“Qanun”. 2014.№12(242). S. 56-67. Azərbaycan respublikasinda notariAT


)  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  uyğun  olaraq  notariusa  bərabər  tutulan  şəxslər



Yüklə 289,96 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix28.03.2022
ölçüsü289,96 Kb.
#54316
1   2   3   4   5   6   7   8
jrn2014 645

3)  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  uyğun  olaraq  notariusa  bərabər  tutulan  şəxslər. 

Azərbaycan  Respublikasının  mülki  qanunvericiliyi  a)  etibarnamələrin  və  b)  vəsiyyətnamələrin  təsdiq  edilməsi  ilə 

əlaqədar  olaraq,  bəzi  vəzifəli  şəxsləri  notariusa  bərabər  tutur.  AR  Mülki  Məcəlləsinin  362-ci  maddəsində  nəzərdə 

tutulan şəxslər etibarnamələri, 1181-ci maddəsində nəzərdə tutulan şəxslər isə vəsiyyətnamələri təsdiq edirlər. 

AR Mülki Məcəlləsinin 362.3-cü maddəsinə görə, aşağıdakılar notariat qaydasında təsdiqlənən etibarnamələrə 

bərabər tutulur: 

— hospitallarda, sanatoriyalarda və digər hərbi-müalicə müəssisələrində müalicədə olan hərbi qulluqçuların və 

başqa şəxslərin həmin  müəssisənin rəisi, onun tibbi hissə üzrə müavini, 

[səh.  63-64]

  böyük  və  ya  növbətçi  həkim 

tərəfindən təsdiqlənmiş etibarnamələri; 

— hərbi qulluqçuların etibarnamələri, hərbi hissələrin, birləşmələrin, idarələrin və hərbi təlim məktəblərinin 

yerləşdiyi,  lakin  notariat  kontorlarının  və  notariat  əməliyyatları  aparan  digər  orqanların  olmadığı  məntəqələrdə  isə 

həmçinin  fəhlə  və  qulluqçuların,  onların  ailə  üzvlərinin  və  hərbi  qulluqçuların  ailə  üzvlərinin  bu  hissənin, 

birləşmənin, idarənin və ya məktəbin komandiri (rəisi) tərəfindən təsdiqlənmiş etibarnamələri; 

— azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin müvafıq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən 

təsdiqlənmiş etibarnamələri; 

— əhalinin sosial müdafıəsi müəssisələrində olan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərin 

həmin müəssisənin müdiriyyəti və ya müvafıq əhalinin sosial müdafıəsi orqanının rəhbəri (onun müavini) tərəfindən 

təsdiqlənmiş etibarnamələri. 

AR  Mülki  Məcəlləsinin  1181-ci  maddəsinə  əsasən  isə  vəsiyyətnamə  təsdiqlənərsə  aşağıdakılar  notariusa 

bərabər tutulurlar: 

— xəstəxananın, hospitalın, digər müalicə müəssisəsinin, sanatoriyanın baş həkimi, rəisi, onların tibbi hissə 

üzrə müavinləri və növbətçi həkimi və  ya əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, qocalar evinin baş həkimi, 

xüsusi təhsil müəssisəsinin rəhbəri - əgər vəsiyyət edən bu müəssisədə müalicə edilirsə və ya yaşayırsa; 

— axtarış, coğrafi və digər bu cür ekspedisiyaların rəisi - əgər vəsiyyət edən belə ekspedisiyadadırsa; 

— dəniz və ya hava gəmisinin kapitanı - əgər vəsıyyət edən dəniz və ya hava gəmisindədirsə

—  hərbi  hissənin,  birləşmənin,  müəssisənin  və  məktəbin  komandiri  (rəisi)  -  əgər  hərbi  hissənin  yerləşdiyi 

məntəqədə  notarius  yoxdursa  və  əgər  vəsiyyət  edən  hərbi  hissədə  hərbi  qulluqçudursa  və  ya  həmin  hissədə  qulluq 

edən mülki şəxs, yaxud onun ailə üzvüdürsə

— azadlıqdan məhrumetmə yerinin rəisi - əgər vəsiyyət edən azadlıqdan məhrumetmə yerindədirsə. 

4) Azərbaycan Respublikasının konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri. 

Xarici  İşlər  Nazirliyi  tərəfindən  22  dekabr  2011-ci  il  tarixdə  təsdiq  edilmiş  «Azərbaycan  Respublikasının 

diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 3-cü 

maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında notariat hərəkətləri 

səlahiyyətli vəzifəli şəxslər - konsullar tərəfindən aparılır. 

Azərbaycan  Respublikası  konsulluqlarının  səlahiyyətli  vəzifəli  şəxsləri  aşağıdakı  notariat  hərəkətlərini 

aparırlar: 

1)  Azərbaycan  Respublikasının  ərazisində  yerləşən  daşınmaz  əmlakın  özgəninkiləşdirilməsi  və  həmin 

əmlakın girov qoyulması barədə müqavilələr istisna olmaqla, əqdləri və etibarnamələri təsdiq edirlər; 

2)  miras əmlakın mühafızəsi üçün tədbirlər görürlər; 

3)  vərəsəlik hüququ haqqında şəhadətnamələr verirlər

4)  ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verirlər; 

5)  sənədlərdən surət və çıxarışların düzgünlüyünü təsdiq edirlər; 




6)  sənədlərdəki imzanın həqiqiliyini təsdiq edirlər

7)  sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edirlər; 

8)  şəxsin sağ olması faktını təsdiq edirlər; 

9)  şəxsin müəyyən yerdə olması faktını təsdiq edirlər; 

10) şəxsin fotoşəkildəki şəxslə eyniliyini təsdiq edirlər; 

11)  sənədlərin təqdim olunduğu vaxtı təsdiq edirlər; 

12) öhdəliyin  icra  predmetini  saxlamağa,  pul  məbləğlərini,  qiymətli  kağızları  və 

[səh.  64-65

vəsiyyətnamələri depozitə qəbul edir; 



13) icra qeydləri aparırlar; 

14) sənədləri saxlanmaq üçün qəbul edirlər

15) dəniz protestləri tərtib edirlər; 

16) sübutları təmin edirlər. 

Azərbaycan Respublikasının qanunvericiliyi Ilə Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli 

şəxslərinə digər notariat hərəkətlərinin aparılması da həvalə edib bilər. 

Dövlət  notariat  kontorlarını  Azərbaycan  Respublikasının  ərazisində  AR  Ədliyyə  Nazirliyi,  Naxçivan  MR 

ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi yaradır və ləğv edir. Böyük dövlət notariusu, dövlət notariusu, məsləhətçi 

və  lazımi  texniki  işçi  ştatlarından  istifadə  etməklə  dövlət  notariat  kontorlarının  ştat  cədvəlini  və  iş  qaydasını  da 

müvafıq olaraq, AR və NMR ədliyyə nazirlikləri müəyyən edir. Dövlət notariat kontorunun fəaliyyətinə rəhbərliyi 

böyük  dövlət  notariusu  (dövlət  notariusu),  nəzarəti  isə  müvafiq  olaraq,  AR  və  NMR  ədliyyə  nazirlikləri  həyata 

keçirirlər. Dövlət notariat kontorları, dövlət notariusları tərəfindən notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə 

görə  alınan  və  dövlət  notariat  kontorlarının  və  dövlət  notariat  arxivinin  saxlanılması  üçün  müvafiq  olaraq,  AR  və 

NMR  ədliyyə  nazirliklərinin  xüsusi  hesabına  daxil  olan  haqq,  habelə  Azərbaycan  Respublikasının  dövlət  büdcəsi 

hesabına maliyyələşdirilir. 

Dövlət notariat arxivi hüquqi şəxsdir. O, AR Ədliyyə Nazirliyinin (NMR-də NMR Ədliyyə Nazirliyi) yanında 

75  ilə  qədər  notariat  sənədlərinin  saxlanması  üçün  fəaliyyət  göstərir.  Ədliyyə  Nazirliyi  (NMR-də  NMR  Ədliyyə 

Nazirliyi)  dövlət  notariat  arxivinin  ştat  sayını  müəyyən  edir  və  dövlət  notariat  arxivinin  işinin  təşkilinə  və 

səlahiyyətinə dair əsasnaməni təsdiq edir. Onun fəaliyyətinə rəhbərliyi Ədliyyə Nazirliyinin (NMR-də NMR Ədliyyə 

Nazirliyi) tərəfındən təyin və azad edilən müdir həyata keçirir. Dövlət notariat arxivinin müdiri və ya onu əvəz edən 

vəzifəli şəxs bu arxivdə saxlanılan sənədlərdən dublikatlar verir, onlardan surət və çıxarışların düzgünlüyünü təsdiq 

edir. Dövlət notariat arxivinin öz adı və Azərbaycan Respublikasının Dövlət gerbi əks olunmuş möhürü olur. Dövlət 

notariat arxivi dövlət notariusları tərəfındən notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə alınan və dövlət 

notariat  kontorlarının  və  dövlət  notariat  arxivinin  saxlanılması  üçün  AR  Ədliyyə  Nazirliyinin  (NMR-də  NMR 

Ədliyyə  Nazirliyi)  xüsusi  hesabına  daxil  olan  haqq,  habelə  Azərbaycan  Respublikasının  dövlət  büdcəsi  hesabına 

maliyyələşdirilir. 

Xüsusi  qaydada  notariat  fəaliyyətinin  həyata  keçirilməsi  zamanı  vurula  biləcək  ziyanın  ödənilməsini  təmin 

etmək məqsədi ilə belə fəaliyyətlə məşğul olmaq istəyən vətəndaş öz məsuliyyətini sığortalamalı və ya 330 (üç yüz 

otuz)  manatdan  az  olmamaq  şərti  ilə  bankda  xüsusi  hesaba  sığorta  girovu  keçirməlidir.  Xüsusi  notariusların 

müştərilər qarşısındakı məsulıyyətinə zəmanət vermək məqsədi ilə zəmanət kassası yaradılır. Zəmanət kassası xüsusi 

bank hesabından ibarətdir. Bu hesabın vəsaiti hər bir xüsusi notariusun həmin hesaba aybaay keçirdiyi aylıq gəlirinin 

5 (beş) faizini təşkil edir. 

Hər hansı xüsusi notarius tərəfindən ziyan qəsdən vurulmamış olduqda və vurulmuş ziyanın ödənilməsi üçün 

sığorta girovundakı vəsait kifayət etmədikdə məhkəmə qərarına əsasən zəmanət kassasının vəsaitindən istifadə edilir. 

Xüsusi qaydada notariat fəaliyyətinin həyata keçirilməsi üçün müvafıq şəhadətnamə almış və xidməti sığorta 

müqaviləsini  bağlamış  (bank  idarəsinə  xüsusi  hesaba  sığorta  girovu  keçirmiş)  vətəndaş  AR  Ədliyyə  Nazirliyində 

(NMR-də NMR Ədliyyə Nazirliyində) qeydiyyatdan keçərək xüsusi notariusun qeydiyyat vəsiqəsini almalıdır. 

AR  Ədliyyə  Nazirliyi  (NMR-də  NMR  Ədliyyə  Nazirliyi)  xüsusi  notariusun  qeydiyyat  vəsiqəsini 

şəhadətnaməyə malik olan 

[səh. 65-66] 

vətəndaşdan müvafiq ərizəni, xüsusi notarius kimi fəaliyyət göstərəcəyi AR 

Ədliyyə  Nazirliyi  ilə  razılaşdırılmış  yer  barədə  sənədi  və  xidməti  sığorta  müqaviləsinin  (sığorta  girovu  haqqında 

sənədin) surətini qəbul etdikdən sonra 10 gün müddətində verməlidir. Xüsusi notariusun qeydiyyat vəsiqəsində onun 

fəaliyyət  göstərdiyi  inzibati  ərazi,  iş  yerinin  ünvanı  və  etibarlılıq  müddəti  göstərilməlidir.  AR  Ədliyyə  Nazirliyi 

tərəfindən  notariusun  fəaliyyət  göstərdiyi  ərazi  dairəsində  dəyişiklik  edilə  bilər.  AR  Ədliyyə  Nazirliyi  vətəndaşa 



xüsusi  notariusun  qeydiyyat  vəsiqəsinin  verilməsindən  dərhal  sonra  onun  iş  yeri  üzrə  müvafıq  icra  hakimiyyəti 

orqanına bu barədə müvafıq məlumat verməlidir. 

Xüsusi  notarius  qeydiyyat  vəsiqəsini  aldıqdan  sonra  altı  ay  ərzində  üzrlü  səbəb  olmadan  və  AR  Ədliyyə 

Nazirliyi (NMR-də NMR Ədliyyə Nazirliyi) tərəfindən ona yazılı surətdə edilmiş rəsmi xəbərdarlığı nəzərə almadan 

göstərilmiş iş yeri üzrə notariat fəaliyyətinin həyata keçirməsinə başlamazsa, onun qeydiyyat vəsiqəsi AR Ədliyyə 

Nazirliyi tərəfindən etibarsız elan olunmalıdır. Qeydiyyat vəsiqəsinin əsassız olaraq etibarsız elan olunmasından bu 

barədə qərar çıxarıldıqdan sonra inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. 

Xüsusi  notarius  öz  fəaliyyətini  notariat  hərəkətlərinin  aparılması  üçün  münasib  olan,  özünə  məxsus  və  ya 

icarəyə  götürülmüş  və  AR  Ədliyyə  Nazirliyi  ilə  razılaşdırılmış  ayrıca  yerdə  həyata  keçirməlidir.  Xüsusi  notarius 

mülki-hüquqi müqavilələr və əmək müqavilələri (kontraktlar) bağlaya bilər, banklarda hesablaşma və digər hesablar, 

о  cümlədən  valyuta  hesabı  aça  bilər.  Xüsusi  notarius  AR  Ədliyyə  Nazirliyi  tərəfindən  notariat  hərəkətlərinin 

aparılması üçün tətbiq edilən blanklardan istifadə etməlidir. Xüsusi notariusun iş rejimi, xüsusi notariat kontorunun 

ştat cədvəli və xüsusi notarius tərəfindən işə qəbul olunan namizədlər AR Ədliyyə Nazirliyi ilə razılaşdırılır. Notariat 

fəaliyyətinin  əsas  məqsədi  mənfəət  əldə  etməyə  yönəlmir.  Vergilər  və  digər  məcburi  ödəmələr  ödənildikdən  sonra 

notariat  hərəkətlərinin  aparılmasına  görə  tutulan  haqdan  və  «Notariat  haqqında»  Qanunun  20-ci  maddəsinin 

dördüncü  hissəsində  nəzərdə  tutulmuş  xidmətlərə  görə  alınan  haqdan  qalan  pul  vəsaitləri  xüsusi  notariusun 

sərəncamında qalır. 

Xüsusi notarius «Notariat haqqında» Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərmı, yəni 

dövlət notariusu tərəfindən aparılan notariat hərəkətləri aparır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə xüsusi 

notariusa  başqa  notariat  hərəkətlərinin  aparılması  da  həvalə  edib  bilər.  Notariat  hərəkətlərinin  aparılması  zamanı 

qanunvericiliyin tələblərinin pozulmasına görə AR Ədliyyə Nazirliyi tərəfindən xüsusi notariusa yazılı və ya şifahi 

xəbərdarlıq edib bilər. AR Ədliyyə Nazirliyi tərəfindən aşağıda göstərilən hallarda qeydiyyat vəsiqəsi ləğv edilməklə 

xüsusi notariusun fəaliyyətinə xitam verilir: 

— xüsusi notarius öz fəaliyyətinə xitam vermək barədə yazılı ərizə verdikdə; 

— xüsusi notariusun şəhadətnaməsi ləğv olunduqda; 

— xüsusi notariusun şəhadətnaməsinin müddəti başa çatdıqda; 

— xüsusi notariusun qeydiyyat vəsiqəsi etibarsız elan olunduqda. 

AR Ədliyyə Nazirliyi tərəfindən xüsusi notariusun şəhadətnaməsi və qeydiyyat vəsiqəsi ləğv edildikdə onun 

fəaliyyətinə  xitam  verilir.  Fəaliyyətinə  xitam  verilmiş  xüsusi  notariusun  işlədiyi  notariat  kontoru  AR  Ədliyyə 

Nazirliyi  tərəfındən  ləğv  edilə  bilər.  Notariat  kontoru  ləğv  edildiyi  halda,  xüsusi  notarius  işləmiş  şəxs  aparılmış 

notariat hərəkətləri barədə sənədləri bir aydan gec olmayaraq dövlət notariat arxivinə təhvil verməlidir. 

[səh. 66-67]

 


Yüklə 289,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin