“Qanun”. 2014.№12(242). S. 56-67. Azərbaycan respublikasinda notariAT


Notariatın anlayışı, notarius şəhadətnaməsinin alınması, müddətinin uzadılması



Yüklə 289,96 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix28.03.2022
ölçüsü289,96 Kb.
#54316
1   2   3   4   5   6   7   8
jrn2014 645

Notariatın anlayışı, notarius şəhadətnaməsinin alınması, müddətinin uzadılması 

və ləğv edilməsi, notariusun hüquq və vəzifələri 

 

Azərbaycan  Respublikasında  son  illər  həyata  keçirilən  uğurlu  siyasət  nəticəsində  ölkəmizdə  sərbəst  bazar 



iqtisadiyyatı  formalaşıb,  regionların  və  sahibkarlığın  inkişafında  böyük  nailiyyətlər  əldə  olunub.  İqtisadi  inkişafın 

vüsət  alması  ilə  əlaqədar  mülki  münasibətlərin  dairəsi  də  genişlənib,  mülki  dövriyyə  iştirakçılarının  bağladıqları 

əqdlərin sayı xeyli çoxalıb və əhəmiyyəti artıb. Bu müsbət amillər vətəndaşların hüquq və mənafelərinin daha etibarlı 

müdafıə  olunmasını  və  onlara  göstərilən  xidmətlərin  keyfıyyətinin  yüksəldilməsini,  müxtəlif  qurumların,  о 

cümlədən,  notariat  orqanlarının  fəaliyyətinin  təkmilləşdirilməsini  və  iqtisadiyyatda  baş  verən  proseslərlə 

uzlaşdırılmasını labüd edir. 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası ilə hər bir şəxsin 

keyfıyyətli  hüquqi  yardım  almasına  təminat  verilir (2).  Notariat  ixtisaslaşdırılmış  hüquqi  yardım  göstərilməsi  üzrə 

fəaliyyətin mülki yurisdiksiya istiqamətinin mühüm formasıdır. Notariat cəmiyyətdə xüsusi mülkiyyətin müdafiəsini 

və  sahibkarlığın  əsasmı  təşkil  edən  əmlak  hüquqlarının  şübhəsizliyini,  mülki  dövriyyənin  iştirakçılarının 

hüquqlarının qorunmasını təmin edir. Notariuslar əqdləri bağlamazdan əvvəl bunun üçün lazım olan sənədləri əldə 

edir, öyrənir və qanunvericiliyin tələblərinə uyğun müvafıq əqdlərin layihəsini hazırlayır. Bununla həmin sənədlərin 

şübhəsizliyi (mübahisəsizliyi) təmin edilir, fıziki və hüquqi şəxslərin onlara inamı artır. Notariat institutu dedikdə, 

qanunla müəyyən edilmiş notariat əməliyyatını aparmaq hüququna malik olan vəzifəli şəxslər və orqanların sistemi, 

habelə  notariat  fəaliyyətini  tənzimləyən  normalardan  ibarət  qanunvericilik  sahəsi,  о  cümlədən  notariat  icraatı  və 

iştirakçıların  fəaliyyəti  məsələlərinin  öyrənilməsindən  ibarət  olan  tədris  kurslarının  məcmusu  başa  düşülür  (7,  s. 

327).  Notariat  institutunun  unikallığı  və  zəruriliyi,  habelə  cəmiyyət  üçün  iqtisadi  cəhətdən  sərfəli  olması  ondan 

ibarətdir ki, notariat hüququ qanunçuluq və hüquq qaydası əsasında hüquqi hərəkətlərin, dövlət tərəfındən hər hansı 

xərc çəkilmədən  mülki 

[səh. 56-57]

 dövriyyə iştirakçılarının öz hesabına həyata keçirilməsini təmin etməyə imkan 

verir.  Hüquq-mühafızə  orqanının ayrılmaz  tərkib  hissəsi  olan  notariat,  Azərbaycan  Respublikası Konstitusiyasında 

təsbit  edilmiş  vətəndaşların  hüquq  və  qanuni  mənafeyinin  hüquqi  müdafıəsinin  etibarlı  təminatçısıdır.  Azərbaycan 

Respublikasının  ərazisində  hal-hazırda  80  dövlət  notariat  kontoru  və  79  xüsusi  notariusun  çalışdığı  63  notariat 

kontoru fəaliyyət göstərir (15). 

Notariat  institutu,  notariuslar  tərəfındən  insanlara  obyektiv  və  qərəzsiz  məsləhətlərin  verilməsi,  habelə 

sənədlərin tərtib və təsdiq edilməsi yolu ilə, fiziki və hüquqi şəxslərin keyfıyyətli hüquqi yardım almasına, notariat 

orqanlarının  nüfuzunun,  notariat  fəalıyyətinin  səmərəliliyinin,  cəmiyyətdə  qanunların  aliliyinə  inam  hissinin 

artırılmasına,  habelə  insan  hüquq  və  azadlıqlarının  təmin  edildiyi  hüquqi  dövlətin  möhkəmləndirilməsinə  yardım 

edir. 

Azərbaycan  Respublikasının  «Notariat  haqqında»  Qanununun  1-ci  maddəsində  notariata  verilmiş  leqal 



anlayışa  əsasən,  Azərbaycan  Respublikasında  notariat  dedikdə,  «Notariat  haqqında»  Qanunla  nəzərdə  tutulmuş 

hüquqi hərəkətləri (bundan sonra notariat hərəkətləri) aparmağa müvəkkil edilmiş şəxslər birlikdə başa . düşülür (8). 

Həmin  maddəyə  əsasən,  Azərbaycan  Respublikasında  rəsmi  və  doğru  sənədlərin  tərtibi  üçün  hüquqların,  hüquqi 



əhəmiyyətli  faktların  təsdiqi  və  digər  notariat  hərəkətlərinin  aparılması  notariat  fəaliyyətinə  məxsusdur  və  belə 

fəaliyyət  yalnız  «Notariat  haqqında»  Qanunla  müəyyən  edilmiş  qaydada  və  nəzərdə  tutulmuş  şəxslər  tərəfındən 

həyata keçirib bilər. 

Notariat  fəaliyyətinin  həyata  keçirilməsi  -  notariat  hərəkətlərinin  aparılması  zamanı  Azərbaycan 

Respublikasının  Konstitusiyası,  «Notariat  haqqında»  Qanun,  Azərbaycan  Respublikasının  digər  qanunları,  habelə 

«Notariat haqqında» Qanuna zidd olmayan müvafıq icra hakimiyyəti orqanlarının öz səlahiyyətləri daxilində qəbul 

etdikləri normativ aktlar rəhbər tutulur. 

Konstitusiya  və  qanunlarla  yanaşı,  notariat  fəaliyyəti  zamanı  rəhbər  tutulan  normativ  aktlar  qismində 

Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyinin  ««Notariat  kontorları  və  notariat  hərəkətlərinin  aparılması  barədə 

məlumatın əldə edilməsi üzrə inzibati reqlament»in təsdiq edilməsi haqqında» 28 sentyabr 2012-ci il tarixli, 20 saylı 

Əmrinin  (14),  Azərbaycan  Respublikası  Xarici  İşlər  Nazirliyinin  ««Azərbaycan  Respublikasının  diplomatik 

nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın təsdiq edilməsi 

barədə» 22 dekabr 2011-ci il tarixli 1 saylı Qərarının (1), AR Ədliyyə Nazirliyi tərəfındən 19 may 2006-cı il tarixdə 

dövlət  qeydiyyatına  alınmış  «Azərbaycan  Respublikasında  notariat  fəaliyyəti  üzrə  kargüzarlığın  aparılması 

haqqında»  Təlimatın,  AR  Ədliyyə  Nazirliyi  tərəfindən  21  noyabr  2005-ci  il  tarixdə  dövlət  qeydiyyatına  alınmış 

«Notariat fəaliyyətinin yoxlanılması» Qaydalarının (9), AR Nazirlər Kabinetinin «Notariat hərəkətlərinin aparılması 

qaydaları haqqında Təlimatın (4) təsdiq edilməsi barədə» 11 sentyabr 2000-ci il tarixli 167 saylı Qərarının (12), AR 

Nazirlər Kabinetinin «Notariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq 

edilən  sənədlərdə  təsdiq  qeydlərinin  formalarının  təsdiq  edilməsi  haqqında»  23  avqust  2000-ci  il  tarixli  148  saylı 

Qərarının  (13)  və  ən  əsası  AR  Prezidentinin  ««Notariat  haqqında»  Azərbaycan  Respublikası  Qanununun  tətbiq 

edilməsi barədə» 18 yanvar 2000-ci il tarixli, 261 saylı Fərmanının (11) adlarım çəkmək olar. 

Bundan  əlavə,  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  Plenumu  29  iyun  2007-ci  il  tarixdə 

«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci maddəsinə, «Notariat haqqında» Azərbaycan Respublikası 

Qanununun  15  və  18-1-ci  maddələrinə  dair»  Qərar  qəbul  etmişdir  ki,  həmin  qərar  da  notariat  fəaliyyətində  rəhbər 

tutulur (3). 

2.  Notariat  fəaliyyətini  notariuslar  (lat.  notarus  -  yazı  yazan,  mirzə)  həyata  keçirir.  «No- 

[səh.  57-58]

  tariat 

haqqında» Qanunun 3-cü maddəsinə əsasən, notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olan şəxs notarius adlanır 

(8). 


Qanunun tələbinə görə, dövlət və ya xüsusi notarius kimi işləmək istəyən Azərbaycan Respublikasının hər bir 

vətəndaşı: 

— ali hüquq təhsilli olmalıdır; 

— mənəvi keyfıyyətlərə malik olmalıdır; 

— peşə biliklərinə malik olmalıdır. 

Aşağıda göstərilən şəxslərin isə notarius olmasına yol verilmir: 

— ikili vətəndaşlığı olan şəxslər; 

— digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər

— din xadimi; 

— vəzifəsinin icrası ilə bağlı əvvəllər qanunvericiliyin tələblərini pozduğuna görə işdən azad edilmiş şəxslər; 

— qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab 

olunan şəxslər; 

— əvvəllər cinayət törətmiş və buna görə məhkum olunmuş, barəsində notariat fəaliyyəti ilə məşğul olmasının 

məhdudlaşdırılması  və  ya  tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiq  edilməsi  haqqında  qanuni  qüvvəyə  minmiş 

məhkəmə qərarı çıxarılmış şəxslər; 

— barəsində bəraətverici əsaslar olmadan cinayətin törədilməsi üzrə cinayət işinin xitam olunması haqqında 

qanuni qüvvəyə minmiş istintaq orqanı və ya məhkəmənin qərarı olan şəxslər; 

— tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə notarius işləməyə qadir olmayan şəxslər; 

— 65 yaşına çatmış şəxslər. 

Dövlət və ya xüsusi notarius kimi işləmək istəyən şəxs qanunla nəzərdə tutulmuş tələblərə cavab verirsə və 

onun  notarius  işləməsinə  yol  verməyən  hallar  mövcud  olmazsa,  o,  notariat  fəaliyyəti  ilə  məşğul  olmaq  üçün 

şəhadətnamə almalıdır. 

Elmi,  pedaqoji  və  yaradıcılıq  fəaliyyəti  istisna  olmaqla,  notariusa  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olmaq  və 

digər  haqqı  ödənilən  işləri  yerinə  yetirmək  qadağandır.  Notarius  işlədiyi  dövrdə  hər  hansı  siyasi  partiyada  öz 




fəaliyyətini  dayandırmalıdır.  Dövlət  notariusuna  «Ədlıyyə  orqanlarında  qulluq  keçmə  haqqında»  Azərbaycan 

Respublikasının Qanunu ilə müəyyən edilmiş məhdudiyyətlər də tətbiq edilir (5) 

Bura  aiddir:  heç  bir  seçkili  və  digər  ödənişli  fəaliyyətlə  məşğul  olmamaq;  “Korrupsiyaya  qarşı  mübarizə 

haqqında”  AR  Qanununun  9-cu  maddəsində  nəzərdə  tutulmuş  korrupsiya  hüquqpozmaları  və  korrupsiyaya  şərait 

yaradan  hüquqpozmalar  törətmək  (6);  qanunvericiliklə  müəyyən  edilmiş  hallardan  başqa,  dövlət  orqanının  və  ya 

yerli  özünüidarə  orqanının  işləri  üzrə  üçüncü  şəxslərin  vəkili  olmaq;  işdən  və  ya  pensiyaya  çıxdıqdan  sonra 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və 

dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə 

istifadə etmək; işlədiyi ədliyyə orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına xaricə getmək; tətillərdə 

və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etmək; dini təbliğ etmək; dini təbliğ etmək üçün ədliyyə 

işçisinin  statusundan  istifadə  etmək  və  ədliyyə  orqanlarının  tabeliyindəki  obyektlərdə  digər  mərasımlərin 

keçirilməsinə  rəsmi  xarakter  vermək.  Sadalanan  hərəkətləri  etməyə  notariusun  ixtiyarı  yoxdur  və  bu  əməllərin 

törədilməsi notarius üçün qanunla nəzərdə tutulmuş məsuliyyət yaradır. 

Notarius,  həmçinin,  «Notariusun  etik  davranış  Kodeksi»nin  tələblərinə  riayət  etməlidir.  «Notariusun  etik 

davranış Kodeksi» Azərbaycan Respublikası Ədliyyə Nazirinin 2006-cı il 29 aprel tarixli, 6-T nömrəli əmri ilə təsdiq 

edilmişdir.  Həmin  Kodeks  notariat  fəaliyyəti  ilə  məşğul  olan  dövlət  və  xüsusi  notariusların  vəzifə  öhdəliklərinin 

icrası  zamanı  və  xidmətdən  kənar  davranışının  mənəvi-etik  normalarını,  habelə  mədəni  rəftar  qaydalarını 

tənzimləyir.  O,  Konstitusiyaya,  «Notariat  haqqında»  Qanuna  və  «Avropa  notariuslarının  etika  Kodeksi»nə  əsasən 

hazırlanmışdır və onun müəyyən etdiyi normalar dövlət və xüsusi notariuslar, habelə notarius vəzifəsini müvəqqəti 

icra edən şəxslər üçün məcburidir. 

Qanunun  tələbinə  görə,  notariat  fəaliyyəti  ilə  peşəkarcasına  məşğul  olmaq  üçün  şəhadətnamə 

[səh.  58-59]

 

almaq  istəyən  şəxs  Azərbaycan  Respublikasının  Ədliyyə  Nazirliyinə  ərizə  ilə  müraciət  etməlidir.  Ərizədə  şəxsin 



dövlət  və  ya  xüsusi  notarius  kimi  fəaliyyət  göstərmək  istəyi  bildirilməlidir.  Ədliyyə  Nazirliyi  vətəndaş  müraciət 

etdikdən  sonra  1  (bir)  ay  müddətində  onun  «Notariat  haqqında»  Qanunun  3-cü  maddəsi  ilə  müəyyən  edilmiş 

tələblərə  uyğun  olub-olmamasını  araşdırmalı  və  nəticəsindən  asılı  olaraq  toplanmış  sənədləri  ixtisas  komissiyasına 

təqdim  etməlidir.  Vətəndaşın  müraciətinə  baxılmasının  nəticəsi  barədə  ona  yazılı  qaydada  məlumat  verilməlidir. 

Şəhadətnamə almaq istəyən şəxslərin bilik səviyyəsi imtahan və müsahibə vasitəsilə yoxlanılır, bundan sonra onlar 

Ədliyyə Nazirliyinin tədris-elm müəssisəsində icbari təlimə cəlb olunurlar. Ədliyyə Nazirliyinin notariat fəaliyyətinə 

nəzarəti  bilavasitə  həyata  keçirən  qurumunda  və  notariat  kontorlarında  məsləhətçi  və  ondan  yuxarı  vəzifələrdə  2 

ildən az olmayaraq işləyən şəxslər icbari təlimdən azad edilirlər. İcbari təlimdən azad edilmiş şəxslər şəhadətnamə 

almaq  üçün  notariat  fəaliyyəti  üzrə  peşə  hazırlığına  dair  müsahibədən  keçməlidirlər.  imtahanın  və  müsahibələrin 

keçirilməsi qaydası Ədliyyə Nazirliyi tərəfındən müəyyən edilir. 

Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə almaq istəyən şəxsin bilik səviyyəsinin 

imtahan və müsahibə vasitəsi ilə yoxlanılması, notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsahibənin keçirilməsi, 

şəhadətnamənin və təyinatlara dair təkliflərin verilməsi və ya şəhadətnamənin verilməsindən imtina edilməsi ilə bağlı 

məsələlərin  həll  edilməsi  üçün  Ədliyyə  Nazirliyi  tərəfindən  beş  il  müddətinə  7  nəfərdən  ibarət  tərkibdə  İxtisas 

Komissiyası  yaradılır.  Komissiyanın  sədri  komissiya  üzvlərinin  arasından  seçilir.  İxtisas  Komissiyası  daxil  olan 

sənədlərə baxır, şəxsin icbari təlimə buraxılması məsələsinin həll edilməsi üçün ondan imtahan qəbul edir, müsahibə 

keçirir,  icbari  təlimdən  azad  edilmiş  şəxslərin  peşə  hazırlığının  yoxlanılması  üzrə  müsahibə  keçirir  və  onun 

nəticəsindən  asılı  olaraq,  şəhadətnamənin  və  təyinatlara  dair  təkliflərin  verilməsi  və  ya  şəhadətnamənin 

verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. İxtisas komissiyasının iclası onun üzvlərinin azı beşi iştirak 

etdikdə  səlahiyyətlidir.  İxtisas  Komissiyası  öz  qərarlarını  səs  çoxluğu  ilə  qəbul  edir  və  bundan  sonra  üç  gün 

müddətində  qərarın  surətini  şəxsə  verir.  Səslər  bərabər  olduqda  komissiya  sədrinin  səsi  həlledicidir.  Şəxs 

şəhadətnamənin  verilməsindən  imtina  edilməsi  barədə  Komissiyanın  qərarının  surətini  aldıqdan  sonra  1  (bir)  ay 

müddətində qanunvericiliyin tətbiqinin düzgünlüyünə dair məhkəməyə şikayət verə bilər. 

Haqqında mənfi qərar çıxarılmış şəxsin şəhadətnamə verilməsi barədə təkrar ərizəsi əsasında ondan yenidən 

imtahan  qəbul  edilməsinə  və  müsahibə  keçirilməsinə  yalnız  belə  qərar  çıxarıldıqdan  1  (bir)  il  sonra  notarius 

vakansiyası olduğu halda yol verilir. 

İcbari  təlimi  müvəffəqiyyətlə  bitirənlərə  və  ya  peşə  hazırlığına  dair  müsahibədən  keçənlərə  İxtisas 

Komissiyası şəhadətnamənin verilməsi barədə qərar çıxardıqdan sonra vətəndaş ona şəhadətnamə verilməsinə görə 

dövlət  rüsumu  ödəməlidir.  Dövlət  rüsumunun  ödənilməsi  haqqında  sənəd  təqdim  edildikdən  sonra  10  (on)  gün 

müddətində  Ədliyyə  Nazirliyi  ona  beş  il  müddətinə  notariat  fəaliyyəti  ilə  məşğul  olmaq  üçün  şəhadətnamə 




verməlidir.  Notariat  fəaliyyətini  davam  etdirmək  istəyən  notarius  şəhadətnamənin  müddətinin  qurtarmasına  üç  ay 

qalmış  Azərbaycan  Respublikasının  Ədliyyə  Nazirliyinə  ərizə  ilə  müraciət  edir  və  bununla  bağlı  həmin  orqan 

tərəfındən onun fəaliyyəti qiymətləndirilir. 

Fəaliyyəti  müsbət  qiymətləndirilmiş  notariusun  şəhadətnaməsinin  müddəti  daha  beş  ilə  uzadılır.  Notarius 

şəhadətnaməsinin müddətinin uzadılmasına görə dövlət rüsumu ödəməlidir. 

Notariusun şəhadətnaməsi 2 formada ləğv edib bilər: 

I. Məhkəmənin qərarı ilə şəhadətnamə yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 

1) notarius «Notariat haqqında» Qanunun aşağıdakı maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda: 

—  3-cü  maddəsinin  üçüncü  hissəsində  (notarius  işləməsinə  yol  verilməyən  şəxslərin 

[səh.  59-60]

  dairəsinə 

dair tələblər); 

— 9-cu maddəsinin 3-cü bəndində (notarius öz vəzifələrini yerinə yetirərkən, «Notariat haqqında» Qanuna və 

Azərbaycan  Respublikasının  digər  qanunvericilik  aktlarına  əməl  etməli,  peşə  fəaliyyətinin  həyata  keçirilməsi  ilə 

əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır); 

— 28-ci maddəsinin birinci hissəsində (notarius və ya notariat hərəkətləri aparan digər vəzifəli şəxs tərəfindən 

öz adına və öz adından, ərinin (arvadının), onun və özünün qohumlarının (valideynlərinin, uşaqlarının, nəvələrinin, 

babalarının, nənələrinin, həmçinin qardaşlarının, bacılarının, əmilərinin (dayılarının), bibilərinin (xalalarının), onların 

uşaqlarının) adına və bu şəxslərin adından, həmin notarius və ya notariat hərəkətləri aparan digər vəzifəli şəxs ilə bir 

yerdə işləyənin adına və onun adından notariat hərəkətlərinin aparılması qadağandır); 

— 30-cu maddəsində (Dövlət rüsumunun alınması haqqında qaydalar); 

—  32-ci  maddəsinin  dördüncü  hissəsində  (Konkret  cinayət  işləri  ilə  əlaqədar  notariat  sənədlərinin 

götürülməsindən  əvvəl  həmin  orqanlar  notariusu  götürmə  barədə  qərarla  tanış  etməlidir.  Notariat  sənədlərinin 

götürülməsi müvafıq protokolla rəsmiləşdirilir və onun surəti notariusa verilir); 

— 33-cümaddəsində (notariat hərəkətlərinin aparıldığı yer haqqında qaydalar); 

— 34-cü maddəsində (notariat hərəkətlərinin aparılma müddəti haqqında qaydalar); 

— 40-cı maddəsində (notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında qaydalar); 

2)  notarius  tərəfindən  notariat  hərəkətləri  aparılan  zamanı  dövlətə,  fiziki  və  ya  hüquqi  şəxsə  mühüm  ziyan 

vurmaqla qüvvədə olan qanunvericilik dəfələrlə pozulduqda; 

3) notarius Azərbaycan Respublikasının vətəndaşlığından çıxdıqda və ya Azərbaycan Respublikasından daimi 

yaşayış üçün başqa ölkəyə köçüb getdikdə

4) notarius cinayət törətməyə görə məhkum edildikdə və ya onun barəsində tibbi xarakterli məcburi tədbirlər 

tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda; 

5) notarius barəsində bəraətverici əsaslar olmadan cinayət işinin xitam olunması haqqında qərar çıxarıldıqda; 

6)  notariusun  fəaliyyət  qabiliyyətinin  məhdudlaşdırılması  və  ya  fəaliyyət  qabiliyyəti  olmayan  şəxs  hesab 

olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda. 

Yuxarıda  sadalanan  hallardan  biri  mövcud  olarsa,  Ədliyyə  Nazirliyi  şəhadətnamənin  ləğv  edilməsi  barədə 

təqdimatla  məhkəməyə  müraciət  etməlidir.  Məhkəmənin  notariusun  şəhadətnaməsinin  ləğv  edilməsi  barədə  qərarı 

qanuni  qüvvəyə  mindikdən  dərhal  sonra  Ədliyyə  Nazirliyi  notariusun  fəaliyyətinə  xitam  verilməsi  üçün  lazımi 

tədbirləri həyata keçirməlidir. 

II. Aşağıdakı hallarda notariusun şəhadətnaməsi Ədliyyə Nazirliyi tərəfindən ləğv edib bilər: 

1)  notarius öz arzusu ilə şəhadətnaməsinin ləğv olunması barədə yazılı ərizə verdikdə; 

2)  şəhadətnamə almış şəxs notarius andını qəbul etmədikdə; 

3)  notarius vəfat etdikdə; 

4)  notarius məhkəmə tərəfindən ölmüş elan edildikdə və у a itkin düşmüş hesab edildikdə

5)  şəhadətnamənin müddəti uzadılmadıqda; 

6)  notarius əmək qabiliyyətini fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirdikdə (AR Əmək və Əhalinin 

Sosial Müdafıəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyalarının rəyi olduqda); 

7)  notariusun şəhadətnamə almaq üçün təqdim etdiyi sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların 

qeyd edildiyi aşkar olunduqda; 

8)  notarius 65 yaşa çatdıqda. 

3. Notariuslar notariat fəaliyyətini həyata keçirərkən aşağıdakı hüquqlardan istifadə edirlər: 

— «Notariat haqqında» Qanunda nəzərdə tutulan hərəkətləri aparmaq

— əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib etmək; 

[səh. 60-61]

 



— sənədlərin surətlərini və onlardan çıxarışları hazırlamaq; 

— notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər vermək; 

— fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədləri və məlumatları tələb etmək. 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə notariusa digər hüquqlar da verilə bilər. 

Notarius notariat fəaliyyətini həyata keçirərkən aşağıdakı vəzifələri yerinə yetirməlidir: 

— fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməlidir; 

— fiziki və hüquqi şəxslərin aparılan notariat hərəkətləri ilə bağlı hüquqlarının həyata keçirilməsi və qanuni 

mənafelərinin qorunması üçün onlara köməklik göstərməlidir

— hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması 

nəticələri barədə onlara xəbərdarlıq etməlidir; 

— «Notariat haqqında» Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməlidir; 

— peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır. 

Azərbaycan Respublikasında hər bir notariusun ona məxsus gerbli möhürü, təsdiq qeydləri ştamplan, işlədiyi 

notariat kontorunun künc ştampı və blankları olmalıdır. Notariusun möhüründə notariusun soyadı, adı, atasının adı və 

işlədiyi notariat kontorunun adı göstərilməlidir. 

Xüsusi  notarius  şəhadətnamə  aldıqdan  sonra  fəaliyyətə  başlamazdan  əvvəl  Azərbaycan  Respublikasının 

müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aşağıdakı  məzmunda and içir: «Azərbaycan 

Respublikasının  Konstitusiyasına  və  qanunlarına  dönmədən  əməl  edəcəyimə,  dövlət  tərəfindən  mənə  verilən 

hüquqları  və  üzərimə  qoyulan  vəzifələri  vicdanla,  qanunauyğun  və  insanların  mənafeyi  naminə,  qərəzsiz  həyata 

keçirəcəyimə, notariat sirrini qoruyacağıma and içirəm». And içmə bir dəfə olur. Andın xüsusi notarius tərəfindən 

imzalanmış mətni onun şəxsi işində saxlanılır. 

Notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, 

o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır. 

Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir. 




Yüklə 289,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin