Qara zirə və onun yağı ilə müalicə üzrə tövsiyyələr



Yüklə 346,5 Kb.
səhifə23/81
tarix02.01.2022
ölçüsü346,5 Kb.
#1697
1   ...   19   20   21   22   23   24   25   26   ...   81
89.  İŞTAHSIZLIQ: Yeməyə bir müddət qalmış 1 çay qaşığı qara zirə toxumunu səylə çeynəyin və sonra bir neçə damcı alma sirkəsi qatılmış su ilə ağzınızdakını udun.  

90. SÜSTLÜK: Qara zirə yağının 10 damcısını 1 stəkan portağal şirəsinə qarışdırın və alınmış içkini 10 gün ərzində yuxudan durandan sonra qəbul edin. Sübh namazın­dan sonra yatmamağa çalışın. 

91. BAŞ BEYİN DAMARLARI SKLEROZU: Gündə 2-3 dəfə 1,5 çay qaşığı qara zirə yağı daxilə qəbul edin. Yuxarıda göstərdiyim xəstəliklər və onları müalicə etməkdə istifadə olunan sahələrdən başqa Azərbaycan təbabətində qara zirə mühüm farmakoloji əhəmiyyət kəsb edir. Uzun illərdir ki, bu bitkidən ölkəmizin əczaxanalarında müxtəlif xəstəliklərə qarşı hazırlanan dərman və məlhəmlərdə qara zirədən vacib komponentlərdən biri kimi geniş istifadə edilir. Aşağıda görəcəyiniz kimi, qara zirə əczaçılarımız tərəfindən rəsmi qaydada istifadə olunmaqdadır. Məsələn, ürək xəstəliklərində, öd yolları xəstəliklərində və öd kisəsinin daş bağlaması xəstəliyində, böyrək və sidik yolları xəstəliklərində, mədə-bağırsaq xəstəliklərində, bağırsağın atoniyası ilə əlaqədar olan qəbizliklərdə, mədə xorasında, qarın ağrısında ishala və dizenteri­ya­ya qarşı dərman preparatlarının bir çoxlarının tərkibinə qara zirə əlavə edilir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizin farmakoloqları, əczaçı alimləri bu qiymətli və tayı-bərabəri olmayan Peyğəmbər bitkisinin misilsiz müalicəvi xassələrindən kifayət qədər istifadə etmir, bütün dünyada qara zirə üzərində dərin tədqiqatlar aparıldığı halda, bizdə belə elmi araşdırmalar aparılmasından heç yerdə aydın bir məlumat yoxdur. Bir çox təhlükəli xəstəlikləri müalicə edə bilən əhəmiyyətli bir əlac vasitəsinə kifayət qədər laqeydliklə yanaşılır. Əlimdə olan “Azərbaycanın meyvə və tərəvəz bitkilərinin müalicə əhəmiyyəti” adlı kitabda göstərilən xəstəliklərin böyük əksəriyyətini qara zirə və onun yağı ilə müalicə etmək olardı ki, bu insanlarımıza daha faydalı və daha ucuz başa gələrdi. Adıçəkilən kitabda göstərilmiş ağız nahiyəsi, boğaz və diş ətində əmələ gələn iltihab, babasil xəstəliyi, sinir sisteminin tonusunun artırılması, orqanizmin ümumi fəallığının artırılması, şəkər xəstəliyi, qadın xəstəlikləri, ateroskleroz, bronxial astma, dəri xəstəliklərində, baş tükünün tökülməsində və s. xəstəliklərdə rəsmi və qeyri-rəsmi tibb ocaqlarımızda şəfalı qara zirədən demək olar ki, heç istifadə etmirlər və ya onun haqqında, bəlkə də məlumatsızdırlar. Bu gün bu misilsiz dərəcədə şəfa mənbəyi olan bu bitkini iman sahibi olan qardaş və bacılarımız Uca Allah xatirinə fərdi təşəbbüsləri sayəsində vətəndaş­larımıza çatdırmağa səy göstərirlər, halbuki ölkəmizdə böyük sayda həkimlər və əczaçılar korpusu forma­laşmışdır. Möhtərəm qardaş və bacılar!Ölkəmizin həkimləri və farmakoloqları! Sizə müraciət edir, sizdən qara zirəyə diqqət yetirməyinizi, Allahın Elçisi Muhəmməd Peyğəmbərin (s.ə.s.) onun haqqında dediyi: “Bu qara toxumda, ölümdən başqa hər dərdə çarə vardır” tövsiyəsini nəzərə alın və ona lazım olduğu qiymətini verin! Allah köməyiniz olsun! Amin! 

Yüklə 346,5 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin