Publisher



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə34/86
tarix25.12.2023
ölçüsü0,93 Mb.
#194884
1   ...   30   31   32   33   34   35   36   37   ...   86
Filologiya 2021 2

Fəridə Seyidova
 
98 
تاذ رحبب لوان ٍلصو بارش يقاس 
تافصلا يف كاذ نم رظنا ىركس وحصلا يف
Saqi
, vüsal şərabını Varlıq dənizində doldur, 
Ayıq ikən (səhv halında) sərxoş nəzərilə (səkr halı ilə) onun sifətlərinə bax.
[6, s. 2a] 
Ərəbcə divanın əlyazma nüsxələri 
Məqaləmizə mövzu olan İbrahim Gülşəninin ərəbcə divanının iki əlyazma nüsxəsi 
mövcuddur: Bunlardan biri prof.Azadə Musabəylinin səyləri nəticəsində ilk dəfə olaraq 
AMEAƏlyazmalar İnstitutunda B-778 şifrli əlyazmada Rövşəninin divanı ilə birlikdə üzə 
çıxarılmış nisbətən natamam nüsxədir. İkinci, bizə məlum olan nüsxə Təhsin Yazıçının bu 
divanın yeganə nüsxəsi olaraq qeyd etdiyi Ankara Universiteti Dil, Tarix, Coğrafiya fakültəsi 
kitabxanasında saxlanılan kitabçı Cevat Purdan satın alınmış nüsxə -Üniversite A421 şifrli daha 
sağlam əlyazma. Eyni zamanda, 2006-cı ildə Türkiyəli ərəbşünas alim Abdullah Kızılcık Ankara 
nüsxəsini 50 səhifəlik təqdim yazısı ilə Dəməşqdə nəşr etdirmişdir. Bu çap variantını da 
tədqiqata cəlb etmişik.
Ərəbcə divanın strukturu: qəsidələr 
Divan klassik üslubda qəsidə, qəzəl, rübailər olaraq ardıcıl yerləşmişdir. Divanda iki qəsidə 
yer alır. Qəsidələr yalnız A nüsxəsində mövcuddur.
Ədibin divanında yer alan birinci qəsidə (
تاذ رجهب لوان ٍلصو بارش يقاس
) mətləli qəsidədir. 1152 
beytdir. 34 vərəqdə, 1b-36a yarpaqları arasında yerləşmişdir. Qəsidə hər yarpaqda iki sütun 
şəklində, hər sətirdə iki misra-bir beyt olmaqla yazılmışdır. Nəsx xəttilədir. 1b yarpağı 
bəsmələdən sonra 13 sətir, qalan səhifələr 17 sətir və 36a nömrəli son səhifə bir sətirdə bir 
misradan ibarətdir. Beyt sayı sonuncu tək misranı saymasaq ümumilikdə 1152-dir. 12b, 31b və 
35b yarpaqlarından sonra vərəq düşümü müşahidə olunur. 17a və 17b tam hərəkələnib və 
mürəkkəbin rəngi də açıq olduğu üçün sonradan yapışdırıldığı ehtimal oluna bilir. Nazik 
ucluqla bir az da səliqəsiz yazılıb. Qəsidənin qalan qismi ara-ara hərəkələnib, əsasən kəlimə 
sonları. Qəsidələrin hər ikisi taiyyədir, vəznləri müxtəlif olsa da.
Gülşəni bütün divan boyunca çox məharətlə rəmzi dil istifadə edir. Təsadüfi deyildir ki, 
divanı Ankara nüsxəsi əsasında yayınlamış Abdullah Kızılcık onu rəmzlər şairi adlandırır və 
İbnül-Farizlə bənzərliyinin məhz bu olduğunu göstərir.[18, s.39-40] 
İlk qəsidəsində fikrini rəmzi dillə çatdırdığını özü də söyləyir. 
نايب يذ مهف نم انع ملاكلا لج 
تاغللا رهشا نم رتسم انزومرم
Bizim sözümüz bəyana sığmadı, 
Rəmzlərimiz ən məşhur dillərdən belə gizli qalmışdır.
[6, s.5a]
 
Şair qəsidəsinə öz şəxsində zahir və batindən ibarət insanın necə qəribə varlıq olduğunu 
zikr etməklə başlayır. Ucu qeybə dirənən bir sirr ilə yaradılmış, nəfxeyi-müqəddəsə üfürülmüş 
insanın təcəlli anında səkr-səhv, cəm-fərq, fəna-bəqa, məhv-isbat hallarına toxunur. Bu divan 
barədə vurğulamalı olduğumuz əsas nüans budur ki, çox orijinal təşbehlər, metaforalar, 
ümumilikdə bədii ifadə vasitələri ilə qarşılaşırıq. Daha sonra yenə öz şəxsində əhli-həvanın 
xüsusiyyətlərindən danışır. Əhli-həva, əhli-kəşf, əhli-vüdd, yəni sufinin hallarından danışır. 



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin