III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
872
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
qaçmır. Görkəmli dramaturq elə bir yaradıcılıq miras qoyub ki, məzmununda nəinki Şərq-Qərb
məsələsi, dünya insanı məsələsi də öz əksini tapa bilir. Şairin səyahətləri, gördüyü insanlar
onun baxış açısını genişləndirmiş, beynəlmiləl səviyyəyə çatdırmışdır. Filosof şair əsərlərində
qoyduğu məsələlərin əhatəliliyi, məzmun mündəricəsinə görə təkcə Azərbaycanda deyil,
dünya xalqları tərəfindən də sevilir.
İRANDA FARS POEZİYASI 1920-30-CU İLLƏRDƏ
Cavanşir MƏMMƏDZADƏ
Bakı Dövlət Universiteti
qafarqafarov@gmail.com
AZƏRBAYCAN
XX yüzilliyin 20-ci illərində İranın daxilində və xaricində cərəyan edən hadisələr Qa-
carların iqtidarını xeyli zəiflətdi. Xüsusilə 1924-cü ilin yazında V məclisə keçirilən seçkilərdə
“Təcəddüd” partiyasının üstünlüyü ələ alması Rza xanın hakimiyyətdə mövqeyini və nüfuzu-
nu gücləndirdi. Əhməd şah Qacarın dövləti idarə etməsi formal səciyyə aldı. 1925-ci il dekabrın
12-də Rza xan Pəhləvinin şah elan olunması ilə İranda Qacar sülaləsinin 135 illik hakimiyyə-
tinə xitam verildi.
Ötən əsrin 30-cu illərində İranın ictimai-siyasi və iqtisadi mənzərəsi başqa şəkil aldı, öl-
kə modernləşməyə doğru irəli addımlar atdı. Öz sərhədsiz qüdrətini ölkədə qılınc gücünə bər-
qərar edən Rza şah qısa müddətdə bütün məmləkəti öz iradəsinə tabe etdi. O, ölkə daxilində
tam siyasi sabitliyə nail olmaq, öz sosial dayaqlarını möhkəmləndirmək, daxili vəziyyəti
nəzarət altında saxlayaraq tənzimləmək, mərkəzi aparatı gücləndirmək niyyəti ilə bir çox
islahatlar keçirdi. Güc strukturlarının səfərbərliyi çərçivəsində bütün nizami qüvvələr vahid
komandanlığın idarəçiliyinə cəlb olundu, ölkənin strateji, qaynar bölgələrində hərbi bölüklər
yerləşdirildi. Ölkənin suverenlik və bütövlüyünü təhdid altına alan separatizmin, xalq üsyan
və çıxışlarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görüldü. Müstəqilliyə meyl edən
iri feodallar və tayfa başçıları bütövlükdə mərkəzi hökumətə tabe edildi, faktiki təhlükə mən-
bəyi olan köçəri tayfaların oturaqlaşdırılmasına keçid alındı. İri şəhərlərdə tikinti və qurucu-
luq işlərinə başlanıldı, torpaq üzərində şəxsi mülkiyyətin tanınmasına, alqı-satqıya dair qanun-
lar qəbul edildi, vergi və bank sistemi əlavə dəyişikliklərdən sonra sadələşdirildi, ədliy-yə sis-
teminin təkmilləşdirilməsi üçün Qərbi Avropa ölkələrinin təcrübəsindən yararlanıldı. Dövlət
quruculuğu ilə əlaqəli olan həmin islahatlar Pəhləvi hökumətinin dayağı olan burjuazi-yanın
mənafeyinə xidmət zəminində aparılırdı. Ölkədə çoxluq təşkil edən aşağı zümrədən olan
kəndlilərin sosial durumu əvvəlki illərdən fərqlənməmiş, əksinə dövlətin yeni qərarları onlar
üzərində mülkədarların təsirini daha da artırmışdı. İranda siyasi hakimiyyətə qarşı yönəlik bütün
qiyamlar şahın əcnəbi “dostları”nın köməkliyi ilə müxtəlif üsullarla (şirnikləndirmə, aldatma,
şantaj, hədələmə, təfriqəçilik) başlıca isə hərbi polisin silahlı müdaxiləsi ilə ram edilirdi.
Pəhləvilərin İranda səltənətə yiyələnməsi ilə ölkədə qapalı, totalitar və diktatura rejimi
bərqərar oldu. Hakimiyyəti silah və qandal üzərində bərqərar etmiş Rza şah antihökumət möv-
qeli demokratik qüvvələrə qarşı amansız davranırdı. Rza şahın dövlət idarəçiliyində tutduğu
mövqe və tətbiq etdiyi üsullar təkcə sadə xalqı deyil, onun yaxın ətrafını da daim qorxu və
təşviş altında saxlayırdı. Bütün təbəqələr üzərində daimi xəfiyyə və polis nəzarəti mövcud idi.
Rza şahın hakimiyyəti zora və gücə, cismən məhv etməyə əsaslanırdı. Onun siyasi təsisatına
qarşı çıxanlar müxtəlif yollarla susdurulur, məmləkətin ucqarlarına sürgün, uzunmüddətli
həbs, sorğu-sualsız güllələnmə, dar ağacından asılma, terrorla yanaşı, mənəvi işgəncə və
sarsıntılara da məruz qalırdılar. Xüsusən də ziyalılara qarşı terror və repressiya siyasəti geniş
vüsət almışdı. Cəmiyyətin demokratik yönümlü bir çox sahələrinə qadağalar tətbiq olunurdu.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
873
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Əvvəlki illərdə qazanılmış müəyyən demokratik hüquq və azadlıqlar məcburən xalqın əlindən
alındı. Ölkədə siyasi partiyaların, demokratik təşkilatların, həmkarlar ittifaqlarının fəaliyyəti
qadağan edildi. İnsanların sərbəst toplaşmaq hüquqları qəti şəkildə yasaqlandı, söz və ifadə
azadlıqları məhdudlaşdırıldı. Mətbuat orqanlarına, kütləvi informasiya vasitələrinə qarşı
senzura tətbiq edildi, bir çox mətbuat vasitələrinin nəşri dayandırıldı. Rəsmi qurumların
razılığı olmadan hər hansı bir qəzet və jurnalın çapına icazə verilmədi. Nəşriyyat evləri
hökumətin nəzarətinə keçdiyindən bir çoxu gizli fəaliyyət göstərməyə məcbur oldu. Hökumət
əleyhinə yazıların dərci, onun fəaliyyətinin tənqidi, çevrilişə və silahlı üsyana çağırışlar,
yüksəkrütbəli məmurların, mülkədar və tacirlərin mülk və əmlaklarının yağmalanması qətiy-
yən yolverilməz oldu.
Hökumət və parlament birbaşa Rza şahın iradəsinə tabe idi. Şahın göstərişi ilə istər
vəzifəyə təyin olunan hökumət üzvləri, istərsə də sözdə xalq, reallıqda şah tərəfindən “seçi-
lən” deputatların fəaliyyəti onun diktəsinə əsaslanırdı. Heç bir qurumda sərbəstlik və daxili
azadlıq mövcud deyildi. Qanunvericilik və icra hakimiyyəti orqanlarında şahın buyruqlarına,
arzu və istəklərinə müvafiq qərarlar çıxarılır və icra olunurdu. Hökumət və parlament xalqın
deyil, şahın və onun xanədanının mənafeyinə xidmət edirdi. Rza şahın qurduğu Pəhləvi
hökuməti demokratik deyil, “polis hökuməti” idi. Qacarlarla müqayisədə Pəhləvilərin zama-
nında İranda daim əsas fiqur olan ruhanilərin ölkənin ictimai-siyasi həyatında oynadıqları rol
çox zəiflədi. Şahın həyata keçirdiyi islahatlar onların daim nəzarətdə saxladıqları təhsil və
məhkəmə sistemindən uzaqlaşdırdı, malik olduqları vəqf torpaqlarının müəyyən hissəsini əllə-
rindən aldı. Bütün təsir rıçaqlarından məhrum olmuş ruhanilərin cəmiyyətdə nüfuz dairələri
daraldı. Mövcud vəziyyətlə barışmaq istəməyən din xadimlərinə qarşı aşkar cəza tədbirləri
görüldüyündən onlar seyrçi mövqeyində duraraq daha çox susmağa üstünlük verir, şaha qarşı
açıq mübarizədən çəkinir və ya ehtiyat edirdilər.
