Qafqaz Universiteti Materiallar


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə46/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   42   43   44   45   46   47   48   49   ...   124

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1037



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

UNİVERSİTET İDARƏÇİLƏRİNİN TYUTORLUQ                       

ANLAYIŞININ TƏLƏBƏ NAİLİYƏTINƏ TƏSİRİ 

 

Mehmet Ali CEYHAN 

Qafqaz Universiteti 

Bakü/AZERBAYCAN 

maceyhan@qu.edu.az 

 

Rəhbərlik, ali təhsil müəssisələrinin rəhbərlərinin qərar və məsələlərə münasibətləri tə-

ləbələrə birbaşa olmasa da, dolayı olaraq təsir edir. Universitetlərdəki təşkilati strukturu for-

malaşdıran əsasnamələr, nizam-intizam qaydaları, sosial fəaliyyətlərlə bağlı planlamalar, təd-

ris prosseslərinin təşkili, tənəffüs saatları, imtahan vaxtı və imtahanlar arası müddətlər müəy-

yən olunması kimi bir çox amillər tələbələrin uğur qazanmalarına birbaşa və ya dolayı olaraq 

təsir göstərən faktorlardandır. Universitet rəhbərləri məhdudlaşdırıcı və ya qadağanedici nor-

malar tətbiq etmək əvəzinə tələbə indeksli və daha yumuşaq normalarla tələbələrin arzu və is-

təklərinin universitetin məqsədlərinə zidd olmadan həyata keçirilməsinə imkan yaratmalıdır 

ki, rəhbərliyin tələbələrin inkişaf və uğur qazanmalarındakı rolu mövzusunda aparılan araşdır-

malar, təhsilin inkişaf etdirilməsində və tələbələrin uğur qazanmalarında idarəçilərin liderliyi-

nin əhəmiyyətli bir faktor olduğunu göstərir. İdarəçi liderliyi yalnız rektor ilə məhdudlaşmır, 

bir universitetdə fəaliyyət göstərən bir çox struktur bölmənin rəhbərlərini də əhatə edir. Effektiv 

idarəçilər zamanlarının çox hissəsini təhsil müəssisəsində təhsil problemləri ilə maraqlanaraq 

keçirir. Bu cür idarəçilər məktəbdəki fərdi "rollarını" təhsil lideri olaraq görürr. Təhsil liderli-

yinin bir göstəricisi də məktəbdəki bütün fəaliyyətlərin təhsilin inkişaf etdirilməsi istiqamətin-

də qurulmasının səmərəli təşkilinə nail olmaqdır.  

Müəllimlərə görə idarəçilərin səmərəli fəaliyyət göstərə bilmələri və işlərində uğur qa-

zana bilmələri üçün tələbələrə daha çox zaman ayıra bilmələri, auditoriyada baş verənləri şəx-

sən auditoriyaları ziyarət edərək görmələri və mütəmadi olaraq tələbə ilə təmas halında olma-

ları idarəçilər üçün çox əhəmiyyətli xüsusiyyətlərdən olmalıdır. 

Universitetlərdə xidmətlər "idarəçilik", "təlim-tədris" və "tyutorluq " xidmətləri olaraq 

formalaşmışdır. Bu prosesdə tyutorluq proqramı xidmətlərin bir hissəsini təşkil edir və müxtə-

lif fəaliyyətləri ilə universitet rəhbərliyinin işinə də kömək edir. Tyutorlar tələbələrin inkişaf-

larıyla bağlı əldə etdikləri araşdırma nəticələri ilə universitet idarəçilərinin tyutorluq anlayış 

və məlumatlarının artmasına kömək etməklə yanaşı, idarəçi-tyutor arasındakı əməkdaşlığı artırır. 

Başqa sözlə desək, ali təhsil müəssisəinin idarəedilməsi zamanı tyutorluq fəaliyyətlərinə də daha 

çox yer və əhəmiyyət verirlər. Rəhbərliyin dəstəyi tyutorluq fəaliyyətlərinin səmərəli şəkildə 

icra edilməsi baxımından əhəmiyyətli bir faktordur. 

Üniversitet tyutorlarının tələbələrin qabiliyyətləri, akademik müvəffəqiyyətləri, peşə in-

kişafları, maraq dairələri, motivasiya səviyyələri və fərdi problemləri istiqamətində aparacaqları 

araşdırmaların nəticələri təlim-tədris fəaliyyətlərinin daha yaxşı təşkil edilməsinə, daha uyğun 

pedoqojik metodlardan istifadə edilməsinə və müxtəlif səmərəli fəaliyyətlərin təşkil edilməsinə 

imkan verəcək. Bu da səmərəli tyutorluq fəaliyyətləri ilə universitet və ya fakültənin fəaliyyət-

lərinin, məqsəd və qaydalarının valideynlərə və ictimaiyyətə daha yaxşı çatdırılmasına imkan 

verəcək, təhsil fəaliyyətlərinin ictimaiyyət tərəfindən daha yaxşı başa düşülməsinə imkan yara-

dacaq, onların məktəblə münasibətlərinin artmasına şərait yaradacaq və təhsil fəaliyyətlərini 

dəstəkləmə istəklərini artıracaq. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1038


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

İNGİLİS DİLİ VƏ ƏDƏBİYYATI  

 

 

ELYAS CON VİLKONSON GİBBİN TƏDQİQATINDA                                 

ŞƏRQ ƏDƏBİYYATI 

 

M. MUSTAFA GÜL 

Qafqaz Universiteti 



mgul@qu.edu.az 

AZƏRBAYCAN 

 

Azərbaycan  şairləri ilə bağlı ilk, uzun axtarışlar aparıb daha geniş  məlumat toplayan, 



türklərin təkcə dil və  ədəbiyyatını deyil, tarixini, adət-ənənələrini öyrənən, sevən və  rəğbət 

bəsləyən Elyas Con Vilkonson Gibbin xidmətləri  əvəzsizdir. Müəllif ingilisdilli oxuculara 

Türk poeziyasını anlatmaq məqsədilə haqqında danışdığı şairlərin Azərbaycan şairləri ilə bağ-

lı ilk, uzun axtarışlar aparıb daha geniş məlumat toplayan, türklərin təkcə dil və ədəbiyyatnı 

deyil, tarixini, adət-ənənələrini öyrənən, sevən və  rəğbət bəsləyən Elyas Con Vilkonson 

Gibbin xidmətləri  əvəzsizdir. Müəllif ingilisdilli oxuculara Türk poeziyasını anlatmaq məq-

sədilə haqqında danışdığı şairlərin poetik incilərini ingilis dilinə özü çevirmişdir. Altı cildlik 

əsərində Gibb Osmanlı poeziyasının keçdiyi bütün mərhələləri təsvir və təhlil etmiş, türkdilli 

Azərbaycan  ədəbiyyatının görkəmli nümayəndələrindən Qazi Bürhanəddin,  İmadəddin 

Nəsimi, Məhəmməd Füzuli kimi və digər klassiklərlə bağlı dəyərli məlumat vermişdir. 

Elyas Con Vilkonson Gibbin misilsiz əlyazmaları  və nadir kitablarına gəlincə onlar 

müxtəlif mötəbər yerlər arasında bölüşdürülmüşdür.  Şərqşünasa məxsus olan əlyazmalar 

Britaniya muzeyinin kitabxanasına, fars və türkcə kitabları isə Kembric Universitetinin kitab-

xanasına təqdim olunmuşdur. 300-dən artıq olan bu qiymətli kitabların çoxu nadirdir, hətta 

bəzilərində alimin öz əli ilə yazılmış qeydlər də vardır. Gibbin Şərqlə bağlı böyük qiymət 

kəsb edən bəzi işləri isə İstambulda yerləşən Britaniya səfirliyi əldə etmişdir. Kitablarının bir 

çoxunu Gibbin həyat yoldaşı xanım Gibb bu əsərlərə daha çox ehtiyac duyulan qaynaqlara 

göndərmiş və alimin yaxın dost və pərəstişkarlarına hədiyyə etmişdir. 

Gibbin anasının  ən böyük arzusu sevimli oğlunun həsr etdiyi elmin sonrakı inkişafını 

təmin etmək idi. Və bu məqsədlə o, Gibbin xatirə fondunu yaratmaq təşəbbüsünü həyata 

keçirtdi. Fondun gəliri türk, fars və ərəb dillərində olan, lakin çap olunmamış mətnlərin və tər-

cümələrin çapına və bu dillərin tarixi ilə bağlı elmi işlərə sərf olunmalı idi. Əldə edilən gəlir 

eyni zamanda Şərqlə bağlı elmi axtarışları  təşkil etmək məqsədilə  səyahətçilərə  və ölkədə 

Türk dili və  ədəbiyyatı ilə bağlı mühazirələrin keçirilməsini xərclənə bilərdi. Bu etibarlı 

nəzarət qrupuna ilk növbədə E.Braun, H.F.Amedroz, A.G.Ellis (Britaniya muzeyinin Şərq 

Əlyazmaları  rəhbərliyi), R.A.Nikolson və E.Denison Ross daxil idi. Xatirə fondunun çapa 

hazırladığı ilk iş hökmdar Baburun xatirələrinin cığatay  əlyazmaları olmuşdur. Hindli bir 

alimə məxsus olan həmin əlyazmalar müvəqqəti olaraq İngiltərəyə işlənilməyə gətirilmişdir. 

Bu orijinal əlyazma da qiymətli idi. Çap edilmiş ikinci əsər orijinalı Britaniya muzeyində sax-

lanılan və XIII əsrdə  Şəms Qeysin fars Atabəylərindən biri üçün yazdığı  «Əl müəyyəm fi 

maayiri əşari-əcəm» əsəri olmuşdur. Əsərin redaktoru E.Braundur. Fondun çap etdiyi daha bir 

əsər Rəşid-əddin Fəzlullahın «Camit-Təvarix» adlı böyük əsərinin çap edilməmiş hissəsidir. 

Onu da qeyd etmək lazımdır ki, indiyədək onlarca qiymətli  əlyazmaları çapa hazırlayan bu 

fond indi də fəaliyyət göstərir. Burada ən önəmli əsərlər seçilir və çapa hazırlanır. 

Bu  əsərin müəllifi Böyük Britaniyanın «Britaniya Kitabxanası», «London Universiteti 

kitabxanası», «Kensinqton Mərkəzi kitabxanası» və s. iri informasiya mərkəzlərində sax-

lanılan materiallar əsasında belə bir yəqinlik hasil etmişdir ki, doğrudan da ingilis şərqşünası 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1039


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

E.C.V.Gibb Osmanlı poeziyasının ilk və ən kamil bir tədqiqatçısıdır, çünki Gibbə qədər Os-

manlı poeziyası ilə bağlı ingilis dilində ciddi və bütün ədəbi sahələri əhatə edən bir əsərin ol-

madığını şərqşünas özü də əsərə yazdığı müqəddimədə vurğulayır. O bunun səbəbini bir növ 

o dövrə qədər yazılan Osmanlı ədəbiyyatının yalnız bir sahəsinə - yəni poeziyaya daha üstün-

lük verilməsində görürdü.Çox az nəsr əsərləri-«Humayunnamə» və daha sonra yazılan «Xəmse-

ye Nərgizi» kimi nəsr əsərləri də o dövrün şerlərinin tələblərinə əsasən yazılırdı. Belə olduğu 

təqdirdə Gibbin fikrincə Osmanlı poeziyasının tarixi elə təxminən Osmanlı ədəbiy-yatının ta-

rixi ilə eynilik təşkil edir. Gibb son illərdə türk dilində ayrı-ayrı şairlərlə bağlı əsərlə-rin, eləcə 

də ədəbiyyatın müəyyən sahələrini əks edən qəzet və jurnal məqalələrinin olduğunu söyləsə 

də, müəyyən mənada qiymətli saydığı bu yazıları bütövlükdə  qənaətbaxəş hesab etmir. O 

ancaq ədəbiyyatın müəyyən sahələrini sistemli şəkildə tədqiq etməyə ciddi təşəbbüs göstərən 

Baron von Hammer Purqştalı nümunə göstərir. Gibb Hammerin «Osmanlı  şer sənətinin 

tarixi»  əsərini qiymətləndirsə  də onu Osmanlı poeziyasının tarixindən daha çox Osmanlı 

şairlərinin lüğətinə bənzədir: «Türk dilində müəyyən dövrlərdə yaşayan şairlərin həyatları və 

əsərləri haqqında məlumat verən «Təzkirə»lər mövcuddur. Von Hammerin bu böyük əsəri 

xronoloji qaydada tərtib edilmiş bu Təzkirələrin tərcüməsindən başqa bir şey deyildir».  

Lakin bununla bərabər Gibb Hammerin əsərini ilk təşəbbüs kimi qiymətləndirir və Os-

man  ədəbiyyatını  tədqiq edənlər üçün ilk qaynaq kimi gərəkli olacağını söyləyir. Şərqşünas 

Hammerlə heç bir rəqabət etmədiyini, ancaq və ancaq onun işini davam etdirəcəyini və nəzər-

dən qaçan yerləri tamamlayacağını söyləyir. Qərbdə çox az inkişaf etmiş belə bir çətin sahə-

nin gözəl izahını açıqlamağa imkan verən fikrimizcə təkcə bacarıq, dəqiqlik və əməksevərlik 

deyildir, bu həm də böyük sevgi və rəğbətlə bağlıdır. Bütün həyatını ümumən Şərq, bütövlük-

də Türk dili və  ədəbiyyatının öyrənilməsinə  sərf etmiş Gibb türkləri sevmiş, başa düşmüş, 

güclü və zəif cəhətlərini duymuş və onların qüdrət və gələcək imkanlarına dərindən inanmış-

dır. Məhz bu inam hissi və sevgi Qərb mənşəli alimə Türklərin ədəbiyyat tarixinin inkişaf yol-

larını məharətlə əks etdirməyə ilham verən əsas amil olmuş və Gibbin bütövlükdə yaradıcılı-

ğının əsas qayəsinə çevrilmişdir.  

Gibbin türk dili və ədəbiyyatı sahəsində necə əvəzsiz bir alim olduğunu təsdiqləyən ən 

diqqətəlayiq fakt türklərin özlərinin alimin yaradıcılığı ilə bağlı təəssüratları, ona göndərdik-

ləri ilıq, sevgi dolu məktubları olmuşdur. 1901-ci il dekabrın 15-də «Osmanlı» adlı türk 

qəzetində çap olunan yazıda müəllif öz təəssüratını belə ifadə edir: «İstər Osmanlı İmperiyası, 

istərsə də Qərb şərqşünasları arasında Osmanlı dil və ədəbiyyatını onun qədər dərindən öyrə-

nən olmamışdır». 

 

 

FİLİP SİDNEY və TÜRK ŞƏİRİ 



 

Ali BEREKET 

Qafqaz Universiteti  



abereket@qu.edu.az  

AZƏRBAYCAN 

 

Osmanlı dövrü türk ədəbiyyatının zirvəsində  şəir dayanır. Bir sıra dünya xalqlarının 



klassik ədəbiyyatlarında olduğu kimi, türklərin də öz  milli ədəbiyyatını şəirlə yaratdığından 

söhbət açan XVI əsr ingilis mədəniyyətinin və ədəbiyyatının tanınmış xadimi Ser Filip Sidney 

(Sir Philip Sidney, 1554-1586) “Şəirin müdafiəsi” (“The Defence of Poesy”) adlı elmi əsərin-

də bu məsələni geniş şərh etmişdir. Osmanlı imperiyasının 620 illik tarixi ərzində yaranan çox 

saylı sayda qəzəl, qəsidə və digər şeir növlərində poetik nümunələrin ərəb, fars və digər Şərq 

ölkələri xalqlarının  ədəbiyyatşünaslığındakı kimi, ingilis və ingilisdilli şərqşünaslıqda da 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1040


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

öyrənilməsi ciddi marağa səbəb olmuşdur. Bir sıra tədqiqatçı alimlər Qərbi Avropa kitabxana-

larında Osmanlı dövrü şeiri əlyazmalarının müəyyən hissəsinin saxlanıldığı barədə yazmışlar. 

Bununla bərabər, ingilis dilində aparılan tədqiqatlarda və dərc olunmuş monoqrafik əsərlərdə, 

elmi məqalələrdə Osmanlı dövrü şeirinin təşəkkülü, inkişaf yolları  və digər problemlərin 

əhatəli və polemik tərcüməsi, elmi materialların Azərbaycan şərqşünaslığında tədqiqata cəlb 

edilməsi mühüm aktuallıq kəsb edir. 

Hər  şeydən  əvvəl, möhtəşəm güc-qüdrət sahiblərindən biri olan Osmanlı imperiyası 

dövründə yaranan zəngin mədəni-ədəbi xəzinənin – lirik şeirin şərqşünaslıq elmində, xüsusilə 

ingilis şərqşünaslığında tədqiqi müəyyən məziyyətləri ilə diqqəti cəlb edir. 

Osmanlı dövrü şeirinin Qərb ədəbi dünyasında tərcüməsi və tədqiqi məsələlərinin, əsa-

sən, aşağıdakı meyarlarla ədəbi-elmi mühitin nümayəndələrinə təqdim olunduğunu söyləmək 

mümkündür. 

Əvvəla, nüfuzu və möhtəşəmliyi ilə dünyanın ən qüdrətli dövlətlərindən biri kimi tanı-

nan Osmanlı imperiyasının əldə etdiyi uğurlar sırasında onun məşhur ədəbi simalarının yara-

dıcılıq nümunələri, heç şübhəsiz ki, diqqətdən yayına bilməzdi. Bir sıra Qərbi Avropa ölkələ-

rində, o cümlədən Böyük Britaniyada mövcud olan “Türk əlyazmaları kataloqu” (“Catalogue 

of Turkish Manuscripts”) nə qədər azsaylı nüsxələrdə olsa da, belə bir imperiyanın mədəniy-

yəti,  ədəbiyyatı, o cümlədən  şeiri Britaniya şərqşünaslarını bu arealı daha diqqətlə öyrənib 

araşdırmağa sövq etmişdir. 

İkincisi, fikrimizcə, Osmanlı imperiyasının müəyyən vaxtlarda, xüsusilə XVI əsrin son-

larında Avropada, o cümlədən İngiltərədə hakim dairələrin təşviqi və göstərişi ilə dramaturq-

ların Osmanlı obrazını teatr səhnəsinə gətirməsinə rəvac vermişdir. Bu cəhətdən, yalnız ingilis 

Renessans ədəbiyyatı dövründə yazılan və səhnələşdirilən təxminən 600 dram əsərindən 55-

nin türk hökmdarlarından bəhs etməsi Osmanlının kim olduğunu söyləmək və onun apardığı 

müharibəyə cavab vermək üçün aydın təsəvvürə malik olmağa xidmət etmişdir. 

Üçüncüsü, Osmanlı dövrü şeirini Qərb dünyasına tanıtmaq, xüsusilə Britaniya Renessansı 

dövründə türklərin  ədəbiyyatı olmaması mühakiməsinə qarşı  Qərbi Avropanın, eləcə  də, 

İngiltərənin mütərəqqi fikirli adamlarının, o cümlədən Ser Filip Sidneyin “Şeirin müdafiəsi” 

adlı  əsərində türklərin möhtəşəm  şeirlə öz ədəbiyyatını yaratdığını söyləməsi, təbii ki, türk-

lərdə söz sənətinin nə qədər mühüm rol oynadığını təsdiq edir.  

 

 



GLOBAL CITIZENSHIP 

 

Allison RUSK 

New York University 



amr838@nyu.edu 

USA 


 

Discourse on how globalization affects education, specifically higher education

increasingly discusses the idea of global citizenship, and what it means to create global 

citizens. The traits of a global citizen involve such things as awareness of differences across 

cultures,being self-aware in terms of one’s own cultural viewpoint, being empathetic towards 

cultural differences and having the ability to adapt to settings outside of one’s comfort 

zone.These traits help students adapt to the way human interactions are changing due to the 

processes of globalization. Students with these qualities will be more beneficial to future 

employers, as they will have better communication skills and will be comfortable working in 

diverse environments, perhaps outside of their comfort zone.The qualities of global citizens 

can be formed by creating global opportunities for students, such as interacting with cultural 

differences in their home country or travelling to foreign countries on exchange programs. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1041


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Building cross-cultural communication skills by having life experiences that open one’s mind 

to differences that exist in the world does not only benefit one professionally, but also on a 

personal level. 

By creating opportunities for cross-cultural communication, such as through exchange 

programs, students will have the opportunity to experience another culture firsthand, study a 

foreign language and countless other educational advantages. Likewise, the people that these 

students interact with in another country will have the opportunity to learn about the student’s 

home culture.  With the recent increase and ease of human mobility in the form of 

immigration, academic and professional exchange programs, and travel experiences, having a 

global mindset is especially important as it is more likely people with culturally different 

backgrounds will interact.Cultural nuances are experienced firsthand when living abroad, 

which cannot always be learned or understood in a traditional classroom, or when experienced 

outside the culture of origin. Having one’s interpretation of the world challenged builds 

awareness that other interpretations exist, and individuals become more sensitive to individual 

differences and often develop better communication skills. 

Animportant idea to consider is that globalization does not only affect those who travel 

or live in urban settings with diverse populations, but nearly the entire world. Therefore, even 

if one does not plan on ever leaving their home country or working in another country, 

eventually the world will come to them, through advances in technology or immigrant 

populations relocating nearby, for example. By focusing on skills such as adaptability and the 

importance of gaining practical skills relevant to changing work environments and work 

cultures,students will be able to interact more effectively with others from different cultural 

backgrounds due to a student’s ability to adapt and acknowledge differences.  



 

 

İNGİLİS DİLİNİN ÖYRƏNİLMƏSİNİN İNSAN KAPİTALININ 

FORMALAŞMASINA TƏSİRİ HAQQINDA 

 

A.E.DÜNYAMALIYEVA 

AZƏRBAYCAN Dövlət Pedaqoji Universiteti 



aysen.dunyamaliyeva.17@bk.ru 

AZƏRBAYCAN 

 

Biliklərin dinamik artdığı, ixtisasların elm_tutumluluq göstəricilərinin yüksəldiyi və əsa-



sən də insan kapitalının yaranmasının vacib olduğu müasir dövrdə müxtəlif sahələr üzrə ixti-

saslaşan mütəxəssilərin ingilis dilini dərindən mənimsəməsi vacib məsələdir.İlkin aparılan 

araşdırmalara görə də ötən əsrin 60-cı illərindən başlayaraq ümumi ingilis dilinin öyrədilməsi 

lazımı tələbləri ödəmədiyi üçün ingilis dilinin xüsusi məqsədlərlə öyrədilməsi anlayışı meyda-

na gəldiyi göstərilir. 

İlkin mənbəıər göstərir ki, müasir dövrdə nəşr olunmuş elmi ədəbiyyatların əksəriyyəti, 

internet resurslarının isə 80%-i ingilis dilindədir.Yəni elmi yeniliklərin əldə edilməsində ingilis 

dilinin əvəz edilməz rolu vardır. 

İngilis dilinin öyrənilməsinin insan kapitalının formalaşmasına aşağıdakı təsirlərini mü-

əyyən etmək olar: 

Müxtəlif sahələr üzrə tədqiqatçıların ilkin mənbələrdən sürətli və dəqiq şəkildə əldə edil-

məsini təmin edir; 

Müxtəlif sahələr üzrə mütəxəssislərin təcrübə mübadiləsinin intensivliyini təmin edir; 

Tədqiqatçıların əldə etdikləri elmi yeniliklərin dünya miqyasında sürətli yayılmasını tə-

min edir; 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1042


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Tədqiqat proseslərinin intensivləşdirilməsini təmin edir və s. 

Bu gün ingilis dilini öyrənmək bir sıra səbəblərə görə böyük əhəmiyyət kəsb edir.İngilis 

dili “Beynəlxalq ortaq dil” statusunu qazanmış dildir, yəni müxtəlif dillərdə danışan insanlar 

arasında ortaq ünsiyyət vasitəsidir.Ingilis dilini bilmək iş tapmaqda başlıca rol oynayır.Bu gün 

yerli və xarici şirkətlər ingilis dilini səlis bilən mütəxəssilərə üstünlük verir.İngilis dilini bil-

mək vaxta və xərclərə qənaət etmək deməkdir.Tərcüməçiyə müraciət etmədən informasiyanı 

alır, analiz edir, ötürür, bir sözlə, öz işimizi özümüz görürük. 

Ölkəmizdə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin 

təmin edilməsi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın da 

əsas hədəflərindəndir. Bu strategiya həm də Prezident İlham Əliyevin müəyyən etdiyi “insan 

kapitalı”nın formalaşdırılması strategiyası kimi də  dəyərləndirilir. Strategiyada qeyd edilən 

əsas istiqamətlərin reallaşdırılması, keyfiyyət meyarlarının sistemin əhəmiyyətli dayaq 

nöqtəsinə çevrilməsi Azərbaycanda müasirləşən təhsilin ən mühüm təşəbbüsləri sırasındadır.   

Müasir dövrdə formalaşdırılmış insan kapitalının keyfiyyəti və onun gələcəkdə gətirə-

cəyi gəlir arasında birbaşa asılılıq yaranmaqdadır. İnsan kapitalının keyfiyyəti həm də gələcək 

karyera baxımından da önəmli olduğundan, cəmiyyətin gələcək inkişafı, insan kapitalının for-

malaşdırılması və universitetlərin maraqları arasında uyğunluq yaratmaqla, universitet həm də 

“insan kapitalı”nın formalaşdırılması  vəzifəsinin birbaşa icraçılarından biri olur. Bu zaman 

ötürülə bilən dəyərin özü də həlledici amilə çevrilir. Beləliklə, universitetlərin əsas missiyası 

ölkənin rəqabət qabiliyyətini artıran insan kapitalının yaradılmasıdır.  

Aparılan tədqiqatların elmi-praktiki əhəmiyyəti araşdırmaların intensivləşdirilməsini 

stimullaşdırır.  

 

 



MÜXTƏLİF SİSTEMLİ DİLLƏRDƏ                         

FRAZEOLOGİZMLƏRİN  EKVİVALENTLİYİ 

( ingilis  və  Azərbaycan  dili  materialları  əsasında ) 



 

Rəşidə AĞAYEVA 

ADU 


aghayevarashida@gmail.com 

AZƏRBAYCAN 

 

  Linqvokulturoloji ümumiliyi, milli özünəməxsusluğu daha aydın göstərən frazeolo-



gıya dilin qədim qatlarına aid köhnəlmiş sözləri, arxaik forma və sintaktik konstruksi-yaları 

özündə qoruyub saxlayır. Frazeologizmlərin bu xüsusiyyəti onları “dil və mədəniy-yət“ , “ dil 

və  təfəkkür “ kimi məsələlər zəminində öyrənməyi zəruriləşdirir. Frazeoloji vahidin mənası 

konseptual strukturdur. Həmin konseptual struktura konsept yaradan semantik, praqmatik və 

kulturoloji səciyyəli  əlamətlər toplusu daxil olur. Frazeologizmlərdə milli özünəməxsusluq 

onların semantik xüsusiyyətlərində, məzmununda özünü göstərir. Ingilis dilindəki frazeolo-

gizmləri linqvokulturoloji xüsusiyyətlərə görə 1) xalqın adət - ənənələri ilə 2) realiyalarla 3) 

milli antroponimlərin iştirakı ilə 4) xalqın milli inancları ilə 5) tarixi ilə 6) folkloru ilə 7) 

mifologiya ilə 8)ədəbiyyatla 9) şeksprizmlər 10) bibleizmlərlə bağlı olan frazeologizmlər 

olmaqla on tipə ayırmaq olar. 

  Frazeologizmlər mikromətn olmaqla dil daşıyıcısı  tərəfindən onun mənasında 

gizlənən semantik məlumatların hamısını özündə cəmləşdirir. Həmin mənalar sətiraltı səciyyə 

daşıyırvə frazeologizmlərin formalaşmasında iştirak etmiş ekstralinqvistik amillər əsasında öz 

şərhini tapır.Ayrı – ayrı dillərin frazeoloji vahidləri arasında tam və qismən ekvivalentlik 

müşahidə edildiyi kimi frazeologizmlərin kommunikativ praqmatik, koqnitiv istiqamətlərdə 

tədqidi prosesindən aydın olur ki, bir çox hallarda onların digər dillərdə ekvivalentliyinin yox-



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin