Notariat fəaliyyətinin həyata keçirilməsinin əsas müddəaları, dövlət idarələrində və xüsusi qaydada
notariat fəaliyyətinin həyata keçirilməsi
Azərbaycan Respublikasına notariat fəaliyyəti üzrə kargüzarlığın aparılması işi «Azərbaycan Respublikasında
notariat fəaliyyəti üzrə kargüzarlığın aparılması haqqında» Təlimatla (Ədliyyə Nazirliyi tərəfindən 19 may 2006-cı
ildə dövlət qeydiyyatına alınmışdır) tənzimlənir (4). Notariat fəaliyyəti üzrə kargüzarlıq notariat kontorunun öz
vəzifələrini həyata keçirməsi ilə əlaqədar sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyətidir. Notariuslar və
notariat hərəkətləri aparan digər vəzifəli şəxslər statistik və mühasibat hesabatlan aparmalı, notariat hərəkətləri və
tutulan dövlət rüsumları, büdcəyə keçirilən vergilər və digər ödəmələr barədə Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanlarına hesabat və məlumat verməlidirlər. Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə
kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Notariat hərəkətlərinin aparılması üçün müraciət
etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə,
notarius imkan daxilində rəsmiləşdirdiyi sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn tərcüməçi
tərəfindən ona tərcümə edilir.
Azərbaycan Respublikasında notariat kontorlarının, notariusların və şəhadətnamə almaq üçün icbari təlimə
cəlb olunanların sayı, habelə notariusların fəaliyyət göstərdikləri
[səh. 61-62]
inzibati ərazi, notariat kontorunun
yerləşdiyi yer, əhalinin və notariat hərəkətlərinin sayı nəzərə alınmaqla Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi tərəfindən müəyyən edilir.
Notariat fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Hər bir notariusun
notariat fəaliyyəti iki ildə bir dəfədən az olmadan yoxlanılmalıdır. Notariat fəaliyyəti Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi, Naxçivan Muxtar Respublikasında Naxçivan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən
yoxlanılir. Notarius yoxlama aparılmasına səlahiyyətli şəxsə notariat fəaliyyətinə aid bütün məlumat və sənədləri
təqdim etməyə borcludur. Yoxlamanın keçirilməsi qaydaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
tərəfindən 21 noyabr 2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin Qaydalar notariusların, eləcə də
Dövlət notariat arxivi müdirinin (onu əvəz edən vəzifəli şəxsin) notariat hərəkətlərinin aparılması sahəsində
fəaliyyətinin yoxlanılmasının təşkili və həyata keçirilməsi üsullarmı müəyyən edir.
Notariat fəaliyyətinin yoxlanılması: 1) plan üzrə və 2) plandankənar aparılır. Notariat fəaliyyətinin plan üzrə
yoxlanılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi rəisinin, Naxçivan
Muxtar Respublikasının ərazisində isə Naxçivan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilən
yoxlama planına uyğun şəkildə aparılır. Notariat fəaliyyətinin plandankənar yoxlanılması isə fıziki və hüquqi
şəxslərin şikayətləri, kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar, dövlət orqanlarının müraciətləri
əsasında, habelə notariat fəaliyyətini davam etdirmək istəyən notariusun şəhadətnaməsinin müddətinin uzadılması
üçün onun fəaliyyətinin qiymətlən- dirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və
Naxçivan Muxtar Respublikası ərazisində isə müvafıq olaraq Naxçivan Muxtar Respublikası Ədliyyə Nazirliyi
rəhbərliyinin, Qeydiyyat və Notariat Baş İdarəsi rəisinin tapşırığı əsasında aparılır.
Notariuslar mütəmadi olaraq AR Ədliyyə Nazirliyinin tədris-elm müəssisəsində (Ədliyyə Akademiyasında)
peşə hazırlığına və ixtisaslarının artırılmasına cəlb edilirlər.
Notariat fəaliyyəti: a) dövlət idarələrində və b) xüsusi qaydada həyata keçirilə bilər.
Dövlət idarələrində notariat fəaliyyətini həyata keçirən subyektlərin dairəsi «Notariat haqqında» Qanunun 15-
ci maddəsində müəyyən edilmişdir. Həmin maddədə nəzərdə tutulmuş dörd kateqoriya subyektlər bir-birindən həyata
keçirməyə səlahiyyətli olduqları notariat hərəkətlərinin dairəsinə görə fərqlənirlər: Qanuna əsasən, dövlət vasitəsi ilə
notariat fəaliyyətini aşağıdakı subyektlər həyata keçirir:
Dostları ilə paylaş: |