Şəkil 4. 2001-ci ildə Azərbaycan Respublikasında sığorta ödənişlərinin strukturu [15] Qeyd etmək olar ki, 2002-2003-cü illərdə Azərbaycanda həyata keçirilən sığorta ödənişlərinin tərkibində sığorta növləri arasında nisbətən bərabər xüsusi çəki bölgüsü müşahidə edilmişdir (şəkil 5 və şəkil 6).
Şəkil 5. 2002-ci ildə Azərbaycan Respublikasında sığorta ödənişlərinin strukturu [15] Rəsmi statistik məlumatlar onu deməyə əsas verir ki, 2002 və 2003-cü illərdə tibbi sığorta növü üzrə ödənişlərin ümumi sığorta ödənişlərindəki xüsusi çəkisi 2001-ci ilə nisbətən artmışdır (şəkil 5 və şəkil 6).
Şəkil 6. 2003-cü ildə Azərbaycan Respublikasında sığorta ödənişlərinin strukturu [15] Düzdür, 2003-cü ildə bu pay 2002-ci illə müqayisədə 21%-dən 12.8%-ə qədər azalmışdır. Lakin, yenə də qeyd etmək olar ki, bu azalma tibbi sığorta ödənişlərinin həcminə aid deyil. Belə ki, cədvəl 2-nin məlumatlarından da göründüyü kimi könüllü tibbi sığorta ödənişlərinin məbləği ilbəil artır. Belə ki, bu məbləğ 2002-ci ildə 2001-ci ilə nisbətən təqribən 79%, 2003-cü ildə 2002-ci ilə nisbətən isə təqribən 46% yüksəlmişdir. Cədvəl məlumatlarından onu da müşahidə etmək mümkündür ki, könüllü tibbi sığorta ödənişlərinin ümumi sığorta ödənişlərindəki xüsusi çəkisi sığorta haqları üzrə eyni məzmunlu göstəricidən yüksək olmasına baxmayaraq, 2001-2003-ci illərdə bu sığorta növü üzrə ödənişlərin məbləği həmin sığorta növü üzrə haqların məbləğindən aşağıdır. Eyni zamanda, cədvəl məlumatlarından göründüyü kimi 2001-2003-cü illər illər üzrə könüllü tibbi sığorta ödənişlərinin könüllü tibbi sığorta haqlarındakı payı müvafiq olaraq 39%, 54.2% və 48% təşkil etmişdir.