Psixologiya obyektiv gerçəkliyin beyində əks olunmasından ibarət psixi hadisələr,onların yaranma və inkişaf qanunları haqqında elmdir



Yüklə 33 Kb.
səhifə4/10
tarix02.01.2022
ölçüsü33 Kb.
#40474
1   2   3   4   5   6   7   8   9   10
2 5197463319300016882

17.Qavrayış haqqında anlayış.

Varlığın, aləmin dərki duyğu və qavrayışdan başlanır. Bunların hər ikisi cisimlərin, hadisələrin insanın duyğu üzvlərinə bilavasitə təsiri zamanı əmələ gəlir.Duyğu hal-hazırki anda hiss üzvlərimizə bilavasitə təsir edən cisim və hadisələrin ayrı-ayrı xassələrinin inikasından ibarət olan sadə psixi prossesdir. Qavrayış isə duyğuya nisbətdə mürəkkəb psixi prossesdir. Cisim və hadisələrin hiss üzvlərinə bilavasitə təsiri nəticəsində onların insan beynində bütövlükdə inikasından ibarət olan psixi prosesə qavrayış deyilir.



18.Qavrayışın təsnifi və növləri.

Qavrayış bir neçə nöqteyi-nəzərdən təsnif olunur. 1. Qavrayış prosesində hansı analizatorun üstün rol oynamasına görə; 2. Qavranılan obyektin, başqa sözlə materiyanın mövcudluq formasına görə; 3. Qarşıda məqsədin olub-olmamasına görə.Bəzən qavrayış prosesində hansısa bir analizator daha üstün şəkildə iştirak edir.Buna görə də Qavrayışın görmə, eşitmə, lamisə, kinestezik, iybilmə və dadbilmə kimi sadə növləri mövcuddur. Qarşıda məqsədin olub-olmasından asılı olaraq qavrayışın iki növü mövcuddur: 1) Qeyri ixtiyari qavrayış 2) İxtiyari qavrayış Qarşıya xüsusi məqsəd qoymadan hər hansı bir obyektin qavranılmasına qeyri-ixtiyari qavrayış deyilir. Qarşıya qoyduğumuz məqsədə müvafiq olaraq bir obyekti başqalarından ayıraraq qavradıqda baş verən inikas prosesinə ixtiyari qavrayış deyilir.Qavranılan obyektin, materiyanın mövcudluq formasına görə aparılır. Bu baxımdan qavrayışın məkan, zaman və hərəkət kimi mürəkkəb növləri mövcuddur.



19.Təfəkkür haqqında anlayış.

Real aləmin dərk edilməsi duyğu və qavrayışla başlasa da, onlarla bitmir və idrak prosesləri təfəkkür prosesi ilə davam edir. Təfəkkür təkcə münasibət və əlaqələri deyil, həmçinin əlamət və mahiyyəti də əks etdirir. Hər hansı təfəkkür ümumiləşdirmədə icra olunur. Təfəkkür – insanın psixi, idraki fəaliyyətinin ən yüksək pilləsi olub, gerçəkliyin onun mühüm əlaqə və münasibətlərini keçmiş təcrübə və ümumiləşmiş nitq vasitəsi ilə əksidir, cisim və hadisələr arasındakı qanunauyğun əlaqə və münasibətlərin ümumiləşmiş və vasitəli inikasından ibarət olan idrak prosesi adlandırırlar.



20.Təfəkkürün növləri və formaları.

Təfəkkürün növləri formasına görə əyani əməli,əyani-obrazlı,mücərrəd-məntiqi olur . Əyani-obrazlı təfəkkür zamanı fikri proseslər fikirləşən insanın ətraf aləmi qavraması ilə birbaşa bağlıdır və onsuz icra olunmur. Əyani-əməli təfəkkürün xüsusiyyəti ondan ibarətdir ki, təfəkkür prosesləri praktik dəyişdirmə fəaliyyəti xarakteri daşıyır və insan onu real predmetlərlə icra edir. . Mücərrəd təfəkkür mücərrəd məfhumlara istinad edən təfəkkür olmaqla, mücərrəd məfhumlar, hökmlər əsasında baş verir. Təfəkkürün üç forması vardır: məfhumlar, hökmlər, əqli nəticə. Məfhum (anlayış) – cisim və hadisələrin mühüm, əsas əlamətlərə görə əks etdirilməsindən ibarət təfəkkür formasıdır. Hökmlər - fikri proseslərin baş verdiyi əsas akt və ya formadır. Əqli nəticə - vahid məqsədə tabe olan, bir sıra əməliyyatları özündə ehtiva edən az və ya çox dərəcədə mürəkkəb fikri fəaliyyətə deyilir.



21.Təxəyyül haqqında anlayış.

Təxəyyül insanın qavrayışı və hafizəsi ilə bağlı təsəvvürlərin yenidən işlənməsi, yeni qaydada birləşdirilməsi əsasında yeni surətlərin yaradılmasından ibarət olan psixi prosesə deyilir. Təxəyyülün köməyi ilə insan nəyi isə yaradır, özünün fəaliyyətini planlaşdırır və onu idarə edir. Demək olar ki, bəşəriyyətin yaratdığı maddi və mənəvi dəyərlər insan təxəyyülünün məhsuludur. Təxəyyül bir psixi proses kimi qavrayış, hafizə və təfəkkür prosesləri arasında aralıq mövqe tutur.



22.Təxəyyül surətlərinin yaradılması prosesi.

Təxəyyül surətlərinin yaradılması prosesi mühüm fikri proseslər olan təhlil-tərkib fəaliyyəti ilə bağlıdır. Təhlil və tərkib (analiz və sintez) təkcə təfəkkür fəaliyyətinin əsasını deyil, həm də təxəyyül surətlərinin yaradılmasının əsasını təşkil edir. Bu cəhət yaradıcılığın bütün sahələrində həm elmi, texniki, həm də ədəbi yaradıcılıq sahəsində çox aydın şəkildə özünü göstərir. Yazıçı bu və ya digər surəti yaratmaq üçün müşahidələr aparır, həyatda rastlaşdığı insanları, onların hərəkətlərini təhlildən keçirir, daha sonra müxtəlif adamlarda müşahidə etdiyi xüsusiyyətləri, əlamətləri birləşdirir. Surətlərin yaradılmasında yazıçının həyata keçirdiyi bu tərkib, sintezləşdirmə fəaliyyəti müxtəlif tərzlərdə özünü göstərir.




Yüklə 33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin