8. Kontenti test edin, təkminləşdirin – Keyfiyyətli kontent bir gündə yaranmır. İzləyicinin ürəyinə yol tapacaq kontent hazırlamaq üçün kontentinizi davamlı şəkildə təkminləşdirmək lazımdır. İlk qaralamadan sonra yazdığınızı 24 saatlıq unudun, sabahkı gün bir də ələ alıb dəyərləndirin. Əksik gördüyünüz məqamları düzəldin. Artıq sözləri çıxardın. Hər paylaşımda sadə bir mesaj olmalıdır. Yüksək səslə oxuyub necə səsləndiyinə qulaq asın. Obyektiv fikrinə etibar etdiyiniz bir nəfərdən fikrini alın. Hazır olduğunuza əmin olduqdan sonra paylaşıma keçin.