Qafqaz Tədqiqat Resurs Mərkəzi



Yüklə 0,69 Mb.
səhifə7/18
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#1965
1   2   3   4   5   6   7   8   9   10   ...   18
Yaponiya [13], [14]

Yaponiyanın icbari sığorta sistemi mövcuddur və bu ölkədə yaşayan hər bir vətəndaş sığortanın bəzi formaları ilə təmin edilməlidir. Yaponiyada iki tibbi təhlükəsizlik sistemi mövcuddur:

1. Kompaniya və ofisdə işləyənlər üçün “Sosial sığorta sistemi”

2. Qalan əhali üçün “Milli tibbi sığorta sistemi”



Qanunvericiliyə əsasən Yaponiyada sosial sığorta sistemi kompaniyanın aşağıdakı işçilərinə şamil edilir:

  • Ərizə ilə müraciət edən və ilkin ödəniş edən. Bu ödəniş işçinin işlədiyi kompaniya tərəfindən müraciət edilməklə işçinin öz əmək haqqından həyata keçirilir

  • Sığorta olunan fərd tərəfindən ödənilməli olan tibbi müavinət (ödəniş). Qaydaya görə sığorta olunan özü 20%, xəstəxanaya qəbul edilən ailə üzvləri 20%, xəstəxanaya kənar pasient kimi müraciət edən ailə üzvləri isə 30% əlavə ödəniş edir. Lakin, Yaponiyanın müvafiq qanunvericiliyinə əsasən xəstəxana tərəfindən təqdim edilən qidaların xərcləri ayrıca hesablanır və tibbi sığorta məbləğinə daxil edilmir. Həmçinin pasient olduğu xəstəxanada dərmanların tərkibindən və kəmiyyətindən asılı olaraq əlavə xərcləri ödəməli olur.

  • Sığorta kartı. Qaydaya görə sığorta olunan fərd üçün yalnız bir kart buraxılır. Kartına baxmaqla fərdin sığortalandığını söyləmək olur. Qaydaya görə fərd səyahətə və hospitala həkim yanına gedəndə kartı özünlə götürməlidir.

2. Milli tibbi sığorta (sosial sığortada əhatə olunanları çıxmaqla). Qanunvericiliyə əsasən MTS üçün xarici (əcnəbi) vətəndaş kimi qeydiyyata alınan şəxs müraciət edə bilər. Lakin, bunun üçün həmin xarici şəxs Yaponiyanın ən azı 12 aylıq rezidenti olmalı və ya rezidenti kimi qəbul edilməlidir.

  • Ərizə (müraciət) və müavinətin ödənilməsi. Şəxs öz yaşadığı sahədə şəhər və ya şəhərin hər hansı rayonun ofisinə müraciət edə bilər. Qaydaya görə həmin şəxs rezident olmağını sübut edən cəmiyyətə (rəsmi sənədə) malik olmalıdır. Sığorta müavinəti bir illik hesablanır və əvvəlki illərdə Yaponiyadakı pul gəlirlərindən və ailənin üzvlərinin sayından asılı olaraq bu ilin aprelindən gələn ilin martına qədər olan dövrü əhatə edir. Məbləğ müxtəlif şəhər, rayon və kəndlərdə fərqlənir. Qeyd edək ki, müavinət şəxsin sığortanı neçə dəfə istifadə etməyindən asılı olmayaraq dəyişmir.

  • Sığorta kartı. Bir kart bir ailə üçün buraxılır. Ailənin kartına baxmaqla onun sığortalanmağını bilmək olar. Qaydaya görə hospitala və ya Yaponiya daxilində səyahətə gedəndə mütləq kartı üzərində götürmək lazımdır.

3. Xarici tələbələr üçün tibbi xərclərə kömək proqramı

  • Müraciət və müavinət. Hər bir əcnəbi şəxs təhsil aldığı məktəb və ya kollecə “Xarici tələbələr üçün tibbi xidmət sertifikatı” üçün müraciət edə bilər. Bu pulsuzdur və tələbə tərəfindən MTS ilə birlikdə istifadə oluna bilər.

  • Bu proqram üzrə tibbi müavinət (xərc) ödənişləri Yaponiyadan kənarda nəzərdə alınmır, normal hamiləlik və uşaq doğumu nəzərə alınmır, sağlamlığın yoxlanılması nəzərə alınmır və s.

  • Qanunvericiliyə əsasən əgər hər hansı bir vətəndaş başqa bir şəhərə və ya şəhər rayonuna köçürsə onda köhnə kartını yerli ofisə qaytarmalı və yeni yerdən kart almalıdır.

Yaponiya təcrübəsinə əsasən aşağıdakılar tibbi sığorta obyektinə və ümumiyyətlə sığorta prosesinə aid edilmir:



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin