Q əRBİ kaspi universiteti SƏRBƏ



Yüklə 64,84 Kb.
səhifə10/11
tarix29.12.2021
ölçüsü64,84 Kb.
#48458
1   2   3   4   5   6   7   8   9   10   11
bextiyar xankisiyev kontent anlaiz

Kontent marketinq.

“Kontent hər şeydir!” və ya “Kontent kraldır!” ifadələrini yəqin ki, çox eşitmisiniz. Elə mən də çox zaman bu ifadəni işlədirəm. Çünki kontent, yaxşı kontent həqiqətən də hər şeydir.

İstər yeni başlayan, istərsə illərdir bu sahədə olan və daim öyrənməyə meyilli mütəxəssis olun, istərsə də hər hansısa marketinq komandasının bir üzvü olub sadəcə bəzi məlumatları gözdən keçirmək üçün bu yazıya baxın. Fərq etməz, bu yazı hər biriniz üçündür. (A.Abbasbəyli, “Beynəlxalq münasibətlər nəzəriyyəsinin praqnozlaşdırılmasının nəzəri problemləri”, Bakı – 2007. (səh. 51))

Birincisi, məzmun olmasa, SEO mütəxəssislərinin axtarış motorları üçün optimallaşdıracaq bir nələrisə olmazdı. Yazılara əlavə edilən metadatalar Google və Facebook kimi robotların məzmunu oxuya bilmələri, kontentin nədən bəhs etdiyini anlamarına kömək olur.

Rəqəmsal marketinq sahəsində çalışanların əldə etdikləri hər link hansısa məzmuna işarə edir və insanların axtarış motorlarına yazdıqları açar sözlər də məzmunu tapmağa xidmət edir.

E-məktub, tvit, saytların ana səhifəsi, məhsul barədə açıqlama – bunlar hamısı kontent nümunələridir. Bütün kontent nümunələri ilə bağlı ən yaxşı açıqlamalardan biri isə “Portent” şirkətinin təsisçisi Ian Lurie tərəfindən deyilmişdir:

“Məzmun daha da üst sıralarda yer almaq üçün yazdığımız yazılar və ya infoqrafikalar deyil. Məzmun hətta uzun-uzun yazdığımız məqalələr də deyil. Məzmun istifadəçiyə mesaj verən hər hansısa bir paylaşımdır”.

Məzmun marketinqin özülüdür. Bu sayədə cari və potensial müştərilərlə danışır, onlarla ünsiyyət qururuq. Şəklindən, formasından asılı olmayaraq bizi izləyənlərə dediklərimiz, bizi izləyənlərlə bölüşdüklərimiz məzmundur.

O zaman məzmun marketinqi nədir? Sualın cavabı olduqca sadədir. Məzmun vasitəsilə şirkət və ya təşkilatın marketinq hədəfinə çatması üçün məzmun marketinqindən istifadə edilir. Marketinq hədəfiniz isə fərqli ola bilər - cari müştərilərin saxlanılması, potensial müştərilərin əldə edilməsi, daha çox insanın markanızdan və ya məhsullarınızdan xəbərdar edilməsi və sair.

Bəzi şirkətlərin məzmun marketinqinə vəsait ayırmaqda tərəddüd etməsinin səbəblərindən biri məhz məzmun marketinqinin faydalarından xəbərsiz olmalarıdır.İnsanları təqdim edilən məhsul və ya xidmət barədə daha müsbət düşünməyə sövq etmək əlbəttə ki, çox yaxşı səslənir. Lakin nəticələr bütünlüklə qeyri-müəyyən olur. Belə olan halda məzmun marketinqinin faydaları barədə düşünmək sizə kömək edə bilər.

Məzmun yaratmaq auditoriyanıza, hədəf kütlənizə danışması üçün şərait yaradır. Sizin haqqınızda danışarkən məhsul və ya xidmətlə bağlı bir-birilərinə məlumatlar verir, tövsiyə edir və ya birbaşa hər hansısa linki paylaşırlar.

Markanız haqda belə fikirlərin formalaşması marketinq sahəsində qızıl qədər dəyərlidir.

“Son smartfonları ilə bağlı həqiqətən şübhəli idim. Lakin “X” adlı saytın onlar haqda yazması həqiqətən mükəmməl xarakterstikaya sahib smartfon olduğuna işarədir. Mütləq o məhsulu test edəcəm!”

Hədəf kütlənizin hörmətini, sizə, markanıza olan rəğbətini qazanmaq zaman tələb edir. Çünki burada ilk olaraq onlar sizə inanmalı, güvənməlidirlər. Əgər siz hədəf kütlənizə, mövcud auditoriyaya özünüzü isbat etsəniz – biliklərinizi (xidmət və məhsula görə dəyişir), dürüstlüyünüzü onlara sübut etsəniz, o zaman digərləri fikir qarışıqlığına səbəb olanda, siz tam əksinə insanların cari və potensial müştərilərin qərar vermələrinə müsbət yöndə kömək etmiş olacaqsınız. (A.Abbasbəyli, “Beynəlxalq münasibətlər nəzəriyyəsinin praqnozlaşdırılmasının nəzəri problemləri”, Bakı – 2007. (səh. 54))


Yüklə 64,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin