676) Göstərilən faktorlardan hansı psixi yardıma müraciət etməyə maneə törədir?
A) Bir çox psixi xəstəliklər zamanı arzuolunmaz proqnozun yaranması
B) Psixi pozuntuları müalicə etmək üçün effektiv üsulların olmaması
C) Psixopatoloji simptomların ifadə olunması
D) Psixi xəstələrlə bağlı sosial stiqma və yanlış fikir
E) Psixi pozuntuları aşkara çıxarmaq üçün effektiv üsulların olmaması
Ədəbiyyat: Доклад о состоянии здравоохранения в мире 2001. Психическое здоровье: новое понимание, новая надежда Всемирной Организации Здравоохранения, Geneva, 2001
677) Somatik pozuntusu olan aşağıdakı pasiyentlərdən hansı, mütəxəssis-psixiatr tərəfindən mütləq müayinə olunmalıdır?
A) Anamnezində psixi pozuntu qeyd olunan pasiyent
B) Psixotik vəziyyətdə olan pasient
C) Bütün cavablar doğrudur
D) Psixi xəstəlikdən əziyyət çəkən qohumu olan pasiyent
E) Yüngül ifadə olunmuş depressiv epizodlu pasiyent
Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
678) Xroniki psixi xəstəlikdən əziyyət çəkən pasientin başlıca tələbatlarına aid olmayanı hansıdır?
A) Psixiatriya stasionarında daimi qalma
B) Tibbi göstərişlərə müvafiq olaraq maneəsiz müalicə almaq imkanı
C) Ləyaqət və öz şəxsiyyətinə hörmət hissinin qorunub saxlanılması
D) Psixi pozuntular və tətbiq olunan müalicə metodları barədə məlumatın alınması
E) Hüquqi və sosial müdafiə ilə təmin olunma
Ədəbiyyat: Psixiatriya yardımı haqqında Azərbaycan Respuplikasının qanunu
Bakı, 12 iyun 2001 г. http://www.health.gov.az/article.php?qanun13
Dostları ilə paylaş: |