Qafqaz Universiteti Materiallar


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə21/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   17   18   19   20   21   22   23   24   ...   124

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

889



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

 “Qazan bəg oğlu Uruz bəgin tutsaq olduğu boy”: 

-“Qazan cılasun  ərənlərə qalaba ölkə verdi, cübbə-cuqa verdi”. (Vatikan nüsxəsi: 

“Qazan cilasun yigit ərənlərə qara ölkə, cübbə, çuqa verdi”). 

 “Qazılıq qoca oğlu Yegnək boyu”: 

-“...Quşun ala qatını, qumaşın arusunu, qızın gögcəgini, doquzlama çırğab çuqa Bayın-

dır xana pəncik çıqardılar. Baqisin ğazilərə bəxş etdilər”. (Vatikan nüsxəsi: “Quşun ala qatını, 

qumaşın arusunu, qızın gözəlini toquz çırğab çuxa Bayındır xana pəncik çıqardılar. Baqisin 

qazilərə bəxş etdilər”). 

 “Bəkil oğlu İmran boyu”nda da Bayındır xan Oğuzun sərhədlərini gözətləyən-qoruyan  

Bəkili  ildə bir kərə qonaqlayıb hədiyyələr  verərdi: “...Bəkil gəldi. Xan dəxi Bəkili qonaqladı. 

Yaxşı at, yaxşı qaftan, xərclik verdi. Üç gün tamam ağırladı. Üç gün dəxi Bəkili av-şikar ilə 

qonaqlayalım, bəglər!” – dedi”. 

Yenə “Bəkil oğlu İmran boyu”nun sonunda Bəkil oğlu İmrana hədiyyə verir: “...Ağ sa-

qallı babası qarşu gəldi. Oğlunun boynun qucdu. Dönüb evlərinə gəldilər. Qarşı yatan qara-

dağdan oğlana yaylaq  verdi. Qaraqucu yügrək atdan təvlə verdi. Ağca yüzlü oğluna, ağca qo-

yun sülən verdi. Ala gözlü oğluna al duvaxlı gəlin aldı. Ağ alınlı Bayındır xana pəncik çıqardı. 

Oğlın aldı, Bayındır xanın divanına  vardı.  Əl öpdi. Padşah Qazan oğlu Uruzun sağ yanına 

ana yer göstərdi. Cübbə - cuğa, çırğab geyürdi”. 

“Daş Oğuzun İç oğuza asi olub Beyrək öldüyü boy”: 

 - “Aruz cümlə bəgləri xələtlədi”. 

Misallardan da göründüyü kimi hədiyyə vermə formulu dastan boyu bir çox boylarda iş-

lənən və dastan mətni ilə semantik baxımdan bütövlük təşkil edən poetik fiqur kimi diqqəti 

cəlb etməkdədir. İnanırıq ki, digər dastanlarımızın da epik formul nəzəriyyəsi işığında tədqiqi 

dastanşünaslığımızda bir çox maraqlı hədiyyə formullarının aşkara çıxarılmasına gətirib çıxa-

ra bilər. 

 

 

FİKRƏT SADİQ POETİK SÖZƏ DAİR 



 

Yeganə QURBANOVA 

Baki  Dövlət Universiteti 



y.q.87@mail.ru 

AZƏRBAYCAN



 

 

Müasir Azərbaycan poeziyasının görkəmli yaradıcılarından Fikrət Sadığın bir çox şeir-

lərində onun klassik Azərbaycan poeziyası ilə bağlılığı aydın görünür. Şair poetik sözün gücü-

nə inanır və ona yüksək qiymət verir. Dahi Füzuli farsca qəzəllər “Divanı”nın dibaçəsində bu 

sözləri yazır: “Şeir yazanın adı şeir vasitəsi ilə aləm səhifəsində əbədi olaraq qalır”. 

 

Sözə xor baxmaq olmaz; hər söz 



Ərşdəndir gəlib hədiyyə bizə. 

Qəlbimiz meyl edir həmişə ona 

Çünki söz nazil oldu qəlbimizə. 

 

Deyilmiş gözəl söz əsrlər boyu yaşayacaqdır. Fikrət Sadıq isə bir məqaləsində seçib 



haqqında bəhs açdığı yeddi sözdən belə yazır: onlardan birincisi elə “SÖZ”dür: “Söz yarpaq-

da, suda, çiçəkdə, Ayda, Günəşdədir. Kimin əli hara çatırsa, ordan götürür sözü. Tapıldığı ye-

rin rəngi, dadı, ətri, işığı, odu gizlənib sözdə. Oxucu da o sözü nə cür qavrayırsa o həcmdə rəng, 

dad, ətir, işıq və od payından bəhrələnir. 

Ən çətini, sözü yerindən götürməkdir. Söz yerinə düşsə möcüzə olur, sehr olur. 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

890



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Kiminin əli sözə çatır, amma götürməyə gücü çatmır. Kiminin isə əli sözə də çatır, gücü 

də, amma haqqı çatmır. Kimi sözü bərk-bərk sıxır, boğur, qaraldır. Kimi boş yapışıb əlindən 

salır. Kimi sözü yaralayır, kimi sözü qamarlayır, kimi də tumarlayır”. 

Aşağıda nümunə verəcəyimiz  şeirdə isə Fikrət Sadıq sözü güclü, qüvvətli hesab edir, 

sözü silah kimi bilir, “Tuşladığım hədəfə, / Sözü düz atmaq gərək”,  - deyir. 

 

Topum yox, xəncərim yox, 



Yenə və yenə də 

Sözə gəlir gümanım, 

Sözdür mənim pənahım, 

Sözdür mənim silahım. 

 

Tuşladığım hədəfə 



Sözü düz atmaq gərək. 

Sözlə yatan milləti 

Sözlə oyatmaq gərək. 

 

Fikrət Sadıq yenilikçi şairdir. O, klassik janrlara da müraciət etmiş, qəzəl və rübailər də 



yazmışdır.  

Şair klassik janrlara müraciət etməklə, bir tərəfdən, klassik irsə, klassik poeziyaya bağlı-

lığını bildirir, digər tərəfdən də, yeni mövzuların klassik formada işlənməsinə dair maraqlı nü-

munələr verir. 

Onun qəzəllərinin çoxu şairin “Oxu kitabı”nda toplanıb. Bu qəzəllər klassik qəzəllərdən 

həm mövzu, həm də dil-üslub xüsusiyyəti baxımdan fərqlənir. Fikrət Sadığın qəzəllərində iza-

fət tərkibləri, ərəb-fars mənşəli sözlərə rast gəlinmir. Şair qəzəllərində mənəvi-etik, sosial-psi-

xoloji, sosial-ictimai və s. məsələlərə toxunmuş, insan və zaman problemini qabarmışdır: 

 

Başımıza nə gəlibsə, nadanlıqdan gəlib, balam! 



Nadanlıqdır bu dünyada ən çəkilməz əzab, oxu! 

 

Yaxşı demişlər atalar, kordur kitab oxumayan, 



Oxumasan, boş başına hörəcəklər corab, oxu! 

 

Bundan başqa klassik poeziyanın əsas şəkillərindən olan rübailər şairin yaradıcılığında 



çoxluq təşkil edir. Rübailəri isə, əsas etibarilə, şairin “Bugünnamə”, “Bugünnamə - 2”, “Bu-

günnamə - 3” kitablarında toplanıb. 

 

Suyu kəsiləndə ağac bürüşər, 



Mehri azalanda qəlbə xal düşər. 

Hifz elə insanı, ey ulu Tanrım! 

Qoyma hakim ola Xeyrin üstə Şər. 

 

Klassik Azərbaycan poeziyasında görməyə adət etdiyimiz məhəbbət mövzulu rübailərə 



Fikrət Sadığın poeziyasında, demək olar ki, rast gəlmədik. Fikrət Sadıq rübailərində cəmiyyə-

timizin mənfi tərəfləri - riyakarlıq, haqsızlıq, rüşvətxorluq, süründürməçilik və s. kimi məsələ-

ləri qabartmışdır: 

 

Başı olmayanın, “beş”i var indi. 



“Beş”i olmayanın işi var indi. 

Kişi paltarında arvad man deyil, 

Arvad paltarında kişi var indi. 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

891



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

 

Müasir Azərbaycan poeziyasında rübai janrına tez-tez müraciət edilməsinin izahı ilə 



əlaqədar  ədəbi-tənqidi materiallarda az təsadüf edilmir. Rübailərin son illərdə poeziya 

yaradıcılığında geniş istifadə olunması janrın poetik fikri ifadə etmək imkanı ilə bağlıdır. 

Fikrət Sadıq klassik poetik irsi yaxşı bilən və sevən  şairdir. Eyni münasibət  şairin 

folklorla bağlılığında da bütün aydınlığı ilə görünməkdədir. 

 

 

MÜSTƏQİLLİK İLLƏRİNDƏ HƏRBİ TERMİNLƏRİN                       



TƏDQİQİ MƏSƏLƏLƏRİ 

 

Nuranə HƏSƏNOVA 

Bakı SlavyanUniversiteti 



nuranahasanova1989@mail.ru 

AZƏRBAYCAN 

 

Hərbi terminologiya çox qədim dövrlərdən alimlərin diqqətini cəlb etmiş və bu sahədə 



müxtəlif istiqamətlərdə araşdırmalar aparılmışdır. Bu onunla əlaqədardır ki, hərbi terminlərin 

yaranma tarixi də çox qədimdir və müşahidələr göstərir ki, bir qədər  əvvəl qeyd etdiyimiz 

kimi, dünya dillərinin proqatındakı sözlərin müəyyən qismi hərbi terminlərdən ibarətdir. 

Keçən onilliklərdə  hərbi terminologiyanın nizama salınmasında, tcrminoloji lüğətlərin 

tərtibi, çapı və terminologiyanın tədqiqi sahəsində xeyli iş görülmüşdür. Lakin bununla yana-

şı, bu sahə ilə bağlı bir sıra problematik məsələlər hələ də qatmaqdadır. Belə problemlər içəri-

sində ən mühümü hərbi terminologiyanın təkmilləşdirilməsi, milliləşdirilməsi və məktəblərdə 

tədrisi, tədqiqi məsələsidir. Bu sahələr üzrə  90-cı illərdə xeyli iş görülmüşdür. 

Lakin çox təəssüf ki, tarix elminin mühüm sahələrindən olan hərbi quruculuq tarixi tam 

öyrənilməmişdir. Halbuki respublikamızın hərbi quruculuq tarixinin tədqiq edilib öyrənilmə-

sinin və təbliğ olunmasının çox böyük elmi, nəzəri və təcrübi əhəmiyyəti vardır. 

XIII-XV əsrlərdə meydana çıxan hərbi traktatlarda həm soyuq silahların, mühafizə ge-

yimlərinin təsvirinə geniş yer verilmiş, həm də ilk odlu silahların növləri haqqında məlumat 

verilmişdir. XIII əsrin II yarısında Misir hərb sənəti mütəxəssisi Nəcm əd-Din ər-Rəhmanın 

«Kitab əl-fürusiya və-l-mənasib ə-karbiya» adlı əsəri «bütün müsəlman Şərqinin, o cümlədən 

Azərbaycanın orta əsr hərb sənəti və elminin öyrənilməsində çox vacib və önəmli rol oyna-

yır». Nəcm əd-Din ər-Rəmmah dövrünün görkəmlisilahşünasları, süvariləri, qəhrəmanları, neft 

atanları, nizələri, toppuzları, oxları, mancanaqları və yandırıcı məhlulları haqqında geniş məlu-

mat verməyə çalışıb, ona görə də əsərindən o dövrə aid zəngin məlumatalmaq mümkündür.  

A.Seyfullaoğlu yazır: «XIII əsrin I yarısında müsəlman şərqində (o cümlədən Azərbay-

canda) hərb işinin inkişafında çox vacib dəyişikliklər baş vermişdir: soyuq silahın və mühafizə 

geyiminin yeni növləri ilə birgə döyüş əməliyyatlarında geniş miqyasda barıt tətbiq olunmağa 

başlandı ki, bu da çox qısa bir zamanda hərb sənətində çevrilişə səbəb oldu» .Yandırıcı məhlul-

lar doldurulmuş qablardan hərb məqsədilə istifadə ilk növbədə midiyalılara aid olmuş, XVII 

əsrin əvvələrinə qədər istifadə edilmişdir.  

Hərb işi tarixən regionun yerləşdiyi  şəraitdən  əhalinin adət-ənənələrindən asılı olur. 

Məsələn, yapon cəngavərliyi Avropa və Ön Asiya cəngavərlik ənənələrindən tamamilə fərqli 

olmuşdur. Bu, Yaponiyanın ərazi etibarilə bir növ təcrid olunması ilə izah edilir. Müsəlman 

Şərqi səciyyəvi hərb işinin tədqiqi sahəsində  Qərbi Avropadan çox-çox irəli getmişdir. On 

yaşından başlayaraq Şərqdə oğlan uşaqlarına bir cəngavər kimi lazım olacaq dərslər keçilirdi. 

Onlar 17-18 yaşlarında artıq professional döyüşçü hesab olunurdu. 20 yaşlarında cəngavər 

sırasına daxil edilirdi. Gənc döyüşçü təntənəli mərasimdə kəmər, ox və mahmızlar alırdı.  



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

892



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Cəngavər proqramlarını öyrənmək  üçün  X I I - X I I I   əsrlərdə  təşəkkül tapmışcəngavər 

ədəbiyyatı geniş məlumat almaq imkanı yaradır. Tədqiqatçılar Azərbaycan hərbi terminologi-

yası tarixini eramızın ilk əsrlərinə aid edirlər. 

Professor M.Qasımovun rəhbərliyi ilə D.Bağışov «Azərbaycan dilinin hərbiterminolo-

giyası» mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş  və ötəri şəkildə olsa da, Azər-

baycan dilində hərbi terminlərin inkişaf tarixinə nəzər salmışdır.  

Müəllif sovet dövründə Azərbaycan dili hərbi terminologiyasının atom bombası, batal-

yon, raket, qanadlı raket, qırıcı təyyarə, nüvə silahı və s. kimi yeni terminlərlə zənginləşdiyini 

göstərir. Ümumi lüğət sözlüyünün olmaması ucbatından müəllifin verdiyi hərbi terminlərin 

əksəriyyəti (admiral, arxa cəbhə, batalyon, bomba, bombardman, zavod, diviziya, əmr, döyüş-

çü, general, general-mayor, giliz, patron və s.) 

Hərbi terminlərin alınma yollarını diqqətlə  nəzərdən keçirən müəllif  ərəb, fars, rus və 

Avropa dillərindən alınmaların çoxluğunu əsas götürərək bu qənaətə gəlirki, hərbi leksik vahid-

lər yayılma dairəsinə görə nisbətən üstünlük təşkil edir, çünki hərb işi daha çox ümumbəşəridir. 

Bir səbəb də hərbi texnologiyanın daim inkişafda, yeniləşməkdə olmasıdır. Tarixdən alınan o 

təəssürat doğrudur ki,hərb işi bəşərin ilkin inkişafı lövründə hamının- bütün kişilərin və qadın-

ların ümumi işi olmuşdur. 

 

 

ŞƏYYAD HƏMZƏNİN “YUSİF VƏ ZÜLEYXA” MƏSNƏVİSİNDƏ 



İŞLƏNƏN ARXAİK FEİLİ BAĞLAMA FORMALARI 

 

Nuranə NƏSİRLİ 

Qafqaz Universiteti 



nurana.nasirli@gmail.com 

AZƏRBAYCAN 

 

Şəyyad Həmzənin “Yusif və Züleyxa” məsnəvisi Türkiyə  ədəbiyyatında Anadolu əra-



zisində XIII-XIV əsrlərdə yazılan ilk “Yusif və Züleyxa” məsnəvisi olaraq qəbul edilmiş və 

tədqiqata cəlb edilmişdir. Bu əsər daha çox Türkiyəli tədqiqatçılar tərəfindən araşdırılmışdır. 

Bu əsər Azərbaycan tədqiqatçıları tərəfindən geniş tədqiq olunmasa da, bir sıra tədqiqatlarda 

belə bir əsərin olması  qeyd olunur. 

Şəyyad Həmzənin “Yusif ve Züleyxa” məsnəvisinin dili XIII-XIV əsrlər həm Türk, 

həm də Azərbaycan dili xüsusiyyətlərini özündə əks etdirir.  

Bildiyimiz kimi feili bağlama feilin təsriflənməyən formalarından biri olaraq hərəkətin 

tərzini, zamanını, səbəbini bildirmək üçün istifadə olunan feillərə daxildir. Azərbaycan dili feili 

bağlama və onların ifadə etdiyi məna cəhətdən çox zəngindir. Bu zənginlik, demək olar ki, 

Azərbaycan dilinin keçirdiyi bütün inkişaf mərhələlərində özünü göstərir. 

Feili bağlama  şəkilçilərindən bir qismi bütün dövrlər  ərzində normal formasını  əks 

etdirsə də, digər qisminin isə ya səs tərkibi dəyişmiş, ya da tamamilə arxaikləşib sıradan çıx-

mışdır. İkinci hala, yəni arxaik qrammatik formalara orta dövr abidələrinin bir çoxunda olduğu 

kimi Şəyyad Həmzənin “Yusif və Züleyxa” məsnəvisinin dilində də rast gəlinir. 

Feili bağlama tarixən -ub,-üb, -ib; -ibən, -ubən,-übən; -ikən, -kən, -anda,-əndə; -dıqda, - 

duqda, -dikdə; -dıqca, -duqca,-dikcə, -dükcə; -incə,-üncə, -ınca, -unca; -madan, -mədən; -cək, 

-caq, -icək, -ıcaq, -alı, -əli, -gəc, -ğac, -araq, -ərək, -arkən, -ərkən və s. kimi formalarla ifadə 

edilmişdir. 

Şəyyad Həmzənin “Yusif ve Züleyxa” məsnəvisində bu formalardan -ub,-üb, -ib; -ibən, 

-ubən,-übən; -ikən, -kən,-cək, -caq; -yu,-yü şəkilçiləri feili bağlama məzmunu yaratmaq üçün 

istifadə edilmişdir.  


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

893



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

-ub, -üb, -ib şəkilçisi feilin kök və ya növlərinə artırılaraq hal-vəziyyət, səbəb məzmun-

larını ifadə etmək üçün işlədilmişdir. Müasir Azərbaycan dilindən fərqli olaraq bu qrammatik 

forma məsnəvinin dilində qeyri-məhsuldardır. Daha çox feilin nəqli kemiş zamanını ifadə et-

mək üçün istifadə edilmişdir. Mətnin bir sıra yerində -ib əvəzinə -ip formasına da rast gəlmək 

mümkündür. 

Məsnəvidə feili bağlamanı ifadə etmək üçün daha çox -ibən, -ubən,-übən formasından 

istifadə edilmişdir. Bu qrammatik forma məsnəvinin dilində normativ işlənən feili bağlama 

şəkilçisidir. Bu qrammatik forma XIX əsrin əvvəllərinə kimi geniş miqyasda işlənmişdir. Bu 

forma –ıb şəkilçisinin ifadə etdiyi mənaya tamamilə uyğun gəlir. Bu uyğunluğu nəzərə alan  

tədqiqatçılar ub, -üb, -ib  ilə yanaı və ya həmin şəkilçinin əvəzinə -ibən, -ubən, -übən forması-

nın işlənməsini  feilin nəqli keçmiş zamanından feili bağlamanı fərqləndirmək üçün xüsusi bir 

əlamətə dilin özünün ehtiyac duyması kimi izah etmiş və bu fərqin özündən sonra gələn  -an, -

ən ilə öz ifadəsini tapması qənaətinə gəliblər. 

-ikən, -kən müasir dilimizdəki -arkən  şəkilçisinin ifadə etdiyi zaman mənasını ifadə 

edir. Müasir dildəki formasından fonetik tərkibinə görə fərqlənir. 

-dıqca, -duqca,-dikcə, -dükcə; -incə,-üncə, -ınca, -unca məsnəvidə zaman mənası ifadə 

etmək üçün  işlənmişdir. Hər ikisi qeyri-məhsuldardır, yəni əsərin mətnində az hallarda müşa-

hidə olunur. 

-cək, -caq şəkilçisi ilə düzəlmiş feili bağlama icra olunan iş və hərəkətin eyni vaxta təsa-

düf etdiyini bildirir. Lakin bundan başqa əsas feilin, yəni ifadə olunan iş və ya hərəkətin səbə-

bini bildirməsi halları da müşahidə olunur. 

İmmaməddin Nəsimi və Məhəmməd Füzulinin əsərlərində rast gəlinən və diqqəti cəlb 

edən qrammatik formalardan olan -yu,-yü forması bu məsnəvidə  də feili bağlama yaratmaq 

üçün istifadə edilmişdir. Cümlə daxilində  əsas feilə  səbəb münasibətilə bağlanır. Bu forma 

tədqiqatçılar tərəfindən mənşə etibarilə daha qədim qrammatik forma kimi qəbul edilmişdir. 

Azərbaycan dili abidələrdən fərqli olaraq Türk dilli abidələrində daha çox işlənmişdir.  

 

 



AZƏRBAYCAN SARAY ƏDƏBİYYATINDA TÜRK POETİK DÜŞÜNCƏSİ 

VƏ SARAY  POEZİYASININ YARANMASINA QISA NƏZƏR 

 

Nərmin HACIYEVA 

Qafqaz Univeriteti 



nermin.Qafqaz@box.az 

AZƏRBAYCAN

 

 

Türklərinin tarixi kimi ədəbiyyatı da ən qədim dövrlərə gedib-çıxır. Azərbaycan  türk-



ləri də qədim tarixə və ədəbiyyata malikdir. Şifahi xalq ədəbiyyat nümunələrimiz  göstərir ki, 

xalqın təfəkkür tərzi çox güclü olmaqla bərabər həm də janr və forma baxımda da rəngarəng 

olmuşdur. Beləki bu istər nəzm, istərsə  də  nəsr formasında olan əsərlər xalqımızın tarixi- 

mədəni, çoxşaxəli düşüncə tərzindən xəbər verir. 

Türk ədəbiyyatının məşhur nümayəndəsi Ə.Nesin demişdir: “Hər bir  millətin  böyüklü-

yü onun əhalisinin çoxluğuna və ərazisinin  genişliyinə görə müəyyənləşdirilmir. Hər bir xal-

qın böyüklüyü onun tarixi və mədəniyyətinin qədim və zənginliyinə görə müəyyənləşdirilir.  

Bu mənada türklər öz tarix və  mədəniyyətlərinin qədimliyi , zənginliyi baxımından dünya 

xalqları arasında böyüklüyünü tam şəkildə  təsdiqləyə bilmişlər. Hələ dörd min il bundan 

əvvəl türklərin  Altay- Sayan dağları boyunca yaşamaları tarixi faktdır.  Tüklərin qədim mə-

dəiyyətinin göstəricisi olan runik kitabələri  Monqolustan və Orta Asiya ərazisində aşkara çı-

xarılmış və  yerləşdiyi əraziyə görə Orxan – Yenisey adlandırılmışdır.  



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

894



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Sonrakı əsrlərdə türkdilli xalqların poetik nümunələri yarandı.Buna misal olaraq Mah-

mud Kaşğarinin “ Divani – lüğətit- türk “ (1072 – 1074 ), Yusif  Balasaqunlunun “Kutadqu 

bilik”  (1069 – 1071) və s. göstərmək olar. M. Kaşğarinin əsərində türkdilli xalqların şifahi və 

yazılı ədəbiyyatından şeir nümunələr göstərilir.  

Y.Balasaqunlunun “Kutadqu bilik”əsəri türkdilli xalqların  bədii təfəkkür tərzinin gücü-

nü özündə əks etdirən türkcə qələmə alınmış ilk poemadır.Bu poemanın Türklərin dünyagörü-

şünü ifadə edən mükəmməl əsərlərdən biridir.  Y.Balasaqunlu “Kutadqu  bilik” əsərində türk 

xalqlarının ədəbiyyatında ilk dəfə olaraq dolğun, parlaq hökmdar və vəzir surətləri yaratmış-

dır. Bu əsər ideya- bədii xüsusiyyətlərinə görə epik şeirin gələcək inkişafına zəmin yaratmış-

dır. Çox güman ki, epik–romantik  əsərləri üzərində  işləyərkən bu əsərdən ilk mənbə kimi 

istifadə etmişdir.  Ümumilikdə “Kutadqu bilik”əsəri  azəri türklərinin  ədəbiyyatına böyük 

təsir göstərmis  və bu təsir klassik ədəbiyyat nümunələrində istər semantik istərsə də kompo-

zisiya vahidliyi baxımından özünü göstərir. 

Daha sonralar türk eləcədə dünya ədəbiyyatının ölməz  şairləri olan Cəlaləddin Rumi 

(1207 -1273), Yunus İmrənin 1240 – 1320) yaradıcılığı orta əsr ədəbiyyatımıza xüsusilə saray 

ədəbiyyatımıza  həm dünyagörüşü həm də təsəvvüfi – irfani baxımdan böyük təsir göstərmiş-

dir. Bu şairlərin yazdığı əsərlərlə  anadilli saray poeziyamızla müqayisə edildikdə  konkret nü-

munələrdə ortaya çıxan   təsirlər inkar olunmazdır.     

Yazılı  ədəbiyyatımızın tarixi  qədim dövrləri  əks etdirir. Hələ  VII əsrə aid olunan  

Moisey Kalankatlının “Ağvan tarixi” əsəri, Dəvdəkin Cavanşirin həlakına yazdığı  ağı 

fikrimizin düzgünlüyünə tutarlı  dəlildir.  Təsadüfi deyil ki, prof. Ə.Dəmirçizadə yazır: 

“Təqribən V- IX əsrlər arasında Azərbaycan xalqının və ümumxalq Azərbaycan dilinin 

təşəkkül tapması üçün əlverişli tarixi şərait  olmuş və məhz bu şəraitdə ümumxalq dili əsasın-

da  ədəbi dilin formalaşmasına zəmin də yaranmışdır.” VII əsrdən başlayaraq, Azərbaycan 

tarixi vəziyyət dəyişir, bu dəyişiklik özünü ədəbiyyatımızda da  göstərir.  Belə ki, bu dövrdə 

Azərbaycanın  ərəblər tərəfindən işğalı, islam dinin yayılması, məktəblərin, mədrəsələrin 

ərəbcə olması Azərbaycanda  ərəbdilli bədii əsərlərin yazılmasına səbəb oldu. Artıq  VII əsrin 

axırı, VIII əsrin əvvəllərində əl – Azərbaycani nisbəsi ilə yazıb – yaradan şairlərin əsərləri Orta 

əsr Şərq mədəniyyətinin ayrılmaz tərkib hissəsi sayılır. Bu dövrdə Musa Şəhəvat, İsmayıl ibn 

Yəsar, Əbül – Abbas əl – Əma kimi Azərbaycan şairlərinin Mədinədə geniş şöhrət qazandığı-

nı görürük. 

XII  əsrdə  ərəbcə yazıb – yaratmaq ənənəsi zəifləməyə, onun əvəzində farca yazmaq  

meyli güclənməyə başladı. Bu dövrdə Əbülüla Gəncəvi (1096 - ), Qivami Mütərizi Gəncəvi 

(XII əsr), Məhsəti Gəncəvi (XII əsr) , Eynəlqüzzat Miyanəçi (1099 – 1131) ,  Fələki Şirvani ( 

XII əsr) və b.əsasən farca yazmışlar. Bu dövrdə intibah dövrünün çiçəkləkdiyi dövr kimi də 

qeyd olunur. 

Anadilli ədəbiyyatimızın təşəkkülünü şərtləndirən  tarixi- siyasi  mühitə,  ictimai- iqtisa-

di amillərə nəzər saldıqda görürük ki, həmin dövürdə yaranan türk mənşəli dövlətlərin mövcud 

olması   anadilli ədəbiyyatın təkamülündə  mustəsna rol oynayır.   XIV əsrdə Monqol işğaları 

dövründə ana dilində yazılı ədəbi nümunələrimizin  yaranmasına imkan yarandı.  Monqol işğalı 

və bu işğalın ana dilli ədəbiyatımız yazılı nümunələrinin yaranmasında rolu və  əhəmiyyətli 

cəhətlərini bildirməliyik. 

 Qaraqoyunlu və Ağqoyunlu kimi  dövlətlərin daha sonra isə Səfəvilər tək qüdrətli  döv-

lətin yaranması ilə XI əsrdə özünün intibah dövrünü yaşayan fars dilli ədəbiyyatın zəifləməsi  

ana dilinin inkişaf edərək farca yazıb yaratmaq ənənəsini demək olar ki, sıxışdırmışdır.Lakin 

bu o demək deyil ki, şairlərimiz farsca şeirlər yazmamışlar. Ana dili ilə yanaşı farca şeirlər də  

yazmışlar. Azərbaycan şairlərinin  məhz ana dilli şeir nümunələrinə nəzər salıdıqda görürük 

ki, bu şeirlər istər milli ruhu istər mental təfəkkür tərzi, istərsədə poetik fuqur baxımında 

dünya ədəbiyyatının zənginləşməsində mühim rolu olmuşdur. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

895



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin