2. İzləyiciniz ilə söhbət edəcəyiniz mövzüları müəyyən edin – İzləyicinin maraqlarını bildikdən sonra onunla ünsiyyət quracağınız bir neçə mövzü müəyyən edin. Bu mövzular sizin məhsula, izləyicinizi yönləndirəcəyiniz səmtə uyğun olmalıdır. Məsələn, maşın brendi kişi izləyiciləri ilə futbol barədə, kosmetika brendi xanımlarla moda haqqında söhbət edə bilər. Mövzular mümkün qədər geniş, eyni zamanda kifayət qədər spesifik olmalıdır. Seçdiyiniz mövzunun uzunmüddət izləyicinin marağına səbəb olacağından əmin olun, insanlar tez-tez öz həvəslərini dəyişməyi xoşlayırlar.