Publisher



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə31/86
tarix25.12.2023
ölçüsü0,93 Mb.
#194884
1   ...   27   28   29   30   31   32   33   34   ...   86
Filologiya 2021 2

Ədibin həyatı 
Ədib, qaynaqların məlumatına əsasən, Diyarbəkir (Amid), yaxud Bərdədə doğulmuş
ömrünün bir hissəsini Təbrizdə Ağqoyunluların hakimiyyəti dövründə, qalan 30 ilini isə Misirdə 
Qahirədə keçirmişdir. İbrahim Gülşəninin Diyarbəkirdə yoxsa Azərbaycanın Bərdə şəhərində 
doğulması haqqında qaynaqlarda iki fikir mövcuddur. Bəziləri onu əl-Amidi, bəziləri isə əl-
Bərdəi nisbəsi ilə qeyd edirlər. Nəzərə alsaq ki, Orta əsrlərdə elm əhli getdikləri, yaxud 
yaşadıqları bir çox şəhərin adını özlərinə nisbə götürmüşlər, bundan çıxış edərək İbrahim 
Gülşəninin Diyarbəkirdə doğulsa belə Qarabağda Dədə Ömər Rövşəni ilə görüşməsi nəticəsində 
əl-Azərbaycani, yaxud əl-Bərdəi nisbəsi ilə anılmış ola biləcəyi mümkündür. Bundan əlavə
nisbəsindən asılı olmadan İbrahim Gülşənini azərbaycanlı hesab etməliyik, çünki dövlətçilik 
tariximizdə Ağqoyunluları Azərbaycan dövləti olaraq qəbul edirik, Gülşəni də ömrünün çox 
hissəsini Uzun Həsənin himayəsində Təbrizdə keçirmişdir. Muhyi və “Ləməzat” müəllifi Hulvi 
Gülşəninin soyunu Məhəmməd peyğəmbərə deyil, Oğuz ataya bağlayırlar. Faruk Sümer bunu 
Ağqoyunlular dövründə milli şüurun formalaşmasına (xüsusən Uzun Həsəndə) və bunun din 
adamları üzərində də təsirli olduğuna bağlayır. [19, s.94] Məmlüklər dövründə Təbrizdən Misirə 
hicrət edən şair oradakı üç azərbaycanlı şeyxdən biri (Şeyx Dəmirtaş, Şeyx Şahin) olur. Məmlük 
sultanı Qansuh Quri onu Misirə dəvət edir, Qahirədə Qübbətül-Mustafa Müəyyədiyyə camesinə 
yerləşir. Daha sonra Sultan Yavuz Qahirəyə gəldikdə şeyxi ziyarət edir və şair ondan 
Müəyyədiyyə yaxınlığındakı boş ərazini mədrəsətikmək üçün istəyir. Hicri 926-31-ci illərdə 
tikilərək tamamlanır və Gülşəni ömrünün sonuna kimi təxminən 10 il orada yaşayıb xalqı irşad 
edir, tələbə yetişdirir. Hicri 940 (1534)-cı ildə Qahirədə öz xanəgahında taun xəstəliyindən vəfat 
edərək orada dəfn olunmuşdur.[19, s.94; 21, s.82] Türbəsi Qahirədəki Osmanlı memarlıq 
nümunələrinin restavrasiyası layihəsində yer almaqdadır və təmirə bağlanmışdır.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin