III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
901
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
RADİO VƏ ANA DİLİ
Şəlalə QULİYEVA
BDU
selale_meh@mail.ru
AZƏRBAYCAN
Bu gün qloballaşan cəmiyyətdə ən böyük problemlərdən biri də dilin yad təsirlərə məruz
qalması, lüğət tərkibinə daxil olan beynəlxalq terminlərin artmasıdır. Dilin assimilyasiyaya
uğramasının bir sıra mövcud səbəbləri var. Müasir dövrdə kütləvi informasiya vasitələri bu
sahədə neqativ halların yaranmasına şərait yaradır. Kommunikativ informasiya mənbələrinin
artması, insanların informasiya əldə etmək üçün virtual aləmlə ünsiyyəti də dilin köklü prob-
lemlərinə yol açır.
Vaxtilə radio yarananda, bəşəriyyətin bu nadir tapıntısı hər bir ölkənin milli maraqları-
nın xidmətinə uyğun dilin təbliğatı məqsədi daşıyırdı. Müasir dünyada radio şəbəkələrinin ço-
xalması, internet radiolarının inkişafı və özəl radio sisteminin sərbəst yaradıcılıq mühiti dil
mədəniyyətinə ciddi xələl gətirir. Radioda gedən verilişlərin təhlili zamanı dilçi alimlər həqi-
qətən də bu sahədə yaranan problemlərdə audiopublisistikanın mənfi situasiyalarından dəfə-
lərlə söhbət açırlar.
Çünki radionu bir anın içində milyonlar dinləyir. Bir neçə dəfə təkrarlanan yad söz asanca
qulaqlara həkk olunur və qısa zamandan sonra da elin işlək terminlərindən birinə çevrilir. Ca-
vanlar, dili yaxşı bilməyən gənclər mikrofon önündə sərbəstlikdən istifadə edərək auditoriya
ilə ünsiyyətdə istədikləri ifadəni tez-tez işlədərək, özləri də bilmədən dilə mənfi hallar gətirir.
Ölkənin radio mühitini nəzərdən keçirəndə görürük ki, yeganə olaraq milli radioda Azər-
baycan dilinin elmi səviyyədə təbliği siyasəti həyata keçirilir. Radiojurnalistikanın özəlliyi
odur ki, hər bir verilişin özünəməxsus yaradıcılıq xüsusiyyəti hiss edilsin. Xəbərlərin dili rəs-
mi hesab olunursa, 50 yaşlı “Bulaq” proqramının dili folklor dilidir və əsrlərlə yaddaşlarda
yaşayan qədim danışıq tərzinin bariz nümunəsidir. Yaxud bədii-əyləncəli proqramlarla ictimai-
siyasi verilişlərin dili arasınsda kəskin fərq hiss olunur. Halbuki bütün verilişlər Azərbaycan
dilində aparılır. Radio dilinin elmi-kütləvi proqramlar səviyyəsində təqdim olunmasında
yaradıcı kollektivin, xüsusilə radio jurnalistlərinin anlaşıqlı, gözəl dil mədəniyyəti olmalıdır.
Hazırki dövrdə mətbuat üzərində senzura olmasa da, radioda əvvəkli ənənəni qorumaq məqsə-
di ilə 2009-cu ildən yaradılmış xüsusi komissiya hazırlanmış verilişlərə öncə qulaq asaraq,
verilişin efirə yararlığı barədə rəy verir. Əsas məqsəd verilişlərdə, proqramlarda dil mədəniy-
yətinin qorunmasına nəzarətdir. Ancaq özəl radiolarda bu məsələyə laqeyd yanışıldığından
dilimizin gələcək taleyi sual altına düşür.
Tək bircə radio ilə iş bitmir. Bu məsələyə hamı bir nəfər kimi həssas yanaşmalıdır.
Ailədə, məktəbdə, ali təhsil müəssisələrində, əmək kollektivlərində, bir sözlə bütün ictimai
yerlərdə danışıq mədəniyyəti hiss olunmalıdır. Milli dilə hörmət nümayiş etdirilməlidr. Məsə-
lən, özəl orta məktəblərindən birində valideyn ədəbiyyat müəlliminə uşağını danladığı üçün
iradını bildirir. Övladının rus dilində təhsil aldığını və ali məktəbə də rus dilində sənəd
verəcəyini əsas gətirərək, müəllimin dərs metoduna qarşı çıxır. “Ana dilindən, yəni Azərbay-
can dilində qiyməti yaxşı olmaya bilər”-deyə öz etirazını söyləyir. Belə olan halda Azərbay-
can dili müəllimi də haqlı olaraq məktəbin müdiriyyəti və valideynlər qarşısında vəsadət
qaldırır ki, birinci növbədə hər bir azərbaycanlı uşağı öz ana dilini mükəmməl bilməlidir və
sonra özgə dildə oxumalıdır. Bu olduqca vacib məsələdir. Müəllim iradı düzdür. Əgər uşaq
milliyətcə azərbaycanlıdırsa, Azərbaycanda doğulubsa, bu vətəndə yaşayırsa öz ana dilini
niyə mükəmməl bilməməlidir.?
Azərbaycan dövlətinin siyasətində də ana dili prioritet məsələlərdən biridir. Ölkə rəhbə-
rinin dilə aid xeyli sayda fərman və sərəncamları var. Qloballaşan cəmiyyətdə Azərbaycan di-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
902
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
linin yad ünsürlərdən qorunması ilə bağlı xüsusi Sərəncam da qüvvəyə minib. Dillə bağlı
dövlət proqramı təsdiqlənib. Hər bir vətəndaşın borcudur ki, həmin fərman və sərəncamlara
hörmətlə yanaşsın. Anasının ona beşiyinuin başında layla çaldığı dilə etinasız qalmasın...
Radio verilişlərinə dili mükəmməl bilən mütəxəssislər cəlb edilməlidir.
1. İşə qəbul zamanı jurnalistlərdən istənilən dil sertifikatları öz doğma ana dillərində də
tələb olunsun.
2. Aparıcıların mikrofon önündə söylədiyi hər bir kəlməyə görə həmin efirin rəhbərliyi
məsuliyyət daşımalı və əməkdaşının ciddi səhvlərinə görə dilçi alimlərə cavab vermələri mütl-
əqdir.
3. İctimai qınaq olarsa, efirlərdə dil mədəniyyəti qoruna bilər. Məsələn, tez-tez radioda
dilə aid xüsusi proqramlar təşkil olunmalıdır. Efirə dəvət olunan qonaqların özlərinin dil səviy-
yəsi cəmiyyətə nümunə çəkilməldir.
MİKAYIL MÜŞFİQ ŞEİRLƏRİNİN FONOPOETİKASI
Gülnar MƏMMƏDOVA
Qafqaz Universiteti
gmemmedova2@std.qu.edu.az
AZƏRBAYCAN
Bütün dil vahidləri müəyyən üslubi keyfiyyət daşıyıcılarıdır və bu dil vahidlərinin,
komponentlərin məqsədyönlü vəhdəti poetik formanın yaradılmasında əhəmiyyət kəsb edir.
Bədii dildə bütün dil vahidlərinin bir-biri ilə qarşılıqlı münasibətlərinin poetik tənzimlənməsi,
eləcə də onların ardıcıllıqlarının gözlənilməsi poetik funksiyaya malik olan üslubdur. Məsələn,
şeir dilində özünə tarixən yer eləmiş səs təkrarları, paralelizmlər, qafiyə yaradan dil vahidləri
və s. bu qəbildən olan amillərdəndir. Şeir bədii dilin özünəməxsus bir formasıdır. Burada işti-
rak edən komponentlər - heca, söz, fraza, bütövlər danışıqda da müşahidə olunur, onlar poe-
ziyadan kənarda da mövcuddur. Lakin, ölçü, bölgü, misra, vəzn, qafiyə və s. kimi vasitələr
yalnız şeirdə özünü büruzə verir.
Dilin fonetik imkanları deyəndə ilk öncə səslərdən bəhs etmək lazım gəlir. Şeir dilinin
özünəməxsusluğunu hər şeydən əvvəl canlı xalq dilinin təbiətində, o cümlədən dilin fonetik
xüsusiyyətlərində, dilin ritmikliyində, özünəxas melodiyalarında axtarmaq lazımdır. Şeir
dilinin fonetik imkanları sırasında alliterasiya, assonans, vurğu, intonasiya, fonetik qafiyə və
onu səciyyələndirən fonetik hadisələr mühüm yer tutur.
Alliterasiya dildə ən mühüm fonetik hadisələrdəndir. Şeirdə səslərin kompleksləşməsi,
rabitəsi, ahəngi, səs balansları böyük iş görür, bədii intonasiyanın formalaşmasında fəal iştirak
edir. Səs və söz, səs kompleksi ilə fikir aləmi arasındakı əlaqənin qarşılıqlı münasibəti məz-
munu şərtləndirir. Səs təkrarı ilk baxışdan sadə görünsə də, fonetik hadisənin ən mürəkkəb
növü sayıla bilər.
Həm türkdilli, həm də digər xalqların poeziyasında xüsusi rol oynamış alliterasiya, səs
təkrarı uzun müddət diqqət mərkəzində olmuş,dünyanın müxtəlif dilçiləri bu hadisəyə öz
fikirlərini bildirmişlər. Bəziləri alliterasiyanı dilin qrammatik quruluşu ilə əlaqələndirir, bəzi-
ləri isə türk dillərində alliterasiyanın mənşəyini monqol dilinin təsiri ilə bağlı izah edən nəzə-
riyyəni qəbul etmir. Lakin tük şeirində alliterasiyanın monqol istilasına qədər mövcudluğunu
sübut etmək üçün Orxon-Yenisey abidələrinin,”Kitabi-Dədə Qorqud” dastanının dilinə nəzər
salmaq kifayətdir.
Bildiyimiz kimi,Müşfiqdə xalq ədəbiyyatının, xalq şeiri məktəbinin təsiri güclü idi. Sadə
və canlı xalq dilinə yaxından bələd olması şairin ilk şeirlərində, obrazlı ifadələrində özünü
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
903
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
göstərir. Müşfiq ilk şeirlərində 1-ci misrada atalar sözü verirdisə, ondan sonra mütləq bir hik-
mətli fikir deməyə çalışırdı. Bu səpkidə yazması şairin şifahi ədəbiyyatdan bəhrələnməsinin
sübutudur.
Hər səhər,hər axşam,hər axşam,hər səhər
Çox
zaman
sərsəri küləklər bixəbər
Bir
yaxın dost kimi qapımı döyərlər,
Küləklər,küləklər,bəstəkar küləklər,
Dünyanı dolaşan bəxtiyar küləklər.
Müşfiqin “Küləklər” şeirinin poetikası o qədər güclüdür ki, burada dilin istər fonetik,
istər leksik, istərsə də sintaktik səviyyəsi üzrə üslubi fiqurların zənginliyini aydın görə bilirik.
Müşfiq eyni zamanda aşıq ədəbiyyatını da yaxşı bilmiş, onun realist üslubundan, rən-
garəng növlərindən, şəkli xüsusiyyətlərindən, təşbeh və bənzətmələrindən bütün yaradıcılığı
boyu bəhrələnmişdir. Müşfiqin aşıq şeirinin qoşma və gəraylı növlərindən istifadə edərək
yazdığı 20 dən çox əsəri bizə gəlib çatmışdır.”Eşqim”, ”Kimidir”, ”Ayrılıq”, ”Sənə qurban”,
”Söylə”, ”Məhəbbət”, ”Dilbər”, ”Küsmərəm” məhz bu şeirlərdəndir.
Mən ki bilməz idim nədir məhəbbət,
Bu
sirri
sən mənə anlatmadınmı?
Dünyaya
sığmayan şair könlümü
Köksümdən çıxarıb oynatmadınmı?
Nümunədəki “n” və ”m” sonor samitlərinin növbəli ahəngi şeirə xüsusi axıcılıq, melodiya
gətirib.
Nə arzu eyləsən,könlümdə vardır,
Eşqimin səhəri bir ilk bahardır.
Ona
könül
verən nə bəxtiyardır,
Fikrim-hissim
təzə gülşən kimidir.
Bu parçada isə “n” və ”r” samitlərinin normativliyi nəzərə çarpır.
Yenə o bağ olaydı, yenə yığışaraq siz, o bağa köçəydiniz
Biz də muradımızca fələkdən kam alaydıq, sizə qonşu olaydıq
Yenə o bağ olaydı, səni tez-tez görəydim, qələmə söz verəydim
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,yazaydım səhər,axşam
Arzuya bax, sevgilim! Tellərindən incəmi? Söylə, ürəyincəmi?
Bu strukturda “-mi
4
” sual ədatının qoşulduğu sözlərin ahənginə uyğun olaraq digər
sözlərdəki “m” samitinin alliterasiyasını zəruriləşdirir. Bundan başqa şeirdə “y”, ”d” samitlə-
rinin təkrarı şeirin ahəngdarlığını artırıb.
ALINMA SÖZLƏRİN İŞLƏNMƏ FORMALARI
Nigar MİKAYILOVA
Qafqaz Universiteti
nigar2292@gmail.com
AZƏRBAYCAN
Aparılan araşdırmaların nəticəsində demək olar ki,son bir neçə ildə dilimizə 300-dən
artıq alınma söz daxil olmuşdur.Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının
sədr müavini Sayalı Sadıqovanın verdiyi məlumata əsasən: "Müxtəlif elm sahələri , xüsusən
də informatika,texnologiya sahəsi ilə bağlı dilimizə yeni sözlər daxil olub.Bəzi sənaye
məhsulları müxtəlif ölkələrdən idxal edildiyinə görə , bu sahədən də yeni sözlər dilimizə da-
xil olub.Dilə daxil olan yeni sözlər arasında ümumişlək sözlər , demək olar ki, yoxdur."
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
904
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Dilə daxil olan yeni sözlər həm dilin öz daxili imkanları hesabına,həm də alınma sözlər
hesabına yaranır.Həmin alınma sözlərin bir qismi bizim nitqimizi zənginləşdirir,onu dəqiq,
səlis və ifadəli hala gətirir.Ancaq onu qeyd etmək yerinə düşər ki,alınmalardan yerli-yersiz
istifadə etmək həm dili , həm də nitqi korlamağa gətirib çıxarır.
Alınma sözlərin bir qismini,daha doğrusu,əksəriyyətini elmin müxtəlif sahələrinə aid
olan terminlər təşkil edir.Elmin, təhsilin inkişaf etməsi yeni-yeni anlayışların ortaya
çıxmasına səbəb olur.Milli təhsilimiz Beynəlxalq Təhsil Sisteminə inteqrasiya etmişdir.Bunun
nəticəsi olaraq,dilimiz yeni təhsil terminləri ilə zəngiləşmişdir.Ancaq Bir sıra termin və
anlayışlar var ki,Onlar Azərbaycan dilinin leksikasında tam öz yerini tutmamışdır. Alınma
sözlərin bir çoxunun dilimizdə qarşılığı var.Ancaq,bu nitqdə alınma sözlərdən qaçmağa əsas
vermir.Alınma sözlər dilimizi zənginləşdirir,fikrin dəqiq,ifadəli çatdırılmasına yardımçı olur.
"Dil statik qala bilməz,bir şeyin statik halda dəyişməz qalması onun ölümü hesab
olunur.Dil daima inkişaf edir,cəmiyyətə tam xidmət edə bilməyən,onun inkişafından geri
qalan sözlər dildən çıxır,yeniləri onları əvəz edir.Lakin bu proses bir-birini gözləmir, yəni,
yeni söz köhnə məhv olandan,sıradan çıxandan sonra yox, hələ dilə az da olsa xidmət etdiyi
dövrdə yaranır və ünsiyyət vasitəsinə çevrilir."
Bilindiyi kimi dilimizdə olan sözlər mənçəyinə görə 2 qrupa bölünür: Əsl Azərbaycan
sözləri və alınma sözlər. Və bunu da qeyd etmək yerinə düşər ki,dilimizdə olan sözlərin
böyük əksəriyyəti,xüsusilə say ("sıfır","həşdat","milyon","milyard" istisna olmaqla) , əvəzlik
və feillərin hamısı Azərbaycan mənşəlidir.
Dilimizdə işlənməkdə olan pomidor sözünün rus dilindən alındığına şübhə yoxdur. Tə-
əccüblü burasıdır ki, həmin söz rus dilinə italyanlardan keçmişdir. İtalyanların dilində pomi-
dor sözü vaxtilə iki sadə və müxtəlif mənalı pomi (qırmızı) və doro (alma) sözlərinin birləş-
məsindən alınmışdır, yəni qırmızı alma. Həm bizim dilimizdə, həm də rus dilində karandaş
sözünün işləndiyini hamımız bilirik. Keçmişinə görə karandaş mürəkkəb sözdür. O, qara və
daş sözlərinin birləşməsindən əmələ gəlmişdir. Vaxtilə ruslar karandaş ixtira edildiyi zaman
bizim dilimizdən qara daş ifadəsini götürərək işlətmişlər. Həmin sözlərdən alınan söz onların
dilində yeni məna vermişdir.
Dünyada elə bir dil yoxdur ki, onun lüğət tərkibində bu və ya digər dərəcədə alınma sözlər
olmasın. Bütün dillərdə alınma sözlərə təsadüf edilir. Eyni zamanda bir sıra dillər dolayı yol-
larla öz sözlərini başqa dillərə verir. Söz götürmə və söz vermə ancaq bir-birilə qonşuluqda və
münasibətdə olan dillərə deyil, uzaq dillərə də aiddir.
Bəzi sözlər başqa dillərdən gələrkən dilimizdə öz ilk mənalarında deyil, yeni mənada
işlənir. Məsələn,"azar" sözü fars dilində azurdən felinin köküdür. Həmin dildə o, təhqir, qəm,
qüssə mənalarında işlənir. Bizim dilimizdə isə azar sözü xəstəlik mənasını verir.
Azərbaycan dilində işlənən bəzi alınma sözlərin necə yazılması məsələsi də problem
olaraq qalmaqdadır.Bu gün də dilimizdə işlənən bəzi alınma sözlərin bir neçə yazılış for-
masına rast gəlirik.Kütləvi informasiya vasitələrində bir sıra terminlər, təşkilat, telekanal adları
gah ingilis, gah da Azərbaycan dilində yazılır.Bilindiyi üzrə,hal-hazırda əsrimiz "Texnologiya
əsri"dir və bu əsrin tələbindən irəli gələn "facebook", "twitter", "online" və s. sözlərbuna mi-
sal ola bilər. Maraqlıdır, bu tipli sözlər necə yazılmalıdır? Məsələyə münasibət bildirən Azər-
baycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi,filologiya
elmləri doktoru İlham Tahirovun qənaətinə görə,bu kimi sözlərin yazılışı ilə bağlı hələ tam
qəti fikir yoxdur:"Bəzən Avropa mənşəli həmin sözlər tələffüz formasına əsaslanaraq
yazılır.Bu sözlərin yazılış forması seçilərkən səslənmə əsas gətirilir.Amma əvvəlki illərdə də
dilimizə bu tipli sözlər keçib.Azərbaycan əlifbasında "w" hərfi olmadığından bu hərflə yazılan
sözləri biz tələffüz edildiyi kimi yazmalıyıq.Əksər dilçilərin də fikrincə,alınma sözün
orijinaldakı kimi yazılışı normal deyil.Hər bir alınma söz dilimizə uyğun olaraq yazılmalı və
tələffüz edilməlidir.Əgər dilimizin qayda-qanunlarını başqa dilin qayda-qanunları ilə
qarışdırsaq, onda Azərbaycan dili inkişaf edə bilməz."
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
905
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
MİR CƏLAL HEKAYƏ USTASI KİMİ
(YAZIÇININ “XATİRƏ HEKAYƏLƏRİ” ƏSASINDA)
Ayşən SADİQLI
Bakı Dövlət Universiteti
ayshan_bdu@mail.ru
AZƏRBAYCAN
Mir Cəlal gənclər arasında çox sevilən yazıçılardan biridir. Hekayə janrının daha da tək-
milləşməsində, oxucular tərəfindən maraqla qarşılanmasında Mir Cəlalın böyük xidmətləri
vardır. O, hekayə janrında bir çox dəyərli, ibrətamiz sənət nümunələri yaratmışdır. Ədibin
hekayələri mövzu baxımından da rəngarəngdir, yeknəsəq deyil.Yazıçının “Xatirə hekayələri”
ndən “Ərəb qardaş”, “Gənc şairin ərizəsi”, “Ləyaqət”, “Xarici naxoşluq”, “Mən zaminəm”,
“Dil və əməl”, “Mənim vəfalı maşınım”, “Yalan yeriməz”, “Sözün yeri var”, “Mənim səmimi
dostum”, “Gülbəsləyən qız”, “Qəbul imtahanı”, “Ərəb qızı”, “Ehtiram”, “Təsadüf və zərurət”,
“Naxış” və s. misal göstərmək olar.
Mir Cəlal Paşayevin 1960-cı ildə yazdığı “Ərəb qardaş” adlı xatirə hekayəsində bir
ərəbin Bakıya gəlməsindən, yazıçının ona bələdçilik etməsindən danışılır. Məlum olur ki,
ərəbin atası uzun illər Bakıda işləyib. O, Bakıdan aldığı təəssüratları oğluna danışıb.
Hekayədə diqqəti cəlb edən məqamlardan biri belədir: “Salavat ilə donuz darıdan çıxmaz.
Zəncirləri qırmaq üçün əql gücü də, əl gücü də işlətmək lazımdır”. M.S.Ordubadinin “Qılınc
və qələm” əsərində də bu mövzuya toxunulur. Yəni Azərbaycanın bütövləşməsi yalnız
qılıncın gücü ilə əql gücünün birləşməsi nəticəsində ola bilər. “Qılınc və qələm” əsərində biz
igid, cəngavər, mübariz Fəxrəddinin yanında daim onun yaxın dostu, məsləhətçisi Nizamini
görürük. Yəni, düşünmədən, ağıla arxalanmadan vuruşmaq, döyüşə getməklə heç kim qələbə
qazana bilməz. Ağılla güc ayrılmazdır.
Mir Cəlalın “Xatirə hekayələri”ndən olan “Yalan yeriməz” hekayəsində yalanın Bəşir
adlı bir uşağın həyatını mənfi istiqamətdə dəyişməsindən danışılır. Hekayədə qeyd edilir ki,
yalan açılanda üstünü heç çadır da örtə bilməz. Bir yalan gələcəkdə daha böyük, daha
təhlükəli yalanların başlanğıcı olur. Uşaq yalanlar içində böyüyür. Bir zamanlar dəhşətli faciə
kimi təsir bağışlayan yalan Bəşirdə adət halını alır.Beləliklə, hər bir ananın övladına verdiyi
tərbiyədən çox şey asılıdır. “Yalan insanları pisliklərə, pisliklər isə cəhənnəmə sövq edər”.
Bəlkə də Bəşirin anasına da uşaq vaxtı düzgün tərbiyə verilməmiş, yalan danışmağa vadar
edilmişdi. Bir adama verilən düzgün olmayan tərbiyə sonradan bütün cəmiyyətə sirayət edir.
Mir Cəlalın “Sözün yeri var” hekayəsində iki rəfiqənin qızı və onların ətrafında baş
verən hadisələrdən söhbət açılır. Hekayədə göstərilir ki, Şəfiqə xanım və Şirin xanımın qızları
Ziyafət və Məryəm ikisi də eyni bağçaya gedirlər.Məryəmin atası müharibədə həlak olub,
Ziyafətin atası isə sağdır və ona tez-tez gözəl oyuncaqlar alır. Hər dəfə Məryəm onun
oyuncağını götürmək istəyəndə Ziyafət deyir ki, bunu atam alıb. Balaca qız tez-tez bu ifadəni
işlədir və özü də bilməyərəkdən Məryəmin qəlbinə dəyir. Bu hekayədən belə nəticəyə gəlmək
olar ki, yaşından asılı olmayaraq, uşaq da olsa hər kəs sözün yerini bilməlidir. Bir sözlə qəlbi
qırmaq asandır, amma onu bərpa etmək çox çətindir.
“Xatirə hekayələri”ndən olan “Dil və əməl” də yazıçının diqqətəlayiq əsərlərindəndir.
Hekayədə Hərzə adlı xanım öz bildiyi kimi qızına tərbiyə verir. Ona öyrədir ki, kim səndən nə
isə soruşsa, “bilmirəm, yoxdur” de. Hərzə xanım kimilər dildə bir cür, əməldə başqa cürdür.
Üzdə özlərini yaxşı adam kimi göstərirlər, amma başqa vaxt qonşusunun dalınca danışır, lazım
olanı vermək istəmir. Valideynlər düşünməlidir ki, onların “tökdüyünü” uşaq “yığışdırır”. Va-
lideynlər uşağının yanında yalan sözlər deməməli, başqasının dalınca danışmamalıdırlar. Ək-
sinə, uşağın yanında daha ehtiyatla, lazımi sözlər işlətməlidirlər ki, sonradan bir başqasının
yanında üzü qara olmasınlar, öz dediyi sözü başqasından eşidəndə özünə nifrət hissi oyanmasın.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
906
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Mir Cəlalın 1974-cü ildə yazdığı “Gülcamal” hekayəsi də çox maraqlıdır. Hekayədə
göstərilir ki, Ziyafət xanım qızlarının birinə Qəşəng, o birinə Göyçək adını qoyur. Qızlar
böyüyür, heç 17 yaşa çatmamış, məktəbi qurtarmamış qoşulub qaçırlar. Ziyafət xanım kiçik
qızına Qurdyeməz adını qoyur ki, heç kimin istəyində olmasın. Sanki uşaq qəsdən daha gözəl,
daha cazibədar, ay parçası kimi bir qız olur. May nümayişlərinin birində hamı küçələrə
çıxanda Ziyafət xanım da gözəl körpəsi ilə gedir. Bir fotoqraf uşağın şəklini çəkir. Qızının
adını soruşanda Qurdyeməz deyir. Fotoqraf inanmır, zarafat sayır və deyir ki, belə gözəl
uşağın adı Gülcamal olar. Gülcamal böyüyür, peşə məktəbində fərasəti ilə hörmət qazanır.
Heç kəs onu sənəddəki adı ilə yox, may nümayişlərində deyilən Gülcamal adı ilə çağırır və
hörmət edir.
Hekayədə çox düzgün olaraq deyilir ki, “Ataların bu sözündə həqiqət var: uşaq böyüyən-
dən, el içinə çıxandan sonra özünə ad qoyur”. Adqoyma motivinə bizim qədim abidəmiz olan
“Kitabi-Dədə Qorqud” dastanında da rast gəlmək mümkündür. Ad qoyma ilə bağlı hissələrə
biz dastanın I, III, VIII boylarında rast gəlirik.
Beləliklə, Mir Cəlal az sözlə dərin məna daşıyan cümlələri, həyat təcrübəsi ilə oxucunu
özünə cəlb edir. Hekayələrində onun sadəliyi, səmimiliyi, zəhmətsevərliyi, ustalığı özünü göstərir.
DİLİN İNKİŞAF PROSESİ VƏ LÜĞƏTLƏR
Dostları ilə paylaş: |