Notariatın anlayışı, notarius şəhadətnaməsinin alınması, müddətinin uzadılması
və ləğv edilməsi, notariusun hüquq və vəzifələri
Azərbaycan Respublikasında son illər həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizdə sərbəst bazar
iqtisadiyyatı formalaşıb, regionların və sahibkarlığın inkişafında böyük nailiyyətlər əldə olunub. İqtisadi inkişafın
vüsət alması ilə əlaqədar mülki münasibətlərin dairəsi də genişlənib, mülki dövriyyə iştirakçılarının bağladıqları
əqdlərin sayı xeyli çoxalıb və əhəmiyyəti artıb. Bu müsbət amillər vətəndaşların hüquq və mənafelərinin daha etibarlı
müdafıə olunmasını və onlara göstərilən xidmətlərin keyfıyyətinin yüksəldilməsini, müxtəlif qurumların, о
cümlədən, notariat orqanlarının fəaliyyətinin təkmilləşdirilməsini və iqtisadiyyatda baş verən proseslərlə
uzlaşdırılmasını labüd edir. 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası ilə hər bir şəxsin
keyfıyyətli hüquqi yardım almasına təminat verilir (2). Notariat ixtisaslaşdırılmış hüquqi yardım göstərilməsi üzrə
fəaliyyətin mülki yurisdiksiya istiqamətinin mühüm formasıdır. Notariat cəmiyyətdə xüsusi mülkiyyətin müdafiəsini
və sahibkarlığın əsasmı təşkil edən əmlak hüquqlarının şübhəsizliyini, mülki dövriyyənin iştirakçılarının
hüquqlarının qorunmasını təmin edir. Notariuslar əqdləri bağlamazdan əvvəl bunun üçün lazım olan sənədləri əldə
edir, öyrənir və qanunvericiliyin tələblərinə uyğun müvafıq əqdlərin layihəsini hazırlayır. Bununla həmin sənədlərin
şübhəsizliyi (mübahisəsizliyi) təmin edilir, fıziki və hüquqi şəxslərin onlara inamı artır. Notariat institutu dedikdə,
qanunla müəyyən edilmiş notariat əməliyyatını aparmaq hüququna malik olan vəzifəli şəxslər və orqanların sistemi,
habelə notariat fəaliyyətini tənzimləyən normalardan ibarət qanunvericilik sahəsi, о cümlədən notariat icraatı və
iştirakçıların fəaliyyəti məsələlərinin öyrənilməsindən ibarət olan tədris kurslarının məcmusu başa düşülür (7, s.
327). Notariat institutunun unikallığı və zəruriliyi, habelə cəmiyyət üçün iqtisadi cəhətdən sərfəli olması ondan
ibarətdir ki, notariat hüququ qanunçuluq və hüquq qaydası əsasında hüquqi hərəkətlərin, dövlət tərəfındən hər hansı
xərc çəkilmədən mülki
[səh. 56-57]
dövriyyə iştirakçılarının öz hesabına həyata keçirilməsini təmin etməyə imkan
verir. Hüquq-mühafızə orqanının ayrılmaz tərkib hissəsi olan notariat, Azərbaycan Respublikası Konstitusiyasında
təsbit edilmiş vətəndaşların hüquq və qanuni mənafeyinin hüquqi müdafıəsinin etibarlı təminatçısıdır. Azərbaycan
Respublikasının ərazisində hal-hazırda 80 dövlət notariat kontoru və 79 xüsusi notariusun çalışdığı 63 notariat
kontoru fəaliyyət göstərir (15).
Notariat institutu, notariuslar tərəfındən insanlara obyektiv və qərəzsiz məsləhətlərin verilməsi, habelə
sənədlərin tərtib və təsdiq edilməsi yolu ilə, fiziki və hüquqi şəxslərin keyfıyyətli hüquqi yardım almasına, notariat
orqanlarının nüfuzunun, notariat fəalıyyətinin səmərəliliyinin, cəmiyyətdə qanunların aliliyinə inam hissinin
artırılmasına, habelə insan hüquq və azadlıqlarının təmin edildiyi hüquqi dövlətin möhkəmləndirilməsinə yardım
edir.
Azərbaycan Respublikasının «Notariat haqqında» Qanununun 1-ci maddəsində notariata verilmiş leqal
anlayışa əsasən, Azərbaycan Respublikasında notariat dedikdə, «Notariat haqqında» Qanunla nəzərdə tutulmuş
hüquqi hərəkətləri (bundan sonra notariat hərəkətləri) aparmağa müvəkkil edilmiş şəxslər birlikdə başa . düşülür (8).
Həmin maddəyə əsasən, Azərbaycan Respublikasında rəsmi və doğru sənədlərin tərtibi üçün hüquqların, hüquqi
əhəmiyyətli faktların təsdiqi və digər notariat hərəkətlərinin aparılması notariat fəaliyyətinə məxsusdur və belə
fəaliyyət yalnız «Notariat haqqında» Qanunla müəyyən edilmiş qaydada və nəzərdə tutulmuş şəxslər tərəfındən
həyata keçirib bilər.
Notariat fəaliyyətinin həyata keçirilməsi - notariat hərəkətlərinin aparılması zamanı Azərbaycan
Respublikasının Konstitusiyası, «Notariat haqqında» Qanun, Azərbaycan Respublikasının digər qanunları, habelə
«Notariat haqqında» Qanuna zidd olmayan müvafıq icra hakimiyyəti orqanlarının öz səlahiyyətləri daxilində qəbul
etdikləri normativ aktlar rəhbər tutulur.
Konstitusiya və qanunlarla yanaşı, notariat fəaliyyəti zamanı rəhbər tutulan normativ aktlar qismində
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ««Notariat kontorları və notariat hərəkətlərinin aparılması barədə
məlumatın əldə edilməsi üzrə inzibati reqlament»in təsdiq edilməsi haqqında» 28 sentyabr 2012-ci il tarixli, 20 saylı
Əmrinin (14), Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ««Azərbaycan Respublikasının diplomatik
nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın təsdiq edilməsi
barədə» 22 dekabr 2011-ci il tarixli 1 saylı Qərarının (1), AR Ədliyyə Nazirliyi tərəfındən 19 may 2006-cı il tarixdə
dövlət qeydiyyatına alınmış «Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlığın aparılması
haqqında» Təlimatın, AR Ədliyyə Nazirliyi tərəfindən 21 noyabr 2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış
«Notariat fəaliyyətinin yoxlanılması» Qaydalarının (9), AR Nazirlər Kabinetinin «Notariat hərəkətlərinin aparılması
qaydaları haqqında Təlimatın (4) təsdiq edilməsi barədə» 11 sentyabr 2000-ci il tarixli 167 saylı Qərarının (12), AR
Nazirlər Kabinetinin «Notariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq
edilən sənədlərdə təsdiq qeydlərinin formalarının təsdiq edilməsi haqqında» 23 avqust 2000-ci il tarixli 148 saylı
Qərarının (13) və ən əsası AR Prezidentinin ««Notariat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə» 18 yanvar 2000-ci il tarixli, 261 saylı Fərmanının (11) adlarım çəkmək olar.
Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 29 iyun 2007-ci il tarixdə
«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci maddəsinə, «Notariat haqqında» Azərbaycan Respublikası
Qanununun 15 və 18-1-ci maddələrinə dair» Qərar qəbul etmişdir ki, həmin qərar da notariat fəaliyyətində rəhbər
tutulur (3).
2. Notariat fəaliyyətini notariuslar (lat. notarus - yazı yazan, mirzə) həyata keçirir. «No-
[səh. 57-58]
tariat
haqqında» Qanunun 3-cü maddəsinə əsasən, notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olan şəxs notarius adlanır
(8).
Qanunun tələbinə görə, dövlət və ya xüsusi notarius kimi işləmək istəyən Azərbaycan Respublikasının hər bir
vətəndaşı:
— ali hüquq təhsilli olmalıdır;
— mənəvi keyfıyyətlərə malik olmalıdır;
— peşə biliklərinə malik olmalıdır.
Aşağıda göstərilən şəxslərin isə notarius olmasına yol verilmir:
— ikili vətəndaşlığı olan şəxslər;
— digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər;
— din xadimi;
— vəzifəsinin icrası ilə bağlı əvvəllər qanunvericiliyin tələblərini pozduğuna görə işdən azad edilmiş şəxslər;
— qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab
olunan şəxslər;
— əvvəllər cinayət törətmiş və buna görə məhkum olunmuş, barəsində notariat fəaliyyəti ilə məşğul olmasının
məhdudlaşdırılması və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş
məhkəmə qərarı çıxarılmış şəxslər;
— barəsində bəraətverici əsaslar olmadan cinayətin törədilməsi üzrə cinayət işinin xitam olunması haqqında
qanuni qüvvəyə minmiş istintaq orqanı və ya məhkəmənin qərarı olan şəxslər;
— tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə notarius işləməyə qadir olmayan şəxslər;
— 65 yaşına çatmış şəxslər.
Dövlət və ya xüsusi notarius kimi işləmək istəyən şəxs qanunla nəzərdə tutulmuş tələblərə cavab verirsə və
onun notarius işləməsinə yol verməyən hallar mövcud olmazsa, o, notariat fəaliyyəti ilə məşğul olmaq üçün
şəhadətnamə almalıdır.
Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, notariusa sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və
digər haqqı ödənilən işləri yerinə yetirmək qadağandır. Notarius işlədiyi dövrdə hər hansı siyasi partiyada öz
fəaliyyətini dayandırmalıdır. Dövlət notariusuna «Ədlıyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş məhdudiyyətlər də tətbiq edilir (5)
Bura aiddir: heç bir seçkili və digər ödənişli fəaliyyətlə məşğul olmamaq; “Korrupsiyaya qarşı mübarizə
haqqında” AR Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait
yaradan hüquqpozmalar törətmək (6); qanunvericiliklə müəyyən edilmiş hallardan başqa, dövlət orqanının və ya
yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmaq; işdən və ya pensiyaya çıxdıqdan sonra
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və
dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə
istifadə etmək; işlədiyi ədliyyə orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına xaricə getmək; tətillərdə
və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etmək; dini təbliğ etmək; dini təbliğ etmək üçün ədliyyə
işçisinin statusundan istifadə etmək və ədliyyə orqanlarının tabeliyindəki obyektlərdə digər mərasımlərin
keçirilməsinə rəsmi xarakter vermək. Sadalanan hərəkətləri etməyə notariusun ixtiyarı yoxdur və bu əməllərin
törədilməsi notarius üçün qanunla nəzərdə tutulmuş məsuliyyət yaradır.
Notarius, həmçinin, «Notariusun etik davranış Kodeksi»nin tələblərinə riayət etməlidir. «Notariusun etik
davranış Kodeksi» Azərbaycan Respublikası Ədliyyə Nazirinin 2006-cı il 29 aprel tarixli, 6-T nömrəli əmri ilə təsdiq
edilmişdir. Həmin Kodeks notariat fəaliyyəti ilə məşğul olan dövlət və xüsusi notariusların vəzifə öhdəliklərinin
icrası zamanı və xidmətdən kənar davranışının mənəvi-etik normalarını, habelə mədəni rəftar qaydalarını
tənzimləyir. O, Konstitusiyaya, «Notariat haqqında» Qanuna və «Avropa notariuslarının etika Kodeksi»nə əsasən
hazırlanmışdır və onun müəyyən etdiyi normalar dövlət və xüsusi notariuslar, habelə notarius vəzifəsini müvəqqəti
icra edən şəxslər üçün məcburidir.
Qanunun tələbinə görə, notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə
[səh. 58-59]
almaq istəyən şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ərizə ilə müraciət etməlidir. Ərizədə şəxsin
dövlət və ya xüsusi notarius kimi fəaliyyət göstərmək istəyi bildirilməlidir. Ədliyyə Nazirliyi vətəndaş müraciət
etdikdən sonra 1 (bir) ay müddətində onun «Notariat haqqında» Qanunun 3-cü maddəsi ilə müəyyən edilmiş
tələblərə uyğun olub-olmamasını araşdırmalı və nəticəsindən asılı olaraq toplanmış sənədləri ixtisas komissiyasına
təqdim etməlidir. Vətəndaşın müraciətinə baxılmasının nəticəsi barədə ona yazılı qaydada məlumat verilməlidir.
Şəhadətnamə almaq istəyən şəxslərin bilik səviyyəsi imtahan və müsahibə vasitəsilə yoxlanılır, bundan sonra onlar
Ədliyyə Nazirliyinin tədris-elm müəssisəsində icbari təlimə cəlb olunurlar. Ədliyyə Nazirliyinin notariat fəaliyyətinə
nəzarəti bilavasitə həyata keçirən qurumunda və notariat kontorlarında məsləhətçi və ondan yuxarı vəzifələrdə 2
ildən az olmayaraq işləyən şəxslər icbari təlimdən azad edilirlər. İcbari təlimdən azad edilmiş şəxslər şəhadətnamə
almaq üçün notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsahibədən keçməlidirlər. imtahanın və müsahibələrin
keçirilməsi qaydası Ədliyyə Nazirliyi tərəfındən müəyyən edilir.
Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə almaq istəyən şəxsin bilik səviyyəsinin
imtahan və müsahibə vasitəsi ilə yoxlanılması, notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsahibənin keçirilməsi,
şəhadətnamənin və təyinatlara dair təkliflərin verilməsi və ya şəhadətnamənin verilməsindən imtina edilməsi ilə bağlı
məsələlərin həll edilməsi üçün Ədliyyə Nazirliyi tərəfindən beş il müddətinə 7 nəfərdən ibarət tərkibdə İxtisas
Komissiyası yaradılır. Komissiyanın sədri komissiya üzvlərinin arasından seçilir. İxtisas Komissiyası daxil olan
sənədlərə baxır, şəxsin icbari təlimə buraxılması məsələsinin həll edilməsi üçün ondan imtahan qəbul edir, müsahibə
keçirir, icbari təlimdən azad edilmiş şəxslərin peşə hazırlığının yoxlanılması üzrə müsahibə keçirir və onun
nəticəsindən asılı olaraq, şəhadətnamənin və təyinatlara dair təkliflərin verilməsi və ya şəhadətnamənin
verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. İxtisas komissiyasının iclası onun üzvlərinin azı beşi iştirak
etdikdə səlahiyyətlidir. İxtisas Komissiyası öz qərarlarını səs çoxluğu ilə qəbul edir və bundan sonra üç gün
müddətində qərarın surətini şəxsə verir. Səslər bərabər olduqda komissiya sədrinin səsi həlledicidir. Şəxs
şəhadətnamənin verilməsindən imtina edilməsi barədə Komissiyanın qərarının surətini aldıqdan sonra 1 (bir) ay
müddətində qanunvericiliyin tətbiqinin düzgünlüyünə dair məhkəməyə şikayət verə bilər.
Haqqında mənfi qərar çıxarılmış şəxsin şəhadətnamə verilməsi barədə təkrar ərizəsi əsasında ondan yenidən
imtahan qəbul edilməsinə və müsahibə keçirilməsinə yalnız belə qərar çıxarıldıqdan 1 (bir) il sonra notarius
vakansiyası olduğu halda yol verilir.
İcbari təlimi müvəffəqiyyətlə bitirənlərə və ya peşə hazırlığına dair müsahibədən keçənlərə İxtisas
Komissiyası şəhadətnamənin verilməsi barədə qərar çıxardıqdan sonra vətəndaş ona şəhadətnamə verilməsinə görə
dövlət rüsumu ödəməlidir. Dövlət rüsumunun ödənilməsi haqqında sənəd təqdim edildikdən sonra 10 (on) gün
müddətində Ədliyyə Nazirliyi ona beş il müddətinə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə
verməlidir. Notariat fəaliyyətini davam etdirmək istəyən notarius şəhadətnamənin müddətinin qurtarmasına üç ay
qalmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ərizə ilə müraciət edir və bununla bağlı həmin orqan
tərəfındən onun fəaliyyəti qiymətləndirilir.
Fəaliyyəti müsbət qiymətləndirilmiş notariusun şəhadətnaməsinin müddəti daha beş ilə uzadılır. Notarius
şəhadətnaməsinin müddətinin uzadılmasına görə dövlət rüsumu ödəməlidir.
Notariusun şəhadətnaməsi 2 formada ləğv edib bilər:
I. Məhkəmənin qərarı ilə şəhadətnamə yalnız aşağıdakı hallarda ləğv edilə bilər:
1) notarius «Notariat haqqında» Qanunun aşağıdakı maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda:
— 3-cü maddəsinin üçüncü hissəsində (notarius işləməsinə yol verilməyən şəxslərin
[səh. 59-60]
dairəsinə
dair tələblər);
— 9-cu maddəsinin 3-cü bəndində (notarius öz vəzifələrini yerinə yetirərkən, «Notariat haqqında» Qanuna və
Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə
əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır);
— 28-ci maddəsinin birinci hissəsində (notarius və ya notariat hərəkətləri aparan digər vəzifəli şəxs tərəfindən
öz adına və öz adından, ərinin (arvadının), onun və özünün qohumlarının (valideynlərinin, uşaqlarının, nəvələrinin,
babalarının, nənələrinin, həmçinin qardaşlarının, bacılarının, əmilərinin (dayılarının), bibilərinin (xalalarının), onların
uşaqlarının) adına və bu şəxslərin adından, həmin notarius və ya notariat hərəkətləri aparan digər vəzifəli şəxs ilə bir
yerdə işləyənin adına və onun adından notariat hərəkətlərinin aparılması qadağandır);
— 30-cu maddəsində (Dövlət rüsumunun alınması haqqında qaydalar);
— 32-ci maddəsinin dördüncü hissəsində (Konkret cinayət işləri ilə əlaqədar notariat sənədlərinin
götürülməsindən əvvəl həmin orqanlar notariusu götürmə barədə qərarla tanış etməlidir. Notariat sənədlərinin
götürülməsi müvafıq protokolla rəsmiləşdirilir və onun surəti notariusa verilir);
— 33-cümaddəsində (notariat hərəkətlərinin aparıldığı yer haqqında qaydalar);
— 34-cü maddəsində (notariat hərəkətlərinin aparılma müddəti haqqında qaydalar);
— 40-cı maddəsində (notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında qaydalar);
2) notarius tərəfindən notariat hərəkətləri aparılan zamanı dövlətə, fiziki və ya hüquqi şəxsə mühüm ziyan
vurmaqla qüvvədə olan qanunvericilik dəfələrlə pozulduqda;
3) notarius Azərbaycan Respublikasının vətəndaşlığından çıxdıqda və ya Azərbaycan Respublikasından daimi
yaşayış üçün başqa ölkəyə köçüb getdikdə;
4) notarius cinayət törətməyə görə məhkum edildikdə və ya onun barəsində tibbi xarakterli məcburi tədbirlər
tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;
5) notarius barəsində bəraətverici əsaslar olmadan cinayət işinin xitam olunması haqqında qərar çıxarıldıqda;
6) notariusun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyəti olmayan şəxs hesab
olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda.
Yuxarıda sadalanan hallardan biri mövcud olarsa, Ədliyyə Nazirliyi şəhadətnamənin ləğv edilməsi barədə
təqdimatla məhkəməyə müraciət etməlidir. Məhkəmənin notariusun şəhadətnaməsinin ləğv edilməsi barədə qərarı
qanuni qüvvəyə mindikdən dərhal sonra Ədliyyə Nazirliyi notariusun fəaliyyətinə xitam verilməsi üçün lazımi
tədbirləri həyata keçirməlidir.
II. Aşağıdakı hallarda notariusun şəhadətnaməsi Ədliyyə Nazirliyi tərəfindən ləğv edib bilər:
1) notarius öz arzusu ilə şəhadətnaməsinin ləğv olunması barədə yazılı ərizə verdikdə;
2) şəhadətnamə almış şəxs notarius andını qəbul etmədikdə;
3) notarius vəfat etdikdə;
4) notarius məhkəmə tərəfindən ölmüş elan edildikdə və у a itkin düşmüş hesab edildikdə;
5) şəhadətnamənin müddəti uzadılmadıqda;
6) notarius əmək qabiliyyətini fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirdikdə (AR Əmək və Əhalinin
Sosial Müdafıəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyalarının rəyi olduqda);
7) notariusun şəhadətnamə almaq üçün təqdim etdiyi sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların
qeyd edildiyi aşkar olunduqda;
8) notarius 65 yaşa çatdıqda.
3. Notariuslar notariat fəaliyyətini həyata keçirərkən aşağıdakı hüquqlardan istifadə edirlər:
— «Notariat haqqında» Qanunda nəzərdə tutulan hərəkətləri aparmaq;
— əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib etmək;
[səh. 60-61]
— sənədlərin surətlərini və onlardan çıxarışları hazırlamaq;
— notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər vermək;
— fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədləri və məlumatları tələb etmək.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə notariusa digər hüquqlar da verilə bilər.
Notarius notariat fəaliyyətini həyata keçirərkən aşağıdakı vəzifələri yerinə yetirməlidir:
— fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməlidir;
— fiziki və hüquqi şəxslərin aparılan notariat hərəkətləri ilə bağlı hüquqlarının həyata keçirilməsi və qanuni
mənafelərinin qorunması üçün onlara köməklik göstərməlidir;
— hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması
nəticələri barədə onlara xəbərdarlıq etməlidir;
— «Notariat haqqında» Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməlidir;
— peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır.
Azərbaycan Respublikasında hər bir notariusun ona məxsus gerbli möhürü, təsdiq qeydləri ştamplan, işlədiyi
notariat kontorunun künc ştampı və blankları olmalıdır. Notariusun möhüründə notariusun soyadı, adı, atasının adı və
işlədiyi notariat kontorunun adı göstərilməlidir.
Xüsusi notarius şəhadətnamə aldıqdan sonra fəaliyyətə başlamazdan əvvəl Azərbaycan Respublikasının
müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aşağıdakı məzmunda and içir: «Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına dönmədən əməl edəcəyimə, dövlət tərəfindən mənə verilən
hüquqları və üzərimə qoyulan vəzifələri vicdanla, qanunauyğun və insanların mənafeyi naminə, qərəzsiz həyata
keçirəcəyimə, notariat sirrini qoruyacağıma and içirəm». And içmə bir dəfə olur. Andın xüsusi notarius tərəfindən
imzalanmış mətni onun şəxsi işində saxlanılır.
Notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa,
o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır.
Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir.
Dostları ilə paylaş: |