Qafqaz Tədqiqat Resurs Mərkəzi



Yüklə 0,69 Mb.
səhifə10/18
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#1965
1   ...   6   7   8   9   10   11   12   13   ...   18
Kanada [14]

Kanadanın tibbi sığorta sistemi dünyanın ən təkmil tibbi sığorta sistemlərindən biri hesab olunur. Amma buna baxmayaraq, bu ölkədə də tibbi sığorta sistemi müxtəlif dövrlərdə tənəzzül mərhələsini yaşamışdır və dövlətin bu sistemə marağı azalmışdır. Məsələn, 1975-ci ildən 1991-ci ilə qədər ölkənin səhiyyə xərclərinin ÜDM-də nisbəti 7,1%-dən 10,2%-ə yüksəlmişdir. Lakin 1991-ci ildən başlayaraq bu rəqəm azalmış və indi 9.5% təşkil edir. Bu azalmanın əsas səbəbi həmin dövrdə bəzi xəstəxanaların bağlanması, həkimlərin məvaciblərinə limitlərin qoyulması idi. Bunun səbəbidir ki, Kanadada xəstəxanaların qarşısında növbələrin sayı azalmır. Kanadada aparılan sorğunun nəticələri də göstərir ki, əhalinin cəmi 43%-i səhiyyənin vəziyyətini yaxşı hesab edir.

Kanadada yaxşı anlayırlar ki, tibbi sığorta nəticəsində göstərilən tibbi xidmət ilk dəfədən yüksək keyfiyyətli olmalıdır. Əgər belə olmazsa, onda natamam və ya qeyri-qənaətbəxş müalicə alan pasient ikinci dəfə də, üçüncü dəfə də səhiyyə müəssisəsinə müraciət edəcək və s. Bu da öz növbəsində həm pasientlərin, həm də tibb sisteminin əlavə xərclərinə səbəb olacaq. Ona görə də elə ilk mərhələdən tibbi xidmətdə bahalı preparatlardan, keyfiyyətli xidmətlərdən istifadə etmək daha məsləhətdir ki, bunu da Kanada tibbi sığorta sistemi özünə prioritet seçmişdir.

Kanadanın tibb sistemində yeni bir tendensiyada onun özəlləşdirilməsinə diqqətin güclənməsi ilə əlaqədardır. Baxmayaraq ki, bu gün Kanadanın səhiyyə sistemi pulsuz hesab edilir, pasient tibbi xidmətlə təmin edilən zaman bu xidmətin əhəmiyyətli qədərini ödəmiş olur.

Məlumat üçün qeyd edək ki, bu gün orta statistik kanadalının tibbi sistemə ödənişləri illik 2500 dollar təşkil edir. Statistikaya əsasən Kanadada adambaşına səhiyyə xərclərinin cəmi 30%-i şəxslərin özü tərəfindən ödənilir, qalanını isə dövlət ödəyir.
Almaniya [14]

Almaniyada tibbi sığortanın reallaşmasına ciddi nəzarət mövcuddur. Məsələn, bu ölkədə tibbi sığortanın bütün iştirakçılarından ibarət sosial komissiyalar fəaliyyət göstərir. Bu cür komissiyaların əsas məqsədi tibbi sığorta sistemində keyfiyyətsiz və effektsiz işləri aşkara çıxarmaq, daha doğrusu xərclərə qənaət etməyən tibbi xidmətləri, müalicələri və s. bu kimi problemləri müəyyən etməkdən ibarətdir.

Almaniyanın tibbi sığorta sisteminin xarakterik xüsusiyyətlərindən biri də məhz tibbi sığorta sistemi çərçivəsində təqdim edilən tibbi xidmətlər paketi ilə bağlıdır. Belə ki, Almaniyada tibbi sığorta mexanizmi icbari tibbi sığorta sistemi çərçivəsində bütün tibb müəssisələrinin ölkənin hansı regionunda olmasından asılı olmayaraq göstərilən tibbi xidmətlərin həcmi və keyfiyyəti nəzərdə tutulmuş istiqamətdə olmalıdır.

Almaniyada tibb müəssisələri ilə sığorta müəssisələri arasında yaxın əlaqələr qurulmuşdur ki, bu əlaqələrin qurulmasında da əsas məqsəd məhz tibbi sığorta sistemində marketinq alətlərindən, reklam və araşdırmalardan istifadə etməkdir. Yəni bu əlaqələr nəticəsində tibbi sığorta sistemi ilə əlaqəli məlumatlar toplanılır, təhlil edilir və s.



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin