6.Ünsiyyət informasiya mübadiləsi kimi
İnsanlar bu prosesdə həyat və fəaliyyətləri üçün zəruri olan informasiya mübadiləsini həyata keçirirlər. Bu cür informasiya mübadiləsi olmadan insanların birgə yaşayışı və fəaliyyəti çətinləşər, mümkün olmazdı.İnformasiya mübadiləsində iki tərəf iştirak edir: məlumatı, informasiyanı verən və məlumatı qəbul edən. Birinci tərəf – informasiyanı verən kommunikator, ikinci tərəf – informasiyanı qəbul edən isə resipient adlandırılır.Dilin köməyi ilə bağlı olan kommunikasiya vasitələri verbal kommunikasiya vasitələri adlanır. Dil vasitəsilə insanlar arasındakı bu cür ünsiyyət prosesi nitq adlanır.D ildən, nitqdən kənar vasitələr qeyri verbal kommunikasiya vasitələri adlandırılır. Onlara müxtəlif ifadəli hərəkətləri, mimikanı, pantomimikanı, işarələr sistemini və s. aid etmək olar.
7.Şəxsiyyət haqqında anlayış
İnsanlar təkcə gözlərinin rənginə, səslərinin tembrinə, barmaq izlərinə və s. görə deyil şəxsiyyətlərinin xarakteristikasına görə də bir-birlərindən fərqlənirlər. Şəxsiyyət fərdin özünü cəmiyyətlə eyniləşdirməsinə imkan verən davamlı fiziki və psixi xarakteristikasının məcmuundan ibarətdir. Şəxsiyyət müəyyən ictimai-tarixi dövrdə yaşayıb fəaliyyət göstərən, gerçəkliyi dərk edib müəyyən istiqamətdə dəyişdirən, ünsiyyətə girməyi bacaran insandır. İnsanın şəxsiyyəti birbaşa və dolayı mənada onun siması, sifətidir.
8.Şəxsiyyətin psixoloji strukturu
Şəxsiyyətin özünəməxsus psixoloji strukturu vardır.İnsanın şəxsiyyətə çevrilməsi üç psixoloji kateqoriyanın nəticəsidir. Bunlar: inikas – ünsiyyət – fəaliyyətdir. Şəxsiyyətin psixoloji strukturunda şəxsiyyətin istiqaməti mühüm yer tutur. Buraya onun dünyagörüşü, ictimai mövqeyi, tələbatları, maraq və meylləri, əqidə və idealları, adət və ənənələri, ideya və praktik yönəlişlik sistemi və s. daxildir.Sonra hazırlıq səviyyəsi gəlir. Buraya şəxsiyyətin əldə etdiyi bilik, bacarıq və vərdişlər sistemi daxildir.Ən mühüm komponentlərdən biri də şəxsiyyətin imkanlarını müəyyənləşdirən və fəaliyyətin müvəffəqiyyətini təmin edən qabiliyyətlər sistemidir.Mühüm yer tutan digər komponent insanın həyatda qazandığı davranış forması, başqa sözlə onun xarakteridir. Ən əsas komponent isə şəxsiyyətin mənliyi, yəni özünü dərk edib anlaması, öz davranışını nizama salıb idarə etməsidir.
9.Qruplar haqqında anlayış
Tarixən müəyyən cəmiyyət çərçivəsində yaranmış, ümumi mənafe, sərvətlər və davranış normalarına malik olan adamların nisbətən sabit birliyi qrup adlanır.Qrup bir-birinə qarşılıqlı təsir göstərən, bir-birinə uzun müddət təsir göstərməklə özlərini «biz» kimi qavrayan iki və daha artıq insan birliyidir. Həmin qrupların strukturu, normaları cəmiyyətin mövcud tələblərinə uyğun olmaqla, bir növ cəmiyyət tərəfindən idarə olunur. Təsadüfü insan biliklərində isə çox vaxt bu cür idarə olunma mövcud olmur. Bu cür insan birlikləri kütlə xarakteri daşıyır. Kütlə aydın dərk olunmuş ümumi məqsəddən məhrum olan, lakin birbiri ilə öz emosional vəziyyətinin oxşarlığı və ümumi diqqət obyektinə görə bağlı olan, xüsusi strukturu olmayan insan toplusudur.Bu da qrupu kütlədən fərrqləndirən əsas xüsusiyyətdir.
10.Qrupların təsnifatı.Böyük və kiçik qruplar
Qrup üzvlərinin miqdarına, tanışlıq və yaxınlıq səviyyəsinə görə qrupları böyük və kiçik olmaqla iki yerə bölürlər. Böyük qrup 30-40- dan artıq insan birliyidir. Böyük qrupun üzvləri bir-birini tanımaya, bir-biri ilə görüşməyə bilirlər. Kiçik qrup isə 2-dən 30-40 qədər insan birliyidir. Kiçik sosial qruplarda insanların bir-birilə təması daha yaxın və daimi xarakter daşıyır. Kiçik sosial qrupun üzvləri ümumi bir işlə məşğul olur və bir-birilə birbaşa qarşılıqlı əlaqədə olurlar. Kiçik qrupların üzvlərinin sayı 7 nəfərdən artıq olmadıqda belə qrupları ilkin kiçik qrup adlandırırlar.Kiçik qruplar 2 yerə bölünür,Real və şərti qruplar.
Şərti qruplar, adından məlum olduğu kimi müəyyən şərtlər, adamların müəyyən xüsusiyyətlərə əsasən müəyyən qrupa daxil edilməsi nəticəsində yaranır.Real qruplara müəyyən zaman və məkan daxilində real münasibətlərlə birləşmiş insan birliyini aid edirlər.Digər qrup növü referent qruplardır. Özünün normaları, fikirləri, qiymətləri fərdin davranış motivlərinə çevrilən sosial birlik referent qrup adlanır. Qaydaları və normaları şəxsiyyətin qayda və normalarına çevrilən, fərdin statusunun artması üçün daimi imkanları olan qruplar da vardır ki, bu referent qrupları çox vaxt etalon qrup adlandırırlar.
Dostları ilə paylaş: |