Qeyd: “01 oktyabr 2012-ci il tarixdən nəqliyyat vasitələrinin sahiblik hüququna dair
etibarnamələrin müddəti 49 ildən 1 ilə qədər azaldılmışdır”
6. Nigahın pozulması qaydaları
1. Nikahı pozmaq üçün hara müraciət etmək lazımdır?
Ər-arvadın ikisidə boşanmağa razıdırlarsa və onların ümumi uşaqalrı yoxdursa, və yaxud uşaqlar 18
yaşına çatıbsa, o halda nikahı pozmaq üçün müvafiq icra hakimiyyəti orqanına, yəni Vətəndaşlıq
Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (VVAQ) orqanına müracıət etmək lazımdır.
Ər-arvadın birinin boşanmağa razı olmadığı halda, və yaxud onların 18 yaşdan aşağı uşaqları varsa
o halda məhkəməyə müraciət olunmalıdı.
Ər-arvadın razılığı olduqa, lakin onlardan biri VVAQ orqanında nikahın pozulmasından yayınırsa
(məsələn ərizə yazmaqdan imtina edirsə), o halda nikahın pozulması məhkəmə qaydasında həyata
keçirilir.
•
Qeyd: Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində
arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.
2. VVAQ orqanında nikahın pozulmasının qaydaları nədir?
Ərlə arvad arasında boşanma haqqında qarşılıqlı razılıq varsa, onlar nikahın pozulması haqda
VVAQ orqanına ərizə təqdim edirlər. Bu ərizədə yetkinlik yaşına çatmayan uşaqlarının olub-
olmadığını təstiq etməyə borcludurlar.
16
Nikahın pozulması haqqında ərizə ər-arvadın yaşadığı və ya onlardan birinin yaşadığı və ya nikahın
qeydiyyata alındığı yerdə VVADQ orqanına verilir.
Nikahın pozulması haqqında ərizəyə nikah haqqında şəhadətnamə və qeydiyyat üçün dövlət
rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməlidir.
Ər-arvaddan birinin üzürlü səbəbdən (ağır xəstəlik, uzun müddətli ezamiyyətə getmə, uzaq yerdə
yaşama və s.) ərizə vermək üçün şəxsən gələ bilmirsə, o halda gəlmiş ikinci tərəf ər-arvadın birgə
ərizəsini və ya ayrı-ayrı ərizələrini təqdim edir. Gəlməmiş tərəfin imzasının həqiqiliyi o\nun
yaşadığı yerin VVADQ otqanı və konsulluq idarəsi tərəfindən və ya notariat qaydasında təstiq
edilməlidir.
Nikahın pozulmasının qeydə alınması (yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-
arvadın qarşılıqlı razılığı əsasında) 15 manat.
Nikahın pozulması ərizə verildiyi gündən 1 ay keçdikdən sonra həyata keçirilir.
Qeyd: Azərbaycan Respublikasının hüdudlarından kanarda daimi və müvəqqəti yaşayan
Azərbaycan vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı konsulluq idarələri
tərəfindən aparılır.
3. Nikahın məhkəmə qaydasında pozulması: Məhkəməyə nikahın pozulması üçün necə
müraciət edilir?
Boşanmaq istəyən insan məkəməyə iddia ərizəsi yazaraq şəxsən və ya nümayəndə vasitəsi ilə
müraciət edir. Ərizəni verən şəxs iddiaçı, qarşı tərəf isə cavabdehdir.
Ərizə cavabdehin yaşadığı yer üzrə məhkəməyə verilir.
Qeyd: idddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə
cavabdehin yaşadığı yerə getməyə çətinlik cəkdikdə iddia iddiaçının yaşadığı yerə görə verilə
bilər.
Ərizədə aşağıdakılar qöstərilməlidir:
•
ərizənin verildiyi məhkəmənin adı,
•
iddiaçı və cavabdehin adları, poçt ünvanları,
•
iddianının məzmunu: tələb, bu tələbin əsaslandırıldığı hallar (boşanmaq istəyinin səbəbləri və
s.),
•
ərizəyə əlavə edilən sənədlərin siyahısı.
Nikahın pozulması ilə bağlı tələbləri, məsələn uşaqların kiminlə qalmağı məsələsi və ya aliment
tələbi, ərizədə göstərilə bilər.
Ərizəyə aşağıdaki sənədlər əlavə olunur:
•
iddia ərizəsinin surəti,
•
dövlət rüsumunun ödənilməsi haqqında qəbz (5 manat məbləğındə “KapitalBanka ödənilir),
•
nümayəndə varsa onun səlayyihətlərini təstiq edən sənəd,
•
nikah haqqında şəhadətnamə,
•
birgə uşaqlar varsa, onların doğum haqında şəhadətnamələrinin surəti.
4. Nikahın məhkəmə qaydasında pozulması: nikahın məhkəmə qaydasında hansı müddətə
pozulur?
Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez
olmayaraq həyata keçirilir.
Əgər ər və arvad ikisidə boşanmağa razıdılarsa, məhkəmədə boşanma səbəbləri araşdırılmadan
nikah pozulur.
17
Onlardan biri boşanmağa razı deyilsə, məhkəmə ər-arvadın barışması üçün 3 ay vaxt təyin edə bilər.
3 aydan sonra barışıq olmadıqda nikah pozulur.
Nikahın pozulmasının qeydə alınması (məhkəmə qətnaməsi əsasında) 15 manatdır.
5. Nikah pozulduqda yetkinlik yaşına çatmayan uşaqlar kiminlə qalır?
Ər-arvad yetkinlik yaşına çatamyan uşaqların kiminlə qaqldığını razılaşdırıb bu barədə məhkəməyə
saziş təqdim edə bilərlər.
Belə razılıq yoxdursa, və ya saziş uşaqların və ya tərəflərdən birinin marağını pozursa, məhkəmə
boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalmasını
uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına,
valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın
yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla müəyyən edir.
Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı
məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.
Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi sağlamlığına zərər
yetirməyən digər valideynə mane olmamalıdır. Əks halda uşaqlardan ayrı yaşayan valideyn uşaqla
ünsiyyətdə olmaq hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. Ayrı yaşayan
valideynin uşaqla görüşmə qaydası və vaxtı məhkəmə qaydasında müəyyən edilir.
6. Aliment necə ödənilir?
Aliment ödənilməsi barədə valideynlər öz aralarında razılıq əldə edib bu barədə saziş bağlaya
bilərlər. Belə saziş olmadıqda aliment məhkəmə qaydasında tutulur.
Alimentin ödənilməsi barədə saziş
Bu saziş alimenti ödəməli olan şəxslə alimenti alan şəxs arasında yazılı formada bağlanır və
notariat qaydasında təsdiq olunur. Notariat qaydasında təsdiq edilmiş saziş icra vərəqəsi qüvvəsinə
malik olur. Sazişdə alimentin miqdarı, ödənilmə qaydası və şərtləri əksini tapmalıdır. Saziş
tərəflərin qarşılıqlı razılığı əsasında istənilən vaxt dəyişdirilə və pozula bilər- yazılı şəkildə notariat
qaydasında təsdiq edilməklə. Aliment ödənilməsi barədə sazişi icra etməkdən birtərəfli qaydada
imtina etmək və onun şərtlərini birtərəfli qaydada dəyişdirmək olmaz. Tərəflərin maddi və ailə
vəziyyətində əsaslı dəyişiklik olduqda və sazişin dəyişdirilməsi və ya pozulması barədə razılıq əldə
edilmədikdə bu barədə məhkəmə qarşısında iddia qaldırmaq olar.
7. Məhkəmə qaydasında aliment tutulmasının qaydaları nədir?
Aliment almaq hüququ olan şəxs (ər ya arvad) nikahın pozulduğu vaxtdan asılı olmayaraq istənilən
müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət edə bilər.
Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddiaçının aliment almaq üçün
məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin qarşı tərəfin aliment ödəməkdən boyun
qaçırmasını müəyən edərsə, əvvəlki dövr üçün 3 illik müddət həddində verilə bilər.
Məhkəmə tərəfindən hər ay tutulan alimentin miqdarı aşağıdakı kimidir:
•
1 uşağa görə - qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi
•
2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi
•
3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı.
Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq
olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
18
Şəxsin işlədiyi təşkilatın müdiriyyəti icra vərəqəsi əsasında hər ay onun əmək haqqından və başqa
gəlirlərindən aliment tutmağa və əmək haqqı (başqa gəlir) verilən gündən ən geci 3 gün müddətində
aliment alan şəxsin vəsaiti hesabına göndərməyə borcludur.
Aliment verən şəxs işdən çıxdıqda müəssisənin müdiriyyəti onun işdən çıxması haqqında, habelə
məlum olduqda onun yeni iş və yaşayış yeri haqqında qətnamənin icra olunduğu yerdə məhkəmə
icraçısına və aliment alan şəxsə 3 gün müddətində məlumat verməlidir.
Aliment verən şəxs iş yaşayış yerinin dəyişməsi haqqında, həmçinin əlavə qazancı (əvəzçiliklə
işlərinə görə və s.) haqqında məhkəmə icraçısına məlumat verməlidir.
Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir:
•
uşaq yetkinlik yaşına çatdıqda,
•
uşaq övladlığa götürüldükdə,
•
aliment ödəyən və ya aliment alan şəxs öldükdə.
8. Birgə ümumi əmlak dedikdə nə başa düşülür?
Ər-arvad arasında onların ümumi birgə əmlakı bölünə bilər. Nikah müddətində ər- arvadın əldə
etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə
daxildir:
•
Onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri
gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcədə xüsusi təyinatı olmayan digər pul ödəmələri
(şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin
itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);
•
Ər–arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və ya daşınmaz əşyalar, qiymətli
kağızlar, kredit idarələrinə və ya s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər,
kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin
kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın
qazandığı hər hansı sair əmlak.
Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü
səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) də ümumi əmlak üzərində hüquqa malikdir. Bu
norma hər şeydən əvvəl işləməyən qadınların qanuni hüquqlarının müdafiəsi məqsədlərinə xidmət
edir. Belə ki, bu halda arvadın ev işlərinin görməsi işləyən ərin əməyinə bərabər tutulur.
Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya
vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca
mülkiyyətindədir (ər-arvadın hər birinin ayrıca əmlakıdır).
Zinət əşyaları istisna olmaqla, fərdi istifadə əşyaları (geyim,və s.) nikah zamanı ər-arvadın ümumi
vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan əşyalar (geyim, paltar,
ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və
əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir.
Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş
əmanətlər həmin uşaqlara məxsus hesab edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır.
9. Ər-arvadın ümumi əmlakı necə bölünür?
Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə
notariat qaydasında təsdiq edilə bilər.
19
Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın
paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi
əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə,
digəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə
pul və ya başqa kompensasiya verilə bilər.
Məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verildiyi və ayrı yaşadığı dövrdə hər birinin
qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.
10. Ər-arvadın ümumi əmlakın bölünməsi zamanı paylar necə müəyyən edilir?
Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakın
bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin
(arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə
etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərdə alıb
onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
10. Ümumi birgə əmlakın bölünməsinə dair hansı müddətdə məhkəməyə müraciət etmək
olar?
Nikah pozulduğu vaxtdan 3 il müddətində ər-arvadın ümumi əmlakının bölünməsinə dair tələblə
iddia qaldırmaq olar.
11. Nikahın pozulması dövlət qeydiyyatına necə alınır?
Məhkəmə qaydasında nikahın pozulmasını VVAQ orqanında qeydə alınmalıdır. Bunun uçün ər və
arvad hər ikisi, həm də onlardan biri ərizə ilə qətnamənin çıxarıldığı yer üzrə müraciət edə bilər.
Nikahın pozulması haqqında qeyd aparıldıqda nikahın pozulması haqqında şəhadətnamə verilir.
Ər-arvaqddan yalnız birinin ərizəsi əsasında nikahın pozulması qeydə alındıqda nikah xətam
olunmuş hesab edilir və nikahın pozulması haqqında şəhadətnamə almış şəxs yeni nikah bağlaya
bilər.
Ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz.
7. Əmək hüququ
1. Bir iş ili üçün əmək məzuniyyətinə görə əmək haqqı necə hesablanır?
Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim
ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği
tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir
günlük əmək haqqının məbləği müəyyən edilir. Bu üsul ilə alınmış bir günlük əmək haqqının
məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.
2. Hamiləliyə və doğuşa görə neçə gün məzuniyyət verilir?
Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan
əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir.
Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim
günü müddətində verilir.
Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı
müddətlərdə verilir:
20
•
normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70
təqvim günü);
•
doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86
təqvim günü);
•
iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və
doğuşdan sonra 110 təqvim günü).
3. Əmək məzuniyyətindən istifadə başqa vaxta keçirilə bilərmi?
Bəli başqa vaxta keçirilmə mümkündür. Əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və
işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər. Əmək
məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə, cari ildə məzuniyyətinin verilmə növbəsində
nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti təqvim
ilinə keçirilməsi başa düşülür. İşçinin təşəbbüsü ilə aşağıdakı hallarda əmək məzuniyyəti başqa
vaxta keçirilə bilər:
•
əmək qabiliyyəti müvəqqəti itirildikdə;
•
əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə;
•
işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə;
İşçiyə əmək məzuniyyətinin müəyyən edilmiş növbədə nəzərdə tutulan vaxtda verilməsinin
istehsalın, işin, xidmətlərin normal gedişinə xələl gətirə biləcəyi hallarda işəgötürənin təşəbbüsü və
işçinin razılığı ilə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər. Tərəflərin qarşılıqlı razılığı ilə əmək
məzuniyyətinin istifadə edilməyən hissəsi növbəti iş ili üçün əmək məzuniyyəti ilə birləşdirilə bilər.
4. Qanunsuz olaraq işdən azad edildikdə nə etmək olar?
İddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüquqların bərpasını tələb etmək lazımdır. Bu zaman
iddia tələbi aşağıdakı kimi qoyulmalıdır “İşə bərpa və məcburi iş buraxma müddəti üçün əmək
haqqının ödənilməsinə dair”. İşin hallarından asılı olaraq iddia tələbinin həcmi artırılıb azaldıla
bilər.
Həmçinin nəzərə alamaq lazımdır ki, əksər əmək mübahisələri üzrə 1 aylıq müddət tətbiq edilir.
Yəni hüququnuzun poulduğunu aşkar etdiyiniz gündən məhkəməyə 1 təqvim ayı ərzində müraciət
edə bilərsiz ( hüququn pozulmasının aşkar edildiyi gün dedikdə işçiyə müvafiq əmrin, sərəncamın,
qərarın, əmək kitabçasının, haqq-hesab sənədlərinin kitabçasının, vərəqəsinin, çekinin verildiyi,
həmçinin əmək müqaviləsinin şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada
sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün başa düşülməlidir).
5. Işdən çıxarkən işçiyə istifadə etmədiyi məzuniyyət üçün məzuniyyət haqqı ödənilirmi?
Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan
günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas
məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək münasibətlərinə xitam verilərkən təhsil və
yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.
8. Əmək pensiyası
1. Yaşa görə əmək pensiyasına çıxdıqda sığorta stajı neçə il olmalıdır?
Azı 12 il sığorta stajı olmalıdır
2. Kişilər və qadınlar 12 il sığorta stajları olduqda hansı yaş həddində yaşa görə əmək
pensiyasına çıxa bilərlər?
62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun
qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə
əmək pensiyası hüququ vardır.
i
21
Kişilər üçün yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək hər il altı
ay artırılır, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək
hər il altı ay artırılır.
3. Neçə uşaqlı qadınlar yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdirlər?
Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan
qadınlar müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası
hüququna malikdir
4.Sağlamlıq imkanları məhdud uşağı olan anaların yaşa görə əmək pensiyasına çıxmağa görə
sığorta stajı neçə il olmalıdır?
Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı
olmalıdır və anaların müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası
hüququ vardır.
5. Uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyasına çıxmağa
görə sığorta stajı neçə il olmalıdır?
Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan
məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək
böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən
ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin azı 10 il sığorta
stajı olmalıdır və müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququna
malikdir.
6. Güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün kişilərin və qadınlarin sığorta stajı neçə il
olmalıdır ?
Kişilər — 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6
ayını həmin işlərdə, qadınlar — 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu
müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə
əmək pensiyası hüququ vardır.
7. Hansı işlərə görə güzəştli şərtlərlə kişilər və qadınlar əmək pensiyasına çıxmaq hüququna
malikdirlər ?
Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək
şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq olunan siyahısı üzrə həmin işlərdə çalışmışlarsa,
əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqları vardır.
8. Əlilliyə görə əmək pensiyası nəyə görə təyin edilir?
Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya
fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları,
əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların
başvermə müddəti
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən qanunvericiliyə uyğun olaraq
müəyyən olunur
9. Hansı şərtlərə əlilliyə görə əmək pensiyası təyin edilir?
Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə
sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta
stajı olduqda təyin edilir.
Dostları ilə paylaş: |