Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci maddəsinə, «Notariat haqqında» Azərbaycan
Respublikası Qanununun 15 və 18-1-ci maddələrinə dair» 29 iyun 2007-ci il tarixli Qərarına əsasən, «Notariat
haqqında» Azərbaycan Respublikası Qanununun 15 və 18-1-ci maddələrində bələdiyyələr tərəfindən
vəsiyyətnamələrin təsdiq edilməsi qaydasının nəzərdə tutulmaması özü-özlüyündə yerli özünüidarə orqanlarının
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci maddəsində təsbit olunmuş notariusun olmadığı yerlərdə
vəsiyyətnamələri təsdiq etmək səlahiyyətini istisna etmir. Həmin qərarla Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 1179.2-ci maddəsində nəzərdə tutulmuş notariusun olmadığı yerlərdə yerli özünüidarə orqanları
tərəfindən vəsiyyətnamənin təsdiq edilməsi səlahiyyətinin həyata keçirilməsi qaydalarının müəyyən edilməsi
Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuşdu.
Notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları aşağıdakı notariat
hərəkətlərini aparırlar:
1) miras əmlakın mühafızəsi üçün tədbirlər görürlər;
2) vəsiyyətnamələri təsdiq edirlər;
3) əmlakdan istifadə edilməsi və ona sərəncam verilməsi barədə, avtomaşınların müddəti istifadəyə
verilməsinə dair etibarnamələr istisna olmaqla etibarnamələri təsdiq edirlər;
4) sənədlərdən surət və çıxarışların düzgünlüyünü təsdiq edirlər;
5) sənədlərdəki imzanın həqiqiliyini təsdiq edirlər.
Dostları ilə paylaş: