JOURNAL OF BAKU ENGINEERING UNIVERSITY- PHILOLOGY AND PEDAGOGY 2021. Volume 5, Number 2 Pages 95-103 95 UOT: 82:81-26;82:81`38 XVI ƏSR AZƏRBAYCAN DİVAN ƏDƏBİYYATININ NÜMAYƏNDƏSİ İBRAHİM GÜLŞƏNİ BƏRDƏİ VƏ ONUN ƏRƏBCƏ YARADICILIĞI FƏRİDƏ SEYİDOVA Bakı Mühəndislik Universiteti
feliyeva@beu.edu.az XÜLASƏ Şərq mədəniyyətinin ayrılmaz bir parçası olan təsəvvüf Divan ədəbiyyatının da zənginləşməsində mühüm rol
oynamışdır. Çoxsaylı nümayəndələri arasından minlərlə ədib, şair, mütəfəkkir yetişmiş bu axının XVI əsrdə Türk
mədəniyyətinə qazandırdığı şəxsiyyətlərdən biri də Gülşəniyyə sufi məktəbinin banisi olan İbrahim Gülşəni Bərdəidir
(826/830 - 940). İbrahim Gülşəninin türk, fars və ərəb dillərində divanları və 10-dan artıq başqa əsəri vardır.Ədibin
təsbit edilmiş əsərləri arasında ərəbcə divanı da vardır ki, iki əlyazma nüsxə əsasında müqayisəli tədqiqata cəlb etmişik.
Mənbələrdə on min beytlik olaraq qeyd edilən divan iki qəsidə, 56 qəzəl və 171 rübaidən ibarətdir. Məqalədə,
həmçinin, divanın məzmunu, möhtəviyyatı və üslubunu ələ almağa çalışmışıq.
Açar sözlər: İbrahim Gülşəni, sufi, divan, qəzəl, qəsidə, rübai REPRESENTATIVE OF THE AZERBAIJANIAN DIWAN LITERATURE OF THE XVI CENTURY IBRAHIM GULSHANI BARDAI AND HIS ARABIC WORKS ABSTRACT Tasawwuf which is an integral part of the Eastern civilization played an important role in enriching of the Diwan
literature. One of the figures in this movement imparted to Turkic culture in the sixteenth century is Ibrahim Gulshani
(826/830 - 940) - the founder of one of the popular sufi orders Gulshaniyyah. Ibrahim Gulshani has diwans in Turkish,
Persian and Arabic languages and more than 10 other works. The diwan, mentioned in the sources as consisting of ten
thousand verses, consists of two verses, 56 ghazals and 171 rubais. We also tried to capture the content, content and
literary style of Diwan.