Psixiatriya ixtisası üzrə 230 yeni test tapşırığı


) Hansı halda həkim-psixiatr qohumların pasiyenti onun razılığı olmada müayinə etmək təklifini rədd etməlidir?



Yüklə 301 Kb.
səhifə5/5
tarix03.02.2017
ölçüsü301 Kb.
#7604
1   2   3   4   5

188) Hansı halda həkim-psixiatr qohumların pasiyenti onun razılığı olmada müayinə etmək təklifini rədd etməlidir?

1. əgər qohumlar pasiyenti axırıncı dəfə 1 ay bundan öncə görüblərsə

2. əgər ərizə 1 nəfər tərəfindən imzalanıbsa

3. əgər onlar pasiyentlə yaşamayırlarsa

4. əgər ərizədə pasiyentin bilavasitə özü və ətrafdakılar üçün təhlükəli olması faktı əks olunmursa

5. əgər şəxsin stasionar müayinəyə ehtiyacı yoxdursa

6. əgər şəxsin psixotik simptomları yoxdursa

A) 1, 3, 6

B) 1, 5, 6

C) 3, 4, 5

D) 3, 5, 6

E) 1, 2, 4

Ədəbiyyat: Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasınin Qanunu Bakı, 2011
189) İntihar davranışı ilə qeyri-könüllü hospitallaşdırılmış 3 həftədən sonra xəstənin psixi vəziyyəti tamamilə normallaşmış, simptomatik remissiyaya nail olunmuş, və xəstə heç bir təhlükə nümayiş etdirmir. Həkim nə etməlidir?

A) xəstəni evə yazılmaq məsələsinin müzakirəsi üçün həkim-psixiatrik komissiyasına təqdim etməlidir.

B) Xəstəxanada qeyri-könüllü hospitallaşdırma müddətinin tam sona çatması üçün müddəti 1 həftəyədək uzatmalıdır.

C) Pasiyentdən könüllü müalicəyə dair razılığı aldıqdan sonra onu evə yazmalıdır.

D) qeyri-könüllü hospitallaşdırmanı dayandırmaq üçün həkim-psixiatrik komissiyasının rəyini məhkəməyə təqdim etməlidir

E) xəstənin yazılı ərizəsi əsasında onu evə yazmalıdır.

Ədəbiyyat: Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasınin Qanunu Bakı, 2011
190) Somatikləşmiş pozuntuların xarakterik simptomunu qey edin

A) müşayiət edən somatik potalogiyanın olması

B) ipoxondrik sayıqlama

C) pasiyentdə somatik patologiyanın mövcud olmaması

D) konkret xəstəliyin olmasına dair əminlik

E) depersonalizasiya və derealizasiya sindromu ilə

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
191) Stressdən birbaşa sonra yaranan qeyri-adi və ya fəlakət xarakteri daşımayan pozuntu necə adlanır?

A) adaptasiya pozuntusu

B) şəxsiyyətin emosional-labil pozuntusu

C) post-travmatik stress pozuntusu

D) biopolyar-affektiv pozuntu

E) siklotomiya

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
192) Hansı preparat antidepressantlar sinfinə aiddir?

A) amilsulperid

B) aqamelatin

C) preqabalin

D) donepezil

E) etifoksin

Ədəbiyyat: Машковский М. Д. Лекарс твенные средства.— 16-е изд., перераб., испр. и доп.— М.: Новая волна, 2010.— 1216 с.
193) Altsqeymer xəstəliyinin müalicəsi zamanı hansı preparatın istifadəsi tövsiyəyə edilir?

A) aqamelatin

B) donepezil

C) etifoksin

D) amisulperid

E) preqabalin

Ədəbiyyat: Машковский М. Д. Лекарс твенные средства.— 16-е изд., перераб., испр. и доп.— М.: Новая волна, 2010.— 1216 с.
194) Şizofreniyanın müalicəsi zamanı hansı preparatı preparatın istifadəsi tövsiyəyə edilir?

A) aqamelatin

B) amisulperid

C) donepezil

D) preqabalin

E) etifoksin

Ədəbiyyat: Машковский М. Д. Лекарс твенные средства.— 16-е изд., перераб., испр. и доп.— М.: Новая волна, 2010.— 1216 с.
195) Preparatlardan hansı neyropatik ağrıların və generelizə olunmuş təşviş pozuntularının müalicəsində istifadə oluna bilər?

A) amisulperid

B) preqabalin

C) aqamelatin

D) donepezil

E) etifoksin

Ədəbiyyat: Машковский М. Д. Лекарс твенные средства.— 16-е изд., перераб., испр. и доп.— М.: Новая волна, 2010.— 1216 с.
196) Trankvilizatorlardan hansı qeyri-benzodiazepinlərə aiddir?

A) alprozalam

B) etifoksin

C) bromozepam

D) klonazepam

E) diazepam

Ədəbiyyat: Машковский М. Д. Лекарс твенные средства.— 16-е изд., перераб., испр. и доп.— М.: Новая волна, 2010.— 1216 с.
197) Məhkəmə-psixiatrik ekspertizasını hansı orqanlar təyin edə bilər?

A) Müdafiəçi və ittihamçı

B) İstintaq və məhkəmə orqanları

C) Psixiatriya stasionarının baş həkimi

D) İcra Hakimiyyəti orqanları

E) Yuxarı Səhiyyə Təşkilatları

Ədəbiyyat: B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
198) Anlaqsızlıq anlayışının hüquqi meyarı hansı komponentlərdən ibarətdir?

A) Düşüncə və iradi

B) İntellektual və iradi

C) Düşüncə və intellektual

D) Təfəkkür və iradi

E) İntellektual və təfəkkür

Ədəbiyyat: B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
199) Məhkəmə psixiatrik ekspertizası hansı hüquqi məsələnin həllinə yönəlir?

A) Cəza


B) İctimai təhlükəlilik

C) Təqsir

D) Anlaqlılıq/anlaqsızlıq

E) Əməllərin qanunazidd xarakteri

Ədəbiyyat: B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
200) Patoloji yuxulu vəziyyət üçün hansı meyar uyğun deyil?

A) Yuxugörmələr çox aydın və qorxunc obrazlar şəklində olur

B) Oyandıqdan sonra reallığın tam amneziyası qeyd olunur

C) Oyandıqdan sonra kəskin hallüsinator paranoid vəziyyət bir neçə günədək davam edir

D) Xarici aləmin real obyektləri və dəhşətli yuxugörmələr üst - üstə düşür

E) Yuxugörmələr fraqmentar şəkildə xatırlanır

Ədəbiyyat: B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
201) Yoxlanılan şəxsin əvvəllər keçirmiş olduğu, lakin hal-hazırda mövcud olmayan psixopatoloji əlamətlərin nümayiş etdirilməsi necə adlanır?

A) Syursimulyasiya

B) Dissimulyasiya

C) Aqqravasiya

D) Həqiqi simulyasiya

E) Metasimulyasiya

Ədəbiyyat: B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
202) Azərbaycan Respublikası CM-nə görə anlaqsızlığın hüquqi meyarı necə göstərilir?

A) Psixi xəstəlik nəticəsində ictimai təhlükəli əməl törətməsini və cinayət məsuliyyətini daşıyacağını dərk etməmə

B) Psixi xəstəlik nəticəsində özünə qulluq etmək qabiliyyətindən məhrum olma

C) Psixi xəstəlik nəticəsində öz hərəkətlərinin proqnozlaşdırma qabiliyyətindən məhrum olma

D) Psixi xəstəlik nəticəsində ictimai təhlükəli əməllərə yol vermə

E) Psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətindən məhrum olma

Ədəbiyyat: B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
203) Hansı şəxslər barəsində məhkəmə tibbi xarakterli məcburi tədbirlər tətbiq edə bilməz?

A) Cinayəti anlaqsız vəziyyətdə törətmiş şəxs

B) Cinayət işi üzrə şahid qismində keçən psixi pozuntusu olan şəxs

C) Cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş təqsirləndirilən şəxs

D) Anlaqlılığı istisna etməyən psixi pozuntusu olan təqsirləndirilən şəxs

E) Bütün hallarda məcburi müalicə təyin edilə bilər

Ədəbiyyat: B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
204) Aşağıda sadalananlardan hansı amil patoloji yuxulu vəziyyəti yarada bilər?

A) Somatik astenizasiya

B) Məcburi yuxusuzluq

C) Güclü yorulma

D) Sadalananlardan hamısı

E) Həddən artıq emosional gərginlik

Ədəbiyyat: B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
205) Hansı şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3 maddəsinin təsiri altına düşür?

A) Anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş şəxslə

B) Anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxslər

C) Xəstəliyə tutulmuş məhkum şəxslər

D) Anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl törətmiş şəxslər

E) Alkoqol və ya narkotik sərxoşluq vəziyyətində cinayət törətmiş şəxslər

Ədəbiyyat: B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
206) Adi alkoqol sərxoşluğu vəziyyətində törədilmiş cinayətə görə məsuliyyət necə müəyyən olunur?

A) Anlaqsız hesab edilərək cinayət məsuliyyətindən azad olunur

B) Cinayət məsuliyyətindən azad olunmur

C) Anlaqlılığı istisna etməyən psixi pozuntuya bərabər hesab edilir

D) Cəzanı yüngülləşdirən hal hesab olunur

E) Sağalanadək məcburi narkoloji müalicədən sonra cinayət məsuliyyətinə cəlb olunur

Ədəbiyyat: B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
207) Qəflətən baş vermiş güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində törədilmiş cinayətə görə hansı məsuliyyət nəzərdə tutulur?

A) Anlaqlılığı istisna etməyən psixi pozuntuya bərabər hesab edilir

B) Cəzanı yüngülləşdirən hal hesab edilir

C) Sağalanadək məcburi müalicədən sonra cinayət məsuliyyətinə cəlb olunur

D) Anlaqsız hesab edilərək cinayət məsuliyyətindən azad olunur

E) Cəzanı ağırlaşdıran hal hesab edilir

Ədəbiyyat: B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
208) On ildən artıq müddətdə «Şizofreniya paranoid forma, tutmaşəkilli gedişli» diaqnozu ilə dispanser qeydiyyatında olan iki dəfə stasionarda müalicə olunmuş şəxs məişət münaqişəsi zəminində qonşusuna ağır bədən xəsarəti yetirmişdir. Ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı hər hansı sayıqlama pozuntuları aşkar etmir. Hallüsinasiyaları qəti inkar edir. Bununla yanaşı özünün xəstə olduğunu dəfələrlə vurğulayır, yaddaşını itirdiyini, o cümlədən hadisəni xatırlamadığını deyir. Elementar suallara səhv cavablar verir. Simulyasiyanın hansı növünü ehtimal etmək olar?

A) Metasimulyasiya

B) Həqiqi simulyasiya

C) Syursimulyasiya

D) Dissimulyasiya

E) Aqqravasiya

Ədəbiyyat: B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
209) Hansı növ düşüncə pozuntusu zamanı ictimai təhlükəli əməllər törədilməsi ehtimalı daha yüksək olur?

A) Oneyroid

B) Ambulator avtomatizm

C) Amensiya

D) Zümzüməli deliri

E) Düşüncənin alaqaranlıq halı

Ədəbiyyat: B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
210) Komisyon məhkəmə psixiatrik ekspertizası zamanı qoyulmuş sual barəsində ekspertlərin arasında fikir ayrılığı yarandığı hal üçün aşağıda göstərilənlərdən hansı doğrudur?

A) Hər bir ekspert həmin sual barəsində yazılı formada öz rəyini tərtib edir

B) Komissiyanın sədrinin fikri əsas götürülərək rəydə qeyd olunur

C) Məruzəçi həkimin fikri əsas götürülərək rəydə qeyd olunur

D) Başqa tərkibdə komisyon məhkəmə psixairik ekspertizası təyin edilir

E) Ekspertiza keçirilməsi haqqında qərar icrasız geri qaytarılır

Ədəbiyyat: B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
211) İş üçün əhəmiyyətli olan halların aydınlaşdırılması müxtəlif bilik sahələrəindən istifadə etməklə tədqiqat aparılmasını tələb edərsə hansı ekspertiza təyin olunur?

A) Müştərək məhkəmə ekspertizası

B) Komisyon məhkəmə ekspertizası

C) Ümumi məhkəmə ekspertizası

D) Kompleks məhkəmə ekspertizası

E) Əlavə məhkəmə ekspertizası

Ədəbiyyat: B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
212) Stasionar məhkəmə-psixiatrik ekspertizası aparmaq üçün yoxlanınlan şəxs neçə gün müddətinə stasionara yerləşdirilə bilər?

A) 40 gün

B) 10 gün

C) 20 gün

D) 30 gün

E) 50 gün

Ədəbiyyat: B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
213) Şəxsiyyət pozuntusu diaqnozu qoyularkən hansı hallarda şəxs anlaqsız hesab edilə bilər?

A) Bütün hallarda anlaqlı hesab olunurlar

B) Dərin dekompensasiya vəziyyətində

C) Anmnezində təkrar özünəqəsd və özünəxəsarət halları olduqda

D) Davmasız kompensasiya vəziyyətində

E) Şəxsiyyətin şizoid və ya paranoid tipli pozuntuları müəyyən olunduqda

Ədəbiyyat: B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
214) Məhkəmə-psixiatrik ekspertizası hansı məsəllərin həlli ilə məşğul olmur?

A) Sadalanan bütün məsəllər məhkəmə psixiatrik ekspertizasının səlahiyyətinə aiddir

B) Şahid və zərərçəkmiş şəxslərin iş üzrə əhəmiyyət kəsb edən halları düzgün qavrayıb dərk etmək və onlar haqqında ifadə verə bilib-bilməmələri barədə rəy vermək

C) Yoxlanılan şəxslərin əmək qabiliyyətli olub-olmamaları barədə qərar qəbul etmək

D) Yoxlanılan şəxslərin fəaliyyət qabiliyyətli olub-olmamaları barədə rəy vermək

E) Yoxlanılan şəxslərin anlaqlı olub-olmamaları barədə ekspert rəyi vermək

Ədəbiyyat: B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
215) Öz psixi vəziyyətinə görə intensiv müşahidə tələb etməyən, stasionar müalicəyə və müşahidəyə ehtiyacı olan şəxslər barəsində hansı növ məcburi müalicə təyin edilir?

A) İxtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə

B) İxtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə

C) Penitensiar Xidmətin Müalicə Müəssisəsində stasionar məcburi müalicə

D) Məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi

E) Ümumi tipli psixiatriya stasionarında məcburi müalicə

Ədəbiyyat: B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
216) Öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən, stasionar müalicəyə və müşahidəyə ehtiyacı olan şəxslər barəsində hansı növ məcburi müalicə təyin edilir?

A) İxtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə

B) Ümumi tipli psixiatriya stasionarında məcburi müalicə

C) Məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi

D) Penitensiar Xidmətin Müalicə Müəssisəsində stasionar məcburi müalicə

E) İxtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə

Ədəbiyyat: B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
217) Öz psixi vəziyyətinə görə ətrafdakılar və özü üçün təhlükəli olan, intensiv və daimi müşahidə tələb edən, stasionar müalicəyə və müşahidəyə ehtiyacı olan şəxslər barəsində hansı növ məcburi müalicə təyin edilir?

A) Ümumi tipli psixiatriya stasionarında məcburi müalicə

B) İxtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə

C) İxtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə

D) Məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi

E) Penitensiar Xidmətin Müalicə Müəssisəsində stasionar məcburi müalicə

Ədəbiyyat: B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
218) Aşağıda sadalananlardan hansı anlaqsızlığın tibbi meyarına aid deyil?

A) Digər psixi xəstəlik

B) Xroniki psixi xəstəlik

C) Affekt vəziyyəti

D) Kəmağıllıq

E) Psixi fəaliyyətin müvəqqəti pozulması

Ədəbiyyat: B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
219) Barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxs bu tədbirin ləğv edilməsi və ya dəyişdirilməsi məsələsinin həll edilməsi məqsədi ilə hansı müddətdən gec olmayaraqa həkim-psixiatr komissiyasında baxışdan keçirilməlidir?

A) 1 il müddətində bir dəfədən az olmayaraq

B) 6 ay müddətində bir dəfədən az olmayaraq

C) 1 ay müddətində bir dəfədən az olmayaraq

D) 3 ay müddətində bir dəfədən az olmayaraq

E) 2 ay müddətində bir dəfədən az olmayaraq

Ədəbiyyat: B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
220) Ekspert hansı hallarda məhkəmə-psixitarik ekspertizasının aparılmasından imtina edə bilər?

A) Bütün cavablar doğrudur

B) Məhkəmə psixitarik ekspertizasının təyin edilməsinin prosesual qaydası pozulduqda

C) Ekspertin həyatı və sağlamlığı üçün real təhlükə mövcud olduqda

D) Verilən suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda

E) Ekspertiza aparmaq üçün təqdim olunmuş materiallar kifayət qədər olmadıqda və onların tamamlanması barədə ekspertin vəsatəti təmin edilmədikdə

Ədəbiyyat: B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
221) Hansı hallarda qiyabi məhkəmə-psixiatrik ekspertizası təyin edilir?

A) Yoxlanılan şəxsin ekspert komissiyasına təqdim olunması qeyri-mümkün olduqda

B) Bütün cavablar doğrudur

C) Təkrar məhkəmə-psixiatrik ekspertizası təyin edildikdə

D) Yoxlanılan şəxs xüsusi ilə ağır cinayət törətdikdə

E) Əlavə məhkəmə-psixiatrik ekspertizası təyin edildikdə

Ədəbiyyat: B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
222) 36 yaşlı pasiyent təcili yardım briqadası ilə stasionara qəbul edilmişdir. Anamnezə görə hospitalizasiyaya qədərki, son 2 gündə pasiyent oyanıq vəziyyətdə olmuş, görmə hallüsinasiyalarının obyektiv əlamətləri qeydə alınmışdır. Anamnezdən məlumdur ki, pasiyent son dövrlərdə alkoqolizm diaqnozu ilə stasionar müalicə almışdır. Qəbul vaxtı pasiyentdə ajitasiya, huşun daralması, səndələyən yeriş, oftalmoplegiya, anizokoriya qeyd olunur. İlk seçim preparatını göstərin.

A) Tiamin

B) Amitriptilin

C) Sertralin

D) Haloperidol

E) Riperidon

Ədəbiyyat: Kaplan and Sadock's Comprehensive Textbook of Psychiatry 9th edition 2009
223) 22 yaşlı qadın dövri olaraq həyəcan, emosional qeyri-stabillik, tez qıcıqlanma və diqqətini toplaya bilməmək şikayətləri ilə tibb yardıma müraciət etmişdir. Pasiyentin nitqində cüzi dizartriya qeyd edilir. Pasiyent qarındakı ağrılardan şikayətlənir. Fiziki müayinədə qaraciyərin bərkiyib, palpasiya zamanı qaraciyərin kənarı ağrılıdır. Pasiyent növbəti menstruasiyanın bir neçə gün gecikdiyini qeyd edir. Pasiyentdə həmçinin gözdə buynuz qişanın periferiyasında sarı-yaşıl rəngdə piqmentasiya qeyd edilir. Daha çox ehtimal olunan diaqnozu göstərin.

A) Üzvi mənşəli affektiv pozuntu

B) Premenstrual sindrom

C) Vilson xəstəliyi

D) Generalizə olunmuş təşviş pozuntusu

E) Qarışıq təşviş və depressiv pozuntu

Ədəbiyyat: Kaplan and Sadock's Comprehensive Textbook of Psychiatry 9th edition 2009
224) 39 yaşlı pasient yalnız səhərlər yuxudan oyanarkən təşviş tutmaları, əllərdə əsmə, taxikardiya və tərləmədən şikayat edir. Anamnezindəalkoqol asılılığı qeyd olunmur. Qanın analizi zamanı aşağıda sadalanan göstəricilərdən hansının normaya uyğun olmayacağını gözləmək olar?

A) Amonyak

B) Kalium

C) Natrium

D) Qlükoza

E) Т3 и Т4, TSH

Ədəbiyyat: Kaplan and Sadock's Comprehensive Textbook of Psychiatry 9th edition 2009
225) 28 yaşlı qadın daha çox axşamlar meydana çıxan təşviş tutmaları, əllərdə əsmə, taxikardiya və tərləmədən şikayat edir. Pasiyent həmçinin əsasən günün ikinci yarısında bədən temperaturunun 37,5-38 °C-dək yüksəldiyini qeyd edir. Qanın analizi zamanı aşağıda sadalanan göstəricilərdən hansının normaya uyğun olmayacağını gözləmək olar?

A) Sərbəst Т3 и Т4, TSH

B) Amonyak

C) Kalium

D) Qlükoza

E) Natrium

Ədəbiyyat: Kaplan and Sadock's Comprehensive Textbook of Psychiatry 9th edition 2009
226) Hipertoniyadan əziyyət çəkən 59 yaşlı qadın psixiatrın konsultasiyasına göndərilmişdir. Pasiyent qeyd edir ki, gün ərzində onun kefi olmur, heç nəyə sevinə bilmir, çox tez taqətdən düşür. Onu özünün acizliyi və gərəksizliyi haqqında fikirlər narahat edir, ümidsizlik hissindən sıxılır. Pasiyent həmçinin diqqətini cəmləməkdə çətinlik çəkdiyini, yuxusunun və iştahasının pozulduğunu bildirir. Dediyinə görə təsvir etdiyi əlamətlər son 2 ayda hər gün qeyd olunur. Öz vəziyyətini heç nə ilə izah edə bilmir. Anamnezində hər hansı psixi pozuntular qeyd olunmur. Pasiyentin dediyinə görə 3 ay bundan əvvəl hipertoniya əleyhinə təyin olunmuş müalicə sxemi dəyişdirilmişdir. Aşağıda göstərilənlərdən hansı preparat təsvir olunan simptomlara səbəb ola bilərdi?

A) Propranolol

B) Kaptopril

C) Aspirin

D) Metaprolol

E) Furosemid

Ədəbiyyat: Машковский М. Д. Лекарс твенные средства.— 16-е изд., перераб., испр. и доп.— М.: Новая волна, 2010.— 1216 с.
227) Öz psixi vəziyyətinə görə ətrafdakılar və özü üçün təhlükəli olan, intensiv və daimi müşahidə tələb edən, stasionar müalicəyə və müşahidəyə ehtiyacı olan şəxslər barəsində hansı növ məcburi müalicə təyin edilir?

A) İxtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə

B) Penitensiar Xidmətin Müalicə Müəssisəsində stasionar məcburi müalicə

C) Ümumi tipli psixiatriya stasionarında məcburi müalicə

D) Məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi

E) İxtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə

Ədəbiyyat: B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
228) Barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxs bu tədbirin ləğv edilməsi və ya dəyişdirilməsi məsələsinin həll edilməsi məqsədi ilə hansı müddətdən gec olmayaraqa həkim-psixiatr komissiyasında baxışdan keçirilməlidir?

A) 2 ay müddətində bir dəfədən az olmayaraq

B) 3 ay müddətində bir dəfədən az olmayaraq

C) 6 ay müddətində bir dəfədən az olmayaraq

D) 1 il müddətində bir dəfədən az olmayaraq

E) 1 ay müddətində bir dəfədən az olmayaraq

Ədəbiyyat: B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
229) Ekspert hansı hallarda məhkəmə-psixitarik ekspertizasının aparılmasından imtina edə bilər?

A) Verilən suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda

B) Bütün cavablar doğrudur

C) Ekspertiza aparmaq üçün təqdim olunmuş materiallar kifayət qədər olmadıqda və onların tamamlanması barədə ekspertin vəsatəti təmin edilmədikdə

D) Ekspertin həyatı və sağlamlığı üçün real təhlükə mövcud olduqda

E) Məhkəmə psixitarik ekspertizasının təyin edilməsinin prosesual qaydası pozulduqda

Ədəbiyyat: B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
230) Hansı hallarda qiyabi məhkəmə-psixiatrik ekspertizası təyin edilir?

A) Yoxlanılan şəxs xüsusi ilə ağır cinayət törətdikdə

B) Yoxlanılan şəxsin ekspert komissiyasına təqdim olunması qeyri-mümkün olduqda

C) Təkrar məhkəmə-psixiatrik ekspertizası təyin edildikdə

D) Əlavə məhkəmə-psixiatrik ekspertizası təyin edildikdə

E) Bütün cavablar doğrudur



Ədəbiyyat: B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
Yüklə 301 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin