1) Dövlət notariat kontorlarında çalışan dövlət notariusları. Dövlət notariusu vəzifəsinə Ədliyyə Nazirliyi
şəhadətnamə almış vətəndaşlar arasından seçdiyi şəxsi təyin edir. Dövlət notariusunun həvəsləndirilməsi, intizam
məsuliyyətinə cəlb edilməsi və vəzifədən azad edilməsi məsələlərini də «Ədliyyə orqanlarında qulluq keçmə
haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada Ədliyyə Nazirliyi həll edir.
Dövlət notariusu aşağıdakı notariat hərəkətlərini aparır:
1) əqdləri və etibarnamələri təsdiq edir;
2) miras əmlakın mühafızə olunması üçün tədbirlər görür;
3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir;
4) ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir;
5) yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir;
6) sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir;
7) sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir;
8) sənədlərin bir dildən başqa dilə
[səh. 62-63]
tərcüməsinin düzgünlüyünü təsdiq edir;
9) şəxsin sağ olması faktını təsdiq edir;
10) şəxsin müəyyən yerdə olması faktını təsdiq edir;
11) şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir;
12) sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir;
13) fıziki və hüquqi şəxslərin ərizələrini başqa fıziki və hüquqi şəxslərə verir;
14) öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə
qəbul edir;
15) icra qeydləri aparır;
16) veksellərə protestlər tərtib edir;
17) çekləri ödənilmək üçün təqdim edir və çeklərin ödənilmədiyini təsdiq edir;
18) sənədləri saxlanmaq üçün qəbul edir;
19) dəniz protestləri tərtib edir;
20) sübutları təmin edir.
Xaricdə istifadə edilməsi məqsədilə sənədlərin rəsmiləşdirilməsi, dəniz protestlərinin tərtib edilməsi Ədliyyə
Nazirliyi tərəfındən müəyyən notariuslara həvalə edilə bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövlət
notariusuna başqa notariat hərəkətlərinin aparılması da həvalə edib bilər.
Dostları ilə paylaş: |