Fəridə Seyidova 100 Birinci qəsidəni müəyyən qədər hissələrə bölmək olurdu, lakin bu lirik qəsidə vahid bir
mövzu ətrafında dövr edir: Qurani-Kərimin təfsiri, onun anlaşılması, ecazı, dərki, izahına dair.
Burada şairin üslubu daha ötkəm təsir bağışlayır, çünki əmr formalı misralar çoxluq təşkil edir.
Ölmədən öncə ölmək, nəfs, vəhy elmi, zat-sifətlər, elməl-yəqin kimi məsələlərə fikir bildirir. Lat,
Mənat, Uzza bütlərini, digər dinləri, islamı müzakirə hədəfinə çevirərək poetik dillə öz fikirlərini
çatdırır. Hal və qal, Allahın isimləri, sifətlərindən bəhs edir, hübb, məhəbbət mövzularını ələ alır,
çoxlu nəsihətlər verir.
Ümumiyyətlə, Gülşəninin bütün dillərdəki yaradıcılığına nəzər saldıqda aydın olur ki,
professor Azadə Musabəylinin dili ilə desək, şairin bir könlü bir də Allahı var.[21, s. 281] Bütün
yaradıcılıq buna xidmət edir.
Qəzəllər Klassik Şərq ədəbiyyatının çox sevilən janrlarından biri olan qəzəl öncə ərəb ədəbiyyatında
qəsidələrin içində bir bölüm olaraq mövcud idi. Əməvilər dövründən etibarən müstəqil janr
olmuşdur. Oradan Fars ədəbiyyatına və Türk ədəbiyyatına daxil olmuşdur. Beyt sayı əsasən 5-15
olan, aa,ba,ca qafiyələnmə sisteminə malik olan bu janrda lirik mövzular – eşq, məhəbbət,
duyğular çox gözəl ifadə edilə bilinirdi. Qəzəlin ilk beyti mətlə, son beyti məqtə, ən gözəl beyti
isə şah beyt adlanır.
XIII əsrdən populyarlığını itirən qəsidə janrının yerini qəzəl tutmağa başlamış və xalq
arasında yayğınlaşmışdı. XV əsr Azərbaycan ədəbiyyatında da yayğın istifadə olunan bu janra
Gülşəni də müraciət etmişdir. Hər üç dildə qəzəl yazmış şairin məqaləmizə mövzu olan ərəb
divanında da ərəbcə qəzəlləri yer almışdır. İki nüsxədə toplam 56 qəzəl vardır. Bunlardan ikisi
yarımçıqdır. 54 tam iki yarım qəzəl vardır. Bakı nüsxəsində qəzəllər qırmızı çərçivə içərisində və
qırmızı mürəkkəblə yazılmış başlıqlarla ayrılmışdır. Ancaq Ankara nüsxəsində düz mətn
şəklində yazılmış, bir sətr ara ilə yeni qəzələ keçilmişdir. Lakin bəzi qəzəllər bir səhifədə bitib
digər səhifədə təzə qəzəl başlayanda boşluq olmadığı üçün anlamaq olmur. A nüsxəsində
başlıqların ayrılmaması Kızılcıkı bəzi məqamlarda iki qəzəli bir qəzəl kimi təqdim etməyinə
səbəb olmuşdur. A/63b-64a səhifələrində yerləşən 39-cu qəzəlin 64b-dən başlayan qismini yeni
qəzəl kimi dərc edib. Bakı nüsxəsinə əsasən, onun öncəki qəzəlin davamı olduğunu anlayırıq.
(B/12a). Eləcə də 44 və 45-ci qəzəlləri birləşdirib bir qəzəl kimi verib. Belə hallarda B nüsxəsi
köməyimizə yetdi.
B nüsxəsindəki başlıqlara gəlincə, xüsusi adlar şəklində deyil, “Bu da onun təcəlliyyatından-
dır”, “Bu da onun hallarından bəhs edir”, “Bu da onun müqəddəs nurlarındandır” şəklindədir.
B nüsxəsindəki bütün qəzəllər belə sərlövhə ilə başlayır, təəssüf ki, ikisini əlyazmanın vəziyyəti-
nə görə oxumaq mümkün olmadı.Qəzəllər A nüsxəsində 46b-70b səhifələrində, B nüsxəsində isə
1a-19a səhifələrində yer almışdır. Qəzəllər müzare, rəməl, həzəc,mütəqarib, münsərih bəhrlərində-
dir. Ən uzun qəzəli 34, ən qısası 6 beytdir.Qəsidələrdə olduğu kimi, qəzəllərdə də təsəvvüfi, irşa-
di məsələlər ön plandadır. Əksəriyyəti müraciət forması ilə başlayır – saqiyə, aşiqlərə, münkirə.
“Yə muqləti minəl-ayni nurul-hica və zihni” mətləli 8 beytlik birinci qəzəl
ينيع هارت ىتح كهجو ريغ ردبلا ام /ينهذ و ىجحلا رون نيعلا َنِم يِتَلْقُم اي
ينيأ نيع هجولا اذ هارأ ينتيلاي /كنم لامجلا قوش ةّبحملا نم يقوذ
Ey gözümün bəbəyi, əqlimin, zehnimin nuru, Sənin vəchindən qeyri bədr (dolunay) görməmişdir gözlərim.