Şəkil 1. 2001-ci ildə Azərbaycan Respublikasında sığorta haqlarının strukturu [15]
2002-ci ildə ölkənin sığorta bazarında, daha doğrusu sığorta haqlarında 2001-ci ilə nisbətən müəyyən dəyişiklik müşahidə olunmuşdur. Belə ki, 2002-ci ilin rəsmi statistik məlumatlarına nəzər salsaq (Şəkil 2) görərik ki, həmin ildə ümumi tibbi sığorta haqlarının içərisində ən böyük xüsusi çəkiyə malik sahə kimi qəza sığortası yox yanğın sığortası olmuşdur. Daha doğrusu, 2001-ci ilin tam əksinə olaraq 2002-ci ildə ölkənin ümumi sığorta haqlarında 42%-lik xüsusi çəki yanğın sığortasına, 37%-lik pay isə qəza sığortasına aid olmuşdur. Müsbət haldır ki, 2002-ci ildə əvvəlki ildən fərqli olaraq ümumi sığorta haqlarında könüllü tibbi sığortanın xüsusi çəkisi (5.7%) yüksəlmiş və onun mövqeyi 4-cü yerdən 3-cü yerə qalxmışdır. Həmin ildə digər sığorta növləri içərisində isə icbari sığorta növləri, mülki məsuliyyətin sığortası və fərdi qəza sığortasının ümumi tibbi sığorta haqlarında xüsusi payı nisbətən yüksək olmuş və uyğun olaraq 4.2, 3.8 və 2.9% təşkil etmişdir.
Dostları ilə paylaş: |