Pəhləvilərin siyasi hakimiyyəti zamanında fars poeziyası meydanında Məliküşşüəra
Bahar, Fərruxi Yəzdi, Arif Qəzvini, Mirzadə Eşqi, Əbülqasim Lahuti, Əliəkbər Dehxoda kimi
yaşlı nəslin nümayəndələri ilə yanaşı Nima Yuşic, Pərvin Etesami, Rəşid Yasəmi, Şəhriyar
kimi gənc şairlər ədəbi-bədii işlə məşğul idilər. Ölkədə ürəkaçan olmayan siyasi vəziyyət
ədiblərin də fəaliyyətinə birbaşa mənfi təsir göstərmişdi. Amansız və qəddar siyasi rejim
onları müxtəlif üsul və vasitələrlə susdurmağa, haqq əsini boğmağa çalışır, ilhamlarını
“zəncirləyirdi”. Xalqı uğrunda qələmi ilə açıq mübarizə aparan ədiblər müxtəlif cəzalarla
“mükafatlandırılırdı”. Məsələn, M. Bahar sürgünə göndərilmiş, Ə.Lahuti vətənindən didərgin
salınmış, A.Qəzvini Həmədanda ev dustağı edilmiş, F.Yəzdi, V. Keyvani, M.Eşqi faciəli
şəkildə qətlə yetirilmiş, P. Etesami tərkidünya olmuş, digərləri isə inzivaya çəkilmişdilər.
Belə bir çətin vəziyyətdə bir çox şairlər (Ə. Dehxoda və b.) poeziya kürsüsünü tamamilə tərk
edərək ömürlərini elmi tədqiqata həsr etməyi, mübarizənin əbəs olduğunu qərara aldı, bəziləri
isə (A.Qəzvini, N.Vəfa və b.) siyasi baxış və mövqelərini dəyişərək hakimiyyət cəbhəsinə
keçib, rejimin “fəzilətlərini” təbliğ etməyə, “bəlağətli” tərifnamələr və mədhnamələr yazmağa
başladılar. Dövrün söz ustadları əvvəlki əsrdə fars poeziyasının məzmun novatorluğu sahəsin-
də qazandığı bir çox uğurlardan poetik fəaliyyətlərində tam yararlana bilmirdilər. Poeziyada
məşrutə dövrünə xas kəskin tənqid, açıq ifşa, demokratik və mübariz ruh yoxa çıxmış, siyasi
satira isə daha arxa planda qalmışdı. Cəmiyyəti narahat edən ictimai-siyasi və sosial məsələlər
ya poeziyanın obyektinə çevrilmir, ya da səthi surətdə rəngsiz işıqlandırılırdı. Fars poeziyasın-
da realist qayənin itməsi fonunda, romantizm meylləri güclənirdi. Poeziyanın məzmununda
ümidsizlik, tərkidünyalıq, tənhalıq, bədbinlik, şovinizm motivləri kök salırdı. Qərb romantiz-
minin təsirindən poeziyanın məzmunu mənfi və təsirli xislətlərlə yüklənirdi. Poeziya tribunası
arxasında və dövri mətbuatda Rza şah hakimiyyətinə sadiq, söz yığınından ibarət məzmunsuz
və cəfəng şeirləri ilə insanları ideoloji, ictimai-siyasi məsələlərin gedişatından uzaq tutan,
xalqı köləliyə və mütiliyə sövq edən, istibdada və zülmə boyunəydirən ikiüzlü və riyakar şair-
lər qərarlaşmışdılar.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
874
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ARAZ ÇAYI-ƏDƏBİYYATDA AYRILIQ VƏ HƏSRƏT SİMVOLU KİMİ
Aysel ABIZADƏ
AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi
selya82@box.az
AZƏRBAYCAN
1941-1946-cı illər poeziyasında Vətən mövzusu xüsusi yer tuturdu. Bu illərdə milli
oyanış ümumiyyətlə ədəbiyyata öz çevikliyi və baş verən hadisələrə sürətlə reaksiya verməsilə
fərqlənən poeziyaya istiqamət verən qüvvələr sırasında aparıcı mövqe tuturdu. Həm gənc,
həm də yaşlı nəsildən olan şairlər Vətən mövzusunu öz bədii təfəkkürü, bacarığı səviyyəsində
qələmə alır, yaratdıqları bədii əsərlərdə doğma yurdun rəngarəng təbiətinin təsvirini verir, və-
tənin keşməkeşli tarixi keçmişini əks etdirirdilər. Vətən həsrəti, mübarizə eşqi, sülh, azadlıq
kimi ideyalar dövrün ədiblərinin yaradıcılığında inandırıcı boyalarla ifadə olunmuşdur. Bu da
ordan qaynaqlanır ki, onlar ayrılıq faciəsini sadəcə bir çoxları kimi uzaqdan-uzağa duymamış,
ömürlərində, şəxsi talelərində yaşamışdılar.
Danılmaz həqiqətdir ki, ədəbiyyat xalqa xidmət etdikdə əbədiyyətə çevrilir. Rəngarəng
həyati mövzularla zəngin olan 1941-1946-cı illər Güney Azərbaycan poeziyasında qeyd olunan
məsələlərdən biri də ikiyə bölünmüş Azərbaycan xalqının ayrılıq həsrəti və bu həsrətin hər bir
Vətən övladının qəlbində dərin yaralarla dolu iz buraxmasıdır. Ələkbər Səbanın “Köşgü bala-
ban” adlı yazısında qeyd olunur “....Təbriz əhalisi öz əziz və sevimli vətəndaşlarının ayrılı-
ğından qəmgin və mütəəssir olub, ürəklərinin əlaqə və məhəbbətini bir çox hərəkatlar və nü-
mayişlər vasitəsilə göstərdilər”.
Ədəbiyyatda ayrılıq və həsrət simvolu kimi göstərilən Araz çayına müraciət dövrün
ədiblərinin yaradıcılığında xüsusi diqqət cəlb edən mövzulardan idi. İstər Güney, istər Quzey
poeziyasında Araz çayına, onun xalqın taleyində oynadığı rola az şeir həsr olunmamışdır. Üzünü
Araza tutaraq onunla dərdlərini paylaşmaq onların yaradıcılığına xüsusi emosionallıq gətirirdi.
Ümumiyyətlə milli – demokratik hərəkat illərində Cənubi Azərbaycan poeziyasında
ayrılıq, həsrət Vətən mövzusu ilə yanaşı xüsusi yer tuturdu. Bu illərdə yazıb-yaradan şairlər
öz əsərlərində Araza müraciətlə bir xalqın iki yerə parçalanmasında sanki bu çayın günahkar
olduğundan şikayət etmişlər. Xalq şairi Balaş Azəroğlu araza müraciətlə yazır:
-“...Ana yurdumuzun daşı, torpağı,
Sənin sularınla bölünmüş iki....
Bəzən oxucuda belə təsəvvür yaranır ki, artıq Araz barədə nə demək, nə yazmaq olar
ki, həm yeni olsun, həm də mənalı səslənsin. Cənubi Azərbaycan ədəbiyyatının görkəmli nü-
mayəndəsi olan Mədinə Gülgünün “Araz nə bəxtəvərdir” adlı lirik şeiri göstərir ki, həyatda
ümumiyyətlə poeziya üçün tərənnüm obyekti ola bilməyən mövzu yoxdur. Digər tərəfdən tarix
boyu gerçək aləm barədə də rəylər tükənməzdir. Hər mövzu haqqında hər nəslin deməyə sözü
olur. “Araz nə bəxtəvərdir” şeirinin əsas motivi bundan ibarətdir ki, malik olduğu imkana görə
Arazı bəxtəvər hesab etmək olar, çünki bu çay istədiyi vaxt sahilləri ilə qovuşmaq imkanına
malikdir. Bu qovuşmağın müqəddəsliyi, həsrətlilər arasında körpüyə çevrilə bilmək qabiliyyə-
tindədir:
Sular axır, danışır-
Ləpələrin diliylə.
Araz nə bəxtəvərdir
Öpüşür şirin-şirin
Hər iki sahiliylə.
Təbii ki, müəllifin Arazda kəşf etdiyi bu bəxtəvərlik onun könül sazının tellərini dillən-
dirməyə bilməzdi. O, Arazın hər iki sahilini özünə doğma ana qucağı hesab edir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
875
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
M.Hüseyn məqalələrinin birində yazır ki, “sənətkarın ifadə etdiyi hisslər və fikirlər öz
qəlbini titrətməmişsə, onun yaratdığı bədii lövhə və surət heç kimi təəccübləndirməyəcək, hə-
yəcanlandırmayacaq. Yazıçının könlündə doğan hisslər nə qədər zəngindirsə, zehnində doğan
fikirlər yenidirsə, yaratdığı əsərlərdə bütün bunların ifadəsi nə dərəcədə tam və barizdirsə
oxucu da bir o qədər onu sevəcək, dediklərinə inanacaq. Məlum məsələdir, həqiqi istedadı, il-
hamı olmayan kəs belə hisslərdən və duyğulardan məhrumdur”.
1941-1946-ci illərin ədəbi mühitini araşdırarkən belə nəticəyə gəlmək olar ki,bu dövrdə
yazıb-yaradan qələm sahibləri öz əsərlərində tərənnüm etdikləri vətənpərvərlik, xəlqilik, mil-
lilik kimi mövzuları gündəlik həyatla səsləşərək xalqın şüurunda gələcək xoşbəxt günlərə inam
oyadırdı. Oxucunun qəlbində yer tapmaq isə hər bur müəllif üçün ən yüksək mükafatdır.
ATALAR SÖZLƏRİ FRAZEOLOGİYANIN
TƏDQİQAT OBYEKTİ KİMİ
Elnarə MƏMMƏDOVA
Bakı Slavyan Universiteti
mamedova.elnara@lenta.ru
AZƏRBAYCAN
Frazeologizmləri dil universaliləri cərgəsinə daxil etmək olar, çünki frazeoloji birləşməsi
olmayan dil yoxdur. Frazeologizmləri universal edən bəşər dilinin obrazlılığa, ekspressivliyə
meyl etməsidir. Bütün dillərdə hadisələri təsvir edərkən, insanı qiymətləndirəndə və ya tənqid
edəndə onlara müraciət olunur. Fikir onların vasitəsilə ifadə olunanda, diqqəti daha çox özünə
çəkir, dinləyənə dərin təsir bağışlayır. Frazeoloji birləşmələr diqqəti danışana doğru yönəldir,
hal-vəziyyəti bir növ qabardır və ya şişirdir. Obrazlılıq və ekspressivlik atalar sözlərinə də
xasdır. Bu baxımdan, onları əksər dilçilər frazeoloji birləşmələrlə eyni cərgəyə daxil edirlər.
Doğrudur, onların hər birində həqiqi mənadan uzaqlaşma, məna köçürülməsi var. Lakin mə-
cazilik frazeoloji birləşmələrdə daha güclüdür. Onların hər ikisi müəyyən hadisə ilə bağlı
ortaya çıxdıqlarından bəzən ilkin-həqiqi mənanı qorumuş olurlar. Atalar sözləri frazeoloji bir-
ləşmələr kimi milli səciyyəlidir və dildə hazır şəkildə mövcuddur.
Frazeoloji birləşmələrlə atalar sözlərinin fərqlərinə nəzər salaq:
1. Frazeoloji birləşmələr (əksər hallarda) söz birləşməsi konstruksiyasına malik olduq-
ları halda, atalar sözləri yalnız cümlə şəklində olur, bitmiş fikir ifadə edir və hökm bildirir;
2. Frazeoloji birləşmələr (söz birləşməsi şəklinə malik olanlar) nominativlik funksiyası-
nı yerinə yetirirlərsə, atalar sözləri yalnız kommunikativlik vəzifəsinə malikdirlər;
3. Atalar sözlərini təşkil edən sözlər leksik mənasını qorumuş olduqlarından onların
məntiqi vurğu ilə ayrılması mümkündür. Jukov yazır: “Demək olar ki, frazeologizmlərin kom-
ponentlərindən heç birinin üzərinə məntiqi vurğu düşmür. Frazeologizmlərin komponentləri
aktual üzvlənmədən məhrumdur”;
4. Frazeoloji birləşmələr hansısa predmet və ya hadisəyə işarə edir, onun haqqında tam,
təfsilatı ilə məlumat verə bilmir. Atalar sözlərinin vasitəsilə hadisələrin gedişatına müdaxilə
etmək, insanların düşüncəsinə, davranışına təsir etmək
mümkündür;
5. Frazeoloji birləşmələrdə predmet və hadisəyə münasibət var. Atalar sözləri bu baxım-
dan neytrallıq təşkil edir, onların vəzifəsi sadəcə ailə-məişət və əxlaqi-mənəvi dəyərlərlə əla-
qədar ibrətamiz fikir aşılamaqdır;
6. Frazeoloji birləşmələrdə fikir birbaşa, konkret olaraq nəzərə çatdırılır, atalar sözlərin-
də haqqında danışılan hadisə və ya predmetlə bağlı söylənilən fikir dolayı şəkildə ifadə olunur.
Hər bir şey səbəb-nəticə əlaqələrinə malik olduğu kimi dil də, onda gedən proseslər də
müəyyən səbəbdən dolayı ortaya çıxır. Bir neçə söz təsadüfən birlik halına gəlib yeni məna
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
876
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ifadə edə bilməz. Bu sözləri bir-birinə bağlayan, onları frazeoloji birləşmə və ya atalar sözləri
şəklinə salan səbəb təfəkkürdür. Frazeoloji birləşmələrin əksəriyyəti mifik təfəkkürlə bağlı
olub yaranma tarixi, mənşəyi qədim dövrlərə gedib çıxır. Biz bunu əminliklə komponentləri
arasında heç bir məna əlaqəsi qalmayan, tərəfləri tamamilə məcaziləşmiş frazeoloji birləşmələr
haqqında söyləyə bilərik: ürəyi dabanına düşmək, əlinin içi kimi tanımaq və s. Belə frazeoloji
birləşmələrin yaranma səbəbini-şifahi xalq ədədbiyyatında, dəqiq desək, miflərdə, inanclarda
axtarmaq doğru olardı. Qrimm qardaşları, haqlı olaraq söyləyirdilər ki, mifologiya dilin mən-
bəyi məsələsini tədqiq etməkdə çox faydalı ola bilər.
Atalar sözlərinin frazeologiyada mövqeyi ilə bağlı istər Azəbaycan, istərsə də rus
alimləri ayrı-ayrı qütblərdə dayanır.
Belə ki, “Müasir rus dilinin feili frazeologiyası” əsərində M.T.Tağıyev frazeologiyanın
tədqiqat obyektinə “dar mənada” yanaşaraq onun tədqiqat obyektini “geniş mənada” nəzərdə
tutanlarla razılaşmayır. O, frazeologiyanın obyektinin qeyri-müəyyənliyinin səbəbini bu sahə-
də metodoloji əsasın olmaması, filoloji elmlər sahəsində dilçiliklə ədəbiyyatşünaslıq irsinin
genetik əlaqəsinin az tədqiq edilməsi ilə bağlayır.
H.Ə.Həsənov da frazeologiyanın dilçiliyin müstəqil sahəsi kimi yox, leksikologiyanın
bir bölməsi kimi məhdud dairədə tədrisini nəzərə alaraq frazeologiyanın həcmini atalar sözü,
məsəllər, tapmacalar, hikmətli sözlər, aforizmlərlə genişləndirməyi, hər cür frazem xarakterli
birləşmələri və cümlələri buraya daxil etməyi doğru saymır. O, frazeoloji birləşmələrlə atalar
sözlərinin sərhədlərinə müəyyənlik gətirsə də, nə ətdir, nə balıq, nə ağına baxır, nə bozuna
kimi frazeoloji birləşmələri sözə ekvivalent olduqları halda, atalar sözlərinə daxil edir.
A.V.Kunin “Müasir ingilis dilinin frazeologiyası kursu”nda bu məsələyə toxunmuşdur:
“Dilin sabit birləşmələri olan cümlə strukturlu atalar sözlərini məxsusi olaraq folklora daxil
etməyi düzgün hesab etmək olmaz. Atalar sözləri folklorda olduğu kimi frazeologiyada da
öyrənilməlidir, lakin fərqli nəzər nöqtəsindən. Frazeologiyada onlar dilin frazeoloji tərkibinin
özünəməxsus semantik, üslubi və quruluş xüsusiyyətlərinə malik vahidləri olaraq öyrənilir-
lər”. Daha sonra A.V.Kunin yazır ki, folklor xalqın müdrikliyini, adət-ənənələrini xarakterizə
edən atalar sözləri ilə əsasən, xalqın yaradıcılıq məhsulu olaraq maraqlanır.
Əgər atalar sözləri frazeologiyada öyrənilməlidirsə, o zaman frazeologiya dilin leksiko-
logiya bölməsində araşdırılmamalı, ayrıca dilçilik sahəsi olaraq öz təsdiqini tapmalıdır. M.
Mirzəliyeva haqlı olaraq qeyd edir: “Müstəqil mənada işlənib-işlənməməsindən asılı olmaya-
raq sözlər dilin morfoloji qatında dil vahidi kimi öyrənilə bilirsə, daşıdığı mənanın dar və ya
genişliyindən asılı olmayaraq, məcazlaşma prosesindən keçmiş hər hansı söz, birləşmə və
cümlə də frazeoloji vahidlər sırasına daxil olub, dilin frazeoloji qatında araşdırılmalıdır”.
Müasir dilçilikdə frazeologiyanın bir elmi kimi yerinin və tədqiqat obyektinin tam olaraq
dəqiqləşməsinə böyük ehtiyac vardır. Həllini gözləyən başqa bir məsələ isə atalar sözlərinin,
eləcə də frazeoloji birləşmələrin, dil yaxud da nitq vahidlərinə aid olması məsələsidir.
SABİR VƏ ONUN ƏDƏBİ MƏKTƏBİ
Nigar HƏSƏNOVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
nigar.hasanova.89@mail.ru
AZƏRBAYCAN
XIX əsr Azərbaycan ədəbiyyatında satirik poeziya sistemli ədəbi hadisə səviyyəsinə
yüksəlmişdirsə, XX əsr ədəbiyyatında satirik şeir gerçəkliyin poetik ifadəsi üçün bir zərurətə
çevrilmişdi. Bu zərurət XX əsrin əvvəllərində Bakıda nəşr olunan müxtəlif təmayüllü satira
jurnallarında, dövrün tanınmış söz sənətkarlarının yaradıcılığında öz ifadəsini tapdı.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
877
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
XX əsr Azərbaycan poeziyasında satirik şeirin zirvəsi, heç şübhəsiz, Mirzə Ələkbər
Sabirdir. Sabir satirik şeir yaradıcılığı ilə yeni dövr ədəbiyyatımızda həqiqi bir yüksəliş
yaratmağa, yeni bir istiqamət, yeni bir mərhələ -Sabir satirik şeiri mərhələsi yaratmağa, yeni
yaradıcı mühit düzənləməyə nail ola bilmişdir. Sabirə qədərki Azərbaycan poeziyasında satira
özünə müəyyən qədər yer ala bilsə də etiraf etməliyik ki, Sabir biçimində, Sabir üslubunda
davamlı şəkildə olmamış, satirik poeziya sahəsində Sabir şeiri ucalığına yüksəlməmişdir.
Klassik poeziyada satirik həcvlər, ictimai motivli şeir nümunələri daha çox birbaşa tənqid
xarakterində, açıq, müstəqim gülüşdür. Sənətkar sözün qüdrətilə fənalıqları göstərir, onlara
gülməklə, qəzəblənməklə bizi də güldürür, qəzəbləndirir. Sabirin yeni tipli satirasında isə
gülüş ilk baxışda görünmür, sənətkar ciddi şəkildə, az qala inandırıcı halda sözünü deyir,
yaxud ifşa etdiyi satirik tipi danışdırır, nəticə çıxarmağı isə oxucunun ixtiyarına buraxır.
Sabir şeirə sənətə yalnız məzmun yeniliyi gətirməmişdir. O, köhnə formanın özünü
yaradıcı şəkildə dəyişməyə müvəffəq olmuş, bəzən də tamamilə yeni formalar, özünə qədərki
şeirdə işlənməyən şəkillər gətirməklə Azərbaycan şeirini, satirik poeziyamızı həm ideya-
məzmun, həm də şəkil, forma cəhətdən də inkişaf etdirmişdir. Yaratdığı hər forma da satirik
məzmuna uyğundur. Sabirin olduqca maraqlı ifşa üsulları vardır. Tip danışır, danışdıqca özü-
nü ifşa edir
.
Bu cəhətdən sənətkarın «Millət necə tarac olur olsun, nə işim var?!», «Bakı fəhlə-
lərinə», «Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol», «Təhsili-elm», «Ata-nəsihəti», «Mən
bilməz idim bəxtdə bu nikbət olurmuş», «Xəsisin heyfi, varisin keyfi», «Amalımız, əfkarımız
ifnayi-vətəndir», «Vay, vay! Nə yaman müşkülə düşdü işim, Allah», «Övradımız, əzkarımız
əfsaneyi-zəndir», «Fəhlə, özünü sən də bir insanmı sanırsan?!», «Təraneyi-əsilanə», «Əkinçi».
«Fəxriyyə»,«Səbir», «Bizə nə?!» və sair bu kimi satiraları geniş söhbətin mövzusudur. Bir cə-
hət də qeyd olunmalıdır ki, şair bəzən monoloji deyil, dialoji nitqə də yer verir, canlı, təbii
söhbət əsnasında müsahiblərdən birinin, yaxud hər ikisinin cahilliyi, geriliyi ortaya qoyulur.
Azərbaycan tarixində yeni bir ədəbi məktəbin əsasını qoymuş Sabir şeirinin sədası tez-
liklə sərhədlər aşıb Yaxın və Orta Şərq ölkələrinə yayılmış, bu ölkələrin ictimai-siyasi fikrinə,
azadlıq hərəkatına və bədii ədəbiyyatına qüvvətli təsir göstərmişdir.
M.Ə.Sabirin əsərləri Azərbaycandan kənarda da bir çox şairin ideyaca aydın və düzgün
istiqamət almasına, bir çox şairin üslubunun formalaşmasına kömək etmişdir. Onlar Sabirdən
ədəbiyyatı azadlıq hərəkatı ilə əlaqələndirməyi, xalqın qayğıları ilə bağlamağı, satiranın əlvan,
canlı, tükənməz ifadə vasitələrini işlətmək bacarığını öyrənmişlər.
Hələ şairin sağlığında onun və “Molla Nəsrəddin”in yolu ilə gedən, Əli Nəzmi (Sijim-
qulu), Bayraməli Abbaszadə (Hammal), Əli Razi Şamçızadə (Dabanıçatdaq xala), Əliqulu
Qəmküsar (Cüvəllağı), M.S.Ordubadi (Hərdəmxəyal), Mirzə Əli Möcüz (Şəbüstəri), Abbas
Səhhət, Salman Mümtaz (Xortdan bəy) Səməd Mənsur, Cəfər Cabbarlı, Əliağa Vahid və baş-
qaları M.Ə.Sabir satirik şeir məktəbinin parlaq ulduzları kimi fərqlənmişlər. Doğrudur, molla
nəsrəddinçi satirik şeir məktəbinə mənsub olan, Sabirin şeir üslubuna yaxınlığı ilə fərqlənən,
bir qismi həmin əsrin 30-cu illərinin repressiyasına uğrayan bu ədiblərin böyük əksəriyyəti M.
Ə.Sabirdən sonrakı mərhələdə, sovet dönəmində də yazıb-yaratmış, satirik poeziyanın inkişa-
fına öz töhfəsini vermişlər.
Dostları ilə paylaş: |