Qafqaz Tədqiqat Resurs Mərkəzi



Yüklə 0,69 Mb.
səhifə11/18
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#1965
1   ...   7   8   9   10   11   12   13   14   ...   18
Norveç [13], [14]

Norveçdə səhiyyənin güclü sistemi mövcuddur və dövlətin səhiyyə xərclərinin ÜDM-dəki payı 9% təşkil edir. Norveçdə xəstəliklərin ağırlıq səviyyəsinə və müalicənin potensial effektivliyinə görə 4 qrupda birləşdirilir. Belə ki, 2000-ci ildə hökumət “Sağlamlıqda dəyərlər” adlı xüsusi məruzə ilə çıxış etmişdir. Burada pasientlərin tibb müəssisələrində növbəyə durmaq məsələsini qabartmaqla rasionallıq yaratmaq nəzərdə tutulur.

Son zamanlar Norveçin səhiyyə sistemində 4 yeni qanun qəbul edilmişdir. Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə tibbi sığorta sisteminin hüquqi tənzimləmə mexanizminin daim təkmilləşdirilməsi həyata keçirilir ki, bunu da bir tərəfdən bu sahədə dinamik inkişafın nəticəsi, digər tərəfdən səbəbi kimi izah etmək olar. Ən son qanunlardan biri xəstənin (pasientin) hüquqları ilə bağlıdır. Belə ki, bu qanununa əsasən Norveçdə tibbi xidmətin göstərilmə müddətinə individual yanaşılır.

İnkişaf etməkdə olan ölkələrin tibbi sığorta sistemi

Yuxarıda sadalanan ölkələrdən fərqli olaraq inkişaf etməkdə olan ölkələrdə tibbi sığorta sistemi qismən zəif inkişaf etmişdir. Ümumilikdə, adı çəkilən ölkələrdə bunun səbəblərini aşağı kimi sadalamaq olar:



  • Əhali gəlirlərinin nisbətən aşağı səviyyəyə malik olması;

  • Korporativ sektorda maliyyə şəffaflığının zəif olması;

  • Sığorta sisteminin, o cümlədən icbari tibbi sığorta sisteminin hüquqi-normativ bazasının təkmil olmaması;

  • İnstitusional mexanizmin kompleks, eyni zamanda tam səmərəli idarəetməyə imkan verməməsi və s.

Qeyd olunanlarla yanaşı, bir çox inkişaf etməkdə olan dövlətlərdə planlı iqtisadiyyatdan bazar iqtisadiyyatı sisteminə keçidlə əlaqədar olaraq ümumi sosial iqtisadi problemlər mövcud olmaqdadır. Bu da tibbi sığorta kimi mürəkkəb bir sistemin qurulması prosesini çətinləşdirir. Bu ölkələrə misal olaraq post sovet dövlətlərini, həmçinin keçmiş sosialist cəbhəsinə məxsus Şərqi Avropa dövlətlərini göstərmək olar.


Beynəlxalq təcrübədə tibbi sığorta sisteminin hüquqi tənzimlənmə mexanizmi

Qərb ölkələrində tibbi sığorta sisteminin hüquqi tənzimlənmə mexanizmi çox yaxşı inkişaf etmişdir. Bu təkmil mexanizmin mövcudluğunun nəticəsidir ki, həmin ölkələrdə pasientlərə böyük hüquqlar verilir. Belə ki, xarici təcrübənin təhlilləri göstərir ki, pasientlərin həm sığortaçılardan, həm də tibb müəssisələrindən (tibb mütəxəssislərindən) məhkəmə şikayəti çoxalır. Hətta son zamanlar şikayətçi pasientlər həkimlərdən nəinki aşağı keyfiyyətli və ya natamam xidmətə görə haqq tələb edir, həmçinin onlar mənəvi zərərə görə də kompensasiya tələb edirlər.

Bunun nəticəsidir ki, artıq qərb ölkələrində tibb mütəxəssisləri özlərini şikayət və gözlənilməz hallardan sığortalamağa başlamışlar. Bu sığorta müqaviləsi bağlanarkən sığorta şirkəti ya hər bir şikayət üçün maksimum məbləğ, ya da ümumi sığorta polisi dövründə maksimum məbləği tibb işçisi və ya təşkilatı ilə razılaşır. Bu halın, yəni öhdəliyin sığortalanması prosesi qərb ölkələrində tibbi xidmətin zəifləməsinə, müdafiə tibbinin isə yüksəlməsinə səbəb olmuşdur. Nəticədə tibbi xidmətin keyfiyyətinin yüksəlməsi ləngimişdir.

Müasir dövrdə inkişaf etmiş ölkələrdə kompensasiya ödənişlərinin təkmil mexanizmini işləməyə başlamışlar. Belə ki, hazırda həmin ölkələrdə əsas diqqət pasientlərin hansı şikayətlərinə kompensasiya ödənilməsi, nə qədər ödənilməsi və optimal ödəniş mexanizmi işlənilir. Həmçinin bu mexanizmi təkmilləşdirmək məqsədilə pasientə dəymiş zərərin təkmil qiymətləndirilməsi üsulları, dərəcələri müəyyən edilir.

Pasientlərə dəymiş zərərin ödənilməsi üçün seçilmiş təkmil üsullardan biri də hansı hallarda pasientə heç bir təhqiqat, araşdırma və ya səbəbkar axtarmadan (bu proses çoxlu vaxt və maliyyə tələb etdiyi üçün) birmənalı kompensasiyanın ödənilməsidir. Bu mexanizm ilk dəfə 70-ci illərdə Yeni Zelandiyada yaranmış və sonradan digər ölkələrdə də tətbiq olunmağa başlanmışdır.

Pasientə təqsirsizlik kompensiyasının ödənilməsi proseduruna ilk dəfə İsveç, Norveç və Finlandiya kimi ölkələr başlamışlar. Lakin, onlardan yalnız Finlandiyada bunun hüquqi bazası yaradılmış və pasientlərin hüquqları maksimum müdafiə edilməyə başlanmışdır.

Bu prosesin bir nəticəsi də o olmuşdur ki, İEÖ-də mütəxəssislər daha riskli və ya şikayətli sahələrdə fəaliyyət göstərməyə səy göstərmişdilər.

1999-cu ildə RF-nin Dövlət Duması “Tibb işçilərinin profesional öhdəliyinin sığortalanması” haqqında qanunun layihəsini hazırlamışdır. Lakin, bu qanun sonrakı müzakirələrdə aktuallığını itirmiş və qəbul edilməmişdir. Çünki belə sığorta ödənişlərinin optimal və əlçatan maliyyə mənbəyini tapmaq çox çətindir.




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin