Qafqaz Tədqiqat Resurs Mərkəzi



Yüklə 0,69 Mb.
səhifə15/18
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#1965
1   ...   10   11   12   13   14   15   16   17   18
2001

2002

2003

Sığorta haqları

Mln. AZM

9233,5

11917,9

19532,9


Sığorta haqlarının ümumi həcmində xüsusi çəkisi

4,98

5,69

6,73


Sığorta haqlarının əvvəlki ilə nəzərən artımı/azalması, %

-

+29,07

+62,25



Fikrimizcə, könüllü tibbi sığorta haqlarının həm ümumi sığorta haqlarındakı payının, həm də bu haqların həcminin ilbəil yüksəlməsinin bir neçə səbəbi ola bilər. Bu səbəblərdən əsaslarına aşağıdakıları aiddir:



  1. Firma və müəssisələrin, o cümlədən də fiziki şəxslərin maliyyə vəziyyətinin yaxşılaşması;

  2. Firma və müəssisələrin, o cümlədən orada çalışan işçilərin tibbi sığorta haqqında məlumatlarının artması, bu sığorta növünün əhəmiyyətliyinin dərk edilməsi;

  3. Sığorta şirkətlərinin bu sığorta növünü geniş təbliğ etməsi, firmalarla əlaqə və münasibətlərinin güclənməsi;

  4. Firma və müəssisələrdə iş şəraitinin pisləşməsi, ağırlaşması səbəbindən və s. səbəblərdən insanların (işçilərin) sağlamlıq səviyyəsinin aşağı düşməsi və s.

Azərbaycanın sığorta bazarının sığorta ödənişləri istiqamətində vəziyyət sığorta haqlarından nisbətən fərqlidir. Belə ki, 2001-ci ildə həyata keçirilmiş sığorta ödənişlərinin tərkibinə nəzər salsaq (şəkil 4) görərik ki, bu ödənişlər içərisində ən yüksək paya malik sığorta növü yanğın sığortası olsa da, onun payı eyni ilin sığorta haqları ilə müqayisədə daha böyükdür. Belə ki, 2001-ci ildə bu sığorta növü üzrə ödənişlərin ümumi sığorta ödənişlərindəki payı təqribən 65%-dir. Digər tərəfdən, bu ildə həyata keçirilən ümumi sığorta ödənişlərində xüsusi çəkisinə görə ikinci yeri, sığorta haqlarından fərqli olaraq qəza sığortası yox, icbari sığorta ödənişləri tutur (9.7%). Müsbət hal kimi onu qeyd etmək olar ki, 2001-ci ildə ümumi sığorta haqları ilə müqayisədə ümumi sığorta ödənişlərində tibbi sığorta növünün xüsusi çəkisi daha yüksək olmuşdur (7.2%).



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin