“Qanun”. 2014.№12(242). S. 56-67. Azərbaycan respublikasinda notariAT


)  Notariat  kontorları  olmayan  yaşayış  məntəqələrində  müvafiq  icra  hakimiyyəti  orqanları  (rayon



Yüklə 289,96 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix28.03.2022
ölçüsü289,96 Kb.
#54316
1   2   3   4   5   6   7   8
jrn2014 645

2)  Notariat  kontorları  olmayan  yaşayış  məntəqələrində  müvafiq  icra  hakimiyyəti  orqanları  (rayon, 

şəhər  icra  hakimiyyəti  orqanları  və  bələdiyyələr).  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin 

Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci maddəsinə, «Notariat haqqında» Azərbaycan 

Respublikası  Qanununun  15  və  18-1-ci  maddələrinə  dair»  29  iyun  2007-ci  il  tarixli  Qərarına  əsasən,  «Notariat 

haqqında»  Azərbaycan  Respublikası  Qanununun  15  və  18-1-ci  maddələrində  bələdiyyələr  tərəfindən 

vəsiyyətnamələrin  təsdiq  edilməsi  qaydasının  nəzərdə  tutulmaması  özü-özlüyündə  yerli  özünüidarə  orqanlarının 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  1179.2-ci  maddəsində  təsbit  olunmuş  notariusun  olmadığı  yerlərdə 

vəsiyyətnamələri  təsdiq  etmək  səlahiyyətini  istisna  etmir.  Həmin  qərarla  Azərbaycan  Respublikası  Mülki 

Məcəlləsinin  1179.2-ci  maddəsində  nəzərdə  tutulmuş  notariusun  olmadığı  yerlərdə  yerli  özünüidarə  orqanları 




tərəfindən  vəsiyyətnamənin  təsdiq  edilməsi  səlahiyyətinin  həyata  keçirilməsi  qaydalarının  müəyyən  edilməsi 

Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuşdu. 

Notariat  kontorları  olmayan  yaşayış  məntəqələrində  müvafiq  icra  hakimiyyəti  orqanları  aşağıdakı  notariat 

hərəkətlərini aparırlar: 

1)  miras əmlakın mühafızəsi üçün tədbirlər görürlər

2)  vəsiyyətnamələri təsdiq edirlər; 

3)  əmlakdan  istifadə  edilməsi  və  ona  sərəncam  verilməsi  barədə,  avtomaşınların  müddəti  istifadəyə 

verilməsinə dair etibarnamələr istisna olmaqla etibarnamələri təsdiq edirlər

4)  sənədlərdən surət və çıxarışların düzgünlüyünü təsdiq edirlər

5)  sənədlərdəki imzanın həqiqiliyini təsdiq edirlər. 




Yüklə 289,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin