Qafqaz Universiteti Materiallar


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə57/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   53   54   55   56   57   58   59   60   ...   124

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1104


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Zavyazka - Sevgilinin canlı varlıq halında 124 nömrəli evdə yerləşməsi ilə hadisələrə dü-

yün vurulur. Pol Di bura gəldikdən sonra bu evdə yaşamağı cəhənnəmə çevirən, ətrafdakıları-

da bu evdən uzaq qalmağa məcbur edən bedxah ruhu evdən qovumuşdu, hər şey qaydasına 

düşmüşdü. Ama bir gün Pol Di, Seti, Denevr birgə gəzintidən qayıtdıqdan sonra 19 yaşlı və 

özünü Sevgili adlandıran qız peyda olur və hadisələr yenidən öz məcrasından çıxır. Çünki bu 

qız Setinin illər əvvəl qul olmaması üçün öldürdüyü 1 yaşlı qızı idi və qisas almaqçün insan 

simasında geri qayıtmışdı. 

Kulminasiya- Denevrin 12 ildən sonra ilk dəfə anasına və bacısına kömək etmək məqsə-

dilə evi tərk etməsi əsərin kulminasiya nöqtəsini təşkil edir. Pol Di Setini sevsede Sevgilinin 

bu evdə varlığı onun burada qalmasına imkan vermir və evi tərk etdikdən sonra Sevgili daha 

çox şey tələb etməyə başlayır, Seti özünü bağışlatmaqdan ötrü onun bütün istəklərini yerinə 

yetirir və Sevgilinin bitməyən istəkləri Setini əldən salır. Və anasının bu vəziyyətdə gördük-

dən sonra Denevr evi kömək istəmək və iş tapmaq üçün tərk edir. 

Razvyazka- Həmin  ərazidə yaşayan qadınların 124 nömrəli evin yanina gələrək dua 

oxuması və Sevgilinin cixib getməsi ilə düyün açılır. Denevr evdə baş verən bütün hadisələri 

danışır və özünə iş tapır. Ətrafda yaşayan digər qadınlarda bu hadisələrdən xəbər tuturlar və 

onlar Setini və Denevri xilas etmək üçün onun evininə gələrək Sevgilinin çıxıb getməsi üçün 

dua edirlər. Və Sevgili gəldiyi yerə qayıdır. 

Final- Pol Dinin Setnin yanına qayıdıb gəlməsi və Denevrin özünün cəmiyyətdə təqdim 

etməsi isə final mərhələni təşkil edir. Pol Di biryerdə qalmağa vərdiş eləməmişdi, amma eyni 

zamanda da Setidən ayrı qala bilmir və ona geri dönür. Və Setiyə onu birdaha tərk etməyə-

cəyinə dair söz verir. Denevr isə artıq işə düzəlmişdi və artıq cəmiyyətin bir üzvünə çevrilmişdi. 

Bildiyimiz kimi əsərin iki süjet xətti var. Yuxarıda qeyd etdiklərim bir süjetə aiddir. 

Bunlardan əvvəlki hadisələri ,yəni keçmişdə olanları bu ardıcıllıqla hissələrə bölsək o qədər 

də uğurlu nəticə əldə edə bilmərik. Əgər bölsək bu şəkildə olar. Setinin Mr Qarnerlərə qul ki-

mi satılması ekspozisiya, müəllmin gəlişi zavyazka, Seti və digər qulların evdən qaçmaqları 

kulminasiya və 124 nömrəli evi Ştampın vasitəsilə tapması və orda Bebi Saqz ilə birgə yaşa-

mağa başlaması isə əsərin razvyazka və finalını təşkil edir. 

Bu əsərdə kompazisyaya daxil olan epiloq və proloqa rast gəlmirik, çünki əsərdə ardıcıl-

lıq gözlənilməyib, hadisələr nizamsız şəkildə düzülüb. 

Epiraf-Siz altmış milyondan çox idiniz. “Öz xalqım olmayanlara öz xalqım deyəcəyəm, 

sevgilim olmayana-sevgilim”. Və bu epiqrafda da yenidən uzun illər əzab-əziyyət içərisində qul 

həyatı sürmüş amerika zəncilərinin əvvəlki sayı və bununla bağlı olan hisslərini nəzərə çatdırıb. 

 

 

İNGİLİS DİLİNDƏKİ EMOSEMİYALI FRAZEOLOGİZMLƏR – 



DÜNYANIN DİL MƏNZƏRƏSİNİN İNİKASI KİMİ 

 

Cəmilə ABDULLAYEVA 

AZƏRBAYCAN Dillər Universiteti

 

jamila-eng@mail.ru 

AZƏRBAYCAN 

 

Məlumdur ki, dünyanın dil mənzərəsi bu və ya digər xalqın yaşam  şəraitini, tarix və 



müasir həyatında cərəyan edən hadisələrin metaforik kodlaşmasını  əks etdirməklə yanaşı, 

həmin xalqın əxlaqi-mənəvi prioritetlərini də ifadə edir. Bu mənada heç şübhəsiz ki, istənilən 

dilin emosemiyalı frazeoloji vahidləri və ya emotiv frazeologizmləri həmin dilin daşıyıcıları-

nın “yaxşı - pis”, “doğru - yanlış”, “həqiqət - yalan” və s. bu kimi həyati vacib antinomiyalara 

münasibətini  əks etdirir. Belə ki, “Emosiyaların linqvistikası”nı araşdırmış V.İ.Şaxovskinin 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1105


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

də haqlı olaraq qeyd etdiyi kimi, “dil ilk növbədə aktual olan informasiyanın ötürülməsinə, 

habelə əldə edilən bilik və məlumatların rasional “emalı” və mənimsənilməsinə xidmət edir. 

Lakin bütün bu proseslər hisslərlə, arzu və narahatlıqlarla müşayət edilməyə bilməzlər. Bu isə, 

öz növbəsində dilçilik elmi tərəfindən nəzərə alınmaya bilməz”. 

 Bu kontekstdə deyə bilərik ki, istənilən dil daşıyıcısı olan cəmiyyətin ətraf reallıqla, baş 

verən hadisələrlə bağlı  əldə etdiyi bilik və  məlumatlar həmin toplumun qiymətləndirmə  və 

emosional səciyyələndirmə şkalasına müvafiq dəyərləndirmə əldə edir ki, bu da bir çox halda 

frazeoloji vahidlər şəklində verbal həll qazanmış olur. Məhz, bu aspektə diqqət yetirən N.A. 

Xomyakova ingilis, fransız və rus dillərinin materialları əsasında emosemiyalı frazeologizm-

ləri dəyərləndirərkən maraqlı  nəticəyə  gəlmişdir: “Frazeoloji vahidlərin semantik strukturu-

nun ümumilikdə funksional – təsnifati, təhlili və eləcə də emotiv komponentin ayrılıqda götü-

rülmüş analizi hər bir dildə onların (frazeologizmlərin) dilin “dünyavi mənzərəsi” ilə sıx bağ-

lılığı”nı tam əyaniliklə ortaya qoyur. “Emotivlik – emossionallıqla eyni mahiyyət kəsb edir, 

lakin emotivlik dedikdə dildə, dilin vahidlərində  və onların semantikasında emossionallığın 

ifadəsi” nəzərdə tutulur. Emossional qiymətləndirmə dil daşıyıcı cəmiyyətin mənəvi prioritet-

ləri üçün “lakmus kağızı” rolunu oynamaqla ən lakonik və bəlağətli şəkildə xalqın bu və ya 

digər həyat hadisəsi və ya reallıq substansiyasına münasibətini açıqlayır.  

Özü də bu münasibət istər denotat haqqında məlumatın ilkin mərhələsində, istərsə  də 

daha sonrakı mərhələsində ortaya çıxa bilir. Bu mənada ingilis dilində müsbət və mənfi inten-

siyalı emotiv ifadələri araşdırmış A.B.Selyayevin mövqeyi diqqəti xüsusilə  cəlb edir. Dilçi 

yazır: “Emossional proseslər insan həyatında mühüm rol oynayırlar. Obyektiv gerçəkliyin 

qavranılmasını “bəzəməklə” onlar (emossional proseslər) insanın bütün fəaliyyət sahələrində, 

o cümlədən nitq fəaliyyətində, onun həm proqramlaşdırmasında, həm də ifadə proqramının re-

alizasiyasında özünün mütləq təzahürünü tapır”. İngilis dilinin frazeoloji sistemində ən fərqli 

konnotasiyalı emosemiyalı ifadələrin yüksək işlənmə tezliyi nümayiş etdirdiyini müşahidə 

etmək olar. Məsələn, “hörmət” ifadə edən emosemiyalı frazeoloji vahidlərə be a Caesar’s wife, 

look to your laurels, a legend in their own lifetime, a nine days wonder frazeologizmlərini, 

“laqeydlik” frazeosemantik sahəsinə aid ifadələr sırasında isə shrug one's shoulders, it's no 



skin off my nose, not be someone's cup of tea, not care a pin for something, deafening 

silence frazeologizmlərini nümunə göstərmək olar. Nümunələrdən də göründüyü kimi, emose 

miyalı frazeoloji vahidlərin komponent tərtiblənməsində ingilis linqvokulturologiyasına, ha-

belə ümumavropa kulturoloji mühitinə xas elementlər özünü biruzə vermiş olur. 

Belə ki, be a Caesar’s wife ifadəsi  Caesar's wife must be above suspicion frazeoloji 

vahidi ilə semantik bağlılığa malik olub ümumavropa linqvokulturloji metaforasını  təzahür 

etdirir. “Hörmət” frazeosemantik sahəsinə daxil olan bu emosemiyalı frazeologizm öz meta-

foriik kodlaşmasını antik tarixdən – Roma imperiyasının  ən böyük hökmdarlarından olan 

Yuliy Sezarın həyat yoldaşı Pompeyadan boşanması hadisəsindən götürür. Tarixi mənbələr-

dən məlum olduğu kimi, Sezarın ikinci arvadı Pompeyanı yoldan çıxarmaq məqsədilə Publius 

Clodius Pulcher

 

adlı döyüşçü onun evinə qadın geyimində daxil olur. Bu hadisədən dərhal 



sonra boşanan Sezar keçmiş həyat yoldaşının günahsız olma ehtimalı ilə bağlı suala “Sezarın 

arvadı şübhələrdən kənar olmalıdır” cavabını verir və bu ifadə tezliklə ümumavropa idiomuna 

çevrilir. Bu anlamda “Sezarın arvadı olmaq” (be a Caesar's wife) frazeoloji vahidi bütün şüb-

hələrdən kənar, şayiələrin fövqündə olmaq mənasını əks etdirir.  

Göründüyü kimi, ingilis dilinin frazeoloji sistemində yer alan emosemiyalı frazeoloji 

vahidlər bu dilin daşıyıcılarına xas “dünyanın dil mənzərəsi”ni əks etdirir və bundan irəli gələrək 

həmin cəmiyyətin etnopsixologiyası, mental kimliyi haqqında maraqlı məlumatlar ortaya qoyur. 

 

 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1106


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ORTA ƏSRLƏR AVROPA DRAMATURGİYASINDA ATTILA OBRAZI 

 

Natiq ADİLOV 

Qafqaz Universiteti 

nadilov@qu.edu.az 

AZƏRBAYCAN 

 

 Hun  hökmdarı Attilanın ölümündən uzun illər keçməsinə baxmayaraq, başda Avropa 



olmaqla digər qitələrdə də onun adı xatırlanır, onun haqqında çoxsayda ədəbi əsərlər yazılır. 

Attilanın ölümündən sonra onun haqqında ortaya çıxan əfsanə və nağıllar sonrakı illərdə ədəbi 

əsərlərin yazılmasında geniş miqyasda istifadə olunmuşdur. Attilanın Avropanın böyük bir 

hissəsini uzun müddət özünə tabe etməsini nəzərə alaraq qeyd etmək lazımdır ki, Avropada 

onun haqqında yazılan qaynaqlar, eləcə də ondan bəhs edən əfsanə və nağıllarda hun tacidarı 

bəzən mənfi obraz kimi də qələmə verilmişdir.  

XVI  əsrin birinci rübündə  və 1632-ci ildə “Tanrının bəlası Attilanın müharibəsi” adlı 

əsər təxminən iyirmi dəfə  nəşr edilmişdir.  Əsərin müəllifi italyan Covanni Maria Barberi 

(Giavanni Maria Barbieri, 1519-1574) irihəcmli poemasında hadisələri təfsilatlı əkildə təsvir 

etməyə çalışmışdır. Lakin əsərin ən mənfi məqamı yazıçının Attilanın xristiyanları öldürmək 

üçün macar kralının qızının bir it ilə izdivacından dünyaya gəldiyini söyləməsi ilə əlaqələndi-

rilir (1, s.168). Bu, Attila haqqında yazılan əsərlər arasında ən təhqirazmiz məqam və ən ko-

bud səhv kimi nəzərə alına bilər.

  

XVII  əsrdə  məşhur fransız dramaturqlarından biri Attilanı öz əsərinə baş  qəhrəman 



olaraq seçmişdir. 1647-ci ildə Fransanın şimalında yerləşən Ruan şəhərində izuitlər tərəfindən 

idarə edilən kolleclərin birində “Attilanın öldürücü qılıncı” adlı  əsər səhnələşdirilmişdir. 

Həmin kollecin şagirdi və fransız faciəsinin qurucusu hesab edilən Pyer Korneyl (Pierre Cor-

neille, 1606-1684) həmin tamaşanı izləmiş və iyirmi il sonra özü də Attila haqqında məşhur 

əsərini yazmışdır (1, s. 169). O, 1667-ci ildə nəşr etdirdiyi pyesinin ön sözündə yazırdı: “Atti-

lanın adı hər tərəfdə eşidilir, hər kəs onun haqqında bilir. Eyni zamanda, heç də hər kəs onun 

xarakterini başa düşmək iqtidarında deyildir. O, fitri istedad sahibi idi və düşmənlərini parka-

lamaq üçün yollar axtaran bir lider idi. Attila müdafiə oluna bilməyən insanlara hücum etməklə 

düşmənlərinin qəlbinə qorxu toxumları səpməyi bacarırdı. Onun dininin nə olduğu bilinmir, lakin 

özünə götürdüyü “Tanrının bəlası” ləqəbi onun çox sayda tanrı və ilahələrə inanmamasına işa-

rədir” (2). 

Attila haqqında Avropada yazılan dram əsərlərindən bəhs edərkən İtaliyadan olan iste-

dadlı şair, bəstəkar, müğənni və həmçinin məşhur dramaturq Metastasio təxəllüslü Petro An-

tonio Domeniko Trapassi (1698-1782) tərəfindən yazılmış “Aetus (Aetius)” adlı  əsəri də 

xatırlamaq lazım gəlir.  Əsərdə daha çox Honorianın (imperator Valentinianın bacısı-N.A) 

məşhur sərkərdə Attilanın uşaqlıq dostu Aetusa aşıq olmasından, Aetus və Valentinianın ölüm 

səhnəsindən bəhs edir. Bu əsərdə Attila istəklərini həyata keçirə bilməyən barbar kral kimi 

təqdim edilir (3, s. 421-24). 

Metastasionun  əsərindən fərqli olaraq alman şairi və dramaturqu Zaxarias Vernerin 

(Zacharias Werner, 1768-1823) “Attila faciəsi” adlı əsərində əsas obraz kimi Attila əsas götü-

rülür və elə əsərin ilk səhifələrindən onun necə bir insan olması haqqında oxucuya təfsilatlı mə-

lumat verilir. 1846-cı ildə məşhur italyan bəstəkarı Cüzeppe Verdi həmin əsər əsasında Attila 

operasını bəstələmişdir.  

Yuxarıda yazılanlar əsasında demək olar ki, Attila azsaylı dram əsərlərində uğurlu bir 

qəhrəman kimi təqdim edilmişdir. Korneyl tamaşaçılarda Attilaya qarşı rəğbət hissi oyatmağı 

bacarmışdısa, sonrakı əsərlərdə bunun əksi baş verdi. Əgər biz “Nibelunqlar nəğməsi”dəki Etzeli 

seviriksə, Renessans İtaliyasında qələmə alınan əsərlərdə bu sevgi hissi, təəssüf ki, oyanmır.  


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1107


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

REMARKALARIN ƏNƏNƏVİ QRAMMATİK                                 

ASPEKTDƏN ÖYRƏNƏLMƏSİ 

 

Xanım CƏLİLOVA  

ADU 

zaxarov_8822@mail.ru 

AZƏRBAYCAN 



 

Müəllif remarkalarının qrammatik xüsusiyyətləri iki aspektdə öyrənilə bilər: 

Müəllif remarkalarının özünün qrammatik strukturu- ənənvi qrammatika aspektində

Müəllif remarkalarının dram mətninin inteqrasiyasında iştirakı – mətnin qrammatikası 

aspektində. 

Remarkaların bir çox növləri və yarımnövləri spz forması, mürəkkəb söz, söz birləşməsi 

və cümlə şəklində qurulur. 

Həm Azərbaycan, həm də ingilis dramlarında söz formasında remarkalardan tərzi-hərə-

kət zərfliyi kimi bol bol istifadə edildiyi müşahidə olunur. Belə remarkalar,bir qayda olaraq, 

təsvir və müşayiətedici remarkaların yarımnövlərində  işlədilir, nitqin və  hərəkətin necə icra 

olunduğunu göstərir. 

  Hərəkət –təsvir remarkasında, səs-təsvir remarkasında və səs amplitudu remarkasında 

söz formasında verilən tərzi-hərəkət zərfliyi müvafiq olaraq hərəkətin necə icra edilməli və 

nitqin hansı tonda, hansı intonasiya ilə ifa edilməli olduğunu müəyyənləşdirir. Ingilis mətnlə-

rində  həmin halda Adverbial modifier of manner mövqeyində -ing sonluğu Participle I, -ed 

sonluğu Partciple II və -ly sonluğu Adverb çıxış edir, məsələn: 

Liza [weeping] 

Mrs Pearce [blandly]. («Pygmalion») 

Kərbəlayi Fatma xanım (yavaşca). Başa düşürəm.(«Ölülər») 

İngilis dilindən fərqli olaraq, Azərbaycan dilində mürəkkəb söz yaradıcılığının daha 

geniş yayıldığı məlumdur. Bu fakt müəllif remarkalarında da özünü göstərir. 

Azərbaycan dramlarında qoşa söz mahiyyətli mürəkkəb sözlərdən də hərəkət-təsvir,səs-

təsvir və səs amplitudu remarkalarında istifadə edilir,məsələn:  

Şeyx Nəsrullah... (Çığıra çığıra ) Dü rükət nəmaziki... 

İsgəndər...(gülə-gülə)... («Ölülər») 

  Həm ingilis, həm də Azərbaycan dram mətnlərindəki remarkalarda müxtəlif növ söz 

birləşmələrindən geniş istifadə edilir. Burada isim-isim,sifət-isim, say+isim, işarə əvəzliyi+isim, 

zərf+feli bağlama birləşmələri və onların kombinə edilmiş forması daha geniş  təsadüf edir, 

məsələn: 

TRENCH [with an attempt at ease of manner]… («Widower’s Houses») 

Hacı Həsən (çox ucadan və hirsli İsgəndərə tərəf)... 

Qızlardan birisi( pərdənin altından)... .(«Ölülər») 

Nəhayət müəllif remarkalarında müxtəlif cümlə növlərinin strukturundan istifadı edil-

mısi daha geniş yayılmışdır. Burada müşayətedici remarka ilə təsvir remarkası arasında müəy-

yən fərqlərin olduğu nəzəri cəlb edir. Müşayətedici remarka növlərində cümlələr daha qısa və 

yığcam olduğu halda , giriş və təsvir remarkaları bundan daha geniş mətn parçası yaratmağa 

imkan verir. 

Giriş-təsvir remarkasında söz,söz forması, mürəkkəb söz,söz birləşməsi ilə yanaşı cüm-

lələrdən də istifadə edilə bilər, məsələn: 

ACT IV 


The Wimpole Street laboratory.Midnight.Noboldy in the room. The clock on the mantelpiece 

strikes twelve. The fire is not alight : it is a summer night.Presently Higgis and Pickering are 

heard on the stairs.(«Pygmalion») 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1108


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Birinci məclis 

Rüstəm bəyin, Mirzə Məhəmmədəlinin və Səməd Vahidin ümumi kabinəsi:bir tərəfdə 

böyük yazı stolu,üstündə  qırmızı mahutdan örtük...Bu rüstəm bəyin yazı stolu. Bir tərəfdə 

qoyulub kitab qəfəsəsi(etajerka), üstə kitablar, yanında bir dənə sandalya...Bir tərəfdə qoyulub 

sandıq,içində və estendə yekə və qara cildli köhnə müsəlman kitabları...Pərdə qalxan vaxt otaq-

da oturub tək Rüstəm bəy öz yerində: gözlərində çeşmək oxuyub yazmaqla məşğuldur. Bir 

qədər sükutdan sonra içəri qapı açılır...(C.Məmmədquluzadə «Anamın kitabı») 

Göründüyü kimi burada hər bir cümlə tamdır,onlardan hər birisinin öz mübtədası və öz 

xəbəri vardır. 

Müşayətedici məqamlarda isə cümlə şəklində qurulmuş remarka adətən personaj nitqinin 

içərisində verilir və bu halda personaj nitqinin prepozisiyasında gələn paylaşdırıcı-prezentativ 

remarka (personaj adı) bütövlükdə strukturun mübtədası rolunu oynadığı üçün müşayətedici 

cümlə remarkada mübtədanın bir daha göstərilməsinə ehtiyaç qalmır, məsələn: 

Lady Agatha: Yes,mamma.(Goes to table up L.) («Lady Windermere’s Fan») 

Mirzə Məhəmmədəli (bir qədər fikir eləyib, oturur yerində və sonra başlayır)... («Anamın 

kitabı») 

Göstərilən məqamda yalnız personajın nitqini başqasının hərəkətlərini təsvir edən 

remarka müşayət edərsə, onda həmin başqa personajın adı cümlə-remarkanın mübtədası 

rolunda cıxış edir, məsələn: 

Duchess of Berwick:Isn’t he dreadful?...(Lord Darlington crosses R.C.) 

No? no tea? Thank you dear. (Crosses and sits sofa)… 

Ancaq bu başqasının hərəkətlərini təsvir edən remarkanın danışan personajın nitqini 

qıraraq onun intrapozisiyasına girməsi zamanı baş verən haldır. Verilmiş nümunədən görün-

düyü kimi, Lord Darlinqtonun hərəkətlərinin təsviri danışan personajın nitqinin ortasında 

verilmişdir və həmin remarkadan sonra personajın nitqi bitmir, davam edir. Aşağıdakı nümu-

nədə isə əsəri əski əlifbadan transliterasiya etmiş mətnşünasların qüsuru nəticəsində personaj 

nitqinə qoşulmuş və müşayətedici remarka kimi (səhv) təqdim olunmuşdur: 

Zivər xanım. Yarım saata burada olarlar.(Rüstəm bəy bir söz deməyib, yenə kitaba 

məşğul olur. Zivər xanım qıvraq çıxıb gedir. Rüstəm bəy yenə kitaba baxa-baxa deyir). 

Rüstəm bəy. Yaz, Mirzə, harada qaldıq? («Anamın kitabı») 

Əgər müşayətedici remarka kimi qəbul edilsə, göstərilən cümlələr qrupu Zivər xanımın 

nitqinin sonunda yox, Rüstəm bəyin sonra gələn nitqinin prepozisiyasında verilməli idi və bu 

halda remarkadaki “Rüstəm bəy”mübtədasının təkrarlanmasına ehtiyac qalmayacaqdı: 

Rüstəm bəy (bir söz deməyib,yenə kitaba məşğul olur. Zivər xanım qıvraq cıxıb gedir...) 

Yaz, Mirzə, harda qaldıq? 

İngilis dram mətnlərinə gəlincə isə, burada iki variantdan istifadə olunur: 

Paylaşdırıcı-prezentativ remarka müşayətedici remarkanın mübtədası rolunda çıxış etdi-

yi üçün müşayətedici remarkada təkrarlanmır və belə remarkada ingilis dilinin cümlə quruluşu 

pozulmaqla, ayrıca mübtəda işlədilmir,məsələn: 

Lady Hunstanton:Ah, her is a letter ...(Hands letter to Lady Caroline.) 

Müşayətedici cümlə-remarkada personajın adı müvafiq şəxs  əvəzliyi ilə  əvəzlənir və 

həmin əvəzlik müəllif remarkasının mübtədası rolunu oynayır, məsələn: 

Lysistrata. Dont speak to me.( She rushes out distractedly)... )... («The Apple Cart») 

 

 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1109


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ADVANTAGES AND DISADVANTAGES OF PROJECT WORK IN                     

TEACHING ENGLISH AS A FOREIGN LANGUAGE 

 

Unal ULKER

  

Qafqaz University  



uulker@qu.edu.az 

AZERBAIJAN 



 

Venera ULKER 

Qafqaz University 



 vvakilova@qu.edu.az 

 AZERBAIJAN 

 

Project work has considerable advantages as an instructional approach to language growth 



and as an alternative assessment tool in education. The advantages of projects can be divided 

into two broad groups: developing students' social skills and developing students' linguistic 

competence.  

In many cases project work is performed by a group of students (even though the project 

is done by one singular student, s/he might need some teacher/peer assistance). Thus, students, 

while working on the project, learn to share responsibilities, work in teams, solve problems, 

increase autonomy and independence, persuade, and communicate with other people in the 

target language. So project work positively influences students' life and social skills, increases 

their self-confidence, citizenship, social abilities, critical thinking faculties, motivation on 

learning, assertiveness and self-awareness.  

On the other hand, working with very different sources, students improve their language 

proficiency in terms of vocabulary, grammar, as well as their writing, speaking, listening and 

reading skills, as they need to read enough materials in order to perform the project. 

According to Burke(1994), there are nine advantages of project work applied to EFL 

learners: 

1. project work allows students to formulate their own questions and then to try to find 

answers to them; 

2. through projects students find opportunities to use their multiple intelligences to 

create a product; 

3. projects can be assigned to students at different levels of proficiency and can be 

adjusted to learner’s own individual learning styles and ability levels; 

4. projects may increase students' motivation; 

5. through projects students are provided an opportunity for positive interaction and 

collaboration among peers

6. projects provide an alternative for students who have problems reading and writing; 

7. projects, more than tests or traditional writing assignments, help students to increase 

their self-esteem; 

8. project work also provides an environment for students to share their learning and 

accomplishments with other students, classes, parents, or community members;  

9. project work can achieve essential learning outcomes through application and 

transfer.  

Besides advantages, there are some cautions necessary to be mentioned. Some problems 

cannot be anticipated, since each project has various unique conditions according to the topic 

chosen and where and for whom it is undertaken (Katz & Chard, 1992).  

1. Choosing the topic of project work might be problematic in terms of appropriateness for 

the students' level, interests, instructional language targets and fitting all these to the curriculum.  

2. Time constrictions is one of the major problems because students may need a longer 

period of time to fulfill all tasks and activities, gather information and produce the final 

presentation.  

3. Lack of resources may also cause a problem because the insufficient background research 

may prevent students from reaching the goals of project and decrease their motivation. 


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin