Nəticə / Conclusion Professor Pənah Xəlilov Qabdulla Tukayın yaradıcılığına yalnız haqqında bəhs etdiyimiz mə-
qalələrində deyil, türk xalqları ədəbiyyatından bəhs edən digər araşdırmalarında da toxunmuş, onun
ədəbi yaradıcılığını geniş təbliğ etmişdir. Onun özünün də göstərdiyi kimi, “Ölümündən keçən neçə
onilliklər ərzində onun ədəbi irsi zamanın sınaqlarından şərəflə çıxmışdır... Təbiidir ki, Tukayın hə-
yat və yaradıcılıq yolu ədəbiyyatşünaslığın da müntəzəm məşğul olduğu bir mövzudur. Bu mövzuya
üz tutanlar XX əsr tatar ədəbiyyatındakı ədəbi cərəyanlara, ədəbi inkişafın mürəkkəb prosesinə dair
yeni sənədlər tapmaq, prosesə yeni şərh verməklə kifayətlənə bilmirlər; onları Q.Tukay sənətinin
müasirliyi, şairin gələcək haqqında düşüncələri, vaxtı ilə sonu və yönü aydın görünməyən ideoloji
mübarizələrin indi daha aydın olan aqibəti düşündürür. Tədqiqatçılar Tukayı yalnız çarpışdığı qüvvə-
lər əhatəsində yox, həm də arxalandığı mütərəqqi ziyalılar əhatəsində göstərirlər. Bu fon Tukayı milli
mühitdə daha parlaq canlandırır. Lakin Tukayı daha geniş mühitdə, daha geniş ziyalı əhatəsində gös-
tərməyə getdikcə ehtiyac artır. Bu ehtiyac milli xüsusiyyətləri güclü olan bir xəlqi şairi beynəlmiləl
aləmdə, qohum xalqlarla ünsiyyətdə, dünyanın siyasi-ictimai və mədəni mühit xəritəsində təqdim et-
mək zəruriliyindən doğur” [4, s.344].
Müəllif son fikirlərini 1994-cü ildə arzu şəklində dilə gətirmişdir. O vaxtdan çox illər ötmüş,
dəyişən dünyada mütərəqqi fikirli, müasir filoloji fikrə təsir edə bilən tanınmış ədəbiyyatşünas alim-
lər yetişmişdir. Məhz bu alimlərin yeni tədqiqatları, tatar alimlərinin isə Tukayı dünya səviyyəsində
layiqincə təbliğ etmələri sayəsində indi bu parlaq ədəbi simanın bədii irsi dünya ədəbiyyatşünaslığın-
da ən çox tədqiq olunan mövzulardan biridir və bu geniş ədəbi məkanda onun yaradıcılığı öz layiqli
yerini tutmuşdur.