3) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq notariusa bərabər tutulan şəxslər.
Azərbaycan Respublikasının mülki qanunvericiliyi a) etibarnamələrin və b) vəsiyyətnamələrin təsdiq edilməsi ilə
əlaqədar olaraq, bəzi vəzifəli şəxsləri notariusa bərabər tutur. AR Mülki Məcəlləsinin 362-ci maddəsində nəzərdə
tutulan şəxslər etibarnamələri, 1181-ci maddəsində nəzərdə tutulan şəxslər isə vəsiyyətnamələri təsdiq edirlər.
AR Mülki Məcəlləsinin 362.3-cü maddəsinə görə, aşağıdakılar notariat qaydasında təsdiqlənən etibarnamələrə
bərabər tutulur:
— hospitallarda, sanatoriyalarda və digər hərbi-müalicə müəssisələrində müalicədə olan hərbi qulluqçuların və
başqa şəxslərin həmin müəssisənin rəisi, onun tibbi hissə üzrə müavini,
[səh. 63-64]
böyük və ya növbətçi həkim
tərəfindən təsdiqlənmiş etibarnamələri;
— hərbi qulluqçuların etibarnamələri, hərbi hissələrin, birləşmələrin, idarələrin və hərbi təlim məktəblərinin
yerləşdiyi, lakin notariat kontorlarının və notariat əməliyyatları aparan digər orqanların olmadığı məntəqələrdə isə
həmçinin fəhlə və qulluqçuların, onların ailə üzvlərinin və hərbi qulluqçuların ailə üzvlərinin bu hissənin,
birləşmənin, idarənin və ya məktəbin komandiri (rəisi) tərəfindən təsdiqlənmiş etibarnamələri;
— azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin müvafıq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən
təsdiqlənmiş etibarnamələri;
— əhalinin sosial müdafıəsi müəssisələrində olan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərin
həmin müəssisənin müdiriyyəti və ya müvafıq əhalinin sosial müdafıəsi orqanının rəhbəri (onun müavini) tərəfindən
təsdiqlənmiş etibarnamələri.
AR Mülki Məcəlləsinin 1181-ci maddəsinə əsasən isə vəsiyyətnamə təsdiqlənərsə aşağıdakılar notariusa
bərabər tutulurlar:
— xəstəxananın, hospitalın, digər müalicə müəssisəsinin, sanatoriyanın baş həkimi, rəisi, onların tibbi hissə
üzrə müavinləri və növbətçi həkimi və ya əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, qocalar evinin baş həkimi,
xüsusi təhsil müəssisəsinin rəhbəri - əgər vəsiyyət edən bu müəssisədə müalicə edilirsə və ya yaşayırsa;
— axtarış, coğrafi və digər bu cür ekspedisiyaların rəisi - əgər vəsiyyət edən belə ekspedisiyadadırsa;
— dəniz və ya hava gəmisinin kapitanı - əgər vəsıyyət edən dəniz və ya hava gəmisindədirsə;
— hərbi hissənin, birləşmənin, müəssisənin və məktəbin komandiri (rəisi) - əgər hərbi hissənin yerləşdiyi
məntəqədə notarius yoxdursa və əgər vəsiyyət edən hərbi hissədə hərbi qulluqçudursa və ya həmin hissədə qulluq
edən mülki şəxs, yaxud onun ailə üzvüdürsə;
— azadlıqdan məhrumetmə yerinin rəisi - əgər vəsiyyət edən azadlıqdan məhrumetmə yerindədirsə.
4) Azərbaycan Respublikasının konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri.
Xarici İşlər Nazirliyi tərəfindən 22 dekabr 2011-ci il tarixdə təsdiq edilmiş «Azərbaycan Respublikasının
diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 3-cü
maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında notariat hərəkətləri
səlahiyyətli vəzifəli şəxslər - konsullar tərəfindən aparılır.
Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri aşağıdakı notariat hərəkətlərini
aparırlar:
1) Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və həmin
əmlakın girov qoyulması barədə müqavilələr istisna olmaqla, əqdləri və etibarnamələri təsdiq edirlər;
2) miras əmlakın mühafızəsi üçün tədbirlər görürlər;
3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verirlər;
4) ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verirlər;
5) sənədlərdən surət və çıxarışların düzgünlüyünü təsdiq edirlər;
6) sənədlərdəki imzanın həqiqiliyini təsdiq edirlər;
7) sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edirlər;
8) şəxsin sağ olması faktını təsdiq edirlər;
9) şəxsin müəyyən yerdə olması faktını təsdiq edirlər;
10) şəxsin fotoşəkildəki şəxslə eyniliyini təsdiq edirlər;
11) sənədlərin təqdim olunduğu vaxtı təsdiq edirlər;
12) öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və
[səh. 64-65
]
vəsiyyətnamələri depozitə qəbul edir;
13) icra qeydləri aparırlar;
14) sənədləri saxlanmaq üçün qəbul edirlər;
15) dəniz protestləri tərtib edirlər;
16) sübutları təmin edirlər.
Azərbaycan Respublikasının qanunvericiliyi Ilə Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli
şəxslərinə digər notariat hərəkətlərinin aparılması da həvalə edib bilər.
Dövlət notariat kontorlarını Azərbaycan Respublikasının ərazisində AR Ədliyyə Nazirliyi, Naxçivan MR
ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi yaradır və ləğv edir. Böyük dövlət notariusu, dövlət notariusu, məsləhətçi
və lazımi texniki işçi ştatlarından istifadə etməklə dövlət notariat kontorlarının ştat cədvəlini və iş qaydasını da
müvafıq olaraq, AR və NMR ədliyyə nazirlikləri müəyyən edir. Dövlət notariat kontorunun fəaliyyətinə rəhbərliyi
böyük dövlət notariusu (dövlət notariusu), nəzarəti isə müvafiq olaraq, AR və NMR ədliyyə nazirlikləri həyata
keçirirlər. Dövlət notariat kontorları, dövlət notariusları tərəfindən notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə
görə alınan və dövlət notariat kontorlarının və dövlət notariat arxivinin saxlanılması üçün müvafiq olaraq, AR və
NMR ədliyyə nazirliklərinin xüsusi hesabına daxil olan haqq, habelə Azərbaycan Respublikasının dövlət büdcəsi
hesabına maliyyələşdirilir.
Dövlət notariat arxivi hüquqi şəxsdir. O, AR Ədliyyə Nazirliyinin (NMR-də NMR Ədliyyə Nazirliyi) yanında
75 ilə qədər notariat sənədlərinin saxlanması üçün fəaliyyət göstərir. Ədliyyə Nazirliyi (NMR-də NMR Ədliyyə
Nazirliyi) dövlət notariat arxivinin ştat sayını müəyyən edir və dövlət notariat arxivinin işinin təşkilinə və
səlahiyyətinə dair əsasnaməni təsdiq edir. Onun fəaliyyətinə rəhbərliyi Ədliyyə Nazirliyinin (NMR-də NMR Ədliyyə
Nazirliyi) tərəfındən təyin və azad edilən müdir həyata keçirir. Dövlət notariat arxivinin müdiri və ya onu əvəz edən
vəzifəli şəxs bu arxivdə saxlanılan sənədlərdən dublikatlar verir, onlardan surət və çıxarışların düzgünlüyünü təsdiq
edir. Dövlət notariat arxivinin öz adı və Azərbaycan Respublikasının Dövlət gerbi əks olunmuş möhürü olur. Dövlət
notariat arxivi dövlət notariusları tərəfındən notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə alınan və dövlət
notariat kontorlarının və dövlət notariat arxivinin saxlanılması üçün AR Ədliyyə Nazirliyinin (NMR-də NMR
Ədliyyə Nazirliyi) xüsusi hesabına daxil olan haqq, habelə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına
maliyyələşdirilir.
Xüsusi qaydada notariat fəaliyyətinin həyata keçirilməsi zamanı vurula biləcək ziyanın ödənilməsini təmin
etmək məqsədi ilə belə fəaliyyətlə məşğul olmaq istəyən vətəndaş öz məsuliyyətini sığortalamalı və ya 330 (üç yüz
otuz) manatdan az olmamaq şərti ilə bankda xüsusi hesaba sığorta girovu keçirməlidir. Xüsusi notariusların
müştərilər qarşısındakı məsulıyyətinə zəmanət vermək məqsədi ilə zəmanət kassası yaradılır. Zəmanət kassası xüsusi
bank hesabından ibarətdir. Bu hesabın vəsaiti hər bir xüsusi notariusun həmin hesaba aybaay keçirdiyi aylıq gəlirinin
5 (beş) faizini təşkil edir.
Hər hansı xüsusi notarius tərəfindən ziyan qəsdən vurulmamış olduqda və vurulmuş ziyanın ödənilməsi üçün
sığorta girovundakı vəsait kifayət etmədikdə məhkəmə qərarına əsasən zəmanət kassasının vəsaitindən istifadə edilir.
Xüsusi qaydada notariat fəaliyyətinin həyata keçirilməsi üçün müvafıq şəhadətnamə almış və xidməti sığorta
müqaviləsini bağlamış (bank idarəsinə xüsusi hesaba sığorta girovu keçirmiş) vətəndaş AR Ədliyyə Nazirliyində
(NMR-də NMR Ədliyyə Nazirliyində) qeydiyyatdan keçərək xüsusi notariusun qeydiyyat vəsiqəsini almalıdır.
AR Ədliyyə Nazirliyi (NMR-də NMR Ədliyyə Nazirliyi) xüsusi notariusun qeydiyyat vəsiqəsini
şəhadətnaməyə malik olan
[səh. 65-66]
vətəndaşdan müvafiq ərizəni, xüsusi notarius kimi fəaliyyət göstərəcəyi AR
Ədliyyə Nazirliyi ilə razılaşdırılmış yer barədə sənədi və xidməti sığorta müqaviləsinin (sığorta girovu haqqında
sənədin) surətini qəbul etdikdən sonra 10 gün müddətində verməlidir. Xüsusi notariusun qeydiyyat vəsiqəsində onun
fəaliyyət göstərdiyi inzibati ərazi, iş yerinin ünvanı və etibarlılıq müddəti göstərilməlidir. AR Ədliyyə Nazirliyi
tərəfindən notariusun fəaliyyət göstərdiyi ərazi dairəsində dəyişiklik edilə bilər. AR Ədliyyə Nazirliyi vətəndaşa
xüsusi notariusun qeydiyyat vəsiqəsinin verilməsindən dərhal sonra onun iş yeri üzrə müvafıq icra hakimiyyəti
orqanına bu barədə müvafıq məlumat verməlidir.
Xüsusi notarius qeydiyyat vəsiqəsini aldıqdan sonra altı ay ərzində üzrlü səbəb olmadan və AR Ədliyyə
Nazirliyi (NMR-də NMR Ədliyyə Nazirliyi) tərəfindən ona yazılı surətdə edilmiş rəsmi xəbərdarlığı nəzərə almadan
göstərilmiş iş yeri üzrə notariat fəaliyyətinin həyata keçirməsinə başlamazsa, onun qeydiyyat vəsiqəsi AR Ədliyyə
Nazirliyi tərəfindən etibarsız elan olunmalıdır. Qeydiyyat vəsiqəsinin əsassız olaraq etibarsız elan olunmasından bu
barədə qərar çıxarıldıqdan sonra inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
Xüsusi notarius öz fəaliyyətini notariat hərəkətlərinin aparılması üçün münasib olan, özünə məxsus və ya
icarəyə götürülmüş və AR Ədliyyə Nazirliyi ilə razılaşdırılmış ayrıca yerdə həyata keçirməlidir. Xüsusi notarius
mülki-hüquqi müqavilələr və əmək müqavilələri (kontraktlar) bağlaya bilər, banklarda hesablaşma və digər hesablar,
о cümlədən valyuta hesabı aça bilər. Xüsusi notarius AR Ədliyyə Nazirliyi tərəfindən notariat hərəkətlərinin
aparılması üçün tətbiq edilən blanklardan istifadə etməlidir. Xüsusi notariusun iş rejimi, xüsusi notariat kontorunun
ştat cədvəli və xüsusi notarius tərəfindən işə qəbul olunan namizədlər AR Ədliyyə Nazirliyi ilə razılaşdırılır. Notariat
fəaliyyətinin əsas məqsədi mənfəət əldə etməyə yönəlmir. Vergilər və digər məcburi ödəmələr ödənildikdən sonra
notariat hərəkətlərinin aparılmasına görə tutulan haqdan və «Notariat haqqında» Qanunun 20-ci maddəsinin
dördüncü hissəsində nəzərdə tutulmuş xidmətlərə görə alınan haqdan qalan pul vəsaitləri xüsusi notariusun
sərəncamında qalır.
Xüsusi notarius «Notariat haqqında» Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərmı, yəni
dövlət notariusu tərəfindən aparılan notariat hərəkətləri aparır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə xüsusi
notariusa başqa notariat hərəkətlərinin aparılması da həvalə edib bilər. Notariat hərəkətlərinin aparılması zamanı
qanunvericiliyin tələblərinin pozulmasına görə AR Ədliyyə Nazirliyi tərəfindən xüsusi notariusa yazılı və ya şifahi
xəbərdarlıq edib bilər. AR Ədliyyə Nazirliyi tərəfindən aşağıda göstərilən hallarda qeydiyyat vəsiqəsi ləğv edilməklə
xüsusi notariusun fəaliyyətinə xitam verilir:
— xüsusi notarius öz fəaliyyətinə xitam vermək barədə yazılı ərizə verdikdə;
— xüsusi notariusun şəhadətnaməsi ləğv olunduqda;
— xüsusi notariusun şəhadətnaməsinin müddəti başa çatdıqda;
— xüsusi notariusun qeydiyyat vəsiqəsi etibarsız elan olunduqda.
AR Ədliyyə Nazirliyi tərəfindən xüsusi notariusun şəhadətnaməsi və qeydiyyat vəsiqəsi ləğv edildikdə onun
fəaliyyətinə xitam verilir. Fəaliyyətinə xitam verilmiş xüsusi notariusun işlədiyi notariat kontoru AR Ədliyyə
Nazirliyi tərəfındən ləğv edilə bilər. Notariat kontoru ləğv edildiyi halda, xüsusi notarius işləmiş şəxs aparılmış
notariat hərəkətləri barədə sənədləri bir aydan gec olmayaraq dövlət notariat arxivinə təhvil verməlidir.
[səh. 66-67]
Dostları ilə paylaş: |