifadə etmək olar.




Fəaliyyət






Ünsiyyət

Fərd




Psixi proseslər




Psixi halətlər




Psixi xassələr






Şəxsiy


Şəkil 2. Psixologiya elminin öyrəndiyi sahələr.



Psixika fəaliyyət və ünsiyyət prosesində müxtəlif formalarda təzahür edir. Onların mahiyyəti nədən ibarətdir? Bu sual psixologiya elminin fəlsəfi problemləri ilə əlaqədardır.

2. Psixi hadisələr obyektiv aləmin subyektiv inikası kimi


Ta qədimdən psixika haqqında iki təlim –materialist və idealist təlim vardır. Psixologiyanın bir elm kimi inkişafı əsasən materialist təliomin inkişafı ilə bağlı olmuşdur.


Həmin fəlsəfəyə görə psixika obyektiv aləmin subyektiv inikasından ibarətdir. Gəlin əvvəlcə “obyektiv aləm” terminini dərk edək. “Obyektiv” sözü obyekt sözündən əmələ gəlmişdir. Obyekt (latınca –obyektum) cism, predmet deməkdir. Psixologiyada obyekt sözünün özünəməxsus mənası vardır: insanın fəaliyyət prosesində bilavasitə iş gördüyü, təsir göstərdiyi cismlərə “obyekt” deyilir. “Obyektiv” sözü isə fəlsəfi termindi. Onun başlıca mənası bundan ibarətdir: predmetlər, subyektdən kənarda və ondan asılı olmayaraq mövcuddur. Fəlsəfə “obyektiv aləmi”, “obyektiv reallığı” göstərmək üçün materiya kateqoriyasından istifadə olunur.
İnikas –materialistik idrak nəzəriyyəsinin əsas prinsipidir. İnikas nədir? –İnikas materiyanın ən ümumi xassəsidir. İnikas dedikdə, iki obyektin qarşılıqlı təsiri prosesi və onun nəticəsi nəzərdə tutulur. Bu zaman həmin obyektlərdən birində əmələ gələn dəyişikliklər o birinin təsiri ilə şərtlənir və sonuncunun strukturuna uyğun olur. Gəlin fikrimizi çox sadə bir misal – güzgü misalı əsasında izah edək. Tutaq ki, A (hər hansı bir adam) saçını düzəltmək üçün V-yə (güzgüyə) baxmalıdır. V-nin qarşısında dayananda, onun V-də əksi şəkli alınır. Bu, mexaniki inikasdır, lakin bununla belə inikas üçün səciyyəvi olan ən mühüm xüsusiyyətlər həmin misalda da aydın nəzərə çarpır. Onları aydınlaşdıraq.

  1. Əgər A olmasaydı V-də onun əksi alınardımı? Aydın məsələdir ki, əks olunan, yəni A –birincidir, əks edən, yəni V –dəki şəkil ikincidir.

  2. Əks edənlə əks olunan arasında səbəb ardıcıllığı mövcuddur. A, məsələn sağa dönəndə V-dəki şəkil də dəyişir.

  3. V –dəki şəkil A –ya oxşayırmı? Bəli, oxşayır. Bu o deməkdir ki, əks edənlə əks olunan arasında oxşarlıq mövcuddur. Onlardan biri digərinin sürətidir, şəkildir, obrazıdır. (Fəlsəfi ədəbiyyatda bu cəhəti təhlil edərkən adekvatlıq, izomorfizm və homomorfizm terminləridən istifadə olunur.)

Görəsən, obyektiv aləm insanın da başında güzgüdə olduğu kimi əks olunur ? Nəzərdən keçidriyimiz xüsusiyyətlər inikasın bütün formaları üçü səciyyəvidi, lakin cansız təbiətdə, bitkilər aləmində, heyvanlarda və nəhayət, insanlarda inikas keyfiyyətcə müxtəlif formalarda özünü göstərir.
Güzgü misalı mexaniki inikasa aid misaldır. Cansız təbiətdə inikas passiv xarakter daşıyır: cansız aləmdə bir cismdə obirisinin təsiri ilə əmələ gələn dəyişikliklərdən cismləri özləri istifadə etmirlər. Canlı aləmdə isə onlardan artıq, özünü hifzetmə, özünü tənzimləmə məqsədilə istifadə olunur. Sinir sisteminin yaranması və
təkamülü ilə birlikdə sözün əsl mənasında psixiki inikas əmələ gəlməyə və inkişaf etməyə, orqanizmin ətraf mühitə bələdləşməsində və öz davranışını tənzim etməsində mühüm rol oynamağa başlayır.
Yəni psixika xüsusi surətdə təşəkkül etmiş materiyaın xassəsidir. Bir mühüm cəhətə də diqqət edin: psixika materiyanın substansiyası (latınca –subştantia mahiyyət deməkdir) deyil, xassəsidir. Həm də hər cür materiyanın deyil, ancaq xüsusi surətdə təşkil olunmuş, yəni üzvi materiyanın –beyinin xassəsidir.
Deməli, yüksək təşkil olunmuş materiyanın xassəsi, beyin funksiyası olmaq etibarilə psixika inikasın xüsusi forması kimi meydana çıxır. Beyin müxtəlif üzvlərin elə mürəkkəb sistemidir ki, onların fəaliyyəti ali heyvanların və insanın psixikasını şərtləndirir.
Psixika reflektor (latınca reflexus -əks olunan deməkdir) xarakter daşııyr.
Biz hər hansı bir cismi qavrayanda və ya nə barədə isə düşünəndə burada hansı sinin hüceyrələrinin iştirak etdiyini adətən hiss etmirik. Bundan başqa, neyrofizioloji proseslər psixi proseslərdə təmsil olunmurlar, yəni bizim başımızda əmələ gələn surətlərdə neyrofizioloji proseslər deyil, cisim və hadisələri xüsusiyyətləri –rəngi, forması, həcmi, başqa cism və hadisələrlə qarşılıqlı əlaqəsi və s. əks olunur. İdealistlər həmişə bu faktdan istifadə edərək psixi hadisələri cismsiz (yəni beyinlə əlaqəsi olmayan) hadisələr kimi xarakterizə etmiş, xüsusi cismsiz ruhi aləmin mövcud olduğunu irəli sürmüşlər. Lakin bu idealist fikirlərin səhv olduğunu başa düşmək çox asandır: beyində zədələnmə olan kimi psixi həyat da dərhal pozulur. Bu fakt empirik surətdə insanlara çoxdan məlumdur. El içində deyirlər ki, uşağın başına vurmazlar. Bu təsəvvürlər nə qədər bəsit olsa da, psixikanın beyin xassəsi olduğunu əks etdirir.
Psixika haqqında elmi təsəvvürlərin formalaşmasında təbiətşünaslıq mühüm rol oynamışdır.

  1. Müasir təsəvvürlərə görə, psixi funksiyalar beyin sahələrinin birgə işi sahəsində həyata keçirilən funksional sistemlər (P.K.Aoxin) kimi fəaliyyət göstərir. Onun sistem təşkil edən mərkəzi amili işin nəticəsi və ya məqsədi ilə bağlıdır. Bu zaman beyində baş verən müxtəlif proseslər funksional cəhətdən işin nəticəsi və ya məqsədi ilə uzlaşırlar.

  2. Psixi inikasın iki tərəfi –məzmun və forması vardır. Tutaq ki, xarici turistlər Qız qalasına heyran-heyran tamaşa edirlər. Gəlin bu prosesi yuxarıda tanış olduğunuz işarələrlə ifadə edək:

A (Qız qalası) V-yə (turistlərə) təsir göstərir: Qız qalasına baxdıqca, onarda bu abidə haqqında müyəyyən təsürat yaranır. Biri deyir ki, “bu çox orijinal abidədir”, başqa birisi deyir: “Mən dünyanın çox ölkəsində olmuşam. Belə əzəmətli Qız qalası görməmişəm” və s. Bu o deməkdir ki, Qız qalası müəyyən psixoloji proseslər şəklində turistlərin başında əks olunur. Qarşıya sual çıxır: psixi inikasın (bizim misalımızda turistlərdə Qız qalası haqqında yaranan təəssüratın) məzmununu nə təşkil edir? Bu sualın cavabı aydındır: turistlərdə yaranmış təəssüratın məzmununu Qız qalası abidəsi təşkil edir. Əgər bu faktı ümumiləşdirsək, aşağıdakı nəticəni çıxara bilərik: psixi inikasın məzmununu obyektiv aləm təşkil edir.
Psixika obyektiv aləmin subyektiv inikasıdır. Subyektiv psixikanın ümumi xarakteristikasıdır. Deməli, psixi inikasın subyektiv xarakter daşıdığını qeyd edəndə onun məzmunu (psixikanın məzmununu obyektiv aləm təşkil edir) deyil, cərəyan etmə forması nəzərdə tutulur. Beləliklə aydın olur ki, 1) psixika beynin xassəsidir; 2) psixika obyektiv aləmin subyektiv inikasıdır.
Bu iki müddəa bir-biri ilə üzvi şəkildə bağlıdır. Onları birlikdə aşağıdakı kimi ifadə edə bilərik: psixika beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gəlir.
Psixoloji faktı kəmiyyət cəhətdən xarakterizə edən, adətən insanın hər hansı bir qıcığa necə milli saniyə ərzində cavab verdiyini, bu və ya digər əməliyyatı neçə saniyə ərzində icra etdiyini, neçə səhvə yol verdiyini və s. nəzərə alırlar. Əgər hər hansı bir psixi prosesin xüsusiyyətlərini aydınlaşdırırıqsa, bu psixi faktın keyfiyyət xarakteristikasını əks etdirir.
Psixoloji faktın müəyyən olunmasının əhəmiyyəti böyükdür. Əbəs yerə deməyiblər ki, fakt amilin qanadıdır. Lakin bununla yanaşı psixoloji fakt nə qədər mənalı olursa-olsun, elmi təkcə onları təsbit və təsvir etməklə məhdudlaşdıra bilməz. Elm onaları izah etməlidir. Fikrimizi korrektura sınağı adlanan metodika ilə aparılmış bir tədqiqatın materiallarına əsasən aydınlaşdıraq.
Tədqiqat 12 yaşlı normal və oliqofren (yunanca –oliqoş –az, phren –ağıl sözlərindən əmələ gəlib ağıldankəm deməkdir) uşaqlar üzərində beş seriyada aparılmışdır. Birinci seriyada uşaqlara mətbəədə çap olunmuş bir səhifəlik mətn verilmişdir. Mətn “mənasız” sözlərdən ibarət idi. Uşaqlara mətni oxumaq təklif olunmuşdur: onlar hər dəqiqədən bir siqnal verəndə həmin saniyədə baxdığı “s” və “v” hərflərinin üzərində işarə qoymalı idilər.
Tədqiqatın nəticəsində məlum oldu ki, oliqofrenlər nəzərdən keçirilən sətirlərin miqdarına görə normal uşaqlardan geri qalır və daha çox səhvə yol verirlər.
Tədqiqatın ikinci seriyasında uşaqlara mənalı mətn –kiçik hekayə verildi. Onlara birinci seriyada olduğu kimi, mətni nəzərdən keçirmək və siqnal verdikdə “s” və “v” hərfləri üzərində işarə qoymaq tapşırıldı.
İlk baxışdan nə qədər təəccüblü görünsə də bu zaman əks nəticə alındı. Normal uşaqlar çox, oliqofrenlər isə nisbətən az səhvə yol vermişdilər. Sonrakı tədqiqatlarda (III, IV və V) da eyni nəticə alındı. Aydın məsələdir ki belə ziddiyyətli psixoloji faktları öz-özlüyündə təsvir etməklə, onların mahiyyətini aydınlaşdırmaq mümkün deyil. Hər bir elmin, o cümlədən psixologiya elminin başlıca məqsədi öyrəndiyi proses və hadisələrin tabe olduğu obyektiv qanunları müəyyən etməkdən, açmaqdan ibarətdir. Hər hansı bir bilik sahəsi ancaq bu zaman əsl elmə çevrilir.
Psixoloji faktlar qanuauyğun xarakter daşıyır, müvafiq şərait olduqda onlar hər dəfə zəruri surətdə müşahidə edilir. Yuxarıdakı tədqiqatı harda və hansı uşaqlara aparsaq, eyni nəticə alınacaqdır. Bu, birinci növbədə onunla bağlıdır ki, normal uşaqlar özlərini mətni oxumaqdan saxlaya bilmir: onlar mətnin məzmununa fikir verdikləri üçün diqqətləri yayınır və daha çox səhvə yol verirlər. Halbu ki oliqofren uşaqlar onlara verilən təlimatı kor-koranə əməl edir, təcrübənin gedişində mətnin (hekayənin) məzmunu ilə maraqlanmır və buna görə də normal uşaqlara nisbətən az səhvə yol verirlər.
Psixi həyatın elmi təhlili psixi faktların öyrənilməsini, onların əmələ gəlməsi, formalaşması və inkişafı qanunauyğunluqlarının, başqa sözlə tabe olduqları psixoloji qanunların müəyyən olunmasını nəzərdə tutur.
Kəşv olunmuş dəqiq formulə edilmiş psixoloji qanunlar elmi nəzəriyyənin nüvəsini təşkil edir. Onlar dəqiq məntiqi mühakimələr və hesablamalar yolu ilə bu və ya digər psixi hadisənin inkişaf melini qabaqcadan müəyyən etmək, onların qarşılıqlı əlaqəsini aydınlaşdırmaq və bu əsasda da həm nəzəri, həm də praktik məsələlərin həlli yolunu tapmaq imkanı verir.
Psixi fəaliyyətin mexanizmlərinin öyrənilməsi də mühüm məsələlərdən biridir. Psixi həyatın qanunauyğunluqları haqqındakı biliklər öz-özlüyündə hələ bu məsələni aydınlaşdırmaq imkanı vermir. Halbuki biz hər dəfə psixi həyatın qanunauyğunluqlarını təhlil edərək istər-istəməz onun mexanizmlərinin aydınlaşdırılması zərurəti ilə qarşılaşırıq.
Psixi fəaliyyətin mexanizmləri bu və ya digər prosesi həyata keçirən konkret anatomik-fizioloji aparatın işi ilə bağlıdır. Təsadüfi deyil ki, bu mühüm məsələ ilə uzun müddət fizioloqlar məşğul olmuşlar. Lakin bu sahədə aparılmış fizioloji tədqiqatlar öz məntiqinə görə müəyyən psixoloji məsələlərin həllini nəzərdə tutur. Elmi-texniki tədqiqat dövründə müxtəlif elmlərin, xüsusilə biofizika, biologiya, nevrologiya, neyrocərrahiyyə, kibernetika və s. inkişafı ilə əlaqədar olaraq psixi fəaliyyətin mexanizmlərinin öyrənilməsi sahəsində yeni imkanlar açıldı. Bu şəraitdə psixi fəaliyyətin mexanizmləri məsələsi ilə bilavasitə psixoloqların məşğul olması zərurəti meydana çıxır. Elmin inkişafı baxımından bu tamamilə qanunauyğun hal idi: psixi fəaliyyətin mexanizmləri məsələsinin müxtəlif elmlər tərəfindən öyrənildiyi bir şəraitdə onların səyini birləşdirmək lazım idi. Müasir psixologiya bu məsələyə böyük əhəmiyyət verir. O başqa elmlərlə (fiziologiya, biofizika, biokimya, kibernetika və s. ilə) birlikdə psixi fəaliyyətin mexanizmlərini öyrənir. Hətta son zamanlar psixologiya, təbabət (nevrologiya, neyrocərrahiyyə) və fiziologiyanın hüdudlarında psixologiya elminin yeni sahəsi –neyropsixologiya əmələ gəlmişdir. Neyropsixologiya baş beynin lokal zədələnmələrinə aid materiallar əsasında ali psixi fuksiyaların beyin mexanizmini öyrənir.
Deməli psixologiya bir elm kimi psixikanın faktlarını, qanunauyğunluqlarını və mexanizmlərini öyrənir. Biz bu cəhəti nəzərə alsaq Psoxologiya elminə daha dəqiq tərif verə bilərik. Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları, qanunauyğunluqları və mexanizmləri haqqında elmdir.
Bu tərifdə nəzəri əhəmiyyətə malik olan üç mühüm sual özünün aydın ifadəsini tapmışdır.
1 –ci sual. Psixologiya nə haqqında elmdir ? Cavab: Psixologiya psixika haqqında elmdir 2 –ci sual. Psixika nədir ?
Cavab: Obyektiv gerçəkliyin subyektiv surətidir
3 –cü sual. Psixologiya psixikanın hansı cəhətlərini öyrənir ?
Cavab: Psixologiya psixikanın faktlarını, qanunauyğunluqlarını və mexanizmlərini və təzahür xüsusiyyətlərini öyrənir.

  1. Psixi inikasın təkamülü haqqında

Psixikanın əmələ gəlməsi materiyanın hərəkətini bioloji formasının təşəkkülü ilə bağlıdır. Həyat təbiətin inkişafının keyfiyyətcə yeni mərhələsidir.


Canlı materiyaya keçid zamanı onun hərəkət formaları da keyfiyyətcə dəyişir. Çünki inikasın forması materiyanın varlıq formasından asılıdır. Cansız təbiətdə hərəkət cism və ya maddələrin mexaniki, fiziki və ya kimyəvi şəkillərdə qarşılıqlı təsiri kimi meydana çıxır. Yalnız canlı materiyaya bioloji inikas formaları xasdır, onun ilk əlaməti qıcıqlanmadan ibarətdir.
Canlı orqanizmin bitki və heyvanların biotik (bioloji cəhətdən əhəmiyyətli) təsirlərə cavab vermə qabiliyyətinə qıcıqlanma deyilir. Qıcıqlanma elementar formada hələ birhüceyrəli orqanizmdə özünü göstərir: onlar mühitin təsirinə seçici səciyyə daşıyan hərəkətlə cavab verirlər.
Cansız təbiətdə inikas yalnız xarici təsirlərin gücü və xarakterindən aslıdır. Canlı materiyada inikas keyfiyyətcə yeni xüsusiyyətlər kəsb edir. O, yalnız xarici təsirin gücü və xarakterindən deyi, həm də orqanizmin daxili vəziyyətindən (tutaq ki ac və ya tox olmasından) asılı olur. O, acdırsa, qidaya yaxınlaşır, toxdursa yerindən tərpənmir və ya ondan müxtəlif formalarda uzaqlaşır. Bu, o deməkdir ki, hər bir canlı orqanizm bütün canlı qıcıqlara seçici (fəal) münasibət bəsləyir, onda yeni xassə özünütənzimləmə xassəsi nəzərə çarpır. Başqa sözlə bioloji inikas özünün ilk sadə formalarından başlayaraq fəal xarakter daşıyır.
Təkamül prosesində heyvanlarda qıcıqlanmanın yeni forması həssaslıq meydana çıxır. Heyvan biotik təsirləri daha adekvat surətdə, məsələn, iyinə, rənginə və ya formasına görə fərqləndirməyə başlayır. Bu artıq sadə formada duyğunun əmələ gəlməsi deməkdir.
Beləliklə uzunmüddətli təkamül prosesində psixika əmələ gəlir və tədricən, o, müxtəlif formalarda –duyğu, qavrayış, hafizə və s. psixi proseslər kimi təzahür etməyə başlayır.
Psixikanın filogenezdə (yunanca phule –növ, genesis –doğulma, mənşə deməkdir), yəni təkamül prosesində əmələ gəlməsi və inkişafı mürəkkəb və çoxcəhətli prosesdir. O, müxtəlif amillərə xüsusilə mühitin təsiri və sinir sisteminin təkamülü və inkişafı ilə bağlıdır.
Canlı orqanizmin mövcudluğu mühitin, həyat şəraitinin təsiri ilə şərtlənir, onunla təyin olunur. İlk baxışdan adama elə gəlir ki, eyni bir yerdə -Qızılağac qoruğu və ya Altıağac meşələrində yaşayan müxtəlif heyvanların mühiti eynidir. Halbu ki, heyvanların növündən, cinsindən inkişaf səviyyəsindən asılı olaraq eyni bir qıcıq biri üçün biotik əhəmiyyət kəsb edir, o biri üçün isə tamamilə əhəmiyyətsizdir.
Biz onların həyat şəraitində ciddi fərqlərə rast gəlirik. Bu, birinci növbədə, ondan irəli gəlir ki, hər hansı bir qıcıq heyvanların hamısı üçün eyni dərəcədə biotik qıcıq deyildir. Tutaq ki, ət biri üçün biotik əhəmiyyət kəsb etdiyi halda, o biri üçün tamamilə əhəmiyyətsidir. Onların yaşayış tərzi də biri-birindən fərqlənir. Biri, məsələn, meymun ağacda yaşayır, başqasının tutaq ki, quşların həyat tərzi tamam başqadır, yaxud delfin suda yaşayır. Burada başqa amillərin də rolunu qeyd etmək olar.
Lakin heyvanların davranışının psixoloji baxımdan təhlili əsaslı surətdə göstərir ki, heyvanın mühitə uyğunlaşması bilavasitə onun sinir sisteminin xüsusiyyətləri ilə bağlıdır.
Həyat şəraiti mürəkkəbləşdirdikcə, sinir sistemi daha yüksək səviyyədə inkişaf edir, sinir sistemi ikişaf etdikcə, heyvanın mühitlə əlaqəsi genişlənir, mürəkkəbləşir.
Sinir sitemi də təkamül prosesinin məhsuludur Onun aşağıdakı növlərini fərqləndirirlər: a) torvari, yaxud səpgin sinir sistemi, b) düyünlü sinir sistemi v) borulu sinir sistemi (şəkil 3 a, b).
Torvari sinir sistemi ən bəsit sinir sistemidir. Hidropoliplərdə, meduzalarda və s. sinin hüceyrələri bədənin səthinə tor şəklində səpələnərək bir-biri ilə çıxıntılar vasitəsilə birləşir. Hər hansı bir sinir hüceyrəsində əmələ gələn oyanma bütün hüceyrələrə yayılır və təsir edən qıcığa hidropolip və ya meduza bütün bədənini yığmaqla verir.
Torvari sinir sistemindən fərqli olaraq düyünlü sinir sistemində sinir hüceyrələri qruplaşır, mərkəzi düyünlər əmələ gəlir: sinir hüceyrələri əsas etibarilə heyvanın mühitlə daha çox təmasda olan baş hissəsində toplaşır və sinir sisteminin aşağı ətraf hissələri yuxarı mərkəzi hissələrə tabe vəziyyətdə olur.
Borulu sinir sistemi ali sinir sistemi tipidir. O, boruda yerləşən sinir hüceyrələrinin birləşməsindən ibarətdir (məsələn, xordalılarda). Təkamül nəticəsində onurğalılarda onurğa beyni (haramilik) və baş beyin (beyin) –mərkəzi sinir sistemi meydana gəlmiş və inkişaf etmişdir. Sinir sisteminin inkişafı ilə yanaşı olaraq heyvanlarda hiss üzvləri də inkişaf edir və təkmilləşir. Sinir sisteminin və reseptorların inkişafından asılı olaraq psixi inikas forması da mürəkkəbləşir. Heyvanlarda yeni psixi funksiyalar meydana gəlir və təkamülün nisbətən aşağı mərhələsində özünü göstərən psixi funksiyalar (duyğular, qavrayış, hafizə və s.) təkmilləşir sinir sistemi nə qədər mürəkkəbidirsə, psixika da bir o qədər təkmilləşmiş olur.
Baş beyinin inkişafı onurğalıların təkamülündə xüsusi əhəmiyyət kəsb edir. Baş beyində müxtəlif funksiyaları yerinə yetirən lokallaşdırılmış müəyyən sahələrdə yer tutan mərkəzlər yaranır. Bu mərkəzlər xüsusi sinir törəmələri –asossasiya zonaları vasitəsilə qarşılıqlı əlaqəyə girir. Heyvan nə qədər yüksək inkişaf etmiş olursa, həmin zonalar bir o qədər təkmilləşmiş olur. Mərkəzi sinir sisteminə malik heyvanlar mühitin təsirini daha adekvat surətdə əks etdirirlər. Yüksək sürətdə təşəkkül etmiş heyvanlarda sinir fəaliyyətinin əsas fondunu şərti reflekslərin məcmusunu təşkil edir.
Beləliklə, aydın olur ki, psixi funksiyalar heyvanın yaşayış şəraitindən və sinir sisteminin xüsusiyyətlərindən asılı olaraq inkişaf edir. Bəs bu xüsusiyyət onların davranışında necə əks olunur ?
Torvari sinir sisteminə malik olan heyvanlar mühitin təsirinə əsasən tropizmlər formasında reaksiya göstərirlər. Düyünlü sinir səviyyəsində heyvanlar davranışında tropizmlər müşahidə olunsa da, əsas yeri instinktiv davranış forması və ya instinktlər tutur. Onların davranışında vərdişlər də özünəməxsus rol oynamağa başlayır. Borulu sinir sistemi səviyyəsində isə qeyd olunan davranış formaları ilə yanaşı intellektual davranışa rast gəlirik
Tropizmlər nədir ? Onlar necə təzahür edir ?
Tropizm (yunanca tropos –dönmək istiqamət deməkdir) termini ilk dəfə bitkilərin günəşə doğru hərəkətini təsvir etmək məqsədilə işlənmişdir (Azərbaycan dilində “günəbaxan” bu cəhətdən maraqlıdır). Fransız psixologiyasında tropizm termininin sinonimi kimi “taksis” (yunanca taxis –qayda, uyğunlaşma deməkdir) terminindən istifadə olunur. Bizim ədəbiyyatda bitkilərin müvafiq reaksiyaları daha çox tropizm, heyvanların reaksiyaları isə taksis sözləri ilə ifadə olunur. Bəzən həmin sözlərdən sinonim kimi də istifadə olunur.
Tropizm və ya taksisin iki mərhələsini fərqləndirirlər, birinci mərhələdə canlı orqanizm müvafiq qıcıq (işıq, kimyəvi, mexaniki və s.) istiqamətdə yönəlir, ikinci mərhələdə həmin istiqamətdə yerini dəyişir. Ali heyvanlarda hafizənin inkişafı zəminində mnemotaksis (yunaca mnemotaxis –yadda saxlamaq deməkdir) müşahidə olunur: heyvan müəyyən ərazidə davranış üçün mühün olan oriyentləri yadda saxlayır. Heyvanın inkişaf səviyyəsindən asılı olaraq tropizm və ya taksis müxtəlif formalarda özünü göstərir.
İnstinktlər (latınca –instinktus –oyanma deməkdir) genetik cəhətdən tropizmlərlə bağlı olsa da, mahiyyət etibarilə yeni davranış forması kimi meydana çıxır. İnstinkt termini müxtəlif vaxtlarda müxtəlif məzmun ifadə etmişdir. Bir sıra hallarda şüurun əksini təşkil edən halları, bəzən insanın “düşünülməmiş”, “impulsiv” hərəkətlərini, insan psixikasıda “heyvani cəhətləri”, bəzən isə mürəkkəb şərtsiz refleksləri ifadə etmək üçün instinkt termindən istifadə olunmuşdur. Müasir psixologiyada terminin mənası dəqiqləşdirilmişdir; o, elmi termin kimi “genetik cəhətdən təsbit olunmuş”, “irsən möhkəmlənmiş”, “anadangəlmə davranış” mənasını ifadə edir.
İnstinktiv davranış forması zəncirvari xarakter daşıyır: o hər hansı bir qıcığın (iy, səs, duruş, dəri reaksiyaları, rəng və s.) təsiri ilə əmələ gəlir. İnstinktiv davranış anadangəlmədir. Bu onun başlıca xüsusiyyətidir. Müvafiq qıcıq təsir göstərən kimi instinktiv davranış da bir növ öz –özünə yaranmağa başlayır. Lakin son zamanlar xüsusilə meymunlar üzərində aparılan müşahidələr göstərir ki, nisbətən mürəkkəb instinktiv davranış formaları öz-özünə əmələ gəlmir. Onlar əsasən sürü şəraitində formalaşır.
İmprintinq (ingiliscə -imprint –həkkolma deməkdir) quş və ya heyvan balalarının ilk çağlarında (ilk saatlarda və ya birinci günlərdə) bilavasitə yaxınlıqda yerləşən mütəhərrik cismləri təsbit etmək və yadda saxlamaq qabiliyyətinə deyilir. Mühit dəyişkəndir. Ona təkcə instinktiv davranış formasında uyğunlaşma əslində mümkün deyildir. Bu zəmində də heyvanlar mühitə həm də fərdi surətdə uyğunlaşırlar. Onlar öyrənmə, eləcə də bir çox hallarda təqlid yolu ilə müxtəlif vərdişlərə yiyələnirlər. Fərdi qazanılmış davranış formaları dedikdə, heyvanların yiyələndikləri vərdişlər nəzərdə tutulur. Bir məsələyə diqqət edək; bu davranış forması nə üçün fərdi davranış forması adlanır? İnstinktlər növə məxsusdur. Bu o deməkdir ki, eyni bir instinktiv davranış müvafiq növə məxsus olan heyvanların, məsələn, itlərin hamısında əasən yeni xüsusiyyətlərə təzahür edir. Halbuki vərdişlər fərdi xarakter daşıyır. İki müxtəlif şəraitdə eyni növlü iki itin birində bir cür, o birində isə başqa cür vərdişlər formalaşır, yəni onların formalaşması fərdi xarakter daşıyır. Lakin bundan asılı olmayaraq fərdi qazanılmış formaları
instunktiv davranış formaları əsasında təşəkkül edir. Bu iki davranış formaları bir- birindən o qədər qarşılıqlı əlaqədə təzahür edir ki, hətta bəzən onları bir-birindən fərqləndirmək çətin olur. İmprintinq faktların müəyyən edilməsi bu baxımdan böyük əhəmiyyətə malik idi.
İntellektual davranış da genetik cəhətdən instinqtiv və fərdi qazanılmış davranış formaları ilə bilavasitə bağlıdır. Bu cəhəti nəzərə almadan intellektual davranışı başa düşmək olmaz.
İntellektual davranış nədir ? Ona nə üçün məhz “intellektual” davranış deyilir? İntellektual davranışın əsasını ayrı ayrı cismlər arasındakı mürəkkəb münasibətləri əks etdirmək təşkil edir; bu zaman heyvan iki cism arasındakı əlaqəni tapdığına görə bu davranış formasını intellektual davranış kimi xarakterizə edirlər.
İnstunktiv davranış heyvanların əsas davranış formasıdır. Heyvanlar fərdi qazanılmış davranış formalarından və intellektual davranış formalarından zəruri hallarda istifadə edirlər. İntellektual davranış heyvanlar üçün çox vaxt potensial imkan olaraq qalır.

4. Əşyavi fəaliyyətin ümumi quruluşu


Müasir psixologiyanın anlayışlar sistemində fəaliyyət kateqoriyası mühüm yer tutur. Fəaliyyət dedikdə insanın fəallığının özünəməxsus forması nəzərdə tutulur. Çox maraqlıdır ki dilimizdə fəaliyyət sözü elə fəal sözündən əmələ gəlmişdir.


İnsanın fəallığı müxtəlif formalarda, məsələn, əmək, təlim və ya oyun formasında özünü göstərir. Biz fəallığın bütün formalarını -əmək təlim və ya onun xüsusiyyətlərini fəaliyyət termini ilə nəzərdən keçirəcəyik. Bizi burada onlardan hər birinin xüsusi cəhətləri deyil ümumi cəhətləri maraqlandıracaqdır.
Fəaliyyət genetik cəhətdən əvvəlcə praktik fəaliyyət kimi formalaşmışdır, onun əsasında isə tədricən nəzəri fəaliyyət təşəkkül etmişdir.
Praktik fəaliyyət əşyavi fəaliyyətdir. “Əşyavi” sözünün psixologiyada dəqiq mənası vardır: praktik fəaliyyət prosesində insan əşyalarla əməliyyat aparır, onları fəaliyyət prosesində dəyişərək dərk edir və xarici aləmi daha adekvat surətdə əks etdirir. Belə fəaliyyətə əşyavi fəaliyyət deyilir.
Psixologiya elmi əşyanın hansı cəhətlərini öyrənir? Fərdi fəaliyyətin, eləcə də digər birgə qrup (kollektiv) fəaliyyətin psixoloji baxımdan özünəməxsus strukturu vardır. Buraya nə daxildir? Fəaliyyətin struktur vahidləri necə əmələ gəlir? Psixi proseslər, hallar və xassələrin formalaşması və inkişafında fəaliyyətin rolu nədən ibarətdir və s. Psixologiya elmi bu kimi mühüm məsələləri öyrənir.
Başqa sözlə psixologiya fəaliyyətin subyektiv cəhətini və ya planını tədqiq edir; fəaliyyətin tədqiqi zamanı onu birinci növbədə, fəaliyyətin motivləri məqsədləri, bu prosesdə: sensor, perseptiv, mnemik, iradi, emosional və b. proseslərin, rolu, funksiyaları, dinamikası maraqlandırır.
İnsanın fəallığı iki formada özünü göstərir: xarici (fiziki) və daxili fəallıq. Bu baxımdan fəaliyyət insanın daxili (psixi) fəallığının vəhdəti kimi özünü göstərir. Deməli fəaliyyət insanın dərk olunmuş məqsədi ilə tənzim edilən daxili (psixi) və xarici (fiziki) fəallığıdır.
Gəlin, indi bu tərif əsasında fəaliyyətin strukturunu ümumi şəkildə təsvir edək:
İnsanda müəyyən bir motiv əmələ gəlir. Onu təmin etmək üçün insan öz qarşısına məqsəd qoyur və məqsədə müvafiq olaraq müəyyən işlər görməyə başlayır.
İnsan öz məqsədini müəyyən konkret bir şəraitdə həyata keçirir, şəraitdən asılı olaraq məqsədi həyata keçirməyin üsulları müəyən olunur: eyni bir iş konkret şəraitdən asılı olaraq müxtəlif üsullarla icra edilə bilər. Gəlin fəaliyyətin tərkib hissələri ilə ayrı-ayrılıqda tanış olaq. Bu baxımdan aşağıdakıları qeyed edə bilərik.

  1. Motiv-məqsəd fəaliyyətin özünəməxsus vektorunu əmələ gətirir, bu isə öz növbəsində onun istiqamətini eləcə də subyektin fəaliyyət prosesində göstərdiyi səyin dərəcəsini müəyyən edir. Psixoloji tədqiqatlar (B.F.Lomov və b.) göstərir ki, fəaliyyət prosesində formalaşan və inkişaf edən psixi propses və halların bütün sistemi bu faktor vasitəsilə təşkil olunur.

Motiv insanı fəaliyyətə təhrik edən amillərə aiddir. Onun əsas funksiyası da, birinci növbədə bundan ibarətdir. Lakin psixoloji baxımdan onun əhəmiyyəti daha böyükdür; motivin əmələ gəlməsi ilə fəaliyyəti özünəməxsus emosional boya kəsb edir, insan fəaliyyət prosesində meydana çıxan çətinliklərə özünəməxsus münasibət bildirməyə başlayır... Bu mənada motivsiz fəaliyyət yoxdur və ola da bilməz. Lakin bir cəhət aydındır: fəaliyyətin konkret xarakteristikası motivlə deyil, məqsədlə müəyyən olunur. Bir tərəfdən eyni bir motiv müxtəlif fəaliyyət vasitəsilə həyata kemçirilə bilər. Digər tərəfdən, eyni bir mövzu zəmnində müxtəlif məqsədlər formalaşa bilər və əslində də formalaşır. Bu o deməkdir ki, motiv bir növ “çoxvalentlidir”. Eyni bir məqsədin müxtəlif motivlərlə bağlı olması da mümkündür.
Məqsəd həm prespektiv (qavrayış, surət, həm surət –təsəvvür, həm də müəyyən “məntiqi konstruksiya” hökm və əqli nəticə) sistemi kimi meydana çıxa bilər. İnsan fəaliyyət prosesində bütün əməliyyatları bu surətlər və ya “konstruksiyalar” vasitəsilə yerinə yetirir. Bu mənada da məqsəd fəaliyyət prosesində operativ surət və konstruksiyalar kimi çıxış edir. Fəaliyyətin planlaşdırılması, qərar qəbulu, cari informasiyaların işlənilməsi, nəticələrin yoxlanılması, işin təshihi–bunların hamısı operativ obraz və yə konstruksiya ilə bağlıdır.

  1. Fəaliyyətin şəraiti. Hər bir fəaliyyət müəyyən bir obyektiv şəraitdə həyata keçirilir. İnsan öz məqsədini şərait baxımından qiymətləndirərək, bir tərəfdən, fəaliyyətin konkret vəzifələrini, bir tərəfdən üsul və vasitələrini müəyyən edir. Belə sadə halları təsəvvür etmək çətin deyil: bir halda divara böyük mıx, başqa halda çox kiçik mıx vurulmalıdır; bir halda mıxı tavana, başqa halda döşəməyə vurmaq lazımdır. Belə hallarda məqsədi dərk etmək hələ azdır, həm də şəraiti düzgün qiymətləndirmək və ona müvafiq olaraq səmərəli üsullar seçmək zəruridir.

  2. Xarici və daxili fəallıq. Xarici fəallıq iş və hərəkətlər formasında təzahür edir. İş nədir? Bu suala cavab vermək üçün biz yenə də məqsəd anlayışlara müraciət etməliyik. Fəaliyyərin bir ümumi məqsədi, bir də konkret məqsədi və ya vəzifələri olur. Fəaliyyətin sadə bir cari vəzifəsini həll etməyə yönəlmiş bu cür nisbətən bitmiş elementi iş adlanır.

Məqsəd –işin mərkəzi tərkib hissəsidir. Onun bundan başqa daha iki tərkib hissəsi
–motro (hərəki) və sensor (hiss) komponentləri vardır. İşin tərkib hissələri öz funksiyasına görə bir birindən fərqlənirlər –şəkil 3–də bunu aydın görmək olar.

Şəkil 3. İşin tərkib hissələri və funksiyaları

İşin tərkib hissəsi fəaliyyət prosesində mahiyyət etibarilə hərəkət kimi təzahür edirlər. Nəzərdən keçirdiyimiz funksiyalar onların vasitəsilə həyata keçirilir. Hərəkətlər özlərinin trayektoriyasına, icra müddətinə, gücünə, surətinə, tempinə, eləcə də bədənin hansı tərəfindən icra olunmasına görə bir-birlərindən fərqlənirlər. Lakin bununla belə, hərəkətləri müqayisəli tərzdə təhlil etsək, onların əsasən üç ünsürdən (“tutmaq” “yerini dəyişmək” və “buraxmaq”) ibarət olduğunu görərik. İş şəraitindən asılı olaraq bu ünsirlərdən hər biri özünəməxsus psixofizioloji xarakteristika kəsb edir. Məsələn, adamlar stəkanı bir cür, balıq akvariyumunu başqa cür tuturlar və s. Psixologiyada cismlərin vəziyyətini və ya xassələrini dəyişməyə yönəlmiş və hərəkətlərə maddi (əşyavi) iş və hərəkətlər deyilir.


Bəs daxili fəallıq nədir? O hansı xüsusiyyətlərlə xarici fəallıqdan fərqlənir? Bunu aydın təsəvvür etmək üçün fəaliyyətdə təkcə idrak proseslərinin rolunu aydınlaşdırmaq kifayətdir. Fəaliyyətin planlaşdırılması, qərar qəbulu, cari informasiyaların işlənməsi, nəticənin yoxlanılması, işin təshihi –bunların hamısı idrak proseslərinin: yəni diqqətin, qavrayışın, hafizənin, təfəkkürün və s. fəaliyyəti ilə ayrılmaz surətdə bağlıdır; idrak prosesləri olmadan fəaliyyət mövcud deyildir və mövcud ola bilməz.
Problemin belə qoyuluşu böyük elmi-metodoloji əhəmiyyətə malik olan bir məsələni aydınlaşdırmaq imkanı verir. Belə ki insanın xarici və daxili fəallığı bir- birilə qarşılıqlı surətdə əlaqədardır. Hər hansı bir iş və hərəkət daxili proseslərlə şərtlənir. Hər bir daxili proses isə nəinki sadəcə olaraq xarici iş hərəkətlərdə təzahür edir, həm də onların təsiri ilə dəyişir. Qarşıya prinsipial sual çıxır: daxili proseslər xarici iş və hərəkətlərin təsirilə necə dəyişir? Bu nə deməkdir? Məsələnin müasir psixologiya üçün elmi-metodoloji əhəmiyyəti də məhz bu sualların mahiyyəti ilə bağlıdır. Maddi (əşyavi) iş və hərəkətlər birincidir, əzəlidir. Hamıya yaxşı məlum olan bir faktı xatırlayaq: daşın ağırlığını müəyyənləşdirmək üçün onu qaldırmaq lazımdır. Nə qədər belə misallar göstərmək olar? Şeylərin məntiqi belədir.
Ən yeni psixoloji təqdiqatlar göstərir ki, fəaliyyət prosesində maddi (əşyavi) iş və hərəkətlər təkrar olunduqca möhkəmlənir və yeni psixoloji xüsusiyyətlər kəsb edirlər. Burada ən azı üç istiqamət müəyyən etmək olar: a) maddi iş və hərəkətlər tədricən daxili prespektiv (qavrayış), mnemik (hafizə), fikri (təfəkkür) və s. əməliyyatlara çevrilir; b) onlar avtomatlaşır və fəaliyyət prosesində vərdişlər kimi çıxış edirlər; v) maddi iş və hərəkətlər kommunikativ (ingiliscə kommuncate – məlumat vermək, xəbər çatdırmaq deməkdir) əhəmiyyət kəsb edir, ifadəli hərəkətlərə -mnimika, pantomimika, jestlər və s.-yə çevrilirlər.
Biz bunlardan hər birini ayrı-ayrılıqda nəzərdən keçirəcəyik. Yuxarıdakı sualları aydınlaşdırmaq üçün birinci istiqaməti burada nisbətən ətraflı şərh etməliyik.

  1. İnteriorizasiya və eksteriorizasiya haqqında. Psixologiyada maddi (əşyavi) əməliyyatların fikri əməliyyatlara çevrilməsinə interiorizasiya deyilir. İnteriorizasiya latınca –interior sözündən əmələ gəlmişdir: mənası daxili deməkdir. “Daxili” sözü təsvir etdiyimiz qanunauyğunluğun mahiyyətini dəqiq ifadə edir: maddi əməliyyatlar xarici, fiziki əməliyyatlar daxili əməliyyatlardır, deməli, burada söhbət xarici əməliyyatların daxili əməliyyatlara çevrilməsindən gedir. İnteriorizasiya termini də məhz bu cəhəti ifadə edir.

İnteriorizasiya termini fransız psixoloqları (P.Jane, J.Piaje, A.Vallon və b.) tərəfindən təklif olunmuş və müxtəlif materiallar əsasında öyrənilmişdir. Hal- hazırda interiorizasiya terminindən müxtəlif psixoloji cərəyanlarda geniş istifadə olunur.
İnteriorizasiya geniş anlayışdır. Bizim təsvir etdiyimiz misal nə qədər sadə olsa da, onun mahiyyətini aydınlaşdırmağa imkan verir. Maddi əməliyyatların daxili əməliyyatlara çevrilməsi mürəkkəb prosesdir. Onun bir çox qanunauyğunluqları hələ kifayət qədər öyrənilməmişdir. Lakin bir cəhət ayrındır: interiorizasiya prosesində nitq həlledici rol oynayır. Uşaqlar maddi əməliyyatların icrası prosesində nitq vasitəsilə bu sahədə bərqərar olmuş ictimai təcrübəni mənimsəyir: başqa adamlar kimi fikirləşməyi, mühakimə yürütməni öyrənir. Psixoloqların (P.Y.Qalperin və b.) tədqiqatları göstərir ki, fikri əməliyyatlar mərhələlərlə aşağıdakı kimi formalaşır: əvvəlcə əməliyyatın motivləri təşəkkül edir, ilk bələdləşmə sxemi yaranır, əməliyyatın maddi əsası əmələ gəlir, sonra əməliyyatlar nitq vasitəsilə icra edili, nəhayət əməliyyat fikri planda icra olunmağa başlayır.
Psixoloji tədqiqatlar göstərir ki, xarici əməliyyatlar daxili əməliyyatlara çevrildikcə əşyavi fəaliyyət zəminində psixika nəşət edir. Başqa sözlə psixi olan əşyavi fəaliyyətin interiorizasiyası nəticəsində əmələ gəlir, yəni psixi proseslər mahiyyət etibarilə maddi əməliyyatların ideal plana keçməsindən başqa bir şey deyildir. Bəs, eksteriorizasiya nə deməkdir? Eksteriorizasiya latınca –exterior sözündən əmələ gəlmişdir: mənası xarici, zahiri deməkdir. Burada “xarici” sözünün dəqiq psixoloji mənası vardır. Məsələnin kökü ondan ibarətdir ki, xarici əməliyatlar daxili əməliyatlara çevrilirlər, onlar isə öz növbəsində yenidən xarici əməliyyatlarda təcəssüm etməyə başlayırlar.
İnsanın yaradıcılıq naliyyətlərinin həyata keçirilməsi eksteriorizasiya prosesləri üçün səciyyəvidir. Eksteriorizasiya və interiorizasiya prosesləri qarşılıqlı əlaqədərdir. Bunun da səbəbi aydındır: insanın əşyavi (xarici) fəaliyyəti ilə daxili fəaliyyəti qarşılıqlı vəhdətdədir. Onlar bir-birlərini qarşılıqlı surətdə şərtləndirirlər.
Daxili fəaliyyət formalaşdıqca, əşyavi (xarici) fəaliyyət də yeni keyfiyytələr kəsb edir. əşyavi fəaliyyətlərdə hər bir psixi prosesin (qavrayış, diqqət, hafizə, təfəkkür və s.) öz funksiyası vardır.

  1. Vərdişlər və bacarıqlar haqında. Eksteriorizasiya prosesləri vərdişlər və bacarıqlar vasitəsilə həyata keçirilir.

Hər bir fəaliyyət müntəzəm surətdə icra etdikcə onun tərkibinə daxil olan bəzi hərəkətlər qismən avtomatlaşır. Yəni şüurun xüsusi nəzarəti olmadan icra edilir. Fəaliyyət prosesində qismən avtomatlaşan belə hərəkətlərə vərdişlər deyilir. Savadlı adamın yazı yazması, oxuması, yaxud təcrübəli şoferin maşını idarə etməsi rəssamın cismin həcmini rəng vasitəsilə rəsmdə verməsi və s. vərdişlərə misal ola bilər.
Fəaliyyət prosesində məqsədin həyata keçirilməsi vərdişlərin səviyyəsindən bilavasitə aslıdır. İnsan yeni şəraitdə də həmişə özünün vərdişlərindən istifadə edir Yeni şəraitdə qarşıya qoyulan məqsədə müvafiq olaraq iş üsullarının seçilməsi və həyata keçirilməsi üçün mövcud bilik və vərdişlərdən istifadə olunması bacarıq adlanır.

  1. Fəaliyyətnin nəticəsi. Fəaliyyətin öz məntiqi var. Onun konkret nəticəsi olmalıdır. Nəticə isə birdən-birə alınmır. Burada psixoloji baxımdan maraqlı cəhət ondan ibarədir ki, insanlar fəaliyyətin nəticəsini işi görüb qurtardıqdan sonra deyil fəaliyyət prosesinin gedişində qiymətləndirirlər.

Bu, hər şeydən əvvəl onunla bağlıdır ki, insan fəaliyyətinin nəticəsini qabaqcadan görə bilir. Psixologiyada buna antisipasiya (latınca –anticipo –irəlicədən görmək deməkdir) –deyilir. Fəaliyyət prosesində antisipasiya müxtəlif səviyyələrdə özünü götərir: o, hərəkətlərin dəqiqliyini təmin edir, obyektləri dinamik şəkildə qavramaq, işləri qabaqcadan planlaşdırmaq inkanı verir. İşin nəticəsinin məqsəd baxımdan qiymətləndirilməsi isə fəaliyyətin səmərəsini şərtləndirən ən başlıca cəhətdir.
Əks əlaqə nədir? Əks əlaqə hissi əyani xarakter daşıyır. Buna görə də o, sensor nəzarət yolu ilə, yəni hiss üzvlərinin köməyi ilə həyata keçir. Məsələn, metaləridən metalın rənginə, müəllim isə dərs zamanı şagirdlərin danışıb danışmamasına diqqət yetirir və onun vasitəsilə bütün prosesə -metal əridən, tutaq ki, temperatur rejiminə, müəllim intizama nəzarət edir. Bu mənada da metalın rənginə uşaqların səsinə və s. hissi oriyentləri deyilir. Metaləridən və ya müəllim bu oriyentirlərin köməyilə yol verilən nöqsanları müəyyən edib aradan qaldırır. Qarşıya bir sual çıxır: metaləridən nə üçün əriyən metalın rənginə, müəllim isə uşaqların səsinə fikir verir? Bu, fəaliyyətin xüsusiyyətlərindən, ən başlıcası isə məqsədindən asılıdır. Metaləridən və ya müəllim hissi oriyentləri və müvafiq hərəkətləri təsadüfən deyil işin məqsədinə əsasən müəyyən edir; yəni fəaliyyət prosesində hərəkətlər sistemi nəticə etibarilə işin məqsədləri ilə idarə və tənzim olunur. Bu qanunauyğunluq ümumi əhəmiyyətə malikdir və bütün fəaliyyət sahələrinə özünü göstərir.

5. Ali psixi funksiyaların sistemli təhlili


Müasir elmi təsəvvürlərə görə ali psixi funksiyalar sistemli xarakter daşıyır. Bu nə deməkdir? Biz həm sualı aydınlaşdırmaq üçün bəzi anlayışları, məsələn, “ali psixi funksiyalar” və “sistemli təşkil” anlayışlarını nəzərdən keçirməliyik.
Ali psixi funksiyalar müasir psixologiyanın əasa anlayışlarından biridir. O, psixoligoya elminə ilk dəfə L.S.Vıqortski tərəfindən daxil edilmiş, A.R.Luriya,
A.N. Leontev və başqa eovet psixoloqları tərəfindən daha da inkişaf etdirilmişdir. L.S.Vıqortski psixi hadisələrin iki səviyyəsini –“natural” və mədəni “psixi” prosesləri fərqləndirirdi. O, belə hesab edir ki, birincilər əsasən gebetik (bioloji) amillərin təsirilə şərtlənir, ikincilər isə bütünlükdə sosial amillərin təsirilə təşəkkül edir.
Natural psixi proseslərin filogenetik kökləri vardır. F.Engels yazırdı: insanın heyvan aləmindən əmələ gəlməsi faktının özü göstərir ki, insan heç zaman heyvanlarda olan xassələrdən tamamilə qurtula bilməyəcəkdir. Və deməli həmin xassələrin yalnız çoxluğu və ya azlığından bəhs edilə bilər, -heyvanlıq və ya insanlığın yalnız müxtəlif dərəcəsindən bəhs oluna bilər. Lakin bu dərəcə, insanın sosial inkişaf dərəcəsindən asılıdır. Bu baxımdan L.S.Vıqortski “mədəni” prosesləri ali psixiki funksiyalar kimi xarakterizə edirdi. Ali psixi funksiyalar mürəkkəb psixi proseslərdir insanı həyatı prosesində formalaşırlar; özlərinin psixoloji xarakterinə görə vasitəli xarakter daşıyırlar: müxtəlif işarələr sistemi, birinci növbədə nitq vasitəsilə təşəkkül edir. L.S.Vıqortski bu məsələni izah edərək göstərdi ki, uşağın mədəni inkişafında hər bir funksiya iki dəfə, iki planda -əvvəlcə sisoal, sonra psixoloji planda, əvvəlcə insanlar arasında –interpsixi, sonra isə uşağın daxilində -intrapsixi kateqoriya kimi meydana çıxır. Başqa sözlə, ali psixi funksiyalar əvvəlcə insanlar arasında qarşılıqlı təsir formasında (yəni interpsixoloji proses kimi) mövcud olur, sonra isə tamamilə daxili (intrapsixoloji) prosesə çevrilir.
Vəhşi heyvanlar içərisində böyümüş uşaqların psixoloji baxımdan öyrənilməsi də bu fikri sübut edir. Onların hamısında L.S.Vıqortskinin sözləri ilə desək, natural psixi proseslər inkişaf etdiyi halda, ali psixi funksiyalar formalaşmır. 1920-ci ildə Hindistanda canavarlar arasında tapılmış 8 yaşlı Kəmaləyə adi materiallar təxminən iyirmi ildən sonra müxtəlif psixoloqlar (A.Gezell, R.Zinq və Ç.Mak- Leyn) tərəfindən retrospektiv surətdə təhlil olunmuşdur. Onların fikrincə Kəmalə təxminən 35 yaşına qədər yaşasaydı, yalnız bu zaman onun əqli inkişafı 10-12 yaşlı normal uşaqların əqli inkişaf səviyyəsinə qədər çata bilərdi. İzahata necə deyərlər ehtiyac yoxdur. Beləliklə L.S.Vıqortskinin fikrincə, fərdi şüurun (ali psixi funksiyalar şüura aiddir) inkişafında da ictimai münasibətlər müəyyənedici rol oynayır.
Bəs “sistemli təşkil” anlayışı nə deməkdir? Əgər biz məsələni tarixi istiqamətdə nəzərdən keçirsək, görərik ki, psixologiya elmində sistem (yunanca –systema hissəsindən əmələ gəlmiş birləşmiş deməkdir) termindən XX əsrin ikinci yarısından etibarən istifadə olunmağa başlanılmışdır. Lakin qeyd etmək lazımdır ki, bu termin birdən-birə yaranmamışdır. Hələ psixologiya tarixinin əvvəlki dövrlərində, xüsusilə XIX əsrdə psixi hadisələrin sistemli xarakteri haqqında müəyyən emprik təsəvvürlər olmuşdur. İnsan psixikasının kompleks şəkildə öyrənilməsi və s. haqqındakı təsəvvürlər az da olsa müasir sistem nəzəriyyəsi
anlayışlarına uyğun gəlirdi. Bunun da səbəbi aydındır. Psixikanın sistemli xarakter daşıması onun xarakteri ilə bağlıdır. Elm empirik sürətdə də olsa bu faktları təsvir etməyə bilməz. Bu sahədə təbiyyətşünaslığın özünəməxsus naliyyəti var idi. Darvinin təkamül nəzəriyyəsi D.İ.Mendeleyevin elementlərin dövri sistemi və s. sistemli yanaşmanın parlaq nümunələri idi.
İctimai hadisələrin təhlili sahəsində sistem nəzəriyyəsi ilk dəfə K.Marks tərəfindən tətbiq olunmuşdur. O dövrə qədər elmə əsasən maddi və funksional keyfiyyətlər məlum idi. Psixologiya elmində də psixi hadisələr əsas etibarilə funksional istiqamətdə öyrənilmişdir.
Psixi hadisələrin sistem nəzəriyyəsi baxımından öyrənilməsi, zəruri eksperemental materialların toplanması, təhlil üsullarının işlənilməsi üçün elm uzun inkişaf yolu keçmişdir. Sistemlilik prinsipi müasir psixoloji təsəvvürlərə görə ali psixi funksiyalar sistemli surətdə təşkil olunmuşdur. Bu o deməkdir ki, onlardan hər biri müvafiq sistem çərçivəsində əmələ gəlir və mövcud olur. Ali psixi funksiyalardan hər birinin bu sistemdə özünəməxsus yeri və funksiyası vadır. Onlar bir-birilə qarşılıqlı surətdə əlaqədardır, lakin bu əlaqələr təsadüfi, epizotik deyil, qanunauyğun xarakter daşıyır. Ali psixi funksiyaların qarşılıqlı əlaqəsi onlardan hər birinin, bununla birlikdə isə bütöv sistemin əmələ gəlməsi, mövcud olmasının və inkişafının mühüm şərtidir.
Ali psixi funksiyalar bir “psixoloji sistem” kimi hansı xüsusiyyətə malikdir? Hər hansı bir sistemi səciyyələndirən inteqral xüsusiyyətlərə sisteməməxsus keyfiyyətlər deyilir. Ali psixi funksiyaların da sisteməməxsus keyfiyyətləri müxtəlifidir. Onlardan aşağıdakıları qeyd etmək olar.

  1. Ali psixi funksiyalar şüurun strukturuna daxildir. Bu cəhət öz əksini onda tapır ki, onlar ixtiyari dərkolunan proseslər kimi meydana çıxır və inkişaf edirlər.

  2. Ali psixi funksiyalar əvvəlcə ümumi xarakter daşıyır nisbətən sadə hissəsi və hərəki proseslərə istinad edir. Onlar tədricən avtomatlaşmış əqli əməliyyatlara çevrilirlər. Onların əsasını təhlil və tərkib təşkil edir. Təhlil və tərkib öz-özlüyündə hər hansı bir ali psixi funksiyaya məxsus deyildir, onlar bütün ali psixi funksiyaların ümumi məxrəcini təşkil edir. Ali psixi funksiyalardan hər birinin müvafiq sistemdə yerindən asılı olaraq təhlil və təkib özünəməxsus xüsusiyyətlərə təzahür edir

  3. Sistemli yanaşma ail psixi funksiyaları inkişafda nəzərdən keçirməyi tələb edir. Bununla əlaqədar olaraq müxtəlif səbəb, amil və şərtlərin rolunu və nisbətini aydınlaşdırmaq, inkişaf edən sistemin bütövlülüyünü və davamlılığını təmin edən daxili və xarici səbəbləri təhlil etmək zərurəti meydaba çıxır. Burada sistem nəzəriyyəsi baxımında ən başlıca cəhət ondan ibarətdir ki, bütün psixi proseslər kimi, hər hansı bir ali psixi funksiya hətta ayrıldıqda belə öz-özünə inkişaf etmir, sonra o, bütövlükdə sistemin inkişafı prosesinə daxildir. Bundan başqa, xarici aləmdən olana təsirlər də bir-birindən təcrid olunmuş şəkildə mövcud deyildilər, biz həmişə bu və ya digər dərəcədə təsirlər sistemi ilə ratlaşırıq. Ali psixi funksiyaların vahid sistem kimi öyrənilməsi, onların təhlili prosesində “sistem yaradan amillərin” müəyyən edilməsi zərurəti də buradan irəli gəlir.

Bəs, bu baxımdan L.S.Vıqortskinın müəyyən etdiyi “natural psixi proseslər” haqqında nə demək olar? Müasir təsəvvürlərə görə, insan psixikasının özü
bütövlükdə sistemli xarakter daşıyır. Bu baxımdan ali psixi funksiyaları və natural psixi prosesləri daha böyük sistemin –psixikasını yarım sistemləri nəzərdən keçirə bilərik.





Yüklə 110,98 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin