“Qanun”. 2014.№12(242). S. 56-67. Azərbaycan respublikasinda notariAT


) Dövlət notariat kontorlarında çalışan dövlət notariusları



Yüklə 289,96 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix28.03.2022
ölçüsü289,96 Kb.
#54316
1   2   3   4   5   6   7   8
jrn2014 645

1) Dövlət notariat kontorlarında çalışan dövlət notariusları. Dövlət notariusu vəzifəsinə Ədliyyə Nazirliyi 

şəhadətnamə  almış  vətəndaşlar  arasından  seçdiyi  şəxsi  təyin  edir.  Dövlət  notariusunun  həvəsləndirilməsi,  intizam 

məsuliyyətinə  cəlb  edilməsi  və  vəzifədən  azad  edilməsi  məsələlərini  də  «Ədliyyə  orqanlarında  qulluq  keçmə 

haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada Ədliyyə Nazirliyi həll edir. 

Dövlət notariusu aşağıdakı notariat hərəkətlərini aparır: 

1)  əqdləri və etibarnamələri təsdiq edir; 

2)  miras əmlakın mühafızə olunması üçün tədbirlər görür; 

3)  vərəsəlik hüququ haqqında şəhadətnamələr verir; 

4)  ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir; 

5)  yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir

6)  sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir

7)  sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir

8)  sənədlərin bir dildən başqa dilə 

[səh. 62-63] 

tərcüməsinin düzgünlüyünü təsdiq edir; 

9)  şəxsin sağ olması faktını təsdiq edir; 

10) şəxsin müəyyən yerdə olması faktını təsdiq edir; 

11) şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir; 

12) sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir; 

13) fıziki və hüquqi şəxslərin ərizələrini başqa fıziki və hüquqi şəxslərə verir; 

14) öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə 

qəbul edir; 

15) icra qeydləri aparır; 

16) veksellərə protestlər tərtib edir; 

17) çekləri ödənilmək üçün təqdim edir və çeklərin ödənilmədiyini təsdiq edir; 

18) sənədləri saxlanmaq üçün qəbul edir

19) dəniz protestləri tərtib edir; 

20) sübutları təmin edir. 

Xaricdə istifadə edilməsi məqsədilə sənədlərin rəsmiləşdirilməsi, dəniz protestlərinin tərtib edilməsi Ədliyyə 

Nazirliyi tərəfındən müəyyən notariuslara həvalə edilə bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövlət 

notariusuna başqa notariat hərəkətlərinin aparılması da həvalə edib bilər. 


Yüklə 289,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin