Publisher



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə32/86
tarix25.12.2023
ölçüsü0,93 Mb.
#194884
1   ...   28   29   30   31   32   33   34   35   ...   86
Filologiya 2021 2

Ədibin yaradıcılığı 
Ədib klassik Şərq ədəbiyyatı ənənələrinə sadiq qalaraq hər üç dildə əsər yazmış, məsnəvi, 
qəsidə, qəzəl, rübai janrlarına müraciət etmişdir. Türk və fars dillərində divan bağlamaq çox 
yayğın olsa da, ərəbcə divan olduqca çətin və məsuliyyətli iş sayılırdı. Çünki qrammatik-leksik 
xüsusiyyətlərini nəzərə alsaq ərəb dili daha çox nəsrə yarayır, necə ki Orta əsrlərdə elmin dili 
hesab olunmuşdur. Klassik ədəbiyyat araşdırmalarında əksərən türk-fars qarşılıqlı ədəbi 
əlaqələrinə yer verilir, ərəb ədəbiyyatı ilə türk ədəbiyyatı arasında birbaşa qarşılıqlı təsirin daha 
zəif olduğu düşüncəsi hakimdir.[27, s.446] Halbuki, diqqətlə incələndikdə bu əlaqənin zənn 
edildiyi qədər zəif olmadığını müşahidə etmək mümkündür. Sərhədlərin deyil, mədəniyyətin 
söz sahibi olduğu Şərqdə hər üç dili bilən ədiblər adətən daha ağır mövzulara həsr olunmuş 
əsərlərini, fəlsəfi risalələrini ərəbcə yazmağa üstünlük verir, nəzm əsərlərini farsca ya türkcə 
qələmə alırdılar. Ancaq az da olsa ərəb dilində divan bağlamış türk ədəbiyyatı nümayəndələrinə 
rast gəlmək mümkündür.
İbrahim Gülşəninin türk, fars və ərəb dillərində divanları və 10-dan artıq başqa əsəri vardır. 
Şairin türkcə əsərləri Türkiyədə və Azərbaycanda tədqiqə cəlb edilmişsə də, farsca və ərəbcə 


XVI əsr Azərbaycan divan ədəbiyyatının nümayəndəsi İbrahim gülşəni Bərdəi və onun ərəbcə yaradıcılığı
 
97 
yaradıcılığı uzun müddətdir insaflı bir tədqiqatçının əməyi sayəsində oxucusuna qovuşacağı 
günü gözləməkdədir. Türkiyədə Gülşəninin həyatı və ümumi yaradıcılığı ilə bağlı məlumatlar 
yaxud müstəqil tədqiqatlar, daha öncəki əsrlərdə qarşımıza çıxsa da orta əsrlərdən sonra XIX-XX 
əsrlərdə şairin həyatı, fikirləri, təriqəti barədə və əsərlərinin tədqiqi ilə bağlı müstəqil əsərlər 
yazılmağa başlanılmışdır. Bunlara misal olaraq, Xocazadə Əhməd Hilminin “İbrahim Gülşəni” 
[12] adlı əsəri, qardaş ölkədə şairlə bağlı ən geniş tədqiqat aparmış Təhsin Yazıçının doktorluq 
dissertasiyası və Muhyinin mənaqibini nəşrə hazırlaması, bir sıra məqalələri şairin həyat və 
yaradıcılığına işıq tutmuşdur. Daha sonra Himmet Konur Gülşəninin həyatı, təsəvvüfi və ədəbi 
fəaliyyəti haqqında kitab çap etdirmişdir. [19] Bilavasitə türkcə “Divan”ı və digər məsnəvilərilə 
bağlı isə Mehmet Akayın, Mehmet Şahinalan, Neriman Şimşek, İbrahim Fəzlan və başqalarının 
çalışmaları vardır. Farsca “Divan”ı və “Məsnəviyi-Mənəvi”si ilə əlaqədar sadəcə Mehmed Ləli 
Fənayi əfəndinin əsərin bir hissəsini şərh etdiyi məlumdur. Azərbaycanda Gülşəni ilə bağlı ilkin 
və daha sonra geniş araşdırmalar professor Azadə Musabəylinin səyləri nəticəsində üzə 
çıxmışdır. Alim, şairin həyatını yaxından araşdırdığı kimi, türkcə “Divan”ını və məsnəvilərini də 
nəşrə hazırlamışdır. [21]

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin