222
qoltuğunda 2-3 gözcük yerləşir. Yumrunun hər gözcüyündə 3 ədəd tumurcuq əmələ gəlir.
Gözcüklər yumrularda spiral şəklində düzülmüşlər. Yumrunun təpə hissəsindəki gözcüklər orta
hissəsindəkinə nisbətən bir-birinə yaxın yerləşmişlər.
Yetişmiş yumrular mantar toxumadan ibarət nazik qabıqla örtülmüşdür ki, bu qat yumruları
qurumaqdan və xəstəlikdən qoruyur. Mantar qatının alt hissəsində nişasta dənələri ilə dolmuş
qabığın parenxim hüceyrələri, sonra isə gözcüklərlə birləşən törədici toxumalar və damarlı - lifli
həlqələr dəstəsi yerləşir. Yumrunun daxili hissəsində də yəni özəyində nişasta vardır, lakin qabığa
nisbətən azdır.
Hər bir sortun xarakterinə uyğun olaraq yumruların forması olduqca müxtəlifdir. Yumrular
əksər sortlarda yuvarlaq, oval və uzunsov olur. Lakin xarici şəraitin təsirindən hər hansı sorta xas
olan tipik forma dəyişə bilər. Yumruların forması uzunluğunun eninə və eninin qalınlığına nisbəti
ilə təyin olunur. Yuvarlaq yumrunun diametri onun hər tərəfində bərabərdir. Uzunsov yumruların
uzunluğu enindən 2,0-2,5 dəfə çox olur. Oval formalı yumruların isə orta hissəsi nisbətən enlidir.
Yumrunun ətli hissəsi ağ, sarı, sarımtıl-qırmızı, və göy rəngli ola bilər. Müəyyən edilmişdir
ki, ətli hissəsi sarı olan yumruların tərkibində azotlu maddələrin miqdarı digərlərinə nisbətən çox
olur. Qabığın rəngi mantar qatının qalınlığından və hüceyrə şirəsinin piqmentlərindən asılıdır.
Mantar qatı nazik olduqda ətli hissənin rəngi xaricdən seçilir. Hüceyrə şirəsində olan rəngləyici
piqmentlərin təsirindən qabıq çəhrayı, qırmızı, bənövşəyi rəngə çevrilir. Yumrunun səthində
mərciməkcik adlanan açıq rəngli xırda nöqtələr vardır ki, tənəffüs və nəmliyin buxarlanması
bunların vasitəsi ilə gedir. Mərciməkciklərin miqdarı və ölçüsü əsasən kartofun becərilmə
şəraitindən asılıdır.
Dostları ilə paylaş: