6. Plan qurun – Hər bir işdə olduğu kimi, kontent hazırlanması işində də plan vacibdir. Əlinizdəki kontenti hansı, necə, harda və nə vaxt izləyiciniz ilə paylaşacağınızı öncədən planlayın. Unutmayın ki, ən pis plan plansızlıqdan yaxşıdır. Sosial mediada ünsiyyət heç vaxt bitmir. Siz tək olsanız da, izləyiciləriniz çox və müxtəlifdir. Bu cur ünsiyyətdən baş çıxartmaq üçün siz, ancaq plana etibar edə bilərsiz. Özünüzü bir neçə rəqib ilə blitz şahmat oynayan qrosmeystr kimi düşünün. Ya da çoxbaşlı əjdaha qarşı vuruşan pəhlivan. Plan olmasa əjdaha sizi yeyəcəkdir.
7. Yazın – Yazı işində necə usta olmaq olar? Yazmaq, yazmaq yenə də yazmaqla. İzləyicinizə kontenti maraq doğuracaq şəkildə təqdim etmək üçün siz, diqqət çəkən başlıqlar yazmağı bacarmalısınız. Maraqlı başlıq, ilk cümlə, əmələ çağırış – bu məqamlar uğurunun yarısıdır. Sonrakı məlumat da başlıqla həmahəng, mənalı və maraqlı olmalıdır. Hər bir söz, hər bir ifadə ilə siz izləyicinizin ürəyindən oxumalısınız. Sonluq da az vacib deyil – ən sonda izləyicilərinizi təşviq etmək istədiyiniz əmələ çağırış edin. Ordusunu döyüşə aparan sərkərdə kimi olun – onları ruhlandırıb, döyüşə hazırlayın. Gedib sizə qələbə qazansınlar.