INSTITUTE OF LITERATURE NAMED AFTER NIZAMI GANJAVI OF ANAS
www.comp.lit.literature.az / / Müqayisəli ədəbiyyatşünaslıq 2021, № 1
28
Əsas hissə /
Main Part
Pənah Xəlilov ilk dəfə 1953-cü ildə böyük şairin vaxtsiz vəfatının 40 illiyi münasibətilə “Qab-
dulla Tukay” adlı məqaləsi ilə Azərbaycan Yazıçılar İttifaqının o zamankı mətbu orqanı olan “Ədə-
biyyat və incəsənət” adlı qəzetində çıxış etmişdir [1].
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda Qabdulla Tukayın yaradıcılığından bəhs edən
bütün tədqiqat əsərlərində demək olar ki, bir qayda olaraq, Azərbaycanın məşhur satirik şairi Mirzə
Ələkbər Sabirin adı çəkilir, hər iki şairin əzab-əziyyətli həyatı və satirik yaradıcılıqları müqayisəli şə-
kildə təhlil edilir. Bu da təbiidir, çünki Qabdulla Tukay satirik yaradıcılığında M.Ə.Sabirin satirasın-
dan yetərincə faydalanmış, şeirin bu janrında da gözəl sənət nümunələri yaratmışdır. Professor P.Xə-
lilov bu ənənənin əsasını qoyan ilk tədqiqatçı
alimdir desək, yəqin ki, səhv etmərik. Məhz onun bu
məqaləsindən sonra Azərbaycanın tanınmış ədəbiyyatşünas alimlərindən professor Əziz Mirəhmə-
dov, professor Əziz Şərif və tanınmış tatar alimi professor Razidə Qəniyeva bu ənənəni ləyaqətlə da-
vam etdirmiş, bu mövzuda bir neçə sanballı elmi məqalələr yazmışlar.
Professor P.Xəlilov adıçəkilən məqaləsini belə başlamışdır: “M.Ə.Sabir XX əsrin əvvəllərində
Azərbaycan poeziyasında sönməz bir günəş kimi parlamış, cəhalət, zülm və istibdad dünyasında ildı-
rım kimi çaxmışdır. Sabir öz nəcib arzuları və böyük əməllərində doğma xalqının qəlbində vüqar, ye-
nilməzlik, hünər və mərdlik timsalı kimi daim yaşayır.
Tukay da Sabir kimi 1905-ci il inqilabından sonra böyük bir istedad kimi parlamışdır.
Sabir XX
əsr Azərbaycan poeziyasının ən gözəl nümunələri olan ölməz əsərlərini əsasən altı ilin içərisində
(1905-1911) yaratmışsa, Q.Tukay da cəmi səkkiz ilin müddətində, yəni 1905-1913-cü illər arasında
XX əsr tatar poeziyasının incisi sayılan böyük bir ədəbi irs qoyub getmişdir” [1].
Professor P.Xəlilov bu məqaləsində Tukayın poetik yaradıcılığının iki əsas xarakterik xüsusiy-
yətindən bəhs etmişdir: “Tukayın əsərləri istər öz sağlığında, istərsə özündən sonra kütlələrin əlində
azadlıq düşmənlərinə: ruhanilərə, millətçilərə, hakim siniflərə, çar istibdadına ... qarşı kəskin bir silah
oldu... İnqilabi-demokratik ideyalar təbliğ edən Tukay dövrünün parazitlərini, burjuaziyanı
və ruhani-
ləri dərin bir qəzəblə ifşa etmişdir. O, dinə, cəhalətə qarşı elm və maarifi, ailə-məişət əsarətinə qarşı
xalq azadlığını, inqilabi mübarizəni irəli sürürdü” [1]. Müəllif, Tukayın yaradıcılığında ikinci xarak-
terik xüsusiyyət kimi, onun rus ədəbi simalarına və Rusiyaya böyük simpatiyasının olduğunu qeyd
etmişdir: “Tukayın yaradıcılığı, jurnalislik fəaliyyəti, rus yazıçılarının əsərlərindən etdiyi tərcümələr
tatar poeziyasının tərəqqisinə ciddi təkan verdi...
Tukay öz xalqının xoşbəxtliyini, gələcək taleyini böyük rus xalqı ilə sarsılmaz dostluqda görür
və Rusiyanın oynadığı proqressiv rolu bütün varlığı ilə dərk edirdi...
Qabdulla Tukay
mütərəqqi rus mədəniyyətinin, qabaqcıl rus ictimai fikrinin pərəstişkarı, rus
ədəbiyyatının ən qızğın təbliğatçısı olmuşdur. O, Nekrasovdan, Koltsovdan, Puşkin və Lermontov-
dan, Maksim Qorkidən öyrənmiş, ələlxüsus Puşkin və Lermontovu sönməz bir məhəbbətlə sevmişdir.
Tukay Puşkin və Lermontovun bir sıra əsərlərini tatar dilinə tərcümə etmişdir” [1].
Professor P.Xəlilov 1956-cı ildə tərtib etdiyi “SSRİ xalqları ədəbiyyatı müntəxəbatı” adlı kita-
bına Tukay haqqında daxil etdiyi qısa məzmunlu oçerkdə yenə də son fikirlərini davam etdirmişdir.
Tukayın rus ədəbiyyatından faydalandığını göstərən müəllif bu dəfə M.Ə.Sabirdən də təsirləndiyini
yazmışdır: “O, Puşkin,
Lermontov, Tolstoy, Nekrasov kimi böyük rus şairlərini oxuyub öyrənir,
M.Qorkinin təsiri altında inkişaf edir. Onun yaradıcılığına “Molla Nəsrəddin” jurnalının və M.Ə.Sa-
birin satiralarının da xeyirxah təsiri olmuşdur. Tukay 1906-1913-cü illər arasında zəngin satirik irs
yaradır, tatar ədəbiyyatına dərin
ictimai motivlər, inqilabi-demokratik ideyalar gətirir” [5, s.484-485].
Professor P.Xəlilov Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə olaraq Tukayın “Öz xalqıma”,
“Tatar şairinin düşüncələri”, “Getmərik”, “Təsəlli”, “Kim tanıyırdı səni, sevgilim” və “O qıza” adlı
şeirlərini Azərbaycan dilinə tərcümə edərək bu müntəxabata daxil etmişdir [5, s.485-489].
XX əsrin 60-cı illərindən başalayaraq Azərbaycanın ali məktəblərində o zamankı SSRİ –yə da-
xil olan xalqların ədəbiyyatı tədris olunmağa başlamışdır. Bu fənnin tədrisi üçün dərs vəsaitini də
professor Pənah Xəlilov yazıb və 1968-ci ildə nəşr etdirmişdir. Müəllif dərsliyin II kitabına Şərqi
Slavyan və Baltikyanı respublikaların ədəbiyyatı ilə yanaşı, ayrıca “Tatar ədəbiyyatı” fəslini də daxil