Şəkil 2. 2002-ci ildə Azərbaycan Respublikasında sığorta haqlarının strukturu [15]
Təqdirəlayiq haldır ki, ildən ilə Azərbaycanda fiziki və hüquqi şəxslər tərəfindən sığorta təşkilatlarına ödənilən sığorta haqlarında tibbi sığortanın xüsusi çəkisi artır. Belə ki, bu payın 2001-ci ildə 5%, 2002-ci ildə 5.7%, 2003-cü ildə isə 6.7% (Şəkil 3) olması fikrimizi sübut edir. Lakin qeyd edək ki, 2003-cü ildə digər sığorta növləri üzrə haqların ümumi sığorta haqlarındakı xüsusi çəkisində dəyişiklik baş verməmişdir.
Şəkil 3. 2003-cü ildə Azərbaycan Respublikasında sığorta haqlarının strukturu [15]
Ölkədə könüllü tibbi sığorta haqlarının ümumi sığorta haqlarındakı xüsusi çəkisi ilə yanaşı, onun məbləği də yüksəlir. Rəsmi statistik məlumatlara əsasən könüllü tibbi sığorta haqlarının məbləği 2001, 2002 və 2003-cü illərdə uyğun olaraq 9233.5, 11917.9 və 19532.9 mln. manat olmuşdur (Cədvəl 1). Ümumiyyətlə isə bu məbləğ 2002-ci ildə 2001-ci ilə nisbətən təqribən 30%, 2003-cü ildə 2002-ci ilə nisbətən isə təqribən 62% yüksəlmişdir.
Cədvəl 1. Azərbaycan Respublikasında könüllü tibbi sığorta haqları üzrə əsas göstəricilər [15]
Dostları ilə paylaş: |