75. QADIN XƏSTƏLİKLƏRİNDƏ: Ağrıyan yerlər, çərtilmiş, tikilmiş toxumaların üstünə qara zirə yağı sürtülür və ehmallıca masaj edilir.
76. DƏRİDƏ ƏMƏLƏ GƏLƏN ŞİŞ VƏ BAŞQA TÖRƏMƏLƏRƏ QARŞI: Səhər və axşamlar 1 çay qaşığı qara zirə yağı qəbul etmək və gündə 3 dəfə ağrıyan yeri masaj etmək.
77. QARACİYƏRİN MÜXTƏLİF XƏSTƏLİKLƏRİ:Bal fincanına yuxarıdakı (76) qara zirə yağı dozasına 1 xörək qaşığı döyülmüş palıd qabığı qatmaq və bunu ac qarına hər gün fasiləsiz 1 ay ərzində qəbul etmək.
78. YÜKSƏK HƏRARƏT: 1 stəkan çaya və ya nanə şirəsinə 7 damcı qara zirə yağı qatmaq və gündə 3 dəfə xörəkdən sonra həftə ərzində içmək. Yatmazdan əvvəl bədəni qara zirə yağı ilə ovmaq.
79. İMMUN SABİTLİYİNİN SAXLANMASI: Hər gün 1 çay qaşığı qara zirəni 3 ay ərzində qəbul etmək.
80. CİNSİ ZƏİFLİK: Qara zirə yağı ilə kürəklərin əsasını (aşağı hissəsini) ovub masaj etmək. Qasığı da onunla ovmaq. 0,5 stəkan suda 1 qaşıq bal 1 çay qaşığı qara zirə və 1 çay qaşığı çobanyastığını qarışdırıb istənilən vaxt içmək.