Publisher



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə38/86
tarix25.12.2023
ölçüsü0,93 Mb.
#194884
1   ...   34   35   36   37   38   39   40   41   ...   86
Filologiya 2021 2

Fəridə Seyidova
 
102 
Şəriət nöqsanı aradan qaldıran kamillikdir, 
Əzəli hökm əbədiyyən onunla feyzlənmişdir. 
[6, s.84b]
 
Qeyd etdiyimiz kimi, İbrahim Gülşəninin dili olduqca istilahidir. Təbi məşhur, eyni 
zamanda Gülşəninin də təsirləndiyi bəzi sufilər, məsələn Mövlanə Cəlaləddin Rumi (v: 1273), 
Yunus Əmrə (v: 1320 [?]) fikirlərini rəmzi də olsa, danışıq dilinə daha yaxın təhkiyə tərzində 
ifadəyə üstünlük vermişlər. Lakin İbrahim Gülşəninin şeirlərində təsəvvüfi terminlər bol istifadə 
edilməklə rəmzilik yaradılmışdır. Təlimi mahiyyətdə olduğu üçün müridlərə yol göstərmək 
niyyətilə üslubunu formalaşdırdığı güman oluna bilir.
Məlumdur ki, təsəvvüf yoluna talib olan salikin təsəvvüfi kamilləşmə prosesi hallar və 
məqamlarda yüksəlişi hesabına başa gəlir. Odur ki, hal və məqam təsəvvüfi sistemin iki əsas 
anlayışıdır. Hal ilə məqam bir-birindən fərqlidir. Belə ki, hal vəhbidir, Allah tərəfindən qula lütf 
olunmuş varidatdır. Qulun çalışması ilə əldə edilməz və dəyişkəndir, sabit, qalıcı deyildir. 
Məqam isə qulun riyazətlə, nəfsi tərbiyə ilə, təkrar edə-edə qazandığı vərdiş halına gətirdiyi 
ədəb və əxlaqdır. [28, s.154] Şairimiz rübailərində təsəvvüfi hal və məqamlardan çoxuna (fəsl, 
hicr - vəsl, vüsal; qürb-bud; cəm-fərq; fəna-bəqa; vəhdət-kəsrət; sahv-səkr; xof-rəca; eşq, 
məhəbbət; vəcd, şövq) toxunmuş, sufiliyin əsas prinsiplərini (fəqr, şühud, vücud, şath) 
özünəməzsus rəmzi üslubu, daha bəlağətli ifadə etsək, özünəməxsus quş dili ilə ilə fikrini 
oxucuya çatdırmışdır, bəzən təlqin tərzində, bəzən də sual qoyaraq onu izah şəklində.
Rübailərdə işlənmiş əsas mövzular fəsl-vəsl, qürb-bü”d, səkr və sahv kimi təsəvvüfi hallar 
və məqamlar, təcəlli, şühud, eyn, məkan, zaman kimi klassik təsəvvüfi motivlərdir.
Nəticə 
Şərq mədəniyyətinin dillərə əzbər olmuş nümayəndələri ilə yanaşı, bu böyük mədəniyyətin 
arxa səhnələrində külüng çalmış çox zəhmətkeş simaları də vardır. Milli irsimizin tədqiqinə 
yönələn tədqiqatlarda kölgədə qalmış belə şəxsiyyətlərin üzə çıxarılmasında fayda vardır. Həm 
ölkəmizdə, həm də dünyada ilk dəfə geniş tədqiqata cəlb edilən bu əlyazma əsər Bərdədən 
Qahirəyə uzanan bir düşüncə sisteminin ortaya çıxarılması və Azərbaycan ədəbiyyatının 
zənginləşdirilməsində özünəməxsus rol oynayacaqdır.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin